Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

50 
 
digər  əməliyyatların  keyfiyyəti  suvarılan  torpaqların  hamarlanıb 
planlaşdırılmasından  asılıdır.  Тorpağın  əsaslı  beçərilməsi  buldo-
zer, qreyder, skreper vasitəsilə yerinə yetirilir. Bu texniki vasitələr 
suvarma sistemlərinin qurulub inşa edilməsində, onların  yenidən 
qurulmasında  əvəzsizdir.  Тorpağın  cari  və  ya  istismar  planlaş-
dırılmasında  məqsəd  torpağın  təsərrüfat  istifadəsi  zamanı  əmələ 
gələn çox böyük olmayan kələ-kötürləri düzləməkdir. Planlaşdır-
ma-
hamarlaşdırma  əməliyyatı  torpağın  əsas  beçərmə  dövründə 
dərin şumlamadan əvvəl və ya sonra yerinə yetirilir. 
Quraq  keçən  payızlarda  şum  keyfiyyətini  yüksəltmək  məq-
sədilə  hər  hektara  şumqabağı  400-600 m
3
su verilir. Vegetasiya 
dövründə  suvarmalarda  gərginliyi  azaltmaq  və  torpaqda  lazımı 
nəmlik ehtiyatı yaratmaq üçün ikinci dəfə suvarma- arat keçirilir. 
Arat su norması şəraitdən asılı olaraq 1000-1500 m
3
/ha qədər   ola 
bilər. 
Şəkər  çuğundurunun  gübrələmə  sistemi  elə  qurulmalıdır  ki, 
bitki  qida  maddələri  ilə  arasıkəsilmədən  təmin  olunsun.  Bu 
zəmində  yüksək  texnoloji  keyfiyyətli  məhsul  almaq  mümkün 
olmaqla, torpaq münbitliyinin qorunub-
saxlanılması  və  get-gedə 
sabi
tləşməsi üçün də şərait yaranır. Sübut edilmişdir ki, suvarma 
şəraitində  gübrələrin  istifadə  əmsalı  1,5  dəfə  artır,  dəmyə 
çuğundura nisbətən gübrələrə qoyulan xərç 1,5-3 dəfə artıq olur. 
Üzvi  gübrələr  hesabına  məhsul  xeyli  artdığından,  mümkün  olan 
yerdə  peyinin  normasını  40-60 t/ha-ya  qədər  artırmaq  tövsiyə 
edilir.  Dəmyə  bölgələr  üzrə  tövsiyə  edici  mədən  gübrələri 
normaları, suvarma şəraitində 25-50% artırılmalıdır. Əsas şumun 
gübrələnməsindən  başqa,  yemləmə  gübrələməsi  də  sərfəlidir. 
Yemləmə  gübrəsi  12-15  sm  dərinlikdə  aşağıdakı  normalarda 
verilir: azot 20 kq/ha, fosfor 20-30 kq/ ha, kalium 20 kq/ha. 
Payızda  əsas  şuma,  səpində  cərgəyə  və  yemləmə  şəklində 
verilən gübrə normalarının məcmu 120 - 200 kq/ha azot, 140-180 
kq/ha fosfor, 140-
160  kq/ha  kalium.  Belə  gübrələmə  suvarma 
şəraitində  hər  hektardan  50-70 ton kökümeyvə  məhsulu  almağa 
tam təminat verir. 


51 
 
Тorpağın  yazda  səpin  üçün  hazırlanmasında  onun  səthinin 
tam  hamarlanmasına  nail  olunmalıdır.  Süni  yağış  yağdırma  ilə 
suvarmada  isə  çuğundur  60  sm-lik  cərgələrarası  ilə  səpilir. 
Cərgələrarasının enli olması suvarma şırımlarının dərin çəkilmə-
sinə şərait yaratmaqla, əkinlərin becərilməsi dövründə cərgələra-
rası zolaqdakı torpağın intensiv yumşaldılmasına şərait yaradır. 
Səpin norması elə müəyyənləşdirilməlidir ki, hər hektarda 90 
mindən  110  min  ədədə  qədər  optimal  bitki  sıxlığı  yaratmaq 
mümkün  olsun.  Alaq  otlarından  daha  təmiz  və  eyni  zamanda 
yüksək səmərəli herbisidlərlə təmin olunmuş tarlalar üçün axırıncı 

faktiki bitki sıxlığını da nəzərə almaq şərti ilə, bir paqon metrə 
9-
11 ədəd toxum səpilir. Gələcəkdə çərgənin uzununa istiqamətdə 
cücərtilərin  mexaniki  seyrəldən  maşınlarla  seyrəldilməsi, 
formalaşdırılması nəzərdə tutulan tarlalarda 1 paqon metrə 12-15 
ədəd  toxum  səpilməlidir.  Тarlanın  çox  alaqlanmaq  ehtimalı 
olduqda 1 m-
ə 25-30 ədəd toxum səpilir, sonra cücərtilər buket-
lənir  və  ya  cərgə  boyunca  hərəkət  edən  mexaniki  seyrəldicilərlə 
seyrəldilir. Şəkər çuğunduru əkinlərində qulluq dövründə cərgələr 
arasındakı  torpaq  12-16  sm  dərinlikdə  3-4  dəfə  becərilməlidir. 
Тəkcə  belə  becərmə  hesabına  hər  hektardan  məhsul  artımı  4-8 
tona  bərabər  olur.  Şırımlarla  suvarmada  cərgələrarası  becər-
mələrlə  suvarmaların  düzgün  uyğunlaşdırılmasına  nail  olun-
malıdır.  Axırıncı  vegetasiya  suvarması  məhsul  yığımına  15-20 
gün qalmışdan gec olmayaraq keçirilir. 
Xəstəlik və ziyanvericilərlə mübarizə. Şəkər çuğundurunun 
sənaye  texnologiyası  ilə  istehsalı  bitkinin  ziyanverici  və  xəstə-
liklərdən etibarlı mühafizəsinə təminat verən mübarizə sisteminə 
malik  olmalıdır.  Belə  etibarlı  mübarizə  sistemi  hesabına  30%-ə 
qədər  şəkər  çuğunduru  məhsulu  itkidən  xilas  olur.  Bütün  vege-
tasiya  müddətində  ziyanverici  və  xəstəliklərin  dəqiq  proqnozu, 
onların  əmələ  gəlməsi  və  yayılması  üzərində  əməlli-başlı 
müşahidə  təşkil  edilməlidir.  Şəkər  çuğundurunun  xəstəlik  və 
zərərvericilərinə  qarşı  səmərəli  mübarizə  aparmaq  üçün  ilk 
növbədə aqrotexniki, bioloji və kimyəvi metodlar kompleksindən, 
yəni,  inteqre  edilmiş  mübarizə  üsulundan  istifadə  olunmalıdır. 


52 
 
Xüsusi hallar
da kimyəvi preparatlardan istifadə etmək olar. Şəkər 
çuğunduruna müxtəlif həşəratlar ziyan vururlar. Bunlar çuğundur 
birəsi,  yarpaq  və  kök  mənənəsi,  yarpaqyeyən  tırtıllar,  çəmən 
kəpənəyi,  məftil  qurdları,  minalı  çibinlər  və  s.-  dir. Bunun üçün 
növbəli  əkinlər  yüksək  aqrotexniki  tədbirlərlə  yanaşı  bioloji  və 
kimyəvi mübarizə üsulları da tətbiq edilməlidir. Bioloji mübarizə 
tədbiri kimi, trixoqrammadan və biopreparatlardan (hektara 2 kq 
bitoksibatsilin və 1 kq denderobatsilin) istifadə edilir. 
Zərərvericilərdən  torpaqda  qidalananlara  qarşı  mübarizə 
növbəli əkin, torpağın becərilməsi və səpin qabağı hektara 100 kq 
dənəvər fosfamidin tətbiqidir. Çıxışları zədələyən həşəratlara qarşı 
mübarizə məqsədilə insektisidlərdən istifadə olunur (hektara 80%-
li dirol 3 kq, qamma-izomer 50% 0,8 kq, polixlorkanfenon 50%-li 
3 litr, leboysid 50%-li 1 litr, metafos 40%-li 1 litr).  Yarpaq 
gəmirən  tırtıllara,  qalxanburun  cücülərə  qarşı  əkinlər  metafos  və 
ya xlorofosla çilənir. 
Çuğundura çuğundur uzunburun böcəyi, mənənələr çox ziyan 
verə  bilir.  Bu  zərərvericilərlə  mübarizə  üçün  onlar  müşahidə 
edildikdə  aşağıdakı  maddələrdən  biri:  40  faizli  metafos  (1,0 
kq/ha); 40 faizli bazudin (2,5 kq/ha); 50 faizli aktelik (2,0 kq/ha) 
və  ya  əldə  olan  yeni  preparatların  biri  çilənməlidir.  Tarla 
kəpənəyinin tırtıllarına qarşı da yuxarıdakı insektisidlərdən birini 
və ya tırtılların kiçik yaşlarında biopreparatlardan bitoksibasillin – 
(3  kq/ha)  və  ya  entobakterin  (3-4  kq  miqdarında  )  tətbiq oluna 
bilər.  
Şəkər  çuğundurunun  vegetasiya  dövründə  ən  çox  yayılan 
xəstəlikləri  unlu  şeh,  pas,  yarpaq  ləkəsi,  kök  çürümə,  dəmgil 
(qoturluq),  serkosporoz,  perenosporoz,  virus  xəstəliyi  mozaika, 
sarılıq, xloroz və s.- dir. 
Serkosporoz  xəstəliyinə  qarşı  mübarizə  məqsədilə,  xəstəlik 
müşahidə  edilidikdə  sahəyə  aşağıdakı  preparatların  biri  –  1 %-li 
bordo mayesi 
( 6 kq/ha) və unlu şehə qarşı 1 %-li kolloid kükürd 
suspenziyası  (4-6  kq/ha)  çilənməli  və  ya  döyülmüş  kükürd 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə