Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

32 
 
Gübrələmə texnologiyası. Gübrə şəkər çuğundurunun məh-
sul
darlığını  və  bundan  hazırlanan  xammalın  keyfiyyətini  yaxşı-
laşdıran  əsas  vasitələrdən  biridir.  Gübrələmə  sistemi  elə  tərtib 
olunmalıdır ki, o, bitkini ilk inkişaf fazalarından məhsul yığımına 
kimi  optimal  səviyyədə  təmin  edə  bilsin.  Bu  sistemdə  üzvi  və 
mineral gübrələrinin əlaqəli tətbiqi də öz əksini tapmışdır. Həmin 
sistemə görə mədən gübrələrinin əsas norması payızda, şumaltına, 
sonra isə səpinlə birlikdə cərgələrə, suvarma şəraitində isə bunlara 
əlavə olaraq, vegetasiya dövründə yemləmə gübrəsi də verilir. 
Yüks
ək məhsul almaq üçün üzvi və  mineral gübrələrin 
verilm
əsinin böyük əhəmiyyəti  vardır.  Şəkər  çuğunduru  bir  ton 
əsas və əlavə məhsulla torpaqdan 4-7 kq N, 1,0-3,5 kq P
2
O
5
, 5-9 
kq  K  elementi  aparır.  Gübrə  norması  sələf bitkisindən və  tor-
paqların qida maddələri ilə təmin olunma dərəcəsindən asılı olaraq 
planlaşdırılır.  Yaşıl  gübrələr də  məhsuldarlığı  xeyli  artırır.  Bu 
m
əqsədlə  payızlıq  taxıllar  yığıldıqdan  sonra  noxud,  soya,  gülül, 
lüpin s
əpilir və  sentyabrın  axırında  şumlanıb  torpağa  basdırılır. 
Şəkər çuğunduruna  gübrələr planlaşdırılmış məhsula görə balans 
üsulu il
ə  verilməlidir.  Respublikanın  suvarılan  açıq  şabalıdı 
torpaqla
rı  şəraitində  hektardan 500 sentner kökümeyvə  məhsulu 
almaq üçün hektara 20 ton peyin v
ə  təsiredici maddə  hesabı  ilə 
N
140
P
150
K
100 
verilm
əlidir. Fosfor və kalium əsas şum altına, azotun 
30%-i s
əpinqabağı becərmədə kultivasiya altına, 70%-i yemləmə 
gübr
əsi kimi 2 dəfəyə - yarısı seyrəltmədən sonra 2-3 cüt yarpaq 
fazasında və ikinci dəfə 7-ci həqiqi yarpaq fazasında cərgəaraları 
qovuşanadək verilməlidir. Hektara təsiredici maddə hesabı ilə 1,5 
kq bor v
ə 2,2-2,6 kq manqan verilməsi yaxşı nəticə verir.  
Üzvi gübr
ələr (peyin)  sahələrə  ПРТ-10,  ПРТ-16,  РОУ-5 
markalı gübrəsəpənlərlə, mineral gübrələr isə 1- РМГ-4, РУМ -8, 
КСА-3  markalı  mərkəzdənqaçan tipli gübrəsəpənlərlə  səpilir. 
Yeml
əmə gübrələri isə УСМК-5,4 А, УСМК-5,4 Б, markalı yem-
l
əmə kultivatorları ilə verilir. Maye gübrələrin verilməsi zərurəti 
yaranarsa  bu  kultivatorlarla  aqreqatlaşa  bilən  ПОУ-1 markalı 
gübr
əverəndən istifadə olunur. 


33 
 
Kökd
ənkənar yemləmədə hektara 20 kq fosfor, 20 kq kalium 
50 litr suda h
əll edilərək çilənir. Yemləmə gübrəsi peyin şirəsi ilə 
d
ə  aparılır.  Bunun  üçün  cərgələrin  başında  çala  qazılır,  peyin 
şirəsi ilə  doldurulur və  suvarma suyu ilə  axıdılır.  Toxumların 
bakterial gübr
ələrlə işlənilməsi də müsbət nəticələr verir. 
B
əzi tarla bitkiləri ilə  müqayisə  etmək  üçün  şəkər  çuğun-
durunun h
əyatının  birinci  ilində  öz məhsulu ilə  götürdüyü qida 
madd
ələrinin miqdarı 
2-ci c
ədvəldə
 verilir.  
Cədvəl  2 
Şəkər çuğunduru və
 
digər  tarla  bitkilərinin məhsulu ilə 
hektardan götürülən qida maldələrinin miqdarı 
 
Bi
tkilər 
Məhsul, 
sentnerlə 
Qida maddələri, kq-la 

P
2
O
5
 
K
2

Şəkər  
çuğunduru 
300 
120 -210 
30-105 
150-270 
Payızlıq   buğda 
24 
70 
30 
50 
Çovdar 
24 
55 
30 
63 
Vələmir 
24 
67 
33 
70 
Arpa 
24 
51 
27 
45 
Noxud 
20 
100 
27 
36 
Kartof 
200 
90 
40 
190 
Cədvəldən görünür ki, 300 sentner meyvəkök va ona müvafiq 
yarpaq  məhsulu  əmələ  gəlməsi  üçün  şəkər  çuğunduru  bitkiləri 
120-210 kq  N,  30-105  kq  P
2
0
5
 
və  5150-270  kq  K
2
O  sərf  edir. 
Bitki  vegetasiya  dövründə  ona  lazım  olan  mineral  maddələri 
torpaqdan eyni dərəçədə mənimsəmir. 
Şəkər  çuğunduru  üçün  ən  zəruri  maddələr  azot,  fosfor, 
kalium, kalsium, maqne
ium, kükürd və dəmirdir. Bu maddələrdən 
azot, fosfor v
ə  kükürd  zülali  maddələrin  tərkibinə  daxil  olur, 
qalan maddələr isə bitki orqanizmində müxtəlif maddələrin müba-
diləsində və hüceyrələrin quruluşunda iştirak edir. 


34 
 
Məlumdur ki, hər bir kimyəvi maddə ayrıca əhəmiyyətə ma-
lik olaraq bitkinin böyümə və inkişafında  müəyyən təsir göstərir.  
Mineral  gübrələrin  düzgün  balanslandırılmış  dozası  tətbiq 
edildikdə, 1 kq təsiredici maddəyə görə məhsul artımı belə olur: 
azota görə 36 kq, fosfora görə 3,8 kq, kaliuma görə 19 kq və ya 
100 kq təsiredici maddəyə görə 3 t/ha. Şəkər çuğunduru üçün üzvi 
gübrələrin xüsusi əhəmiyyəti vardır.  
Peyin   
torpağın makro və mikroelementlərlə zənginləşdirmə 
mənbəyi olmaqdan başqa aşağıdakı funksiyaları da yerinə yetirir: 
torpaqda  gedən  mikrobioloji  prosesi  fəallaşdırmaqla  yanaşı 
torpağın turşuluğunu azaldır, onun səthinə yaxın təbəqədə karbon 
qazının  miqdarını  artırır.  Bu  isə  torpağı  humusla  zənginləş-
dirmənin əsas vasitələrindən biridir. 
Peyinin  sələf  bitkisi  altına  verilməsi  şəkər  çuğundurunun 
məhsuldarlığını  azaltmamaqla,  tarlanı  alaq  otlarından  təmizlə-
məkdə əvəzedilməz aqrotexniki tədbirdir. Ancaq suvarılan rayon-
larda  üzvi  maddənin  təsirini  azaltmamaq  üçün  peyin  bilavasitə 
şəkər  çuğunduru  əkininin  altına  verilməlidir.  Hər  bir  bitkidə 
olduğu kimi, burada da üzvi gübrənin səmərəli istifadəsinin əsas 
şərti onun düzgün hazırlanması, sahə üzrə eyni qərarda paylanıb, 
vaxtında şuma qatışmasından asılıdır. 35-45 t/ha şəkər çuğunduru 
almaq  üçün,  növbəli  əkin  tarlalarından  asılı  olaraq,  təsirediçi 
maddə hesabı ilə məşğuli heriklərdə hər hektara 110-180 kq azot, 
130-170 kq fosfor, 90-
120  kq  kalium  vermək  tövsiyə  olunur. 
Çoxillik otlar daxil edilmiş növbəli əkinlərdə hər hektara azot 90-
150 kq, fosfor 150-
170 kq, kalium isə 140-210  kq verilməlidir.   
Göstərilən  normalar nümunəvi - təxminidir. Hər bir yeni torpaq-
iqlim və aqrotexniki şəraitdə həmin rəqəmlər dəqiqləşdirilməlidir. 
Şəkər çuğunduru və növbəli əkinin digər bitkilərinin makro-
elementlərlə yaxşı - balanslanmış təmin edildiyi zəmində, mikro-
elementlərə  də  tələbat  artır.  Əsasən  bor,  mis,  manqan, sink, 
maqnezium,  molibiden və  s.  elementləri  olan  mikrogübrələr  çox 
tələb  olunur.  Bu  elementlər  karbo-hidrogenlər  və  zülal  müba-
diləsində  fəal  iştirak  etməklə,  ferment,  vitamin  və  hormonların 
tərkibinə daxil olur. Mikroelementlərdən bor, molibiden, manqan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə