Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

86 
 
olan dövr; V - 
yerüstü  kütlənin  tam  quruması  və  yumruların 
fizioloji yetişkənlik dövrü. 
Kartof  mötədil iqlim bitkisidir. 7-8 
0
C-
dən aşağı temperatura 
pis reaksiya göstərir. Yumruların cücərməsi üçün optimal tempe-
ratur 15-16 
0
C-dir. 30-35 
0
C  cücərtilərə  pis  təsir  edir  və  uzun 
müddət olduqda məhv olurlar.  
Kartofun cücərtiləri -3 
0
C şaxtada məhv olurlar. Temperatur -

0
C-
yə  endikdə  yumrulardakı  nişasta  şəkərə  çevrilir.  Belə 
yumrular  şirin  dad  verir.  5-10 gün otaq temperaturunda saxla-
narsa, şəkər tənəffüsə sərf edilir və şirinlik yox olur. Yarovizasiya 
mərhələsi işıqda 10-12 
0
 C temperaturda 30-
40 günə keçir.  
Yumrular əmələ gəldiyi dövrdə temperaturun 17-18 
0
C olması 
əlverişlidir. Kartof işıqsevən uzun gün bitkisidir. İşıq çatmadıqda 
çiçəkləmir və yumrular keyfiyyətsiz olur.  
Kartof  suya  tələbkar  bitkidir.  Yumrular  intensiv  böyüdükdə 
suya daha çox tələbkardır. Transpirasiya əmsalı 365-600-dür. İsti 
günlərdə  bir  kol  sutkada  4  litrə  qədər  su  buxarlandıra  bilər. 
Yüksək məhsul almaq üçün nəmliyi tam  tarla su tutumunun 60-
80
% həddində saxlamaq lazımdır. 
Kartof  sortları  vegetasiya  müddətlərinin  uzunluğuna  görə  3 
qrupa bölünür.  
1)
 
tez yetişənlər (70-90 günə) 
2)
 
orta yetişənlər (120-130 günə) 
3)
 
gec yetişənlər (131-180 günə) 
Zəif  turş  mühitli  pH-5-6  olan  torpaqlarda  kartof  daha  yaxşı 
in
kişaf  edir.  Torpağa  tələbkardır.    Qranulometrik  tərkibi  yüngül 
olan münbit torpaqlarda yaxşı məhsul verir. 
Ağır qranulometrik tərkibli, çox qaysaq bağlayan gilli, şorlaş-
mış, daşlı və su basmış bataqlı torpaqlar kartof becərilməsi üçün 
yararlı deyildir. Kartof qida elementlərinə də tələbkardır. Azot və 
fosfor  çatışmadıqda  yarpaqların  rəngi  açıq  olur  və  dik  durur. 
Kalium  çatışmadıqda  tunc  (bronzovıy)  rəngli  yarpaqlar  əmələ 
gəlir.  Yarpaqlar  qırışır,  kənarları  aşağı  əyilir,  qonur  -  yaşıl  rəng 
alır və məhv olur.  


87 
 
Növbəli  əkində  yeri.    Kartof  növbəli  əkində  payızlıq  və 
yazlıq dənli taxıl, dənli-paxlalı bitkilərdən sonra yerləşdirilə bilər. 
Tərəvəz,  bostan,  silos  bitkiləri  də  kartof  üçün  yaxşı  sələf  hesab 
edilir.  Pomidor,  tütün  və  badımcan  kartof  bitkisi  üçün  sələf ola 
bilməz, ona görə ki, onlar kartofla eyni zərərverici və xəstəliklərə 
tutulurlar. 
Növbəli  əkin  tarlasında  maillik  2-3
0
-
yə  qədər  olmalıdır  ki, 
böyük aqreqatlar yaxşı hərəkət edə bilsinlər.  
Kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan 
sonra torpaq alaqsız və yumşaq olur. Odur ki, bu bitki dənli -taxıl, 
dənli-paxlalı  və  texniki  bitkilər  üçün  yaxşı  sələf  hesab  olunur. 
Kartofu eyni tarlada dalbadal əkdikdə fitoftora xəstəliyinə tutulur, 
yumrular  məftil  qurdları  və  başqa  zərərvericilər  tərəfindən  daha 
çox zədələnir. Buna görə də bəzən kartof təkrar səpinlərə məruz 
qalır. 
Eyni  tarlada  əkilən  kartof    bitkisində  fitoftoradan  başqa  ən 
çox  rast  gəlinən  xəstəliklər  dəmgil,  qara  ayaq  və  rizoktoniyadır. 
Bunlar  məhsuldarlığı  aşağı  salır.  Məhsuldarlığın  aşağı  düşməsi 
yolxucu  xəstəliklərin  çoxalması  ilə  yanaşı  torpağın  fiziki 
xassələrinin pisləşməsindəndir. Bunlar bitki eyni tarlada dalbadal 
əkildikdə baş verir. Ona görə də kartofu ixtisaslaşmış təsərrüfat-
larda  becərərkən  profilaktiki  yol  növbəli  əkindir.  Növbəli  əkin 
tarlasında kartof yenidən əkilərsə orada dənli-paxlalılar və çoxillik 
paxlalı yem otlarının əkilməsi ilə yanaşı üzvi gübrələrin verilməsi 
vacibdir.  Kartofu  bütün  kənd  təsərrüfatı  bitkilərindən  sonra 
becərmək mümkündür. Ancaq, ən yaxşı sələflər altına üzvi gübrə-
lər verilmiş payızlıq dənli - taxıl bitkiləri, birilik paxlalılar (noxud, 
paxla,  mərcimək  və  s.)  və  çoxillik  paxlalı  otların  ikinci  ilindən 
sonradır.  
Torpaq-
iqlim şəraitindən, təsərrüfatın istiqamətindən, təsərrü-
fat
da  əkin  tarlasının  strukturundan  asılı  olaraq  becərilən  kartof 
bitkisini növbəli əkinin müxtəlif bitkiləri ilə növbələndirmək olar.  
Torpağın becərilməsi. Kartof üçün şum qatı dərin yumşaldıl-
malıdır  ki,  torpağın  hava  və  nəmlik  rejimi  yaxşı  nizamlansın. 


88 
 
Hava və suyu yaxşı keçirən torpaqlarda kartof tez inkişaf edir və 
daha  iri  yumrular  əmələ  gətirir.  Respublikamızın  kartofçuluq 
rayonlarında əsas şum 25-30 sm dərinliyində ön kotancıqlı kotanla 
aparılır.  Əsas  şum  zamanı  şumaltı  qatı  yumşaltmaq  üçün  kotana 
torpaqdərinləşdirici  də  bərkitmək  olar.  Payızlıq  dənli-taxıl  bitki-
lərindən  sonra  tarla  6-8  sm  dərinliyində  üzlənir.  Alaqlar  cücər-
dikdən sonra 8-10 sm dərinliyində 2-ci üzləmə aparılır. Şum altına 
15-20 ton/ha peyin, 2-3 sentner surepfosfat, 2-3 sentner kül, 1-2 
kq  manqan-
sulfat verilir. Payız-qış aylarında şum qatındakı nəm-
lik qorunub saxlanır. Erkən yazda tarlada traktorun işləməsi müm-
kün olduğu vaxt tarla malalanır. Bir neçə gündən sonra 10-12 sm 
dərinliyində kultivasiya  çəkilib torpaq  yumşaldılır və daha sonra 
malalanıb hamarlanır. Əsas şumdan sonra yaza qədər torpaq çox 
kipləşibsə,  yazda  əsas  şumun  köndələninə  3-5  sm  dərinliyində 
təkrar  şumlama  aparılır.  Bəzən  təkrar  şum  əvəzinə  13-15 sm 
dərinliyində  çizellə  də  yumşaldıla  bilər.  Hər  iki  tədbirdən  sonra 
sahə dərhal malalanmalıdır.  
Gübrələmə.  Kartof gübrəyə tələbkar bitkidir. Üzvi və mine-
ral  gübrə  verməklə  məhsuldarlığı  əhəmiyyətli  dərəcədə  artırmaq 
mümkündür.  Kartof  torpaqdan  hər  ton  yumru  və  ona  müvafiq 
yerüstü kütlə ilə 4-6 kq azot, 1,2-2 kq fosfor, 6-11 kq kalium, 2-4 
kq kükürd, 2,5-
5 kq kalsium aparır. Azotun hesabına əlavə məhsul 
artımı 58%, fosforun hesabına 22%, kaliumun hesabına isə 20% 
düşür. Kartof   əkinlərinə üzvi gübrələrdən peyin verilməsi torpaq-
iqlim  şəraitindən  asılı  olaraq  hektara  20  tondan  100  tonadək 
dəyişir.  
 
Qumsal  və  gillicəli  torpaqlarda  yaşıl  gübrə  kimi  paxlalı 
bitkilərdən (lüpin) istifadə olunur. 
Təkcə üzvi gübrə verilməsi kartofun qida elementlərinə olan 
əsas  tələbini  (tam  tələbini)  vegetasiyanın  başlanğıcında  ödəmir. 
Üzvi  gübrə  minerallaşıb  asan  həll  olan  birləşmələrə  çevrilənə 
qədər  mineral  gübrələrin  kartofun  məhsulunu  artırmaqda  rolu 
böyükdür. 
Fosfor və kalium gübrəsi əsas şum altına, azot və fosforun bir 
hissəsi səpin zamanı verilir.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə