Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

130 
 
aid  olduğu  güman  edilib.  Yemlik  bostan  bitkiləri  Asiya  ölkə-
lərində  (Çində,  Hindistanda,  Yaponiyada),  Afrikada,  Mərkəzi  və 
Cənubi  Amerikada  becərilir.  Avropa  ölkələrindən  Bolqarıyada, 
Macarıstanda, Rumıniyada, İtaliyada keçmiş Yuqoslaviyada və s. 
xeyli əkin sahələri vardır.  
Rusiyada bostançılığın tarixi qədimdir. Ancaq sənaye bostan-
çılığı XIX əsrin ortalarından başlayıb.  Rusiyada bostan bitkiləri-
nin əkin sahəsi 160 min hektardan çoxdur. 
Rusiya ərazisində qarpız əsasən orta və aşağı Volqa boyunda, 
Şimali  Qafqazda,  Qabaq  isə  Mərkəzi  qaratorpaq  və  qeyri  -  
qaratorpaq bölgələrdə, Uralda və Sibirdə becərilir.  
Yemiş Orta  Asiya respublikaları və  Zaqafqaziyada becərilir. 
Qarpızın  məhsuldarlığı  hektardan  dəmyə  şəraitində  250-300 
sentner, suvarılan zonalarda 400-500 sentnerə, yemişinki 160-180 
və 500 sentnerə, qabağınkı isə 350-700 sentnerə çatırdı.   Bostan 
bitkilərindən  ən çox məhsul aşağı Volqa boyunda və şimali Qaf-
qaz
da alınır.  
Azərbaycanda    ərzaqlıq  bostan  bitkilərinin  cəmi  əkin  sahəsi 
2010  - 
cu  ildə  31873  ha,    ümumi  məhsul  istehsalı  433  571  ton, 
məhsuldarlığı isə 137 s/ha təşkil etmişdir
 
(cədvəl 5). 
Cədvəl  5 
Azərbaycanda 2008 - 2010 - cu  illərdə  bostan bitkilərinin 
vəziyyəti 
Əkin sahəsi, 
ha-la 
Məhsul istehsalı, 
tonla 
Məhsuldarlığı, 
s/ha - la 
2008 
2009 
2010 
2008 
2009 
2010 
2008 
2009 
2010 
31721 
31063 
31873 
407716 
410803 
433571 
129 
132 
137 
 
3.1. QARPIZ 
 
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Qarpız  (citrullus) 
cinsinə (Citrullus lanatus Thunb. var. citroides) daxil olan birillik 
və  çoxillik    bitkidir.  Tağı  4-5  m  uzunluğunda,  qabırğalı  və  çox 
şaxələnəndir.  Yarpaqları  adətən  biri  digərinin  üzərinə  yatan, 


131 
 
yaxud  toxunan  iri  dilimlərə  bölünür.  Yarpaq  ayasının  iriliyinə, 
forma
sına,  dilimlənməsinə  və  dilimlərinin  sayına  görə  sortları 
müxtəlifdir. Tipik yarpaqları kök boğazından etibarən 15-20 ədədi 
hesab edilir. Bitki öz
ünü  torpağa  bərkitmək  üçün  gövdədə 
bığcıqlar əmələ gətirirlər 
(Şəkil 15, s. 123). 
Çiçəkləri sarı rəngli, meyvəsi iri, kürə, yaxud uzunsov - oval 
formalı, səthi hamar, qabığı tünd yaşıl, açıq - yaşıl və ağ olmaqla 
saya və ya zolaqlıdır. Meyvənin ətli hissəsi müxtəlif sıxlığa malik 
sarı, qırmızı, çəhrayı və narıncı rənglidir.  
Toxumları  yastı,  oval  –  yumurtavarı,  ağ,  qara,  qırmızı  və 
darçını  rənglidir.  Bir  meyvədə  30-1000  ədəd  toxum  əmələ  gəlir. 
1000 ədəd toxumun kütləsi 60-150 qramdır. 
Növləri.  Qarpız  (citrullus)  cinsi növ tərkibinə görə zəngin 
deyildir.  Hazırkı  təsnifata  görə  qarpızın  iki  mədəni  bir  yabanı 
növü vardır. Mədəni növlər süfrə qarpızı (adi qarpız) - Citrullus 
edulus (Citrullus lanatus Thunb. var. citroides
) və yemlik qarpız 
(şəkərli qarpız)  - Citrullus colocynthoides Pang. Yabanı qarpız 
(Citrullus naudianus). 
1.
 
Adi  qarpız  –  Citrullus lanatus (Thunb.) var. citroides 
(citrullus edulis) 
birillik  bitkidir.  Tağı  o  qədər  uzun  deyil,  5  m 
uzunluğunda,  yaxşı  şaxələnəndir.  Yarpaq  ayası  uzunsov,  kəskin 
dil
imlənmiş  və  bir  -  birinin  üzərinə  keçir.  Çiçəkləri  bozumtul  - 
sarı rənglidir. Meyvələri kürəvi, oval formalı, çəkisi 2-25 kq ağır-
lığında və daha artıq olur. Meyvənin ətli hissəsi çəhrayı, qırmızı 
və  sarı  rəngli,  yumşaq  və  yaxşı  dadlıdır.  Bu  növ  bütün  yerli 
sortları əhatə edir. 
2.
 
Yemlik  qarpızın  –  citrullus colocynthoides Pang.  –  kök 
kütləsi daha güclü, yarpaqlarının dilimləri daha böyükdür. Çiçək-
ləri  iri,  tutqun-  sarı  rənglidir.  Erkək  çiçəkləri  uzun  saplaqlı,  dişi 
çiçəkləri isə qısa saplaqlıdır. Meyvəsi müxtəlif  formada  şarşəkilli 
və  ya  oval  uzunsov  olub,  yaşıl  və  ya  açıq  -  yaşıl  rəngli,  tutqun 
mərmər  şəkilli  zolaqları  vardır.  Ətli  hissəsi  solğun-  yaşıl  rəngli 
olmaqla, tərkibində 1,2-2,6% şəkər olur. Meyvəsinin kütləsi 10-30 
kq və daha çox olur. 1000 toxumunun kütləsi 120-130 qr və daha 
çox olur. 


132 
 
3.
 
Yabanı  qarpız  (Citrullus  naudianus) çoxillikdir. Kökü 1 
metrə qədər işləyir, gövdəsi bir qədər qısa və yoğun olur. Yarpağı 
palma  yarpağı  kimi  dilimli,  meyvəsi  6-8  sm  uzunluğunda 
tikanlıdır. Ən çox Afrikada yayılmışdır. 
Bioloji  xüsusiyyətləri.  Qarpız  istisevən  quraqlığa  davamlı 
bitkidir.  Nəm  torpaqda  toxumları  +16  +17 
0
C temperaturda 
cücərməyə  başlayır.  Çıxışlar  8-10  günə  əmələ  gəlir.  -1 
0

şaxtalarda  məhv  olurlar.  Gövdənin  inkişafı  üçün  20-22 
0
C, 
meyvənin inkişafı üçün isə 25-30 
0
C optimal hesab olunur. Qarpız  
işıqsevən  qısa  gün  bitkisidir.  Qarpız  üçün  ən  yaxşı  torpaqlar 
qumlu və qumsal torpaqlardır. 
Sortları. Azərbaycanda  (2010) qarpızın aşağıdakı sortları ra-
yon
laşdırılmışdır: Biryuçekutski -775, Melitopolskiy -142 və Mər-
can.               
Cədvəl  6 
Q
arpızın Azərbaycanda  (2010) rayonlaşdırılmış sortları 
 
Sortlar 
Yetişməsi 
Rayonlaşdırıldığı il 
Biryuçekutski  775       
 
orta yetişən                          
 
1953
 
Melitopolskiy -142     
 
orta yetişən                           
 
1953
 
Mərcan    
 
orta yetişən                            
 
1996
 
 
1. Biryuçekutsk - 775 sortu. 
Kolu uzun tağlı, yarpaq ayası orta 
irilikdə,  dilimləri  ensizdir.  Meyvəsi  kürəşəkilli,  meyvənin 
qabığının  rəngi  yaşıldır.  Ümumi  mühitdə  açıq  -  yaşıl  zolaqları 
vardır.  Ətli  hissəsi  çəhrayı  –  qırmızı,  çox  şirəli,  dadı  yaxşıdır. 
Meyvənin  çəkisi  orta  hesabla  2-3,6  kq,  toxumları  xırda,  qara 
rənglidir.  Orta  müddətdə  yetişən  sortdur.  1953-  cü  ildən 
rayonlaşdırılmışdır 
2.
Yerli Cəfərxan qarpızı -Tağı uzun, meyvəsi kürəşəkilli, açıq 

yaşıl rəngli, tünd yaşıl naxışlıdır. Ətli hissəsi dənəvər, bir qədər 
qaba, dadı yaxşıdır. Orta müddətdə yetişən sortdur.  
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə