Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

68 
 
siloslayırlar. Siloslanmış һalda o karotini uzun müddət saxlayır və 
һeyvanlar tərəfindən iştaһa ilə yeyilir. 
Botaniki  təsviri.  Yerkökü (Daucus carota L.)  Apiaceae 
(kərəviz) fəsiləsinə daxil olan ikiillik bitkidir. Yerkökü birinci ili 
uzadılmış konusşəkilli kökümeyvə və rozet şəkilli yarpaqlar əmələ 
gətirir.  Toxumu  cücərərkən  torpaq  səthinə  qısa  xətşəkilli  ləpə 
yarpaqları çıxarır. Əsil  yarpaqları isə 3-5 qat lələkşəkilli olmaqla 
çoxlu  qısa  dilimlidir.  Həyatının  ikinci  ili  əmələ    gətirdiyi  gövdə 
yarpaqları da həmçinin  lələkşəkillidir 
(Şəkil 6-8, s.114-116).
 
Çiçək qrupu çoxlu sayda xırda ağ çiçəklərdən təşkil olunmuş 
mürəkkəb  çətirdir.  Həşəratlar  vasitəsilə  çarpaz  tozlanır.  Meyvəsi 
iki  toxumlu olur, yetişdikdə iki hissəyə ayrılır. Toxumunun  səthi 
xırda  tikancıqlarla  örtülüdür  ki,  bu    da  onun  səpin  vaxtı  çətin 
səpilməsinə  səbəb  olur.  Yerkökü  toxumlarının  üzərindəki  qabır-
ğalara toplanan efir yağları patogen mikrofloradan təbii mühafizə 
vasitəsi hesab edilir. 
Səpin  zamanı  toxumlar  tikancıqlardan  təmizlənir  ki,  yaxşı 
səpilsin.  1000  ədəd  tikanlı    toxumunun  kütləsi  2  qrama  yaxın, 
tikansız təmiz toxumlarınınkı isə 1,2-1,3 qr-a bərabərdir. 
Bioloji  xüsusiyyətləri.  Yerkökü  soyuğadavamlı    bitkidir. 
Toxumları  2-4 
0
C  temperaturda    cücərməyə  başlayır  ancaq  çox 
yavaş  cücərirlər.  Toxumlarının  cücərməsi  üçün  optimal  tempe-
ratur 18-20 
0
C  hesab edilir. Cücərtiləri – 6 
0
C şaxtalara dözə bilir. 
Yaşlı  bitkilər    isə  birinci  ili  və  yaxud  toxumluq  saxlandıqda  -  4 
0
C-
yə  dözürlər.  Yerkökü  eyni  zamanda  havanın  temperaturunun  
yüksəlməsinə də yaxşı dözür, çünki onun yaxşı inkişaf edən kök 
sistemi vardır. 
Yerkökü başqa  kökümeyvəlilərə nisbətən  quraqlığa davam-
lıdır.  Yerkökü  toxumlarının  şişməsi  dövründə,  cücərtiləri    əmələ 
gələnə qədər və kökün böyüməsi dövründə nəmliyə daha çox  tə-
ləbat  göstərir.  Toxumluq  sahələr  isə  kökbağlama  dövründə  tor-
paqda optimal nəmliyin olmasına tələbkardırlar. 
 Yerkökü u
zun gün bitkisidir. Müxtəlif qranulometrik tərkibli 
torpaqlarda  bitir.  Qumlu  torpaqlarda  da  becərilə  bilər.  Ancaq 
yumşaq,    qumsal  torpaqlarda  daha  yüksək  məhsul  verir.  Ondan 


69 
 
qurudul
ub yaxşılaşdırılmış, mədəni şəklə salınmış torpaqlarda da 
məhsul  götürmək olar. Torpağın reaksiyası (pH) 5,5-7,0 olduqda 
daha yaxşı inkişaf edir. 
Yerkökünün  torpaqdan  apardığı  qida  maddələrinin  miqdarı 
şəkər  çuğunduruna  yaxındır.  Belə  ki,  1  ton  kökümeyvə  və  ona  
müvafiq  yerüstü  kütlə  ilə  yerkökü  torpaqdan  3,5  kq  N,  1,5  kq  
P
2
O
5
,  7 kq K
2
O, 1,6 kq CaO çıxarır. 
Yerkökünün  vegetasiya    müddəti    birinci  ili    110-120 gün, 
ikinci ili  110-
130 gün çəkir. Birinci ili,  cücərtiləri alındıqdan  80-
90 gün sonra yerkökü texniki  yetişkənliyə çatmış olur. 
Yerkökünün  çiçəkləmə  fazasına  keçməsi  üçün  ona uzun 
müddət (100-140 gün) təsir edən aşağı temperatur olmalıdır. Ona 
görə də  onun əkinlərində hətta erkən əkinlərində hətta erkən əkin-
lərində belə birinci ili çiçəkləyən bitkilərə  rast gəlinir. Yerkökü 
hətta qışqabağı əkildikdə belə birinci ili çiçəkləmir. 
Sortları.  Mətbəx yerkökünün yüksək məhsuldar sortları yem 
üçün becərilir. Onlardan ən çox  yayılanlarına misal olaraq  Biryu-
çekutski - 415, Vitaminli - 6, Losinoostrovskaya -13, Nesravnen-
naya, Şantane -2461 və s. göstərmək olar. Bu sortların kökümey-
vəsinin  ətli  hissəsi  qırmızı  rənglidir.  Asanlıqla  alınan  һibrid  to-
xum
ları һər һektardan 25-30%  artıq kök məһsulu götürməyə və 
bununla  da  һibrid  toxumlarını  istehsalat  səpinlərində  geniş  miq-
yasda tətbiq etməyə imkan verir. 
Aqrotexniki xüsus
iyyətləri.  Yem  və  tərəvəz  növbəli  əkin-
lərində yemlik yerkökü özündən  sonra az alaq qoyan cərgəaraları 
becərilən  və tərəvəz  bitkilərindən sonra  yerləşdirilməlidir. Tarla 
növbəli əkinlərində isə ən  yaxşı sələflər payızlıqlar, dənli-paxla-
lılar və kartofdur. 
Torpağın    əsas  və  səpinqabağı  becərilməsi  işləri  yem  çu-
ğundurunda olduğu kimidir.
 
Səpin üçün yüngül, dərin becərmə 
aparılmış torpaqlar ayrılmalıdır. 
Yerkökü erkən səpilən bitkilər qrupuna aiddir. Onun toxum-
larını torpaq səpinə һazır olan kimi səpirlər. Bəzi rayonların toz-
laşmayan  torpaqlarında  və  şiddətli  yaz  şaxtaları  olmadıqda, 
yerkökünün cüzi don vurmuş torpaqlara qış qabağı səpinlərindən 


70 
 
də yaxşı nəticələr alınır. Səpin müddəti elə seçilməlidir ki, toxum-
lar şaxtalar düşənə qədər boy ata bilməsin. Bu cür əkinlər faraş və 
yüksək kök məһsulu əldə etməyə imkan verir. 
Səpindən  qabaq  cücərtilərin  alınmasını  tezləşdirmək  üçün 
yer
kökü  toxumlarını  1,5-2  gün  ərzində    dövrü  olaraq  isladırlar. 
Çox  vaxt  dəqiq  səpin  aparmaq    və  cərgədə  müntəzəm  çıxışlara 
nail  olunması  üçün  toxumları  noğullaşdırırlar.  Noğullaşdırmaq 
üçün  çürüntüdən,  torfdan,  mineral  gübrələrdən    və  s.    qarışıq 
hazırlayırlar.  Toxumlar səpindən qabaq  çeşidlənir və dərmanla-
nır. 
Səpin  adətən  adi  tərəvəz  toxumu  səpən  aparatlarla  (СОН-
2,8А)
 
  
gencərgəli (45 sm) iki xətli (xətlər arası 15-20 sm) üsulla, 
lent  üsulu  ilə  (lentarası  45-50  sm)  və  enli  zolaq  üsulu  ilə 
(zolaqlararası 40-60 sm) aparılır. Enli zolaq üsulu ilə səpin  apa-
rıldıqda  selkaya xüsusi səpicilər quraşdırılır. Həddən artıq nəm-
liyi olan və əkin qatı nazik olan  torpaqlarda yerkökünü  ləklərdə 
və  ya  tirələrdə  becərirlər.  Bunun  üçün  xüsusi  selkalar  və 
tirədüzəldənlərdən (ГС-1,4) istifadə olunur. 
Toxumunun  hektara  səpin  norması  səpin  üsulundan    asılı 
olaraq 1,5-4,0 milyon toxum ara
sındadır.  Gencərgəli    tək  xətli 
üsulda hektara 1,5-
2,0  milyon,  iki  xətli  üsulda  2,0-3,0  milyon,  
enli zolaq üsulunda 4 milyon ədəd toxum səpilir. 
Toxumların basdırılma dərinliyi 1,0-2,0 sm-dir. 
 
Əkinə qulluq işləri səpindən sonra kipləşdirmədən, səpindən  
5-
6 gün sonra cücərtilər alınana qədər malalamadan və cücərtilər 
alınandan sonra  mala çəkilməsindən ibarətdir. Alaqlarla mübarizə  
məqsədilə  prometrin  herbisidi  (50%  s.t)  2-3  kq/ha    norması  ilə 
tətbiq    edilir.  Herbisid  torpağa  səpindən  sonra  cücərtilər  alınana 
qədər səpilir və malalanır. 
 
Yerkökünün  seyrəldilməsi  4-5  yarpaq  fazasında    aparılır. 
Buketləmə  kultivatorlarda  aparılır.  27-30 sm-dən  bir  kəsilib  30 
sm-
lik  buket  saxlanır.  Hər    buketdə  6-8  bitki  olur.  Seyrəltməni 
başqa cərgəkəsən maşınlarda da aparmaq olar. Çalışmaq lazımdır 
ki,  yığım  vaxtı  hektarda  300-350  min  bitki  olsun.  Bu  sıxlığı  az 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə