Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

107 
 
Yerarmudunun  yaşıl  kütləsinin  ən  yaxşı  istifadəsi  silos-
laşdırmadır.  Yerarmudunun  yaşıl  kütləsi  həm  təzə  həm  də  quru-
dulmuş  halda  çox  yaxşı  siloslanır  və  gözəl  silos  əmələ  gətirir. 
Yerarmudu silosu  yaxşı iyi, dadı, rəngi,  yüksək  yeyilməsi,  yaxşı 
saxlanılması tərkibində turşuların çoxluğu ilə fərqlənilir.  
Yerarmudunun  yaşıl  kütləsi  siloslaşma  zamanı  şəkər  mini-
mununu 3-
4  dəfə  artırır  ki,  bu  da  onun  yaxşı  siloslaşmasına  və 
keyfiyyətli olmasına səbəb olur. Siloslaşmış yaşıl kütlədə qıcqır-
ma prosesinin gedişi normaldır. Yerarmudunun yaşıl kütləsinin və 
silosunun  iri  buynuzlu  heyvanlarda  istifadəsi  (sutkada  25-kq-a 
qədər)  südün  miqdarını  və  yağlılığını  artırır.    Tərkibindəki  əsas 
qida maddəlirinin miqdarına görə yerarmudunun yaşıl kütləsindən 
hazırlanmış silos qarğıdalı silosuna demək olar ki, bərabərdir. 
Lakin  yerarmudunun  yaşıl  kütləsindən  hazırlanmış  silosu 
uzun  müddət  açıq  havada  qalarsa  onun  rəngi  tündləşir,  tərkib 
pozulur  və  pis  qoxu  əmələ  gəlir.  Bu  da  bir  neçə  səbəblərlə  izah 
edilə  bilər.  Məlumdur  ki,  süd  turşusu  bakteriaları  yerarmudunun 
epifit  mikroflorasında  çox  az  miqdarda  olur.  Buna  görə  də 
yerarmudunun silosunda süd-
turşulu  qıcqırma  prosesi  çox  zəif 
gedir  və  süd  turşusu  az  əmələ  gəlir.  Silosda  süd  turşusunun 
miqdarının az olması onun açıq havada tez xarab olmasına gətirib 
çıxarır.  
Süd  - 
turşulu  qıcqırma  prosesinin  gedişini  artırmaq  üçün 
yerarmudunun  yaşıl  kütləsinə  bir  az  saman  ya  da  digər  yem 
bitkilərinin yaşıl kütləsini əlavə etmək lazımdır. 
Yerarmudunu heyvandarlıqda tək silos kimi yox, həmdə təzə 
təbii  və  qurudulmuş  halda  da  istifadə  etmək  olar.  Onun  gövdə 
yumruları kənd təsərrüfatı heyvanları üçün dəyərli qidadır. 
Azərbaycanın  suvarılan  əkinçilik  rayonlarında  becərilən 
yerar
mudunun  yumrularında  olan  proteinin  miqdarı  Rusiyanın 
orta qursağında becərilmiş yerarmudundakından azdır, lakin azot-
suz  ekstraktiv  maddələr  çoxdur.  Yerarmudu  yumrularında  olan 
azot
suz ekstraktiv maddələrin miqdarı 12,0-14,8%-ə qədər dəyişir. 
Bu  göstrəricinin  miqdarı  sortundan  asılı  olaraq  13,8-15,05% 
arasında dəyişə bilir.  


108 
 
Bitkilərin  su  ilə  yaxşı  təmin  edilməsi  zamanı  karbohidratlı 
maddələr,  su  çatışmadıqda  isə  zülallı  maddələr  daha  çox  əmələ 
gəlir.  Buradan  aydın  olur  ki,  Azərbaycanın  qərb  zonasında  süni 
suvarma  şəraitində  becərilən  yerarmudu  yumrularında  Rusiyaya 
nisbətən  daha  çox  karbohidratlı  maddələr  toplanır.  Rusiya 
şəraitində  süni  suvarma  aparılmadığına  görə  bitkilərin  su  ilə 
təminatı nisbətən zəifdir.  
Bir sıra Avropa ölkələrində xüsusilə də Fransada iri və xırda 
buynuzlu  heyvanların  yerarmudunun  kök  yumruları  ilə 
qidalandırılması  geniş  yayılmışdır.  İri  buynuzlu  heyvanlara 
(südlük inəklərə) sutkada 10 kq kök  yumrularının  yedizdirilməsi 
tövsiyə edilir. Yumruların daha çox verilməsi heyvanlarda mədə-
bağırsaq  sisteminin  pozulmasına  gətirə  bilər.  Qoyunların  kökəl-
dilməsi üçün verilən yumruların miqdarı əvvəllər 0,5 kq sonra isə 
2-
3 kq olur (bir baş üçün).  
Yerarmudu  əkinləri  donuzlar  üçün  xüsusilə  dəyərli  yem 
sayılır.  Onlar  çöldə  otlarkən  özləri  yerarmudunun  yumrularını 
torpaqdan çıxardıb həvəslə yeyirlər.  
Donuzları  bir  başa  çöldə  yumrularla  yemləmək  bordaqda 
yemləməyə  nisbətən  daha  yaxşı  nəticə  verir.  Tədqiqatlar  sübut 
etmişdir ki, bir qrup donuzlar (44 kq çəkidə) 30 gün ərzində çöldə 
otarıldıqda  orta  hesabla  hər  bir  baş  14,5  kq  çəkisini  artırmışdır. 
İkinci  qrup  donuzlardan  (eyni  diri  çəkidə)  bordaqda  saxlanaraq 
13,4  kq  artım  əldə  edilmişdir.  Üçüncü  qrup  nəzarət  qrupu  olub 
heyvanların orta diri çəkisi əvvəllər 46,5 kq olubsa da adi şəraitdə 
saxlanaraq hər bir başa orta hesabla 12,3 kq çəki artımı vermişdir. 
Yumruların  çöldə  istifadəsi  qarışıq  yemlərin  sərfini 20 -50% 
azaldır, heyvandarlıq məhsullarının maya dəyərini 30 - 40 % aşağı 
salır.  Donuzların  bir  başa  çöldə  otarılması  zamanı  yumruların 
çıxardılıb,  daşınmasına  və  saxlanılmasına  ehtiyac  qalmır.  Azər-
baycanın qərb rayonlarında becərilən yerarmudundan bol məhsul 
alınması  imkan  verir  ki,  torpaq  sahələrindən  səmərəli  istifadə 
olunsun. 
 
 


109 
 
 
 
 
 
Şəkil 1. Yarpaq çuğunduru  (Manqold)  Beta vulgaris 
v. cicla): : 1 – 
gümüşü saplaqlı,  2 – sarı  saplaqlı, 
3 – 
qırmızı saplaqlı 
 


110 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Şəkər  çuğunduru  (Beta saccharafera
1- kökü
meyvənin eninə kəsiyi, 2 - çiçəkli budaq; 
3 - 
meyvəcik;  4 - toxum. 
 






111 
 
 
 
Şəkil 3.
 
Mətbəx çuğunduru (Beta vulgaris v. esculenta): 
1 – cavan bitki, 2 – Bordo sortu,3 – 
çiçəkli gövdə, 
4 – 
çiçəyin hissələri, 5 – meyvə 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə