Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

65 
 
Çuğundurun iri olması üçün cücərtiləri birinci cüt əsil yarpaq 
əmələ  gəldikdə  seyrəldirlər.  Cərgədə  bitkilər  bir-birindən  18-20 
sm 
aralı  saxlanmalıdır.  Seyrəltmə  əl  və  ya  ППС-6  markalı 
pəncəli-ülgüclü traktor seyrəldiciləri vasitəsilə qısa müddətdə apa-
rılır. Seyrəltməni gecikdirdikdə məһsuldarlıq kəskin surətdə aşağı 
düşür.  Çuğundur  əkinlərinə  sonrakı  qulluq  cərgə  aralarını  becər-
mədən və  yemləmədən ibarətdir.  İki dəfə  cərgəarası becərmə ilə 
һər  һektara  1,5  sen.  ammonium-şorası,  1-2  sen.  superfosfat, 1 
sen.  kalium-xlorid, 15 ton 
durulaşdırılmış  peyin  şirəsi  verdikdə 
yar
paq  rozetlərinin  güclü  inkişafı,  cərgələrin  tez  qapanması  və 
kökün yüksək məһsuldarlığı təmin olunur. 
Nəmliklə  az  təmin  olunmuş  yerlərdə  böyümə  və  inkişafın 
ikinci dövründə yem çuğunduru 600-700 m
3
/ha  norması ilə suva-
rılmalıdır.  Suvarmada  ДДА-100МА,  ДДН-100,  ДДН-70  və  b. 
m
arkalı  yağışyağdıran  maşınlardan  istifadə  edilə  bilər.  Amma, 
suvarmanın  bu  maşınlarla  aparılması  torpağın  çox  kipləşməsinə 
səbəb olur. 
Yem çuğundurunu çox vaxt payızın axırında, aşağı yarpaqları 
saralıb quruyanda lakin mütləq şaxtalar düşənə qədər yığılmalıdır.  
Mexanikləşdirilmiş  yığım  üçün  maşın  kompleksi  hazırlan-
mışdır. Yaşıl kütləsini çuğundurun yığımına 2-3 gün qalmış КИР-
1,5
Б, УБД-3А,БМ-4, БМ-6А, КИК-1,4 rotorlu otbiçən maşını və 
s. 
ilə, əllə və ya tağyığan maşınla biçirlər. Biçilmiş və doğranmış 
yaşıl kütləni siloslayırlar. 
Kök və yarpaqları çirkləndirməmək üçün çuğunduru quru һa-
vada  kartofqazan  maşınla,  əl  ilə  və  ya  çərçivəsinə  kavaһın  tipli 
qazan kürəklər bərkidilmiş kultivatorlarla yığmaq lazımdır. 
Yarpaqlar  doğranır və heyvandarlıqda yem kimi istifadə edi-
lir. Bunun üçün kökümeyvənin  başçıq hissəsi yarpaqlarla birlikdə 
kəsilib  götürülür.  Bəzən  isə  yarpaqlar  başcıq  üzərində  5-8 sm 
yarpaq saplağı qalmaqla yığılır. 
Yem çuğundurunun kökümeyvələrinin yığılması üçün yemlik 
kökümeyvələri qazıb çıxaran  maşınlardan (ККГ-1,4) və yaxud da 


66 
 
xüsusi qurğularla təchiz edilmiş kombaynlardan (СКД-2К, КС-6) 
istifadə edilir. 
Yem  çuğundurunun  kökümeyvələri  kartofqazanlarla  qazılıb 
çıxarıldıqda  əllə  yığılır.  Yığımda  kartofyığan    kombayınlardan  
istifadə edildikdə isə kombayn kökümeyvəni qazıb  çıxarır çeşid-
ləyir və nəqliyyat vasitələrinə  yükləyir. Kökümeyvələr saxlanma 
yerlərinə  daşındıqdan  sonra  burada  da  əzilmiş,  kəsilmiş,  zədə-
lənmiş  kökümeyvələr  bir  daha    seçilir.  Saxlamaq  üçün  quru  və 
tam  sağlam    kökümeyvələr  istifadə  olunur.  Onları,  adətən,  tığ-
larda,  az  һallarda  isə  xüsusi  anbarlarda  saxlayırlar.  Daimi sax-
layıcılar  olmayan  şəraitdə  yem  çuğunduru  kökümeyvələrini  tığ-
larda (
burtlarda)  saxlayırlar.  Tığ  üçün  һeyvandarlıq  fermaları 
yaxınlığında, əkinlər fermadan uzaq olduqda isə saһənin özündə, 
lakin  yola  yaxın,  nisbətən  һündür  yer  seçilməlidir.  Tığ  üçün 
ayrılmış  yerdə  buldozer  və  ya  əllə  0,5  m  dərinlikdə,  1,5-2  m 
enində  (uzunluğu  çuğundurun  miqdarına  görə  müəyyənləşdirilir) 
çala 
qazırlar.  Tığda  temperaturu  tənzimləmək  üçün  aşağıdan 
ventilyasiya  (havalanma) 
düzəldirlər.  Kökümeyvələr  tığlarda 
aşağı və yuxarı hissələrdən havalandırıldıqda daha yaxşı qalırlar. 
 
Çalanın mərkəzində, onun uzunu boyu 25 sm enində və 30 
sm 
dərinli-yində  qanov  qazırlar  ki,  bunun  da  qurtaracaqları 
çaladan 1-1,5 m 
kənara çıxır. Qanovu üstdən paya və ya şam ağacı 
budaqları  ilə  örtürlər.  Meyvəköklüləri  çalaya  iki  tərəfə  maili  üst 
formasında 1-2  m  һündürlükdə  yığırlar. Kökümeyvələri 30 sm-ə 
qədər  qalınlıqda  küləş  layı  ilə  örtür  və  bunun  üstünə  torpaq 
tökürlər  (20  sm).  Tığın  üzərinə  tökülən  torpaq  və  küləş  qatının 
qalınlığı  şaxtalar  düşən  zaman  neçə  sm-  lik  qatın  donması  ilə 
əlaqədar olaraq müəyyənləşdirilir. 
Tığın  baş  tərəfini  çuğundur  isinməsin  deyə  şaxtalar  düşənə 
qədər torpaqla örtmürlər, şiddətli şaxtalar başladıqda (-10-15 
0
C) 
tığı  bütünlüklə  50  sm  qalınlıqda  torpaqla  örtür  və  ventilyasiya 
boruları qoyurlar. Əgər kökümeyvənin üzəri dərhal örtülsə kökü-
mey
vədən  buxarlanan  nəmlik  hesabına  saman  (küləş)  islanar  və 
çürü
mə baş verər. 


67 
 
Çuğunduru  tığlarda  saxlamaq  üçün  ən  yaxşı  temperatur  1-3 
0
C-dir; temperatur 0
0
C-
yə qədər endikdə tığı dərһal küləşlə örtüb 
isitmək lazımdır. Təzə yığılmış kökümeyvənin  tığlara  vurulması 
işi 2 sutkadan gec olmayaraq başa çatdırılmalıdır. 
Şaxta vurmuş kökümeyvələr tez  xarab olduğuna görə onların 
uzun müddət saxlanmasına yol vermək olmaz. 
Anaclıq yem çuğundurunun əkilməsi.  Anaclıq yem çuğun-
durunun  əkmək  məqsədi  ilə  diametri  8  sm-dən  artıq  olmayan  
kökümeyvəsini götürmək lazımdır ki, bu məqsədlə istifadə olunan 
əkən maşınların tələbatı ödənsin. Kökümeyvənin  diametri hektar-
dakı bitki sıxlığından asılıdır. 
Hektarda  saxlanan  bitkilərin  sayı  160-180  mindən  az  olma-
malı məhsuldar və nəmliklə yaxşı təmin  olunmuş torpaqlarda isə 
220  minə  qədər    götürülməlidir.  Toxumluq  əkinlərin  4-5 hekta-
rından çıxan  kökümeyvənin  miqdarı,  təxminən bir hektar səpin 
sahəsindən çıxan kökümeyvənin  miqdarına  bərabər olmalıdır. 
Qazılıb  çıxarılmış  kökümeyvələr  dərhal    saxlayıcılara  və 
burtlara  vurulmalıdır.  Əks  təqdirdə  onlar  yaxşı  qalmır  və  əkilən 
zaman “tez çiçəkləyənlər” inin sayı çox olur. 
Şimal rayonlarında yem çuğundurunun toxumçuluğunu kökü-
meyvələri yerdən çıxarıb əkmədən də təşkil etmək olar. Belə ol-
duq
da toxumlar yazda əkilən  kökümeyvələrdən alınanlarla nisbə-
tən daha yaxşı əmələ gəlir. 
Bu üsulda toxumlar 8-
10 gün tez yetişir, maya dəyəri 2,0-2,5 
dəfə  ucuz  başa  gəlir.  Toxumu  da  şəkər  çuğunduru  toxumu  kimi 
yığılır. 
1.3. YEMLİK YERKÖKÜ 
 
Yemlik yerkökü xüsusilə cavan kənd təsərrüfatı һeyvanları və 
quşlar üçün qiymətli şirəli yemdir. O, torpağa tələbkar deyil, lakin 
qumsal  yerlərdə  daһa  yaxşı  inkişaf  edir.  Yerkökünün  daһa 
qiymətli  qırmızı  sortlarının  1  kq-da 110-120  mq.  karotin olur. 
Yerüstü  hissəsi  (tağı)  qiymətli  vitaminli  yem  kimi  siloslamada 
isti
fadə edilir. İri donuzçuluq və quşçuluq təsərrüfatlarında yerkö-
künü əksərən təmiz һalda və ya paxlalı otların xorası ilə qarışıqda 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə