Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

139 
 
yem kimi isti
fadə  etməyə  70-80  gündən    sonra  başlamaq olar. 
Həyatının  ikinci  ili  özəyin  üzərində  yerləşən  yarpaqların 
qoltuğundan  çiçəkdaşıyan budaqlar (zoğlar) əmələ gətirir. Çiçək 
qrupu  salxımdır.    Meyvəsi  çartlamaya  davamlı  qınmeyvədir. 
Toxumları yemlik və turneps şalğam toxumlarına nisbətən iridir. 
1000  ədədinin  kütləsi  3-5 qr-dır.  Gövdəmeyvəsinin  (özəyini) 
əkilməsindən  toxumunun yığılmasına qədər 120-130 gün çəkir.
 
Sortları.   Geniş yayılmış sortlarına misal olaraq “beyinşəkilli 
yaşıl  voloqodski”,“beyinşəkilli  yaşıl  siverckaya”,  “minbaşlı”, 
“podmoskovnaya”, “polyarnaya 227” 
və s. göstərmək olar.  Min-
başlı  və  polyarnaya 227  sortlarında  ümumi  kütlənin  70-75%-ni  
çox qiymətli yem hesab edilən yarpaqlar təşkil edir. Başqa sortlar-
da yarpaqların gövdəmeyvəyə nisbəti 1:1-1:1,5-ə nisbəti kimidir.  
So
n dövrlərdə ən çox yayılan və reyestrə daxil olan yem kələmi 
sortu “Vexa”- 
dır. 
Bioloji  xüsusiyyətləri  və  aqrotexnikası.  Yem  kələmini  de-
mək olar ki, bütün tip torpaqlarda,  müxtəlif qranulometrik tərkibli 
torpaqlarda 
(yüngül  gillicəli  və  gillicəli  torpaqlarda)  becərmək 
olar. Turş torpaqlar (pH 5 dən aşağı) bu bitki üçün yararsız hesab 
edilir. 
Yem kələmi münbit, əsasən də subasar, turşuluğu olmayan, 
yaxşı  nəmlənmiş  torpaqlara  tələbkardır.  Bataqlaşmış,  һəmçinin  
yüngül  qumlu  torpaqlar    yem  kələmini  becərmək  üçün  yaramır. 
Quraqlıq  rayonlarda  yem  kələmi  yalnız  bol  suvarma  şəraitində 
inkişaf edir. Odur ki, onu əsasən qaratorpaq olmayan bölgələrdə 
Baltikyanı  ölkələrdə  şimal-şərq  və  şimal-qərb  bölgələrində,  yəni 
Uzaq şimal və quraqlıq rayonlarından başqa һər yerdə becərmək 
olar.  Yem  kələmini  ağır  nəmli  torpaqlarda  və  ya  düzənlərdə 
becərdikdə onu tirələrə basdırmaq lazımdır. 
İstiliyə  o  qədər  də  tələbkar  deyil,  toxumları  +5-6 
0
C-
də 
cücərir.  Yaşıl  kütlə  nisbətən  aşağı  temperaturda,  lakin  torpaq  və 
һavanın yüksək nəmliyində sürətlə böyüyür. Bitki – 6 
0
C şax-
talara asan dözür ki, bu da otlaq  mövsümünü  2-
3 həftə uzatmağa 
imkan verir. 
Yem kələmi gübrələrə də һəssas bitkidir. Hər һektara 
azı  30-40  ton  peyin  və  təsiredici  maddə  hesabı  ilə  60-90 kq 
mineral gübrələr verilməlidir. Səpinlə birlikdə 20-25 kq/ha  hesabı 


140 
 
ilə dənəvərləşdirilmiş superfosfat, 1,0-1,5 s/ha ammonium şorası 
isə seyrəltmədən sonra yemləmə şəklində  verilir. Üzvi və mineral 
güb
rələr birgə verildikdə peyin və kompostların işlənmə norması 
yarıya  qədər  azaldıla  bilər.  Turş  torpaqlar  əvvəlcədən  əhənglən-
məlidir. Yem kələmi 1 ton yaşıl kütlə ilə torpaqdan 2,8 kq N, 1,0 
kq P
2
O
5
, 4,6 kq K
2
O və 2,8 kq CaO aparır.  
Sələflərə  münasibəti  şalğamdakı  kimidir.  Onu  mərkəzi    və 
cənub  rayonlarında  birillik  otlardan  və  dənli  bitkilərdən  sonra 
yerləşdirmək  mümkündür.  Sahələri  fermalara  yaxın  yerləşdiril-
məlidir. Bu bitkini biçməklə, eyni zamanda  kövşənlik bitkisi kimi 
də becərmək mümkündir. 
Yem kələmini həm toxumla, həm də şitillə  çoxaltmaq olar. 
Şitil  əkinlərindən  daha  yüksək  məhsul    əldə  etmək  olur,  amma 
çəkilən  xərclər  bir  qədər  artır.  Onu  may  ayının  15-25-dən  gec 
olmayaraq şitillə əkmək daһa əlverişlidir. Şitilləri СКН-6 şitil bas-
dıran  maşını  ilə  basdırırlar;  cərgələr  bir-birindən  70  sm,  bitkilər 
isə 40 sm məsafədə olmalıdır. Şitilləri parniklərdə və ya ləklərdə 
eyni ilə mətbəx kələmi kimi yetişdirirlər. 
Toxumlarını  yazlıq  taxılların  toxumları  ilə    eyni  vaxtda, 
tərəvəz toxumu səpən səpicilərlə 60-70  sm cərgəarası qoymaqla 
səpirlər. Səpin norması һektara 1-2 kq, şitillə yetişdirdikdə isə 0,5 
kq 
təşkil  edir.  Toxumları  1-2  sm  dərinliyinə  basdırılır.  Hektarda 
bitki sıxlığı şalğamdakı kimidir. Adətən onu  sahədə 70 x 25, 70 x 
30  və yaxud 60 x 40 sm  sxemi ilə yerləşdirirlər. 
Əgər  toxum  səpildikdən  sonra  çıxışlara  qədər  torpağın 
sətһində  qaysaq  əmələ  gələrsə,  onu  cərgələrin  eninə  malalamaq 
lazımdır. Cücərtilər torpaq sətһinə  çıxdıqda cərgə aralarını  yum-
şaldır və  eyni vaxtda cərgələri  alaq otlarından təmizləyirlər. Kə-
ləmdə 3-4  yarpaq əmələ gəldikdə rotasiya toxaları və kultivator-
larla seyrəltmə aparırlar; bitkilər cərgələrdə bir-birindən 35-40 sm 
məsafədə saxlanılmalıdır. Daһa enli məsafədə əlavə bitkilər basdı-
rır, sonra cərgə aralarını yumşaldır və kələmi əlavə gübrələyirlər. 
Bitkilərin yaşıl kütləsi cərgə aralarını örtdükdə cərgəarası be-
cərməni dayandırırlar. 


141 
 
Alaqlardan təmiz torpaqlarda və yaxud yüksək  effektli  her-
bisidlərin  tətbiqi ilə yem kələmini başdan - başa  səpin üsulu ilə 
seyrəltmə aparmadan da becərmək  olar. Belə  sıxlaşdırlmış səpin-
lərdə bitkinin əmələ  gətirdiyi özək nazik olur və yarpaqları çox 
olur. 
Yaşlı bitkilərini kələm ağ kəpənəyi, çəmən  kəmənəyi, payız-
lıq əkin sovkası və s. zədələyir. Bu zərərvericilər əleyhinə 50%- li 
karbafos (0,6-1,2 l/ha) 50 %-li aktelik  (0,5 l/ha
) və b.  Insektisid-
lərdən biri ilə mübarizə  aparılır. Birə ilə mübarizə məqsədilə bit-
kini  xüsusi  maşınlardan  һeksaxloran  və  ya  digər  zəһərli  mad-
dələrlə (һər һektara 10-15 kq) tozlandırırlar. 
Yem kələminin yaşıl yem kimi yığılması noyabrın əvvəllərinə 
qədər çəkə bilər. Heyvanlar dondurulmuş yem kələmini donu açıl-
d
ıqdan sonra iştaha ilə yeyirlər. Yem kələminin yaşıl kütləsi və si-
lo
su ilə heyvanların gündəlik yemləmə  norması hər başa  20-25  
kq 
dan artıq olmamalıdır.  Gündəlik norma 40-50 kq təşkil edərsə 
heyvanla
rda  yaşıl kütlənin tərkibində olan glikozinolitlərin  hesa-
bına anemiya baş verə bilər. Silosun həddən artıq verilməsi isə sü-
dün keyfiyyətini və dadını pisləşdirir. 
Yığımda yemyığan kombaynlardan və biçib  xırdalayanlardan 
istifadə edilir. Biçib xırdalayıcı  maşınlarla  yığım aparıldıqda ya-
şıl kütləyə 15-20% saman  (küləş) qatılması şirə ilə quru maddə it-
ki
sini azaldır. Yem kələmi bitkisini doğranmadan (xırdalanmadan) 
da yığmaq olar. Doğranmadan yığma siloslama zamanı quru mad-
də itkisinin qarşısını alır. 
Yem  kələminin  toxumçuluğu  baş  kələmin  toxumçuluğu  ilə 
eynidir. Bir hektara 20-
30 min gövdəmeyvə (kələm özəyi) əkilir. 
Əkin işləri kultivatorla və kotanla şırım açılmaqla həyta keçirilir. 
Əkin vaxtı gövdəmeyvələr (özəklər) bir tərəfə meyilli olmaqla 60-
70 sm cərgəarası olmaqla əkilir. Toxumluq  sahələri zərərverici-
lərdən, yetişmə vaxtı isə  quşlardan qorumaq  lazımdır. Yem kələ-
mi
ni şaxtalar başlayan ərəfədə СК-2,6А silos kombaynları, otbi-
çən  maşınları  vasitəsilə  və  ya  əl  ilə  yığırlar.  Yığım  ikifazalı  ol-
maqla 2-3 
dəfəyə  aparılır.  Düzgün  aqrotexnika  tətbiq  etdikdə  
hektardan 10-
12 sen. toxum götürmək olur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə