Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

35 
 
və  sink,  toxumu  müdafiə  edən  və  stimullaşdıran  vasitə  kimi  də 
toxum  materialının  hazırlanmasında  istifadə  edilir.  Bəzi  torpaq-
larda həmin elementlərə kəskin tələbat hiss edildiyi halda onların 
əsas gübrələmədə, yemləmədə cərgələrə verilməsi də tövsiyə  olu-
nur. 
Şəkər  çuğundurunun  gübrələnmə  texnologiyası  üç  üsuldan 
iba
rətdir:  1)  əsas  gübrələmə  (torpağın  əsas  becərilməsi  və  yay-
payız  dövründəki  gübrələnməsini  əhatə  edir);  2)  səpinlə  birgə 
c
ərgələrə verilən gübrələnmə; 3)vegetasiya dövründə verilən yem-
ləmə gübrələnməsi. 
Şəkər çuğundurunun intensiv gübrələmə dovrü payız fəslidir. 
Beləki, cərgələrə və  yemləmə şəklində vegetasiya dövründə cər-
gələrarasına verilən gübrələr əsas gübrələməyə bir növ əlavə sa-
yılır. Müasir istehsal texnologiyası ümumi illik gübrə normasının 
(elementlərin  düzgün  nisbətini  də  nəzərə  almaqla)  80-90%-ni 
payızda verməyi nəzərdə tutur. Ançaq, suvarılan torpaqlarda azot 
gübrələrinin  əsas  hissəsi  səpin-qabağı  torpağa  və  vegetasiya 
dövründə  isə  bitkiyə  verilir.  Suvarılan  təsərrüfatda  çuğundurda 
yemləmə gübrəsi erkən dövrdə:- bitkidə çəngəlcik əmələ gələndən 
başlayıb,  beşinci  cüt  yarpaqlar  yaranan  dövrdə  başa  çatdırıl-
malıdır. Bilmək lazımdır ki, yemləmə gübrəsini göstərilən fazada 
verməyib,  sonrakı  geçikmiş  fazada  verilməsi  kökümeyvə  məh-
sulunun azalmasına səbəb olmaqla, şəkər faizinin   aşağı düşmə-
sində  də  özünü  göstərir.  Səpinlə  birlikdə  fosfor  gübrəsi  veril-
məsinin faydalılığı hər bir bölgədə sübut edilmişdir. Gübrə, çərgə-
lərə verildikdə, o toxum yatağından 2- 3 sm dərinə və toxum səpi-
lən  çərgədən  5-7  sm  aralı  verməlidir.  Cərgələrə  verilən  gübrə 
dozası az olur və hər hektara N-10 kq, P-20 kq, K-10 kq nisbə-
tində götürülür. Bu üsulda gübrələmədən məhsul artımı 2- 2,5 t/ha 
olur.  Səpinlə  birlikdə  verilən  gübrələr  dənəvər  olsa,  bitki  tərə-
findən daha yaxşı mənimsənilir və onu səpməkdə çox əlverişlidir. 
Bununla  yanaşı,  qeyd  edilməlidir  ki,  əsas  gübrələmə  döv-
ründə  bolluca  gübrələnmiş  çuğundur  bitkisinin,  əlavə  gübrələn-
məsi az səmərə verir. 


36 
 
Üzvi və mədən gübrələrinin birgə verilməsi qida elementləri-
nin  torpaqda  həmişə  hərəkətdə  olan  formalarının  optimal  miq-
darda olmasına şərait yaratmaqla kökümeyvədə şəkər məhsulunun 
çoxalmasına təminat verir. 
Тorpaq  becərmə  texnologiyası.  Тorpağın  becərilməsi  su, 
hava  və  qida  rejimini  səmərəli  nizamlamaq,  alaq  otlarını  məhv 
edib, ziyanverici və xəstəliklərin yayılmasının qarşısını almaqdır. 
Çuğundurun  hər  bir  konkret  şəraitdə  beçərilməsini  təmin  edən 
kompleks  torpaq  beçərmə  tədbirləri  sənaye  texnologiyasının 
tərkib elementlərindən biridir. Başqa bitkilərlə müqayisədə şəkər 
çuğunduruna  yumşaq  torpaq  lazımdır.  Belə  ki,  bu  mühit 
kökümeyvənin formalaşması üçün əlverişli fiziki-mexaniki şərait 
yaradır.  Əsas  torpaq  tipləri      üçün  optimal  kiplik  1  -  1,3 q/sm

hesab edilir. 
Тorpağın  beçərilmə  texnologiyası  üç  dövrə  təsadüf  edir:  1. 
Yay-
payız (əsas beçərmə). 2. Səpin qabağı. 3. Vegetasiya müddəti 
çərgələrarası torpağın yumşaldılması. 
Тorpağın  əsas  beçərilməsi  dondurma  şumu  sistemində 
getməklə,  taxıl  yerinə  əkiləçək  çuğundurda  torpaqbeçərmə  köv-
şənliyin üzlənməsi  ilə  başlayır.  Dondurma  şumu  ПН-4-35А, 
ПЛН-5-35,  ПН-3-40,  ПН-4-40,  ПТК-  9-35(40)  markalı  kotan-
ların biri ilə və yaxudda ikiyaruslu ПЯ 3-35 markalı kotanla 28-30 
sm  dərinlikdə  aparılıir.  Şum  qatı  kifayət  qədər  dərin  olmayan 
torpaqlarda torpaq
dərinləşdirici tətbiq etmək lazımdır. Üzləmədən 
sonra  aparılan  dondurma  şumu  önkotancıqlı  kotanla  oktyabr 
ayında gələcək səpinin eninə aparılmalıdır. Dondurma şumundan 
əvvəl torpağa üzvi-mineral gübrələr verilir.  
Üzləmə,  məhsul  yığımından  sonra  fasilə  vermədən  dərhal 
həyata  keçirilir.  Payızlıqların  yığılması  ilə  eyni  zamanda  və  ya 
dərhal  ondan  sonra  kövşən  5-7  sm  dərinlikdə  diskli  üzləyicilər 
vasitəsilə,  kökümsovgövdəli  alaqlarla  zibillənmiş  tarlalarda 
gavah
ınlı  üzləyicilərlə  (ПЛ-5-25;  ППЛ-10-25)  12-14  sm  dərin-
likdə iki dəfə üzlənir. Birinci üzləmədən 10-12 gün sonra БД-10, 
БДТ-7,0, БДТ-3,0 markalı ağır malalarla bir aqreqatda  gavahınlı 


37 
 
üzləyicilərlə ikinci üzləmə aparılır. Qurqaqlıq havalarda isə ikinci 
üzləmə ЗККШ - 6 markalı həlqəvi - mahmızlı (şporlu) vərdənə-
lərlə 12-14 sm dərinlikdə həyata  keçirilir. Alaq otu toxumlarının 

cərməsini gücləndirmək üçün üzləmədən sonra sahədə 600-700 
m
3
/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra 
şum qaldırılır. Əgər çuğundur əkiləcək sahə çoxillik köküpöhrəli 
alaqlardan  tarla  qanqalı,  çəhrayı  qanqal,  tarla  sarmaşığı  ilə 
zibillənmiş  olarsa  şumdan  qabaq  hektara  2,5-3,0  kq  miqdarında 
başdan-başa  2,4  D-nin  amin  duzu  və  ya  1,0-1,5 kq 2,4 D  -  nin 
butil efiri  10 kq ammonium şorası ilə qarışdırılaraq 300 litr su ilə 
sahəyə çilənməli, sonra şum aparılmalıdır.  
Yaz becərməsi. Rütubəti saxlamaq üçün fevral ayında tarlanı 
şumun  eninə  malalayırlar.  Malalamadan  sonra  10-14 sm 
dərinlikdə  kultivasiya  edilir.  Əgər  payız-qış  aylarında  tarla 
suvarılmayıbsa səpinqabağı suvarma aparılır. Çünki, ağır torpaq-
larda  səpsuvar  keçirilməsi  qaysaq  əmələ  gətirir  və  cücərtilər  bu-
nun  altından  çıxa  bilmirlər.  Aratdan  sonra  torpaq  yetişən  kimi 
УСМК-5,4  А,  УСМК-5,4  Б  markalı  kultivatorlarla  səpinqabağı 
kultivasiya  aparılır.  Kultivasiyadan sonra  ağır,  dişli  və  ya  şleyf 
(hamarlayan ) mala 
(ЗБП-  3,6А,  ЗОР-  0,7,  ШБ  -  2,5)  çəkilir. 
Kultivasi
yanın altına alaqlarla mübarizə məqsədilə müvafiq herbi-
sid
lərin biri verilir.  
Тorpağın  səpinqabağı  beçərmə  sistemində  də  fərqli  aqrotex-
nika  tətbiq olunur. Səpinqabağı  hazırlıq  bilavasitə  çuğundur 
səpininə  3-4  gün  qalmış  aparılır.  Səpinqabağı  kultivasiya  şumun 
istiqa
mətində,  toxumların  basdırılacağı  dərinlikdə  (3-4 sm) apa-
rılır. Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yer-
ləşdiriləcəksə sələf  bitkisinin məhsulu yığılan kimi sahə ön kotan-
cıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq becərmələr 
aparılır.  
Nəmlik  az  və  qeyri-bərabər  paylanan  bölgələrdə,  xüsusən 
torpaq  səthinin  düzlənməsinə,  toxum  yatağı  dərinliyində  kip  və 
yum
şaq təbəqə yaratmağa xüsusi fikir verməklə, alaqların cücərti-
ləri məhv edilir. Bütün bu aqrotexniki tədbirlər aqreqatın tarla bo-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə