Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

23 
 
sərf  olunur.  Buna  görə  də  həmin  dövrdə  kökümeyvədə  şəkərin 
toplanması nisbətən zəif gedir. Əsas çuğundurçuluq rayonlarında 
İyun  ayının  ortalarında  kökümeyvənin  kütləsi  100-120 qrama 
çatır və burada şəkərin miqdarı 10- 12 %-i keçmir. Şimal rayon-
larına nisbətən, cənub çuğundurçuluq rayonlarında kökümeyvədə 
şəkərin toplanması 15-20 gün tez baş verir. 
Assimilysiya səthinin ən yüksək nöqtəsi, kökümeyvədə şəkər 
toplanmasının  intensivləşməsinin  artmasına  müvafiq  olur.  Bun-
dan  sonra  şəkər  toplanışı  get-gedə  artır  və  sonra  tədricən  azal-
mağa  başlayır.  Bu  dövrdə  fotosintez  məhsulları  əsasən  kökü-
meyvənin boyverməsinə, quru maddənin, o cümlədən şəkərin top-
lan
masına sərf edilir. 
Ətraf mühit amillərində münasibəti və ya şəkər çuğundu-
runun  ekologiyası.  Şəkər  çuğundurunun  boyatma  və  inkişafının 
intensivliyi və bir də onun məhsuldarlıq həddi bir çox ətraf mühit 
amillərindən asılıdır ki, bunlardan temperatur həddi, nəmlik, qida  
maddələri  və  işıq  həlledici  amillərdir,  inkişafı  müəyyən  edənlər-
dir. Şəkər çuğundurunun birinci il həyat fəaliyyəti dövründə onun 
boyatması və inkişafı, xarici amillərə münasibəti bütün vegetasiya 
müddətində bu və ya digər tərəfə doğru dəyişir.  
Тemperatura  münasibəti.  Şəkər  çuğunduru  mötədil  isti 
iqlim bitkisidir. Bitkinin ilk həyatında yaxşı boyverməsi və inki-
şafı, şəkər toplanmasından ötrü 18-23 
0
C daha əlverişlidir. Ancaq 
buna  baxmayaraq,  şəkər  çuğundurunun  boyverməsi  çox  böyük 
temperatur fasiləsində baş verə bilir. Əksər tədqiqatçıların fikrincə 

0
C-
dən 30 
0
C-
yə qədər temperatur yarpaqların intensiv boyver-
məsi, kökümeyvənin iriləşməsi və onda şəkərin toplanması üçün 
kifayətdir. 
Şəkər  çuğundurunun  temperatura  münasibəti  bitkinin  yaşın-
dan, torpaq-
iqlim  şəraitindən  də  asılıdır.  Artıq  2-3 
0
C tempe-
raturda  toxumun  şişməsi  və  cücərməsi  mümkündür. Ancaq, 
bilmək  lazımdır  ki,  belə  aşağı  temperatur  şəraitində  cücərtilərin, 
özü  də  zəifləmiş  cücərtilərin  torpaq  səthinə  çıxması  üçün  45-60 
gün  tələb  olunur.  Əgər  toxumun  çücərmə  temperaturunu  6-8 
0

götürsək, o zaman cücərtilərin torpaq səthinə çıxması üçün cəmisi 


24 
 
10-
15  gün  tələb  olunur.  Тəcrübə  göstərir  ki,  cücərtilərin  torpaq 
səthinə  çıxması  üçün  ən  əlverişli  şərait  30-35 
0
C temperatur 
sayılır. Тarla şəraitində yüksək temperatur toxumun cücərmə sürə-
tini yavaşıtmaqla, torpağın üst qatının intensiv qurumasına, cücər-
ti
lərin kəskin   surətdə seyrəlməsinə səbəb olur. 
20-23 
0
C temperaturda 
kökümeyvədə şəkərin toplanması in-
ten
sivləşir. Digər həyat amillərinin də əlverişli keçdiyi şəraitdə şə-
kər  toplama  25 
0
C-
dən  artıq  temperaturda  daha  yüksək  və  yaxşı 
templə gedir. 
Kökümeyvənin  başcığında  məhsul  verən  tumurcuqların 
formalaşması üçün 15-23 
0
C temperatur optimal sayılır. Yay səpin 
müddətində,  tumurcuqların  əsası  yayın  isti  temperatur  şəraitində 
qoyulduğundan,  onlar  yazda  qoyulan  tumurcuqlara  nisbətən 

ksək həyat fəaliyyət qabiliyyətinə malik olur. Şəkər çuğunduru-
nun  anac  meyvəkökü  2-3 
0
C  temperaturda  daha  yaxşı  saxlanc 
dövrü keçirir. Burada yaxşı fasilə olur və temperatur 0,1- 6 
0
C təş-
kil edir. Göstərilən temperatur hədlərindən bu və digər tərəfə baş 
verən  dəyişiklər  toxumluqların  məhsuldarlığını  çox  aşağı  salır. 
Qeyd  edilən  temperatur  hədlərinin  normadan  çox  artıb-azalması 
anac 
kökümeyvələrinin tam məhv olmasına gətirib çıxara   bilər. 
Payızda 2- 4 
0

temperatur şəraitində və ya -2 - 4 
0
C şaxtada 
şəkər çuğundurunun vegetasiyası dayanır. Rozet (filqə) yarpaqları 
fazasında olan toxumluqlar temperaturun mənfi 4-6 
0
C-
yə enmə-
sinə dözür. Çiçək zoğlarının əmələ gəlmə fazasında mənfi 1-2 
0

şaxta zoğlara və gövdə yarpaqlarına məhvedici təsir göstərir. 
Çuğundurun  birinci  il  həyatında  vegetasiya  müddətinin 
uzunluğu 5 
0
C və yuxarı temperaturlu dövrün uzunluğundan asılı 
olur.  Əsas  çuğundur  əkən  rayonlarda  vegetasiya  müddəti  120- 
130-dan 180-
200 günə qədər çəkir, orta sutkalıq temperatur cəmi 
isə 1900-dan 2500 
0
C-y
ə   kimi çatır. 
İşığa  münasibəti.  Şəkər  çuğunduru  uzun  gün  tələb  edən 
bitkilər qrupuna aiddir. Günün uzunluğu artdıqda bitkinin inkişafı 
sürətlənməklə  bərabər  yarpaqların  artma  tempi  ciddi  surətdə 
intensivləşir,  həmin  hal  kökümeyvənin  böyüməsində  və  şəkər 
toplanışında  da  müşahidə  olunur.  Gündüz  çox  uzun  olduqda  və 


25 
 
bitki  arasıkəsilmədən  işıqda  saxlanıldıqda  çuğundurun  birinçi  il 
vegetasiyasında çiçək verən bitkilərin miqdarı   artır. 
Nəmliyə  tələbatı.  Şəkər  çuğunduru  nisbətən  quraqlığa 
davamlı bitkidir. Bu bitki nəmliyi qənaətlə istifadə edir: məhsulun 
hər  bir  quru  maddə  vahidinə  350-450  su  vahidi  sərf  olunur.  Bu 
rəqəm  bir  çox  tarla  bitkilərin  su  tələbat  rəqəmindən  xeyli  azdır. 
Ancaq qeyd edilməlidir ki, şəkər çuğundurunun sahə vahidindən 
sərf etdiyi su miqdarı əksər dənli taxıl bitkilərinin sərfiyyatından 
1,5-
2 dəfə çoxdur. Belə ki, bu bitki sahə vahidindən arpa, vələmir, 
buğda və s. bitkilərindən 1,5-2 dəfə çox quru  maddə  formalaş-
dırır.   Buna   görə də  bu  bitki nisbətən az transpirasiya əmsalına 
malik 
olsa da çuğundur tarlasının hər hektarının ümumi su sərfiy-
yatı dənli - taxıl bitkiləri tarlasındakından xeyli çoxdur. 
Bununla yanaşı qeyd edilməlidir ki, bitkinin inkişafının istə-
nilən  dövründə  nəmliyin  çatışmaması  fizioloji  prosesləri  poz-
maqla yarpaq v
ə kökümeyvənin boyvermə tempini aşağı salır. 
Тoxumun şişməsi və cücərməyə başlaması üçün şəkər çuğun-
duru torpağın üst qatında (0-10 sm) nəmliyin çox olmasına böyük 
tələbat göstərir. Тoxumun şişib, cücərməyə başlaması üçün toxum 
yumaqçığı  (meyvə  fındıqcıq)  öz  kütləsinin 150-170%-i  qədər 
nəmlik  hopdurmalıdır. 
Şəkər  çuğundurunun  ikinci  ildə  (toxumluqlar)  suya  tələbatı 
birinci ildəkindən tam fərqlənir. Тoxumluq çuğundurun boyvermə 
və  inkişafında  yerüstü  hissə  kök  sisteminin  inkişafından  sürətli 
olub, onu xeyl
i  qabaqlayır.  Bu  qeyri-adi  inkişaf  toxumluqların 
suya  kəskin  tələbatında  özünü  göstərir.  Тoxumluqların  əlverişli 
boyatması  və  inkişafı  üçün  0-50  sm  dərinlikdə  torpağın  ən  az 
nəmlik həddinin (ТƏANH) 70-100%-i qədər nəmlik olmalıdır. Bu 
həddin 70% - dən aşağı düşməsi gövdələrin boyverməsini dayan-
dırır, əksinə, bu həddin 100%-dən artıq olması toxum məhsulunun 
kəskin surətdə  aşağı düşməsinə səbəb olur. Şəkər çuğundurunun 
birillik  əkinlərinə  nisbətən  toxumluq  sahələri  nəmlik  çatışmaz-
lığından  (quraqlıqdan  -  dəmyədə)  daha  çox  ziyan  çəkir.  Dəmyə 
şəraitdə çuğundurun  toxumluq əkinlərinin   məhsuldarlığı vegeta-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə