Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

98 
 
sentnerə  qədər  məhsul  vermişdir.  Yumrularında  16-19%  nişasta 
və 3%-ə qədər zülal maddələri vardır.  
Sort  orta 
müddətdə  yetişəndir.  Yumruları  cəhrayı  rənglidir. 
Forması  uzunsov  və  iridir.  Kolu  hündürdür.  Zərərverici  qarşı  və 
xəstəliklərə xüsusən fitoftoraya  qarşı davamlıdır. Bütün bu xüsu-
siy
yətlərinə  görə  Lorx  sortunu  əvəz  etmək  üçün  1990-cı  ildən 
respublikamızda rayonlaşdırılmışdır.  
Oqonyok.  Belorus    Elmi  - 
Tədqiqat Kartofçuluq institutunun 
alimləri  tərəfindən  yaradılmışdır.  Orta  yetişəndir,  süfrə  sortudur, 
yaxşı və əla dad keyfiyyətinə malikdir. Məhsuldarlığı orta hesabla 
hektardan 320-
340 sentnerdir. Kolu orta hündürlükdədir. Gövdəsi 
yoğundur,  yaşıldır,  dikdurandır.  Yarpaqları  iridir,  rəngi  tünd 
yaşıldır.  Çoxlu  çiçəklər  açır,  orta  ömürlüdür.  Ləçəkləri  qırmızı-
bənövşəyi  olub,  uc  nahiyəsi  ağdır.  Yumruları  ağdır,  dairəvi-
ovaldır.  Bir  ədədinin  kütləsi  129-143 qram olur. Yumrularda 
nişastanın  miqdarı  ortadır  (12,8-18,4%).  Xərçəng  xəstəliyinə 
davamlıdır,  vegetasiyanın  sonunda  fitoftorozla  zəif  sirayətlənir. 
Azərbaycan şəraitində 1982-ci ildən rayonlaşdırılmışdır. 
Radomi
şiskiy.Ukrayna Pollessiya təcrübə stansiyasında yara-
dılmışdır.  Sort  orta  faraşdır,  ərzaqlıqdır,  yaxşı  dad  keyfıyyətinə 
malikdir.  Məhsuldarlığı  hektardan  300-400  sentnerdır.  Kolu  dik-
durandır, orta hündürlükdədir. Yarpaq sahəsi ortadır. Çiçəkləməsi 
ortadır, rəngi ağdır, giləmeyvə vermir. Gövdəsi çoxsaylıdır. Yum-
rusu ovaldır, ağdır. Gözcüklərinin miqdarı azdır, kiçikdir, qabığı 
zərifdir.  Ətli  hissəsi  ağdır  və  kəsdikdə  tündləşmir.  Yumrularmm 
kütləsi  75-101  qramdır,  tərkibində  nişastanm  miqdarı  13,3-17%-
dir.  Sort  xərçəng  xəstəliyinə  çox  davamlıdır,  fıtoftoroza,  yarpaq 
bükülməsinə  davamlığı  zəif,  dəmgilə  isə  orta  dərəcədədir. 
Azərbaycan şəraitində 1989-cu ildən rayonlaşdırılmışdır. 
Nevski.  Rusiy
a Federasiyası Şimali-Qərb ETKTİ - da yara-
dılmışdır. Sort orta yetişəndir, ərzaqlıqdır, yaxşı dad keyfiyyətinə 
malikdir (3,0-
4,l  bal),  məhsuldarhğı  yüksəkdir  (350-500 sen/ha), 
kolu qısadır, dikdurandır, yığcamdır, gövdəsi yaşıldır. Yarpaqları 

ıq yaşıldır. Çox çiçəklənəndir. Çiçəkləmə müddəti qısadır, rəngi 
ağdır, yumrusu dəyirmi və ovaldır, qabığı möhkəmdir, gözcükləri 


99 
 
azdır,  kiçikdir,  çəhrayı  rənglidir,  kütləsi  86-133  qramdır,  ətli 
hissəsinin tərkibində nişastanm miqdarı 10,7-14,8%-dir. Xərçəng 
xəstəliyinə davamlıdır, fitoftoroza qarşı davamlığı orta dərəcədən 
yuxarıdır. Azərbaycanda 1990-cı ildən rayonlaşdırılmışdır. 
Laymdota.  
Latviya Priyekul Təcrübə stansiyasmda əldə edil-
mişdir. Sort orta yetişəndir.  Dad  keyfiyyəti  yaxşıdır.  Məhsul-
darlığı  yüksəkdir.  Kolu  hündürdür,  gövdəsi  orta  qalınlıqdadır. 
Yarpaqları iridir, tünd yaşıl rənglidir. Çoxlu miqdarda çiçək açır, 
çiçək açma müddəti uzundur, çiçək tacı ağdır. Yumrusunun qabığı 
ağdır,  iridir,  uzun  oval  formadadır,  qabığı  bərkdir,  gözcükləri 
ki
çikdir  və  az  gözçük  verir.  Ətli  hissəsi  ağdır,  kütləsi  110-140 
qramdır.  Tərkibində  nişastanm  miqdarı  15%-ə  qədərdir.  Cücər-
tilərinin rəngi qırmızı-bənövşəyidir. Bişirilmə zamanı bütövlüyü-
nü saxlayır və dağılmır. Azərbaycanda 1991-ci ildən rayonlaşdırıl-
mışdır. 
Mona liza
Hollandiyada yaradılmışdır. Tez yetişəndir. Yum-
ru
ları  əla  xarici  görkəmə  malikdir,  uzun  və  oval  formadadır. 
Yumruları çox iridir. Əksər torpaq-iqlim zonalarmda yetişdirmək 
mümkündür.  Məti  yaxşıdır.  Çıxışı  nisbətən  zəifdir.  Bişirilərkən 
d
ağılmır. Məhsuldarlığı yüksəkdir. Dəmgil və fitoftoroz xəstəlik-
lərinə  həssasdır.  Virus  xəstəliklərinə  davamlıdır.  Azərbaycanda 
2006-
cı ildən rayonlaşdırılmışdır. 
İmpala.  Hollandiyada  yaradılmışdır.  Sortun  gövdəsi  möh-
kəmdir. Virus xəstəliklərinə orta dərəcədə davamlıdır. Fitoftoroza, 
rizoktonioza,  qara  ayağa  orta  və  zəif  dərəcədə  tutulur.  Məhsul-
dar
lığı çox yüksəkdir, dad keyfiyyəti və əmtəəlik görkəmi yaxşı-
dır. Tezyetişəndir. Yumrusunun qabığı və ətli hissəsi sarıdır, orta 
irilikdədir.  Uzun-oval formalıdır,  əla  dad  keyfiyyətinə  malikdir. 
Nematoda,  dəmgilə,  fitoftoroza,  yarpaq  bükülməsinə  davamlılığı 
orta və yaxşıdır. Təkrar əkin üçün də tövsiyə olunur. Azərbaycan-
da 2006-
cı ildən rayonlaşdırılmışdır. 
Telman.  Bu  sort 
Azərbaycan  Elmi-Tədqiqat  Tərəvəzçilik 
İnstitunda  Almaniyadan  gətirilmiş  Alisma  sortundan  fərdi  seçmə 
üsulu 
ilə yaradılmışdır.  


100 
 
Respublikanın X zonası üzrə (Orta Dağlıq)
 
2009 - 
cu ildə ra-
yon
laşdırılıb. Orta yetişəndir, vegetasiya dövrü 122 gündür. 
Kolu hündürboylu, 
şaxələnən, dik durandır. Gövdəsi çoxsaylı 
güclü 
çiçəklənəndir.  Yarpaqları  orta  böyüklükdə,  açıq-yaşıl  orta 
damarlanandır. Çiçəklənməsi zəif, hamaşıq çiçəyi yığcam, çox çi-
çəklidir, qısa düz formalıdır. 
Yumruları oval formalı, qabığı hamar, gözcükləri xırda dərin 
olmayandır. Yumrunun ət hissəsi ağ, sarımtıl nişanəlidir. 
Gədəbəy  DSSM  -  də  2005-2007-ci  sınaq  illərində  dəmyə 
şəraitdə orta məhsuldarlığı 167,1 s/ha (standartdan 10,2 s/ha çox) 
məhsul vermişdir. 
Əmtəəlik  yumrunun  kütləsi  83,3  qram,  standart  yumrunun 
kütləsi isə 76,0 qram, nişastanın miqdarı 21,0%-dir. Dad keyfiy-
yətinə görə beş balla qiymətləndirilmişdir. 
Sort  kök 
çürüməsi, xərçəng, yarpaqların ləkə şəklində qıvrıl-
ma
sına qarşı davamlıdır. 
 
2. 2. YERARMUDU  (
TOPİNAMBUR) 
 
Xalq təsərrüfatı əhəmiyyəti. Yerarmudu əsasən texniki məq-
sədlər üçün becərilir. Köküyumrularında quru maddəyə görə 30-
40 % inulin vardır. Hidroliz zamanı inulindən fruktoza alınır. Kök 
yumrularından spirt, pivə, şərab, çaxır sirkəsi, yem droju (maya) 
və  s.  məhsullar  alınır.  Heyvanlar  üçün  kökümeyvələri  və  yaşıl 
kütləsi  yaxşı  yemdir.  Gövdə  və  yarpaqlarında  çoxlu  vitaminlər 
var.  
Proteinin  tərkibində  bütün  əvəzsiz  amin  turşuları  var.  Yaşıl 
kütləsində  əhəmiyyətli  dərəcədə  inulin  olduğundan  heyvan 
orqa
nizmində  mədə  şirəsinin  təsirindən  asan  həzm  olunan fruk-
tozaya  çevrilir.  Yaşıl  kütləsi  ilə  təzə  halda  heyvanları  yemlən-
dirmək  olar.  Yaşıl  kütləsinin  hər  sent-nerində  20-25 yem vahidi 
vardır. Budaqlarında 25-30 % şəkər olur.  
Silosunun hər sentnerində 18-25 yem vahidi var. Yumrular B 
qrupu vitaminləri ilə zəngindir. Yumrular bişmiş, pörtmüş və çiy 
halda  istifadə  oluna  bilər.  Yumrular  həm  də  dərman  əhəmiyyət-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə