Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

59 
 
Yem  çuğunduru  kökümeyvəsinin    formalaşmasında  başcıq 
(epikotil
) və boyuncuq (hipokotil) daha çox rol oynayır. Ayrı-ayrı 
sortlarda  başcıq və boyuncuq ümumi  kökümeyvə kütləsinin  25-
65%-
nə qədərini təşkil edir, xüsusi kök  nisbətən zəif inkişaf edir. 
Yem  çuğundurunun  kökümeyvələri  tərkibindəki  şəkərin 
miqdarına, kökümeyvənin hissələrinə (başcıq, boyuncuq və xüsusi 
kök)  görə,  eləcədə    kökümeyvənin  torpaqla  örtülmə  dərəcəsinə 
görə bir-birindən fərqlənirlər.  
Kökümeyvənin yerüstü hissəsinin (başcıq, boyuncuq) inkişaf 
etmə dərəcəsi və kökün torpaqla örtülmə dərəcəsi sortun quraqlığa 
davamlılığına  və  kökümeyvədə  quru  maddələrin  toplanmasına 
əhəmiyyətli dərəcədə təsir edir. 
Yer
üstü  hissə  nə  qədər  güclü  inkişaf    etmiş  olsa  sort  bir  o 
qədər çox nəmlik sevər olur və tərkibində quru maddələr az top-
lanır. 
Yem çuğundurunun kökü meyvəsi ağ, çəhrayı,  moruğu, qır-
mızı, sarı və narıncı rəngdə olur.  
Yem çuğunduru və şəkər çuğundurunun  kökümeyvələri ana-
tomik quruluşlarına görə də bir-birindən fərqlənirlər. 
Yem  çuğundurunun  kökümeyvəsində  lifli-borulu  torpaqların 
daha az (5-
8  ədəd)  halqaları  olur  ki,  onların  arasında  daha  iri 
parenxim hüceyrələri yerləşir. Bu hüceyrələrdə isə şəkərin miqda-
rı az olur. 
Yem çuğundurunun yarpaqları ürəkvari-yumurtavari formada 
olmaqla şəkər çuğunduru yarpaqlarına nisbətən daha hamar olur.  
Onlar üfüqi  yerləşməklə sayları şəkər çuğunduruna nisbətən 20-
30% az olur 
(Şəkil 4, s.112).
 
Toxumluq yem çuğundurunun hamaş meyvələri (saplodiləri) 
şəkər  çuğunduru meyvələrinə  nisbətən daha az tökülən olurlar. 
Bioloji xüsusiyyətləri:  Yem çuğundurunun  həyatının  birin-
ci  ilindəki  böyüməsi  və  inkişafı  şəkər  çuğundurunda    olduğu 
kimidir. Onlar bir - 
birindən böyümə və inkişafındakı üç əsas döv-
rə  görə  fərqlənirlər.  Yem  çuğundurunun  birinci  ili  vegetasiya  
müd
dəti 125-150  gün təşkil edir ki, bu da şəkər çuğundurundan 
25-
30 gün azdır. 


60 
 
Yem  çuğunduru    işıqlı,  uzun  günlərdə  daha  yaxşı  böyüyüb 
inkişaf edir.   Bununla əlaqədar yem çuğunduru şimala doğru kifa-
yət qədər inkişaf etmişdir. 
Yem çuğundurunun  toxumları 2-5 
0
C temperaturda  cücərmə  
qabiliyyətinə  malikdir.  Cücərtiləri  6-7 
0
C  temperaturda      inkişaf 
edə  bilirlər.12-15 
0
C  onların inkişafı üçün  daha yaxşı hesab edi-
lir. 
Belə temperaturda daha müntəzəm cücərtilər alınır. Cücərtilər 
-  4-5 
0
C yaz şaxtalarına yaxşı dözür. Yem çuğundurunun yarpaq 
və  kökümeyvələrinin  daha  yaxşı  inkişaf  etməsi  üçün  15-20 
0

temperatur daha əlverişli hesab edlir. 
Payızda havanın orta sutkalıq temperaturu 6 
0
C-
dək endikdə 
yem çuğundurunun böyüməsi dayanır. 
Yaşlı bitkilərin yarpaqları səhərin qısa  müddətli şaxtalarına (- 

0
C-
dək) dayanır. Torpaqdan qazılıb çıxarılmış və açıq yerlərdə 
saxlanan kökümeyvəsi isə -2 
0
C-
də zərər çəkir və saxlanmaq üçün 
yararsız hala düşür. 
Yem  çuğundurunun  kökümeyvə  məhsulunun  normal  forma-
laşması  üçün  sortların    xüsusiyyətindən  asılı    olaraq  vegetasiya  
müddətində 1500-2400 
0
C  aktiv temperatur lazımdır. Yem çuğun-
duru əkin qatı qalın olan münbit torpaqları sevir. 
So
rtları.  Kökümeyvəsinin  formasına  görə  yem  çuğunduru 
sortları  4  qrupa  bölünür:  kisəşəkilli  (silindir  şəkilli),  uzadılmış-
oval, konusşəkilli və kürəvi formalı. 
Silindrşəkilli  kökümeyvəsi  olan  sortlarda    kökümeyvəsinin 
boyuncuq  hissəsi  güclü  inkişaf  etmiş  olur.  Bu  tip  sortların 
kökümeyvələrinin 1/4-1/ 5 hissəsi torpaqla örtülmüş olur ki, bu da 
əllə  yığımı  asanlaşdırır.  Bu  tip  sortlar  kök  sistemlərinin  zəif 
inkişaf etdiyinə və  yarpaqları az (18-20 %) olduğuna görə nəmlik 
çatışmazlığına  dözmürlər,  az  miqdarda  (10-13%)  quru  maddə 
əmələ gətirirlər. Bu qrup sortlar istehsalatda geniş yayılmışlar. Bu 
qrupun rayonlaşdırılmış sort və hibridlərindən “Tmiryazev birto-
xumlusu” nu, “Ursuz poli” ni, 
“Sarı Ekkendorf” sortlarını (
Şəkil 
5, s. 113

göstərmək olar  (düzgün aqrotexnikada sarı Ekkendorf  
sortu һər һektardan 1000 -1300 sentnerə qədər şirəli və zərif lətli 
iri kök verir).
 


61 
 
Uzadılmış-oval  formalı  kökümeyvəsi  olan  sortların  kökü-
meyvələrinin 1/3 hissəsi və daha çox hissəsi torpaqla örtülü olur. 
Kökümeyvənin  qabığı  normal  və  açıq-sarı,  ətli  hissəsi  isə  ağ  və 
sarımtıl  olur.  Kökümeyvələrində  12-15  %  quru  maddə  toplanır. 
Bu  qrupun  rayonlaşdırılmış  sort    və  hibridlərindən  “Maqnum”, 
“Marşal”,  “Şimal  narıncı  ”,  “Titan  poli”,  “Sentaur  poli”  və  s. 
gös
tərmək olar. 
Konusşəkilli  kökümeyvəsi  olan  sortlar  əsasən  yarımşəkərli 
sortlardır.  Tipik  yem  çuğunduru  sortları  isə  müqayisədə  bunlar 
daha çox  (13-
19%)  quru  maddə  əmələ  gətirirlər.  Yarımşəkərli 
sort
lar yemlik və şəkərlik sortlara  nisbətən sahə  vahidindən daha 
çox  quru  maddə  əmələ  gətirirlər.  Bu  sortların  çoxunu  şəkər 
çuğunduru  becərən  kompleks  maşınlarla  becərmək  və  yığmaq 
olar.  Bu  qrupda  birtoxumlu  sortlar  da  vardır.  Ən  çox  yayılan 
sortlarından  “Jodinka”,“Lan”,“Çəhrayı  yarımşəkərli”-ni  və  s. 
gös
tərmək olar. 
Kürəvi  formada    kökümeyvə  əmələ  gətirən  sortların  kökü-
meyvəsinin  daha çox hissəsi torpağın üstündə yerləşir. Bunların  
tərkibində  15-17  %  quru  maddə  toplanır.  Dairəvi  şəkərli  -  0143 
sortu Rusiya və Qazaxıstanda becərilməsi üçün tövsiyə edilmişdir. 
Barres  sortu-  konus fo
rmalı kökə malik yüksək məһsuldar, 
geniş yayılmış sortdur. Fransadan gətirilmiş, Danimarkada yaxşı-
laşdırılmış  və  Qərbi  Avropada  geniş  yayılmışdır.  Kökümeyvəsi 
narıncı  və  ya  açıq-narıncı  rənglidir.  Ətli  hissəsi  suludur,  en 
kəsiyində yaxşı görsənən sarı rəngli halqalar və ya nöqtələr vardır. 
Yerə  yatımlılıq  dərəcəsi  yaxşıdır.  Dərin  şum  һorizontlu  torpaq-
larda daһa yaxşı inkişaf edir. 
Aqrotexniki  xüsusiyyətləri:  yem  çuğundurundan  daha  çox 
məhsul  fermayanı  növbəli  əkinlərdən  əldə  olunur.  Ona  görə  ki, 
burada o
nlara  daha  yüksək  normada  üzvi  gübrə  (peyin)  vermək 
mümkün olur. Peyinin daşınmasına çəkilən xərclər az olduğundan 
daha  artıq xalis gəlir əldə etmək olar.  Yüksək məhsul  yuyulmuş  
torpaqlarda  və  tərəvəz  növbəli  əkinlərində  də  alınır.  Yem 
çuğundurunu subasar  yerlərdə və münbit saһələrdə, tarla növbəli 
əkinlərində saһələr fermaya yaxın olduqda şumlanmış əkin yerinə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə