Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

83 
 
II FƏSİL. KÖKÜYUMRULU BİTKİLƏR 
 
2.1. KARTOF 
 
Köküyumrulu  bitkilər  qrupuna  kartof  (Solanum tuberosum 
L.),  topinambur  (Helinathus tuberosus L.), batat  
(İpomoea bata-
tas Lam.), maniok  (Manihot esculenta Crantz.), yams  (Dioscorea 
alata L.),  taro  (Colocasia antiquorum L.)  daxildir. Bunlardan 
Azərbaycanda ən çox əkilib becəriləni və xüsusi əhəmiyyət kəsb 
edəni kartofdur 
(Şəkil 13, s. 121).
 
Kartof
un əhəmiyyəti. Kartof mühüm kənd təsərrüfatı bitki-
sidir. Dünya bitkiçilik məhsulları istehsalında o, çəltik, buğda və 
qarğıdalıdan sonra birinci yeri tutur.  
Kartof  yumrularında  25%  quru  maddə  14-22%  nişasta,  1,4-
3% zülal, 1%-
ə  yaxın  sellüloz,  0,3%  yağ  və  0,8-1% kül 
elementləri, C, B (B
1
, B
2
, B
6
), PP, K vitaminləri və karotinoidlər 
vardır. Xüsusilə təzə yumrular vitaminlə zəngindir.  
Kartof  hərtərəfli istifadə olunan bitkidir. Bu bitki insanların 
qidalanması üçün çox vacib ərzaq məhsuludur. Onu haqlı olaraq 
ikinci çörək adlandırırlar.  
Kartof heyvanlar üçün  yaxşı yemdir. Yumrularıından bişmiş 
və ya çiy formada heyvanların yemləndirilməsində istifadə edilir. 
Yerüstü kütləsini siloslaşdırırlar. Yumruların hər sentnerində 29,5, 
yaşıl  kütləsində  isə  8,5  yem  vahidi  vardır.  Yumrular  həm  də 
sənayedə  müxtəlif  məhsulların  alınması    üçün  qiymətli 
xammaldır.  Ondan  spirt,  nişasta,  dekstrin,  qlükoza,  kauçuk  və  s. 
alınır.  Kartofdan  alınan  nişasta  yeyinti,  toxuculuq  və  kağız 
sənayesində əvəzsizdir. 
Tərkibində  17,6%  nişasta  olan  bir  ton  yumrulardan  112  litr 
spirt, 55 kq maye karbo
nat turşusu, 170 kq nişasta, 80 kq qlükoza, 
1500  litr  barda  (cecə),  1000  kq  əzinti    (mezqa),  0,39  litr  sivuş 
yağı, 17 kq sintetik kauçuk və s. alınır. Kartofun hər 100 qramında 
25 mq C vitam
ini  vardır.  O,  həm  də  yaxşı  sələf  bitkisidir. 
Cərgəarası becərilən bitki kimi özündən sonra torpaq yumşaq və 


84 
 
alaq otlarından təmizlənmiş olur. 
Bitkinin tarixi. 
Kartofun  vətəni  Mərkəzi  Amerika  olub, 
Cənubi və Mərkəzi Amerikada onun 60 yabanı,  20 mədəni növü 
məlumdur. İngilis alimi Şefford Peru və Çili ərazisində qədim qə-
bir
lərdə müxtəlif qabların içərisində kartof şəkilləri tapmışdır. Bu 
şəkillər Amerikanın kəşfindən əvvəl olduğunu göstərir.  Ekvador,  
Peru,  Boliviya,  Argentina  və  Çili  ərazilərində  hindu  qəbilələri 
vaxtilə  digər  məhsullarla  yanaşı  kartofun  da  qurumuş  ehtiyatını 
(“cuno”) 
saxlayırlarmış  ki,  müharibə  olarkən  həmin  ərzaqlardan 
istifadə etsinlər. 
 
İspan  səyahətçisi  X.  Kolumb  Amerikanı  kəşf  edərkən  kar-
tofun mədəni şəkildə becərildiyini görmüşdür. Onlar yerli əhalinin 
torpaqdan  alma  kimi  yumruları  çıxararaq  ocaqda  bişirib  iştahla 
yediklərini  müşahidə  etmişlər.  1565-ci  ildə  kartof  İspaniyaya 
gətirilib, oradan  İtaliyaya və Avropa ölkələrinə  yayılıb.  1588-ci 
ildə  İngiltərəyə,  1651-ci  ildə  Almaniyaya,    oradan  isə  Fransa  və 
İsveçrəyə gətirilmişdir. 1596-cı ildə İsveç botaniki Kasbar Boxen 
kartofu  «Solanum tuberosum- 
yəni  köküyumrulu  quşüzümü» 
adlandırmışdır.   
Kartof Rusiyaya XVIII əsrdə gətirilmişdir. I Pyotr XVII əsrin 
axırında  gəmiçiliklə  bağlı  Niderlandda  olarkən  çoxaltmaq  üçün 
Rotterdamdan qraf Şeremetyevə bir kisə kartof göndərir. 1765-ci 
ildə əsasən bu bitkinin becərilməsinə başlanılır. 
Kartof  Azərbaycana XVIII əsrin axırı və XIX əsrin əvvəllə-
rin
də  ruslar,  malakanlar  və  alman  kolonistləri  tərəfindən  gətiril-
mişdir. 
Yayılması və məhsuldarlığı.  Demək olar ki, kartof dünya-
nın  bütün  ölkələrində  yayılmışdır.  Dünya  əkinçilik  sistemində 
kartofun əkin sahəsi 18 milyon hektara  yaxın, ümumi yığımı isə 
300  mily.  tondan  artıqdır.  Əkinlərin  35%-i Avropa  ölkələrinin 
payına  düşür.  Polşa,  Almaniya  və  Fransada  əkin  sahələri  daha 
çoxdur. 
2010  - 
cu  ildə  isə  Azərbaycanda  65798  ha  kartof  sahəsi  ol-
muş, ümumi yığımı 953710 ton, məhsuldarlığı isə 145 s/ha təşkil 


85 
 
etmişdir (cədvəl 3). 
Kartofun hər hektarında 120 sentnerdən aşağı 
məhsul götürülərsə deməli təsərrüfat zərərlə işləyir.
 
    
Cədvəl  3 
2009-2010-
cu  illərdə  Azərbaycanda ən çox kartof əkilən 
rayonlarda 
kartofçuluğun vəziyyəti 
 
Rayonlar 
Əkin sahəsi, 
ha-la 
Məhsul istehsalı, 
tonla 
Məhsuldarlığı, 
s/ha - la 
2009 
2010 
2009 
2010 
2009 
2010 
Gədəbəy  12985 
13095 
200 009 
208778 
154 
159 
Cəlilabad  7745 
5032 
221 197 
79093 
286 
157 
Şəmkir 
6188 
6357 
103 916 
106556 
168 
168 
Tovuz 
4913 
8409 
97 000 
221394 
180 
263 
Azərb.-
da cəmi: 
65569 
65798 
982979 
953710 
149 
145 
 
Biolo
ji xüsusiyyətləri. Vegetasiya müddətində kartofun inki-
şafını şərti olaraq 3 dövrə bölürlər. 
1-ci  - 
çıxışdan  çiçəkləmənin  başlanğıcına  qədər.  Bu  etapda 
əsasən yerüstü kütlə inkişaf edir. Yumruların inkişafı isə zəifdir.  
2-ci - 
çiçəkləmədən yerüstü kütlənin inkişafının dayanmasına 
qədər. Bu vaxt yumruların intensiv inkişaf dövrüdür.  
3-cü - 
yerüstü kütlənin inkişafı dayanır, kütlə tam soluxur. Bu 
müddətdə də yumruların böyüməsi davam edir.  
1-
ci  dövrdə  vegetasiya  müddəti  tez  yetişən  sortlarda  27-36 
gün, or
ta yetişənlərdə 38 gün, gec yetişənlərdə isə 46-48 gündür.  
2-
ci  və  3-cü  dövrdə  müvafiq  olaraq  26-28, 34-36  və  43-45 
gündür.  
Əsas kök yumrusu 2-ci dövrdə (məhsulun təxminən 65-75%) 
toplanır.  
Ümumiyyətlə isə kartofun inkişafı 5 dövrə bölünür: I - cücər-
ti
lər  alındıqdan  çıxışa  qədər  olan  dövr;  II  -  çıxışlar  alındıqdan 
generativ  orqanların  (qönçələrin)  əmələ  gəlməsinə  qədər  olan 
dövr; III - 
qönçələmədən  çiçəkləməyə  qədər  olan  dövr;  IV  -
çiçəkləmədən  yerüstü  kütlənin  böyüməsinin  dayanmasına  qədər 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə