Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   43

136 
 
torpaqlarda, eyni zamanda çoxillik otlar 
altından çıxmış tarlalarda 
yaxşı inkişaf edirlər. 
Növbəli əkində bostan bitkiləri payızlıq taxıllardan, qarğıdalı 
və birillik otlardan sonra becərilir. 
Üzvi və mineral gübrələrin düzgün tətbiqi məhsuldarlığı artır-
maqla  məhsulun  yetişməsini  sürətləndirir  və  keyfiyyətini  yaxşı-
laşdırır.  Qarpız  altına  hər  hektara  15-20,  qabaq  altına  30-40 ton 
peyin  verilir.  Mineral  gübrələri  hektara  N
90
P
130
  K
60
 
əsas  şum 
altına, cərgələrə isə  N
10
P
15
 K
10 
kq verilir. Mineral gübrələr məh-
suldarlığı 25-30% artırır. 
Torpağın becərilməsi 8-10 sm üzləmə, 25-30 sm dərinliyində 
şum aparmaqdır. Yaz becərmə işləri 2 dəfə kultivasiya çəkmə və 
malalamadır.  
Səpin  üçün  dolğun  və  sağlam  toxumlar  seçilir.  Cücərmə 
qabiliy
yəti  90%-  dən  aşağı  olmamalıdır.  Səpinqabağı  toxumları 
havada günəş altında 3-5 gün qızdırılır və ya  50-60 
0
C-
də 4 saat 
saxlayırlar. Səpinə 1-2 gün qalmış toxumları 24 saat müddətində 
otaq temperaturunda isladırlar. 
Toxumları səpməzdən qabaq, hər kq-a 5 qram hesabı ilə 80%-
li TMTD və 4 qram 65%-li fentiuramla işləyirlər. 
Səpin müddəti qarpız və qovun üçün torpağın 10 sm qatında 
temperatur 12-14 
0
C və qabaq üçün 9-10 
0
C-dir. Bu temperaturda 
qarpız    9-10,  yemiş  8-9, qabaq 6-7  gündən  sonra  çıxışlar  verir. 
Səpinin gecikdirilməsi məhsuldarlığa mənfi təsir göstərir. 
Bostan bitkilərinin səpinləri СБН-3, СБУ-2,4 markalı toxum 
səpən maşınlarla aparılır. Punktir üsulu ilə səpin üçün SPÇ- 6M-
dən istifadə edilir. Səpin üçün pambıq və qarğıdalı toxumu səpən 
maşınlarından istifadə olunur.  
Səpin sxemləri (metrlə) 
Qarpız   -  2,5 x 1,5  -1,7          2,1 x 2,1 -1,4       1,8 x 1,8 
Qovun  -  2,5 x 0,8 -1,0           2,1 x 0,8 -  1,2 
Qabaq   - 2,5 x 1,8 - 2,0          2,8  x 1,5- 1,8 
Yabanı qabaq (kabaçki)          0,7 x 0,7 
Səpin  norması  hər  hektara  qarpız  1,5-3,0 kq (2,3-3,1 min), 
qabaq 3-5 kq (2,2-
2,4 min), yemiş 2-4 kq (5-6 min), kabaçki 15-


137 
 
20 min cücərmə qabiliyyətli toxumdır. Toxumun basdırılma dərin-
li
yi qarpız və qabaq 6-8 sm, yemiş 4-6 sm.  
Əkinlərə qulluqvə məhsul yığımı. Əkinə qulluq işləri mala-
lama 
və ya rotasiya toxaları ilə yumşaltmadır. Bu zaman həm qay-
saq  dağıdılır,  həm  də  alaq  cücərtiləri  məhv  edilmiş  olur.  Cərgə-
arası becərmə 12-15 sm, sonra isə 8-10 sm dərinliyində aparılır. 
Cərgəarası  becərmədə  КРН-4,2,  КРН-5,6,  КНБ-5,4  markalı 
kultivatorlardan  istifadə  olunur.  Məhsul  yığımına  15  gün  qalana 
qədər  əkinləri  unlu  şeh  və  antraknoz  xəstəliklərinə  qarşı  hektara 
600 litr 1% -
li bordo mayesi və 15- 20 kq kükürd tozu ilə işləyir-
lər. 
Vegetasiya müddətində bostan bitkiləri 3-5 dəfə suvarılır (10-
15 gündən bir). Çiçəkləməyə qədər, çiçəkləmədə suvarma dayan-
dırılır və meyvə əmələ gəldikdə yenidən suvarılır, suvarma norma 
hektara 600-800 m
3
- dir. 
 1-
ci suvarma çıxışdan 20 gün sonra, 2-ci suvarma bundan 10-
15 gün sonra aparılır. Yığıma 15 gün qalmış suvarma dayandırılır. 
Bostan bitkilərinin meyvələri eyni vaxtda yetişmirlər. Ona görə də 
qarpız və yemişi 2-3 dəfəyə yığırlar. Qabaq və yem qarpızını bir 
dəfəyə  yığırlar.  Yetişərkən  qarpızın  qabığı  kobudlaşır,  saplağı 
quruyur, yemiş və qabaq sarı rəng alırlar.  
Saxlamaq üçün zədələnməmiş meyvələri seçirlər. Qarpız 2-3 
0
C, yemiş 0-2 
0
C  temperatur və 75-85% nəmlikdə (hava) saxla-
nılır. Balqabaq isə müvafiq olaraq 10 
0
C və 70-75% nəm havada 
saxlanılır.   
 
 
 
 
 
 


138 
 
IV FƏSİL. 
YEM KƏLƏMİ
 
 
Yem  kələmi  yaşıl  yem  və  silos  əldə  etmək  üçün  becərilir. 
Qida
lılıq  dəyərinə  görə  günəbaxandan  geri  qalmır.  Donmuş  və 
donu  açılmış  yaşıl  kütləsi  yem  dəyərini  itirmir.  Siloslama  üçün 
yem  kələminin  “Minbaşlı”  sortu  daһa  yararlıdır;  “yaşıl  beyin-
şəkilli” sortu əsasən, mal - qaranı yaşıl yemlə əlavə yemləmədə is-
ti
fadə olunur. Yem kələmi təmiz һalda, dənli bitkilərin samanı və 
çoxillik otlarla birlikdə yaxşı siloslanır. 
Bu bitki daha yaxşı inkişaf etdiyi qeyri-qarqtorpaq bölgələrdə 
hektardan 500-
800 sentner məhsul verə bilir ki, bunun da 12-14%-
i quru  maddə hesab edilir. Yüz kiloqram yaşıl kütləsində 15-16 
yem  vahidi vardır ki, onun da 60-100 mq %-ni  C vitamini,  karo-
tin, 4-
6 % şəkər,   B qrup vitaminləri, mineral duzlar təşkil edir. 
Yem kələminin silosu ilə iribuynuzlu mal-qaranı sutka ərzində 20-
25 kq normasında yemləyirlər. 
Yem  kələmini  Rusiyada  çox  da  böyük  olmayan  sahədə  
becərirlər.  Yüksək  məhsuldar,  iki  illik,  soyuğadavamlı  bitkidir. 
Vətəni Aralıq dənizinin sahilləri hesab edilir. Yabanı yarpaq kələ-
mindən  əmələ  gəlmişdir.  Avropanın  bir  sıra  ölkələrində  xüsusən  
Fra
nsa, İngiltərə, Almanya, Çexiya və s.  geniş yayılmışdır. Rusi-
ya  ərazisində becərilməyə başlanması iki  əsrə  yaxındır. Orta he-
sabla hektardan 300-
350  sen.  məhsul  verir.  Ancaq 700-800 sen. 
məhsul  vermək  imkanı  var.  Toxum  məhsuldarlığı  6-12 s/ha-dır. 
Mün
bit torpaqda yüksək aqrotexnika və suvarma tətbiq olunduqda 
һər һektardan 1000-1500 sentner yaşıl kütlə verə bilir.  
Botaniki təsviri. Yem kələmi (Brassica subspontanea Lizg.) 
kələmkimilər  (Brassicaceae)  fəsiləsinə  daxil  olan  ikiillik,  çarpaz 
tozlanan bitkidir
 (
Şəkil 20, s. 128). 
Birinci ili yem kələmi iyşəkil-
li, şirəli, silindrik gövdəmeyvə (kələm  özəyi) əmələ gətirir. Hün-
dürlüyü 1,0-
1,5  metr,    yoğunluğu  3-5  sm  olan,  üzərində  çoxlu 
sayda saplaq
lı lirə şəkilli yarpaqları olur.  Yarpaqların üzəri mum   
təbəqəsi ilə  örtülü olur.  Yarpaq və gövdənin rəngi yaşıl və müx-
təlif çalarlıqda bənövşəyi-antosian  rənglidir. Birinci ili vegetasiya 
müddəti  140-160  gün    çəkir.  Ancaq  kövşənlik  əkinlərində  vacib 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə