Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

11 
 
formalaşır, bunlar sonralar kambi halqasına çevrilir. O da öz növ-
bəsində mərkəz istiqamətində ilkin oduncağı yaradır, qıraqlarında 
isə ikinci alt qabıq əmələ gəlir. Alt qabıq isə öz növbəsində ikinci 
qabığı yaradır. Bu da tədricən yoğunlaşaraq, birinci qabığı – epi-
de
rmanı  (örtük  toxumasını)  yırtıb  dağıdır.  Həmin  dəyişiklər  kö-
kün qabıqdan çıxmasına gətirib çıxarır. 
K
ökün üçüncü quruluşu, ikinci kambi halqasının ikinci qabıq 
hüceyrələrində parenximin yaranması ilə əlaqədardır. Bu prosesin 
başa çatması ilə üçüncü halqa yaranır, bundan sonra dördüncü və 
s.  əmələ  gəlir.  Beləliklə,  ardıcıl  olaraq,  axırıncı  dəyişən  kambi 
ha
lqalarının fəaliyyəti nəticəsində kökümeyvədə 8-10 konsentrik 
təbəqələr törəyir ki, bunların da paranximində şəkər toplanır. 
Kökün  quruluşunda  baş  verən  dəyişikliklərlə  bərabər,  kök 
sistemində  dərinə  və  yanlara  intensiv  boyvermədə  davam  edir. 
Yaşlı bitkilərdə yan köklərin üfiqi istiqamətdə 100-120 sm, əsas 
kök  isə  2-2,5  m  dərinə  işləyə  bilir.  Kök  sisteminin  inkişafının 
intensivliyi  becərmə  şəraiti  və  bitkinin  sort  xüsusiyyətlərindən 
asılıdır. 
Mədəni çuğundurun kökümeyvəsi iri olub 0,3-0,5 kq (bəzən 
2-8 kq) 
şəkərliyi 18-22%, bəzən də 24-25% olur. Meyvəkökü ağ 
rəngli  və  konus  şəkillidir.  Meyvəkökü  üç  hissədən  ibarətdir:    a) 
yarpaq rozetinin yerləşdiyi- başcıq; b) tumurcuqları və yan kökləri 
olmayan- boyuncuq
; v) yan köklərin meyvəyə birləşdiyi ən aşağı 
hissə-quyruqcuq.  
Başcıq  -  kökün  gövdə  tipli  hissəsidir  ki,  üzərində  yarpaq 
rozeti  və  tumurcuqlar  əmələ  gəlir.  Bitkinin  böyümə  konusu 
başcığın  mərkəzində  yerləşir.  Əksər  kökümeyvəlilərdə  başcıq 
bütün
lüklə torpaq səthində inkişaf edir. Qidalılıq cəhətcə zəif olur 
və tez oduncaqlaşır. 
Boyun  - 
toxumun rüşeyminin ləpəaltı dizciyinin böyüməsin-
dən  irəli  gəlir,  başcıqla  xüsusi  kök  arasında  yerləşir  və  kökü-
meyvənin  ən  zəngin  hissəsi  hesab  edilir.  Normal  şəraitdə  boyun 
üzərində  nə  kök,  nə  də  yarpaq  olmur.  Ancaq  səpin  dərin  apa-
rıldıqda  ləpəaltı  dizciyin  qüvvətli  inkişafı  nəticəsində  boyunun 


12 
 
aşağı hissəsi xüsusi kök vəzifəsini ifa edir, yəni üzərində yan kök-
lər  əmələ  gəlir,  yuxarısı  isə  boyunu  əmələ  gətirir.  (Bəzi  ədəbiy-
yatlarda iki hissə  (başcıq və boyun) birlikdə başcıq adlanır). 
Xüsusi  kök - 
kökümeyvəsinin  ən  aşağı  və  nazik  hissəsidir. 
Üzərində  bitkinin  yan  kökləri  əmələ  gəlir.  Keyfiyyətinə  görə 
boyuna yaxındır, ancaq əlverişsiz şəraitdə, xüsusilə daşlı və bərk 
torpaqlarda  şaxələnərək  tipik  quruluşunu  itirir  və  qabalaşır.  Yan 
köklər  xüsusi  kök  üzərində  müxtəlif  vəziyyətdə  yerləşirlər. 
Çuğundurun bütün növlərində kök telləri iki şaquli şırımda əmələ  
gəlir.  Şırımlar  şəkər  çuğundurunun  və  yem  çuğundurunun  uzun, 
konusvarı kökə malik olan sortlarında daha aydın seçilir.  
Kökün forması onun hissələrinin inkişafı ilə əlaqədar olaraq 
üç qrupa bölünür: 1- uzunsov; 2 - yuvarlaq; 3- keçid. 
Uzunsov - 
kökümeyvənin uzunluğu enindən 3-4 dəfə artıq ol-
du
ğuna  görə  uzunsov  forma  alır.  Bu  qrup  bir-birindən  müəyyən 
qədər fərqlənən iki yarımqrupu əhatə edir. 
a) 
konus  formalı  -  kök  meyvəsi  başcıq  hissədən  başlanaraq 
aşağıya doğru müntəzəm surətdə nazilir (yerkökünün yemlik sort-
larında olduğu kimi), 
b) 
silindir formalı - kökün diametri bütün hissələrdə bərabər 
olur. Yem çuğundurunun uzun köklü sortları buna misal ola bilər. 
Yuvarlaq - 
kökün uzunluğu enindən iki dəfədən çox artıq ol-
ma
dığına  görə  ümumi  görünüşü  yuvarlaq  kimidir.  Çox  forma-
larında uzunluğu yoğunluğuna bərabər, bəzən ondan qısa olur. Bu 
qrup aşağıdakı tiplərə bölünür. 
a) 
kökümeyvəsi kürəşəkilli - kökün uzunluğu  yoğunluğuna 
bərabər  olduğu  üçün  kürəyə  oxşardır  (çuğundurun  Oberndorf 
sortu).  
b) kökümeyvəsi oval formalı - kökün orta hissəsi az da olsa 
yoğunlaşmışdır (çuğundurun Barres sortu); 
c) kökümeyvəsi yastı -  kökün başcıq hissəsi kəskin basıqdır.   
Keçid formalı - bu qrupun tipik formasının kökü yoğunlaş-
mış silindrə bənzərdir (çuğundurun Ekkendorf sortu). 
Kökün rəngi - kökümeyvənin ətli hissəsi ilə qabığı eyni, ya-
xud başqa rəngli olur. Ətli hissə şəkər çuğundurunun bütün sort-


13 
 
larında ağ, yem çuğundurunda ağ, sarı, çəhrayı və qırmızı, mətbəx 
çuğundurunda isə yalnız qırmızı rənglidir. 
Yerkökünün yemlik sortlarında ətli hissə və qabıq ağ-narıncı 
və qırmızı olmaqla boyun hissəsinin özəyi nisbətən tünd rənglidir. 
Şalğamda və yem turpunda kökümeyvə əsasən ağ rəngli olur, an-
caq bəzi sortlarında sarı və qırmızı  rəngə çalır. 
Çiçək qrupu. Kökümeyvənin başcıq hissəsində  olan tumur-
cuqlar  vegetasiyanın  ikinci  ili  inkişaf  edərək  yaxşı  yarpaqlanma 
qabiliyyətinə malik olan gövdələr əmələ gətirirlər ki, bunların da 
üzərində çiçək qrupu yerləşir.  Xırda  göyümtül - yaşıl rəngli çi-
çəkləri  olur.  Çiçəkləri  ikicinslidir,  qruplarda  toplanmışdır.    Hər 
qrupda 2-
6 bəzilərində 8 çiçək olur. Çiçəkləri xırda çömçə formalı 
topa  təşkil  etməklə  gövdə  və  budaqların  orta  və  yuxarı  mərtə-
bəsində sıx düzülürlər.  Hər çiçəkdə 5 ləçək, 5 erkəkcik, beş kasa 
yarpağı vardır. Dişiciyinin ağzı üçdilimli,  ikiyuvalı, ikisütuncuq-
lu
dur. Erkəkciklər tez yetişdiyindən  çarpaz tozlanırlar. 
Çuğundurun meyvəsi xırda qozcuqdur. Çiçəkləmə fazasından 
sonra çiçəyin kasa yarpaqları tədricən bərkiyir, üzəri kələ - kötür 
mantar kütləsi əmələ gətirərək toxumları əhatə edirlər. Meyvələr 
yetişən  zaman    bir-biri  ilə  birləşərək  qonuru-sarı  rəngli  kələfcə 
əmələ gətirirlər. Hər kələfcədə 2-6 toxum yerləşir. Kələfcəni təşkil 
edən meyvələrin hər birisi nəhayətində dişicik ağzının üç çıxıntı 
kimi izi qalmış xırda qozcuqdur. Meyvənin mütləq kütləsi 20-50 
qram  arasında  dəyişir.  Toxumları  böyrəkşəkilli  və  parlaqdır. 
Yetişmiş meyvənin yuxarı hissəsi yastı, yaxud azacıq qabarıq, çox 
asanlıqla açılan qalpağı andırır.  Qalpağı diqqətli götürərək kiçik 
yuvaya  bənzər  yumurtalığı  açmaqla  üfüqi  vəziyyətdə  yerləşmiş 
toxumu  müşahidə  etmək  olar.    Çuğundurun  əsil  toxumu  parlaq 
qonuru  - 
qırmızı rəngli qılafdan və ikiləpəli rüşeymdən ibarətdir. 
Ləpələrin  arasında  gövdə  tumurcuğu  və  kökcüyün  bünövrəsi 
(rüşeym kökcüyü)  yerləşir. Tumurcuqla kökcük  arasında ləpəaltı 
dizcik yerləşir.  
Bitkinin tarixi
Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  şəkər 
çuğunduru yabanı halda bitən, yarpaq çuğundurundan  (Monqold  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə