Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

104 
 
geniş  yayılmışdır.  Kolumellin  işləri  yerarmudu  bitkisi  haqqında 
ilk yazılı mənbə kimi qiymətləndirilir.  Lakin Linney səhv olaraq 
bitkinin  Braziliya  ərazisində  mənşə  tapdığını  göstərmişdir.  Bu 
səhvi  Dekandol  da  təkrar  etmiş  yerarmudunun  vətənin  Braziliya 
və Peru olduğunu göstərmişdir. 
Yerarmudunun  mənşəyi  haqqında  ən  düzgün  elmi  məlumatı 
Amerika botaniki Aza Qrey vermişdir. O ilk dəfə olaraq yabanı və 
mədəni  yerarmudunu  ayrı  -ayrılıqda  botaniki  fərqlərini 
göstərməklə onların təsvirlərini vermişdir. Ona göndərilən bitkinin 
botaniki xüsusiyytlərini təsvir edərək belə nəticəyə gəlmişdir ki, o 
heçdə  bir  çox  alimlərin  təsdiq  etdikləri  mədəni  halda  becərilən 
yerarmudu  yox,  Şimali  Amerikanın  soyuq  iqlim  zonalarında 
yabanı halda yayılan doronikoid topinambur (H. doronijoides L.) 
növüdür.  A.  Qrey  bu  bitkinin  mənşəyi  ilə  bağlı  özünə  qədər  ki, 
bütün  yanlışlığa    son  qoyaraq  göstərdi  ki,  yerarmudu  bitkisi 
Şimali Amerikanın cənub ərazisində mənşə tapmışdır. 
Yerarmudu (XVII əsrin 30-cu illərində İtaliya, Hollandiya və 
sonra  İngiltərə    ərazisində  becərilməyə  başlamışdır.  Şirin  və 
müalicəvi  əhəmiyyətli  olması  onun  Avropada  çox  sürətlə  yayıl-
masına  səbəb  oldu.  Yerarmudu  bitkisini  XVII  əsrin  50-60-cı 
illərindən  İngilislər  dərman  bitkisi  kimi  becərirlər.  Sonralar 
yerarmudu  (XVIII  əsrdə)  Şərq  ölkələrinə  gətirilib  çıxarılmışdır. 
Belə  bir  fikir  var  ki,  yerarmudu  Fransadan  Almaniyaya  oradan 
Çinə  və  nəhayət  Qazaxstana  gətirilmişdir.  Qazax  xalqı  yerarmu-
duna “çin kartofu” deyir. 
Şimali  Asetiya,  Kabardin  və  şimali  Qafqazın  digər 
rayonlarının sakinləri topinamburu qida kimi 150 il bundan əvvəl 
istifadə edirdilər. Davidoviç S. S. hesab edir ki, topinambur bitkisi 
Qafqaza,  Avropanın  Türkiyə  və  Bolqariya  regionlarından  tez 
gəlmişdir.  Bundan  əlavə  Polşada,  Macarıstanda,  Skandinaviya 
ölkələrində, İngiltərə, Amerika və s. yerlərdə becərilir.  
Aparılmış  etnobotanik  tədqiqatlar  nəticəsində  müəyyən  edil-
mişdir  ki, Azərbaycana yerarmudunun gəlməsi 2 yolla olmuşdur:  
1)  Almanlar  və  rusların  Azərbaycana  sürgün  edildiyi vaxt 
onlar özləri ilə yerarmudu yumruları gətirmiş onlardan bəzək bağ-


105 
 
çılığında və qida kimi istifadə etmişdirlər. Hazırda yerarmudunun 
yabanlaşmış  formalarına  almanlar  və  ruslar  yaşamış  ərazilərdə 
daha çox rast gəlinir.  
2) 1930-
cu illərdə Stavrapol vilayətindən yerarmudunun əkin 
materialı Azərbaycana gətirilərək respublikanın müxtəlif botaniki 
– 
coğrafi ərazilərində becərilməyə başlamışdırlar. Bakı şəhərində 
Azərbaycan  Botanika  İnstitutunun  Nəbatat  bağında  30  -40  -cı 
illərdə M. Ə. Rəhimov tərəfindən gətirilmiş,  yerarmudu bitkisinin 
becərilməsi və öyrənilməsi ücün böyük əmək sərf edilmişdir. 
Dünya  əkinçiliyində  yerarmudu  hektardan  500-600 sentner 
yaşıl kütlə verir. Bəzən 1000-1200 sentnerə də rast gəlinir. Qafqaz 
və  orta  asyada  yaşıl  kütlə  məhsuldarlığı  orta hesabla 200-1000 
sent., kökyumuru 
məhsuldarlığı  isə  200-1300 s/ha-dır.  Sibir  və 
uzaq Şərqdə yaşıl kütlə məhsuldarlığı 300-1400 s/ha,  kökyumuru 
məhsuldarlığı isə 90-200 s/ha təşkil edir. 
Torpağın  becərilməsi.  Torpağın  becərilməsi      kartof  və 
kökümeyv
əlilərdə olduğu kimidir. Üzləmədən sonra 15 sm dərin-
liyində dondurma şumu aparılır. Yazda lazım gəldikdə dondurma 
şumu  malalanır.  Sonra  laydırsız  kotanla  becərmə  aparılır.  Səpin 
qabağı tarlaya kultivasiya çəkilir. 
Gübrələmə  sistemi.    Topinamburun  gübrələnməsi  torpağın 
münbitliyindən, planlaşdırılmış məhsuldan, torpağın nəmliyindən 
və  digər  faktorlardan  asılıdır.  Plantasiya  yaradan  zaman  hektara 
30-
40  ton  peyin  və  təsiredici  maddə  hesabı  ilə  60-90 kq NPK  
verilir. Əgər plantasiya 8-10 il davam edərsə peyin verilməsini 4-5 
ildən bir təkrar etmək lazımdır.  
Qulluq  işləri.  Cücərtilər  alınana  qədər  alaqlarla  mübarizə 
məqsədi ilə 2-3 dəfə malalama aparılır. Bitkinin boyu 10-15 sm-ə 
çatdıqda cərgəarası becərməyə başlanılır. 30-40 sm-ə çatdıqda isə 
dibdoldurma apa
rılır. Yaşıl kütlə məhsulunu artırmaq üçün ucvur-
ma da aparılır.  
Məhsulun yığılması. Yaşıl kütləni oktyabr-noyabr aylarında 
biçmək olar. Yaşıl kütləni silosyığan kombaynla biçirlər. Bitkini 
torpaq səthindən 5-6 sm yüksəklikdən biçirlər. Qarışıq silos hazır-
layan  zaman  yumruların  bir  hissəsini  payızda  yığırlar.  Adətən 


106 
 
yazda gözcüklərdəki tumurcuqların cücərməsinə qədər  yumruları 
çıxarırlar.  Yığım  zamanı  yumruların  bir  hissəsi  plantasiyanı 
təzələmək üçün hər m
2
-
də 8-10 ədədə saxlanılır. Çıxışlar ikinci və 
so
nrakı  illərdə  nisbətən  tez  alınır.  Yumrular  torpağın  müxtəlif  
dərinliyində  olduğuna  görə  birinci  ildəkinə  nisbətən  çıxışlar  bir 
bərabərdə  olmur.  Çıxışlar  alınana  qədər  və  çıxışlardan  sonra 
malalama  aparılır,  bitkinin  boyu  15-20 sm-  ə  çatdıqda  əkinlərə 
kul
tivasiya  çəkilir.  Sonrakı  qulluq  işləri  birinci  ildə  olduğu 
kimidir. 
Sortları  və  hibridləri.  Hazırda  seleksiyaçılar  tərəfindən 
gene
rativ  və  vegetativ  hibridləşmə  və  digər  üsullar  ilə  topinam-
burun  300-
dən  çox  sort  və  hibridləri  yaradılmışdır.  Bu  sort  və 
hibrid
lərdən  mərkəzi  qaratorpaq  zolağının  cənub  şərq  şəraitinə 
dözümlü  bitkilər  seçilmişdir.  Sortlarından  Ağ  məhsuldar,  Ağ 
Kiyev, Ağ Voronej,  Voljıskaya - 2, Naxodka, Tezyrtişən, Vadim, 
Leninqrad
, Krasnıy, İyşəkilli, Patat, Maykop, Şimali Qafqaz və s.,  
h
ibridlərindən isə Hibrid № 120, Hibrid № 15, Bənovşəyi topin-
solneçnik, M-
3,  58/6,  VİR,  Severnıy,  Dauqova  və  s.-  ləri  göstər-
mək olar.  
Yem əhəmiyyəti. Yerarmudu  bütün kənd təsərrüfatı heyvan-
ları üçün əla yemdir. Onda olan qida maddələrinin keyfiyyəti bir 
çox  yem  bitkilərindən  üstündür,  hətta  yüksək  keyfiyyətli  yem 
bitkisi kimi tanınan qarğıdalıdan da geri qalmır.  
Yerarmudu  digər  yem  bitkilərindən  yüksək  yem  vahidinin 
olması  ilə  fərqlənir.  Tərkibindəki,  (mütləq  quru  çəkiyə  görə), 
həzm olunan zülalın miqdarına görə günəbaxan bitkisinə bərabər-
dir və digər yem bitkilərindən üstündür.  
Yerarmudunun  gövdə  yumrularından  alınan  yem  vahidiinin 
miqdarı,  kartof,  şəkər  və  yem  çuğundurundan  alınandan  çoxdur. 
Həzm  olunan  zülalın  miqdarı  şəkər  və  yem  çuğundurundan 

ksəkdir. Yaşıl kütlə məhsuldarlığını və yumruların tərkibindəki 
qida maddələrinin miqdarını nəzərə alsaq  yerarmudu digər silos-
luq  bitkilərdən  üstündür  və  aydın  olur  ki,  onu  ən  dəyərli  yem 
bitki
lərinə aid etmək lazımdır.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə