Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

133 
 
3. 2. 
YEMİŞ (QOVUN) 
 
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yemiş (qovun) – 
melo 
cinsinə  daxildir,  9  növü  vardır.  Bitkisinin  quruluşuna  görə 
balqabağa  oxşayır.  Gövdəsi  qısa,  nazik,  yarpaqları  və  çiçəkləri 
xırdadır.  Kökü  torpağın  3-4  metr  dərinliyinə  işləyir.  Gövdəsi  si-
lindirşəkilli,  sürünəndir.  Yarpaqları  uzun  saplaqlı  ürəkşəkilli  və 
böy
rəkşəkillidir.  Çiçəyinin  tacı  sarımtıl-yaşıl  rəngdədir.  Meyvəsi 
iri oval, yumurtavari, uzunsov, ilanşəkilli və kürəşəkilidir. Rəngi 
müx
təlifdir. Meyvənin səthi hamar  yaxud cadarlıdır 
(Şəkil 16, s. 
124).
 
Ətli hissəsində 12% şəkər var. Toxumu yumurtavari, iriliyi 
0,5-
2,5 sm, tərkibində 25-30%  yağ var. 1000 ədədinin kütləsi 35-
50 q-
dır.  
Qovun  bioloji  xüsusiyyətlərinə  görə  qarpıza  oxşardır,  lakin, 
ona nisbətən istilik sevəndir, quraqlığa davamı isə azdır. 
Növləri.
 
Qovun (melo) 
cinsinin  bir  neçə  növü  məlumdur. 
M
ədəni növlərindən ən çox yayılanı aşağıdakılardır. 
1.
 
 
Xırdameyvəli qovun -  melo microcarpus – meyvəsi xırda, 
kürəşəkilli,  darçını  -  qırmızı  rənglidir.  Ətli  hissəsi  yumşaq  və 
ətirlidir. Ancaq dadsızdır. 
2.
 
Kantalupa  (daş  qovunu)  –  melo cantalypa –  meyvəsi 
yuvar
laq yastı və xırdadır. Meyvənin ətli hissəsi olduqca sıx, orta 
dərəcədə  şirin,  yaxşı  dadlı  və  ətirlidir.  Avropa  ölkələrində 
becərilir (ətli hissəsi sıxdır). 
3.
 
Kassaba qovunu –  melo cassaba  – 
meyvəsi  olduqca  iri, 
yuvarlaqdır.  Rəngi  yaşılımtıl  -  sarı,  ətli  hissəsi  şirin  və  dadlıdır, 
ancaq ətirsizdir. Orta Asiya respublikalarında becərilir. 
4.
 
Cərco  (  tutma)  qovunu  -  melo zard Pang.-  meyvəsi  iri, 
yaşıl rəngli, uzunsov, oval formalıdır (ətli hissəsi sıxdır). 
5.
 
Acur qovunu –  melo adzhur  – 
meyvəsi    xırda  15-20 sm 
uzunlu
ğunda,  nazik,  baramaşəkilli,  müxtəlif  rənglidir.  Meyvələri 
xiyar kimi dadsız və ətirsizdir. Kiçik Asiya ölkələrində becərilir. 
6.
 
İlanşəkilli qovun – melo flexuosus – meyvəsi ağ rəngli, 2 
m  uzunluğunda,  Yetişmiş  meyvəsinin  ətli  hissəsi  boş,  sulu  və 


134 
 
dadsızdır.  Yeyintidə  yalnız  cavan  dövründə  müxtəlif  xörəklərdə 
istifadə edilir. 
7.
 
Xandalyak qovunu-  Melo chandalac Pang. 
(ətli  hissəsi 
yumşaqdır). 
8.
 
Adana qovunu- Melo adana Pang. 
(ətli hissəsi yumşaqdır). 
9.
 
Ameri qovunu- Melo ameri Pang. 
(ətli hissəsi sıxdır). 
Sortları.  Azərbaycanda    (2010)  yemişin  (qovunun)    aşağıdakı 
sort
ları  rayonlaşdırılmışdır:  Kolxoznitsa  749/753,  Yantarnaya, 
Tavriya.   
Cədvəl  7 
Yemişin Azərbaycanda  (2010) rayonlaşdırılmış sortları 
 
Sortlar 
Yetişməsi 
Rayonlaşdırıldığı il 
Kolxoznitsa  749/753   
 
orta yetişən                          
 
1960
 
Yantarnaya
 
orta tez 
yetişən                           
 
1989
 
Tavriya  
 
orta tez 
yetişən                           
 
1989
 
 
Kolxoznitsa  -  749/753  - 
Tağı  qısa,  yarpaqları  xırda,  qısa 
saplaqlıdır. Meyvəsi kürəşəkilli, xırda – 800-850 qr, qabığı sarı - 
narıncı  rənglidir.  Ətli  hissəsi  nazik  ağ  rənglidir,  toxumları  orta 
irilikdə,  oval  formalı,  sarımtıl  və  solğun  sarı  rənglidir.  Orta 
müddətdə yetişən sortdur.  
 
3.3. QABAQ 
 
Qabaq- (Cucurbita) – 
cinsinin 18 yabanı və 5 mədəni olmaq-
la 23 növü məlumdur
 
(Şəkil 17-18, s. 125-126).
  
Mədəni növlərin-
dən  ən  çox  becərilənləri  aşağıdakılardır.  İrimeyvəli  (Cucurbita 
maxima  Dush.),  adi (Cucurbita pepo L.)  
və muskat qabağı (cu-
curbita moschata (Dush.) Poir.)
. Çoxillik və birillik formaları var-
dır.  Normal  becərmə  şəraitində  yoğun,  uzun  və  şaxələnən  tağ 
əmələ  gətirir.  Kökü  torpağın  3-4  m  dərinliyinə  işləyə  bilir 
Yarpaqları uzun saplaqlı, tamkənarlı, az hallarda dilimlənmiş olur 
(10-
15 ədəd). Çiçəkləri narıncı-sarı rəngdədir. Erkəkcik çiçəkləri, 
dişicik  çiçəklərindən  fərqli  olaraq  uzun  saplaqlıdır.  Meyvəsi 


135 
 
kürəşəkilli  oval,  yastı,  ellips  formalı,  müxtəlif  rənglidir. 
Meyvəsinin ətli hissəsi sarı, narıncı və ağ rənglidir. Tərkibində 4-
8%    şəkər  vardır.  Toxumları  ürəkvari,  oval,  xırda  və  müxtəlif  
rənglidir.  Toxumun  tərkibində  50-52%  yağ  var.  1000  ədədinin 
kütləsi 200-230 q-dır. Qabaq, qarpıza və qovuna nisbətən istiliyə 
az  tələbkar,  quraqlığa  dözümlüdür.  Toxumları  12-13 
0
C- 
də 
cücərməyə başlayır. Qabaq gillicəli torpaqda yaxşı bitir. 
Növləri.
 
 
İrimeyvəli qabaq – Cucurbita maxima Dush. – biril-
lik  bitkidir.  İri  yarpaqları  var,  çox  şaxələnən  gövdəyə  malikdir. 
Yarpaq ayası iri, zəif dilimlidir. Çiçək kasası badə formalı, yaşıl 
rəngli,  tacının  ləçəkləri  dairəvi,  tozluq  borusu  konus  formalıdır. 
Meyvəsi yuvarlaq – yastı, yaxud uzunsov, 20-70 sm uzunluğunda 
olur.  Meyvənin  səthi  hamar,  qabığı  nazik,  müxtəlif  rəngli,  ətli 
hissəsi zərif, şirin, narıncı, bəzi sortlarda ağ rəngli olur. Toxumları 
iri, hamar, ağ rənglidir. 
Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.)  qabağın 
birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək 
formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri 
iri,  çiçək  kasası  tünd  yaşıl  rəngli,  tozcuq  borusu  silindir  forma-
lıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədir 
(Şəkil 19, s. 127).
. 
Adi qabaq – (Cucurbita pepo L.). 
Birillik növdür. Gövdəsi 
qabırğalı, yarpaq ayası beşdilimli, çiçək kasası çəllək formalı, 
sarımtıl, toz kisələrinin borusu konus formalıdır. Meyvəsi tərs 
yumurta formalıdır. 
 
Sortları.
  
Azərbaycanda  (2010)  qabağın 2- sortu rayonlaş-
dırılmışdır.   
1.
 
Yerli perexvatka      
orta yetişən        1952 
2.
 
Palov kadu -268    
orta yetişən           1963 
Göy  qabaq 
1.
 
Qribovski – 
37    tez yetişən              1971 
Patison (Cucurbita pepo var. patisson
1.
 
Belıye -13         orta yetişən               1965 
Becərilmə texnologiyası. Bostan bitkiləri alaq otlarından tə-
miz münbit torpaqlara tələbkardır. Onlar xam və dincə qoyulmuş 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə