Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə72/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

293 
 
etmədiyini araşdırmaqdan ibarətdir. Qətiyyətlə demək olar 
ki, yox. Çünki, azad və qeyri-əlaltı  mətbuat korrupsiyaya 
qurşanmış məmurların bağladıqları kölgə sövdələşmələrini, 
hakimiyyətdəki  şəxslər tərəfindən həyata keçirilən 
maxinasiyaları  aşkara çıxaracaq, iqtisadi həyatdakı real 
vəziyyəti açıb göstərəcəkdir. Kütləvi mətbuat,  əgər onları 
həqiqətən də dördüncü hakimiyyət hesab etmək olarsa, 
onların hökumətin fəaliyyəti barədə yaydığı müstəqil və 
alternativ informasya güclü təsir gücünə malik olacaqır. 
Doğrunu üzə  çıxarmaq və ictimaiyyətə çatdırmaq üçün bir 
fikir kifayət deyil, digər fikirlər də üzə  çıxarılmalı  və 
eşidilməlidir. Plüralizm vətəndaş 
cəmiyyətinin, 
demokratiyanın təbii atributudur və biz bu cəmiyyəti 
qurmaq və orada yaşamaq istəyiriksə, inamla ona doğru 
getməliyik.  
Açıq etiraf etməliyik ki, senzura, bir orqan kimi artıq 
mövcud olmasa da, mahiyyətcə ondan qat-qat təhlükəli olan 
və insanda azadlıq istəyini boğan özünüsenzura var. Ona 
görə də demokratiyaya gedən çətin yolda ilk növbədə KİV-
lər və burada çalışan jurnalistlər özünüsenzuranı özlərindən 
qətiyyətlə uzaqlaşdırmalıdırlar, çünki demokratik cəmiyyəti, 
hüquqi, sivil dövləti azad düşüncəyə, azad təfəkkürə malik 
insanlar qura bilərlər və  vətəndaş  cəmiyyəti ilə bir araya 
sığmayan korrupsiyanın qarşısının alınmasnda  əsas rolu 
azad KİV oynaya bilər. 
Dünya təcrübəsi göstərir ki, korrupsiya da öz 
növbəsində onun qarşısında  ən güclü və daha geniş  təsir 
gücünə malik olan dördüncü hakimiyyətə - kütləvi 
informasiya vasitələrinə qarşı mübarizə aparır. Jurnalistika 
nəzəriyyəçiləri korrupsiyanın mass-mediaya qarşı 
“mübarizəsinin” üç variantını qeyd edirlər. 
Birincisi, kütləvi informasiya vasitələrinə davamlı 
təsirin göstərilməsi. Bu variant jurnalistlərin qorxdulmasını, 
redaksiyalara verilən lisenziyaların ləğv edilməsini, texniki 
294 
 
senzuranın tətbiqini – nəşriyyatların qəzetlərə boykot elan 
etməsini, energetiklərin televiziya şirkətlərini  şəbəkələrdən 
ayırmasını,  İnternet saytlarının sındıralmasını  və s. özündə 
birləşdirir. Digər üsullar da mövcuddur. Bu üsullar bir qədər 
qaba olsa da, çox səmərəlidir: jurnalistlərdə narkotik və ya 
silah “tapa bilərlər” və yaxud da onlar kimə qarşısa 
“kobudluq” edə bilərlər, ictimai yerlərdə özlərini yaxşı 
aparmazlar, pasport rejimini pozduqlarına görə polis 
orqanlarına dəvət oluna bilərlər. Telefonla hədə-qorxu 
gəlinməsini, müxtəlif bəhanələrlə  işdən qovulmanı, 
İnternetdə  təhqirləri və sairəni də bu səpgidən görülən 
“təbirlər” sırasına daxil etmək olar. Lakin, bu variantı əksər 
postsovet respublikaları üçün mümkün hesab etmək olsa da, 
məqbul hesab etmək olmaz. Bu cür hərəkətlər dünya 
ictimaiyyətində bu ölkələr haqqında mövcud olan bəzi 
xoşagəlməz təssəvvürlərə (insan haqlarının pozulması, söz 
azadlığının boğulması və s.) daha da neqativ təsir göstərə və 
dövlətləri gözdən sala bilər. Ona görə  də jurnalistika 
nəzəriyyəçiləri birinci variantın postsovet dövlətlərində baş 
tutmasını o qədər də real hesab etmirlər.  
İkincisi, kütləvi informasiya vasitələrinin pulla satın 
alınması, susdurulması. Bu variantı MDB regionu üçün real 
hesab eləmək olar, çünki burada jurnalistlər heç də əhalinin 
varlı  təbəqələrinə aid deyillər. Ona görə  də  hər hansı bir 
informasiyanın qəzetdə 
dərc olunmaması, efirə 
buraxılmaması  və yaxud da İnternetdə yerləşdirilməməsi 
müqabilində  təklif olunan istənilən məbləğin jurnalist 
tərəfindən qəbul olunması ehtimalı yüksəkdir. Digər 
tərəfdən, bu həm də  mətbuatı kiminsə  mənafeyi naminə 
işlətmək üsuludur. Beləliklə, “cənab” korrupsiyanın daha 
bir müdafiəçisi meydana gəlir, özü də hörmətli dördüncü 
hakimiyyətin timsalında. Jurnalistika tədqiqatçılarının 
fikrincə, bəzi MDB ölkələrinin təcrübəsi bu variantın işlək 
olduğunu təsdiq edir.  


295 
 
Üçüncüsü, mətbuatın biri-birinin üstünə salınması, 
onlar arasında münasibətlərin,  əməkdaşlıq  əlaqələrinin 
(yüksək yaradıcılıq effektlərinin və nəticənin əldə olunması 
üçün vacibdir) pozulması. KİV-lərin başının bu 
“araşdırmalara” qarışmasından istifadə edən korrupsiya 
arxayınca öz əməlləri ilə məşğul olur. Korrupsiya həmçinin 
bununla mətbuatı xalqın gözündə hörmətdən salır və 
insanlar artıq jurnalistlərə  də korrupsiya ilə  məşğul olan 
məmurlara baxdıqları kimi baxırlar. Belə hallarda KİV-ə 
əmələ  gələn inamsızlıq hissi başqa informasiya mənbəyi 
axtarışına gətirib çıxara bilər ki, bundan da ilk növbədə 
cinayətkar qruplar, müəyyən silkləri təmsil edən fanatlar 
yararlana bilərlər. Bu da nəinki KİV-in nüfuzuna xələl 
gətirir, eyni zamanda onun cəmiyyətdəki funksiyasına, 
fəaliyyət prinsiplərinə tamamilə ziddir və buna heç bir halda 
yol vermək olmaz. 
İstisna etmək olmaz ki, mətbuat özü də korrupsiyalaşa 
bilər. Bunun üçün ölkədə qarşılıqlı nəzarət balansı sistemi, 
yəni hər bir elementin öz rolunu oynadığı sistem 
formalaşmalıdır: “parlament – hökumət – məhkəmələr – 
mətbuat – müxalifət”. Ancaq tədqiqatçılar belə düşünmürlər 
ki, KİV-lər tam sərbəstlik əldə edərlərsə, əhalini qanunazidd 
hərəkətlər etməyə çağırarlar, çünki buna zidd olan qüvvə - 
məhkəmə  nəzarət sistemi vardır. Hökumət də milyonlarla 
oxucunun, televiziya tamaşaçısının və 
İnternet 
istifadəçisinin diqqətini öz üzərində hiss edərsə, KİV 
özbaşınalığına yol verməz.  
Korrupsiyaya qarşı mübarizənin vacib şərtlərindən 
biri də budur ki, bu mübarizə mütləq ictimaiyyət tərəfindən 
dəstəklənməlidir. Korrupsiya təzahürlərinin və korrupsiyaya 
qurşanmış  vəzifəli  şəxslərin özlərinin ictimai qınaq 
obyektinə çevrilmələri, onlar tərəfindən hətta cüzi 
korrupsiya cinayətlərinin törədilməsi bu cür dövlət 
məmurlrının nüfuz və adlarının hörmətən düşməsinə, hətta 
296 
 
onların gələcək karyeralarının baş tutmamasına gətirib 
çıxarır. Məhz bu sahədə kütləvi informasiya vasitələrinin 
fəaliyyəti, onlrın göstərdikəri dəstək əvəzolunmazdır.  
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün 
bütövlükdə xalqın mentalitetinin dəyişməsi vacibdir. Bu 
işdə  əhalinin bütün yaş qruplarını  əhatə edə biləcək 
tərbiyəvi  əhəmiyyət daşıyan dövlət proqramı hazırlanmalı 
və  həyata keçirilməlidir. Kütləvi informasiya vasitələri ilə 
bağlı siyasətə xüsusi diqqət yetirilməlidir, çünki KİV 
insanın sosial yönümdə tərbiyə olunmasında və şəxsiyyətin 
formalaşmasında xüsusi rol oynayır. Lakin, təəssüflə qeyd 
olunmalıdır ki, hazırkı dövrdə  KİV-lərin fəaliyyətində 
prioritet kimi reallıqlara o qədər də uyğun gəlməyən reklam 
xarakterli materiallar dominantlıq edirlər. Bu da əksər 
hallarda  şəxsin mənəvi keyfiyyətlərini inkişaf etdirən 
proqram və verilişlərin, qəzet və İnternet materiallarının kə-
narda qalmasına səbəb olur. 
Korrupsiyaya ilə mübarizənin strateji 
istiqamətlərindən biri korrupsiyanın bir təzahür kimi 
kökünün kəsilməsinə çağırışlardan, konkret şəxslərə qarşı 
görülən cəza tədbirlərindən ibarət olmamalıdır. Bu 
mübarizə korrupsiya hərəkətlərinin qarşısının alınmasına 
yönəlmiş  vəzifələrdən irəli gələn sistemli, kompleks 
profilaktik tədbirləri özündə ehtiva etməlidir. Yaxşı 
məlumdur ki, əksər ölkələrdə cinayət-hüquqi siyasət və 
cinayətkarlıq problemləri haqqında ictimai rəyin 
formalaşmasında KİV-in mühüm rolu vardır və bu rol 
hüquqşünaslar, ictimaiyyatçılar və praktiklər tərəfindən 
birmənalı  şəkildə  dərk edilir. Bu, həmçinin KİV-in 
korrupsiya haqqında informasiya alması  məsələsinə  də 
aiddir.  
Korrupsiyanın iqtisadi, sosial və siyasi inkişaf 
yolunda dağıdıcı bir əngələ çevrilməməsi üçün jurnalistlər 
nə edə bilərlər? Hazırda bu sual həm korrupsiya problemləri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə