Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

92 
 
da (50-
70 qramlıq) zirvə hissəsi kəsilib əkilir. 
Hektara əkin norması  planlaşdırılan məhsuldarlıqdan asılı-
dır.  Suvarılan  aran  rayonlarında  hektardan 30-40  ton  məhsul 
götürülür. Bu halda hektara 2-
3 ton  yumru əkilir (50-70 qramlıq 
yumrulardan  41  min  ədəd).  Münbit  qara  torpaqlarda  suvarılan 
şəraitdə  50-60  t/ha  məhsul  alınır.  Bu  halda  əkin  materialından 
istifadə  etdikdə  çalışmaq  lazımdır  ki,  hektarda normal sayda 
gövdə  olsun.  Hektarda  gövdələrin  sayı  yumrunun  iriliyi  və  qida 
sahəsindən asılıdır. Ən yaxşısı odur ki, hər hektarda 200-230 min 
gövdə  olmasını  təmin  edək.  Əkin  norması  bilavasitə  yumrunun 
iriliyi  və  əkin  sxemindən  asılıdır.  Hektara  4-5  ton  yumru  əkilir 
(80-
100 qramlıq). 
Əkin  vaxtı.  Adətən  kartofu  bioloji  xüsusiyyətlərindən  asılı 
olaraq torpaqda 7-8 
0
C  istilik  olduqda  əkirlər,  cücərtilər  isə  son 
yaz şaxtaları keçdikdən sonra çıxır. 
Azərbaycanın  aran  rayonlarında  faraş  kartofu  fevralın  20  – 
dən  martın  axırına  qədər  əkirlər.  Bu  qədər  uzun  əkin  müddəti 
olmasına  baxmayaraq  cücərtilər  torpağın  səthinə  8-10  apreldən 
çıxmağa  başlayır.  Bununla  belə  16-17  apreldə  baş  verən  0,2-0,5 
0
C  son  yaz  şaxtaları  cücərtiləri  və  cavan  bitkilərin  yerüstü 
hissəsini məhv edir. Ona görə faktiki olaraq açıq sahədə əkilmiş 
kartofun  vegetasiyası  19-20  apreldən  başlayır.  Hesablamalar 
göstərir  ki,  hər  gün  əkinlərin  gecikdirilməsi  (optimal  müddətdən 
sonra)  məhsuldarlığı  hektardan  3-5  sentnerə  qədər  aşağı  salır. 
Erkən  əkinlərdə  yetişdirilmiş  yumrularda  möhkəm  örtük  toxu-
maları  əmələ  gəldiyinə  görə  onlar  az  zədələnir  və  yığım  zamanı 
yaxşı  yüklənirlər.  Adətən  tezyetişən  sortlar  erkən,  sonra 
toxumluqlar və nəhayət gecyetişənlər əkilir. Əkinin fevraldan və 
martın əvvəlindən başlanması böyük əkin sahələrini əkməyə vaxt 
qazanmaq üçün əhəmiyyətlidir.    
Əkinlərin  gecikdirilməsi  məhsulun  azalmasına  və  keyfiy-
yətinin pisləşməsinə səbəb olur. 
Azərbaycanda  kartofun  yay  əkinləri  də  böyük  əhəmiyyət  
kəsb edir. Yay əkinləri taxıl, bostan və dənli-paxlalı bitkilər yığıl-
dıqdan  sonra  iyulun  20-dən  avqustun  10-na  qədər  keçirilir.  Yay 


93 
 
əkini vahid sahədən 2 məhsul götürülməsini təmin etməklə günəş 
enerjisindən,  torpaq,  su,  kənd  təsərrüfatı  maşınları,  işçi  qüvvə-
sindən daha səmərəli istifadə edilməsinə şərait yaradır. Yay əkin-
lərində  yumrular  xəstəliklərə  daha  az  tutulur.  Yay  əkinlərindən 
götürülmüş toxumluq materiallardan daha güclü bitkilər alınır və 
onlar məhsuldar olurlar. Yay əkinlərində yumrular torpağın daha 
dərin  qatına  (12-15  sm)  basdırılmalıdır  ki,  nəmliklə  yaxşı  təmin 
edilsin. 
Əkinə  12-20  gün  qalmış  torpaq  quruyubsa  sahə  suvarılmalı, 
bir neçə gündən sonra 15-16 sm dərinliyində kultivatorla yumşal-
dılmalı və malalanmalıdır.  
Respublikamızın  iqlim  şəraiti  kartof  əkinlərini  noyabr-
dekabr 
aylarında  aparmaq  üçün  əlverişlidir.  Yumrular  torpaqda 
qalaraq  erkən  yazda  cücərti  verir  və  faraş  məhsul  götürülməsini 
təmin  edir.  Kartof  məhsulu  mayın  axırı,  iyunun  əvvəllərində 
yığıldıqdan sonra ikinci məhsul götürmək üçün tarlaya qarğıdalı, 
günəbaxan,  sorqo,  çuğundur,  kələm,  lobya  və  s.  bitkilər  əkmək 
olar. Xırda sahələrdə və fərdi təsərrüfatlarda kartofu əllə əkirlər. 
İri təsərrüfatlarda kartofu ən çox 6 cərgəli КСМ-6, kartofəkənlə, 
ya  da  4  cərgəli  СН-4Б-1  və  СН-4Б-2  maşınları  ilə  əkirlər.  İri 
cücərtili yumrular СЯ-4 markalı asma kartofəkənlə əkilir. Cərgə-
arası 60-70 sm, bitkiarası məsafə isə 20-40 sm-ə qədər götürülür. 
Hektarda  optimal  bitki  sıxlığı  bölgədən  və  torpaq  tipindən  asılı 
olaraq 45-
55  min  kol  arasında  dəyişir.  Toxumluq  material  üçün 
bitki s
ıxlığını 60 minə qədər çatdırmaq lazımdır. 
Kartofu əvvəl şırım açaraq yumruları dibə düzmək və şırıma-
çanla  qonşu  şırımı  açdıqda  üstünü  torpaqla  örtməklə  də  əkmək 
olur.  
Yumruların əkilmə dərinliyi əmələ gələn stolonların və yum-
ruların sayına çox təsir edir. Faraş kartofu ən çox 4-6 sm dərinliyə 
əkirlər,  yumrunun  zirvəsi  yuxarı  durmalıdır.  Bu,  isinən  torpağın 
üst qatında yumrunun tez cücərməsinə şərait yaradır.  
Dəmyə  və  çox  quraq  rayonlarda  kartofu  12-15  sm  və  daha 
çox dərinliyə əkirlər. Faraş kartofu 1-2 dəfə, gecyetişən kartofun 
2-
3 dəfə dibini doldururlar. Çox quraq və dəmyə yerlərdə buxar-


94 
 
lanmanın  qarşısını  almaq  üçün,  xüsusən  dərin  əkilən  kartofun 
dibini doldurmurlar.  
Əkinlərə qulluq. Qulluq işlərində əsas məqsəd torpağın yum-
şaq və alaqlardan  təmiz saxlanmasıdır. Suvarmalar və becərmələr 
yolu  ilə  torpağın  rütubəti  tarla  su  tutumunun  70-80%-i  qədər 
saxlanmalıdır.  Kartof  cücərtiləri  görünənə  qədər  tarlada  alaq 
otlarının cücərtiləri alınarsa, yaxud torpaq səthində qaysaq əmələ 
gələrsə  mala  çəkilir.  Malalamanı  cücərtilərin  boyu  10  sm  olana 
qədər aparmaq olar. Vegetasiya müddətində 3-4 dəfə kultivasiya 
aparılır.  Qranulometrik  tərkibi  yüngül  olan  torpaqlrda  becərmə 
dərinliyi 5-7 sm, ağır torpaqlarda isə 10-15 sm hesab olunur. 
Vegetasiya  dövründə  torpağın  becərilməsi  malalamalar, 
kultivatorlarla  cərgə  və  bitki  aralarının  torpağını  yumşaltma  və 
dibdoldurmalardan ibarətdir.  
Cücərmədən əvvəl və dərhal cücərmədən sonra 1-2 dəfə torlu 
БСН-4  və  БСО-4  malaları  ilə  ya  da  КОН-2,8  РМ  və  КРН-2,8 
kultivatorlarına  qondarılan  БРУ-0,77  markalı  rotasiya  malası  ilə 
əkini malalayırlar. Malalama qaysağı dağıdır, torpağın su ehtiya-
tını qoruyur, hava rejimini yaxşılaşdırır, yenicə cücərmiş alaqların 
80%-
ni məhv edir.  
Cücərmədən  sonra  da,  xüsusən  yağışlardan  və  suvarmadan 
sonra daha 1-
2 mala çəkirlər.  
Cücərtilər tam aydın göründükdə КОН-2,8 Р, ya da КРН-2,8 
kultivatorları ilə ilk kultivasiya çəkilir. Qumsal və yüngül gillicəli 
torpaqları  6-8  sm,  ağır  torpaqları  14-16  sm  dərinlikdə  yumşal-
dırlar.  8-12  gündən  sonra  kultivasiyanı  təkrar  edirlər,  ya  da 
dibdolduranla 1-
ci dibdoldurma aparırlar. Bu halda oxvarı pəncə 
ilə dərin şırım açırlar. Kultivasiyalar zamanı əlavə gübrə verirlər. 
1-
ci əlavə gübrələmədə kütləvi cücərmədən sonra təsiredici maddə 
hesabı  ilə  15  kq  N,  15  kq  P
2
O
5
, 20 kq K
2
O verilir. 2-
ci  əlavə 
gübrədə (2-ci dibdoldurma zamanı) yenə uyğun olaraq 15 kq azot, 
20  kq  fosfor  və  30  kq  kalium  gübrəsi  verilir,  yaşıl  kütlə  yaxşı 
böyüyürsə 2-ci əlavə gübrədə azot verilmir. Bunlardan başqa hər 
iki əlavə gübrələmə zamanı hektara 6 ton peyin şirəsi verilir.  
Dibdoldurma 
kartof  becərilməsində ən vacib  əməliyyatdır. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə