168
burada daxili intizam möhkəm olmalıdır, lakin uşağı mənəvi cəhətdən sıxmamalıdır.
Əqli inkişaf üçün o, uşaq evlərində oxu, yazı və sayı əsas götürürdü. Onun fikrincə
uşağa oxumağı və yazmağı öyrətməzdən əvvəl ətraf mühiti müşahidə etməyə
öyrətmək lazımdır.
Kerqomar uşaqların əxlaq tərbiyəsinə kiçik yaşdan başlamağı məsləhət
görürdü. O, əxlaq tərbiyəsində uşaqlara sərbəstlik verilməsini tələb edirdi. Əxlaq
tərbiyəsində nüfuzun böyük əhəmiyyəti vardır. Lakin nüfuzun quruluq,
təkəbbürlülük, uşaq həyatından uzaq olmaq kimi başa düşmək olmaz. Tərbiyəçi hələ
çox şeyi başa düşməyən uşağın üstünə qışqıraraq “olmaz” deməməlidir. Tərbiyəçi
mülayimliklə “belə etmək yaxşı deyil, belə etmək lazımdır” - deməlidir. Kerqomar
deyirdi ki, uşaqların əxlaq tərbiyəsində inam, yoldaşa mehriban, qayğıkeş olmaq əsas
şərtdir. Əgər bir uşaq öz pirojnasını yoldaşına bütöv verirsə, bu eqoizmin inkişafı
deməkdir. Əgər onu tən yarısını yoldaşına verirsə, bu mehribanlıq, cəmiyyət
əlamətidir. Başqalarına qayğı göstərmək gözəl keyfiyyətdir. Bu məqsədlə Kerqomar
mənalı bir misalı təhlil edir. Ata uşaqlarını sirkə aparmağı söz verir. Onlar hazırlaşıb
evdən çıxanda qonşu deyir ki, o biri qonşuda böyük bədbəxtlik üz verib. Bu xəbər
onlara pis təsir edir və sirkə getməyi təxirə salırlar. Ertəsi gün ata uşaqları ilə balıq
tutmağa gedir. Onlar bir neçə balıq tutub evə gətirirlər. Ana uşaqlara deyir: “Gəlin
balıqları bişirməyək, onları satıb pulunu həmin ailəyə verək”. Uşaqlar heç bir söz
demirlər. Valideynlərin hərəkətindən sevinirlər. Axı elə onlar da bunu istəyirdilər.
Onun fikrincə uşaqların ləyaqətli bir vətəndaş kimi tərbiyə olunmasında əməyin
böyük rolu vardır. Uşaqlara kiçik yaşdan əməyə məhəbbət tərbiyə etmək lazımdır.
Əməyə məhəbbət tərbiyəsinə ehtiyac həyatın tələbidir. Əmək ilk növbədə uşağın
hərəkətində özünü göstərir. Uşağın fiziki inkişafında, sağlamlığının təmin
edilməsində oyun mühüm əhəmiyyət kəsb edir. Oyun uşaqları kollektivdə birləşdirir.
Oyun zamanı uşaqda təşəbbüskarlıq, çeviklik, diqqətli olmaq tələb olunur. Oyunda
hər bir tərbiyəçi uşaqların əqli, mənəvi tərbiyəsinə kömək eədn ünsürləri tapa bilər.
Ailədə və “Ana qucağı məktəbi”ndə ən zəruri dərs əşya dərsləridir. Uşaqlar
hələ beşikdə ikən əşya dərsləri keçirlər. Məhz bunun nəticəsində uşaq bu və ya digər
əşyaya toxunmağa, baxmağa, iyləməyə cəhd edir.
Kerqomara görə uşaqlara həqiqi məhəbbət sözün tam mənasında yalnız “hiss”
169
olmayıb, elmdir. Uşağı “sevmək” üçün onu sevməyi “bacarmaq” lazımdır. Uşağa
məhəbbət tələblərini, ehtiyaclarını, qabiliyyətlərini inkişaf etdirə bilən şərait
yaratmağı tələb edir. Uşağı sevmək – onu qorumaq, ona hörmət etmək deməkdir.
Çünki o, zəifdir, günahsızdır. Uşağı sevmək, xeyirxah olmaq, ona layiq olmaq
deməkdir.
5. A.S.Makarenko (1888-1939) tərbiyə işi haqqında belə deyir: “Tərbiyə çox
asan işdir, tərbiyə xoşbəxt işdir. Öz üstünlüyü etibarilə müstəsna dərəcədə qiymətli,
dərin duyulan, real mənəvi təminatı cəhətindən heç bir iş tərbiyə işi ilə müqayisə
edilə bilməz. Tərbiyənin məqsədi olmalıdır.”
O, tərbiyənin prinsiplərinə aşağıdakıları daxil edir:
1.
Hörmət və tələbkarlıq; 2. Səmimiyyət və açıqürəklilik; 3. Prinsipiallıq;
4. Qayğı və diqqət, uşağı bilmək; 5. Təmrin; 6. İnsanı möhkəmlətmək; 7. Əmək;
8. Kollektiv; 9. Ailə, ilk uşaqlıq, sevginin miqdarı və sərtliyin həddi; 10. Uşaq sevinci
və oyun; 11. Cəza və mükafat.
Makarenko kollektiv tərbiyəyə üstünlük verir. Onun fikrincə, fərdi tərbiyənin
məqsədi şəxsi qabiliyyətləri təkcə bilik sahəsində üzə çıxarmaq deyil, həm də onu
inkişaf etdirməkdir.
Makarenkonun yaradıcılığında məktəbəqədər yaşlı uşaqların tərbiyəsinə
mühüm yer verilir. Uşağın ailədə tərbiyəsinin düzgünlüyü ailə münasibətlərindən
başlayır.
Makarenko çox haqlı olaraq deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt
qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimizdir, bizim gələcək göz
yaşlarımızdır. Valideynlər bunun məsuliyyətini, əhəmiyyətini dərk etməlidirlər.
Valideynlər unutmamalıdırlar ki, korlanmış uşağı yenidən tərbiyə etmək çətindir.
Ailənin ən ümdə vəzifələrindən biri odur ki, ailə maddi çətinlik çəksə belə
onun bir neçə uşağı olmalıdır. Çünki tək uşağı tərbiyə etmək bir neçə uşağı tərbiyə
etməkdən çox çətindir. Natamam ailə həyatı da uşağın tərbiyəsinə mənfi təsir edir.
Əgər ərlə arvad arasında narazılıq olsa belə valideyn onu uşaqdan gizlində etməlidir.
Uşaqların tərbiyəsində ailə mühüm şərtdir. Valideynlər bilməlidir ki,
tərbiyənin məqsədi əsas şərtdir. Bəzi valideynlər uşaqların tərbiyəsinə fikir vermir.
Belə hesab edirlər ki, hər şey vaxtında olacaqdır. Tərbiyə işində qətiyyətlə və fəal
170
qüvvə ilə məqsədə doğru getmək tələb olunur.
Nəyə nail olmaq istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən. O, haqlı
olaraq deyirdi ki, uşaqlarınıza tərbiyə verməyə başlamazdan əvvəl öz davranışınızı
yoxlayın.
Makarenko yazır ki, bəzi valideynlər uşağı qorxutmaqla, bəzisi sözünü ana
vasitəsilə çatdırmaqla, bəzisi öz vəzifəsi ilə lovğalanmaqla və s. yollarla uşaqlar
üzərində nüfuzlarını göstərmək istəyirlər. Bunların heç biri düz deyil. Valideyn
nüfuzunun əsası onların həyatı, işi, vətəndaşlıq siması, davranışdır.
Makarenko intizam tərbiyəsinə də yüksək qiymət vermişdir. O, intizamı
tərbiyə işinin nəticəsi hesab edir. Rejim isə tərbiyənin vasitəsidir.
Makarenko qeyd edir ki, oyun uşağın həyatında böyük əhəmiyyətə malikdir,
yaşlı adamın həyatında iş, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın həyatında da
oyun bir o qədər vacibdir. Uşaq oyunda necədirsə, böyüyəndə işdə də elə olur. Kiçik
uşaqlar hər şeyə oyun kimi baxır. Uşağı zorla oyundan ayırmaq olmaz, onda uşaqda
əməyə nifrət yaranar. Oyunu elə təşkil etmək lazımdır ki, o oyun olaraq qalsın, lakin
həmin oyunda gələcək işinin və vətəndaşın keyfiyyətləri tərbiyə olunsun. Əslində
oyunla iş arasında o qədər də böyük fərq yoxdur. Uşaq oyunda necədirsə, işdə də elə
olacaq. Yaxşı oyun yaxşı işə, pis oyun isə pis işə bənzəyir. Oyun uşağı sevindirir. Bu
yaradıcılıq sevincidir.
Uşaq oyununun bir neçə mərhələdən keçdiyini belə izah edir: Birinci
mərhələni otaq oyunu dövrü adlandırır, oyuncaq dövrü. Bu mərhələ 5-6 yaşa kimi
davam edir. Uşaq birinci mərhələdə tək oynamağı sevir.
Ikinci mərhələdə 11-12 yaşı əhatə edir. Məktəb, oyunun üçüncü mərhələsinə
keçid mərhələsidir. Üçüncü mərhələdə oyun kollektiv xarakter alır. Birinci mərhələdə
oyunun maddi mərkəzi oyuncaqdır.
Makarenko əmək tərbiyəsinə də xüsusi əhəmiyyət verir və məsləhət görür ki,
erkən yaşdan uşaqları yaradıcı əməyə alışdırmaq lazımdır. Yaradıcı əməkdən insan o
zaman zövq alır ki, onu sevir, əməyin faydalı və zəruri olduğunu başa düşür. Bəziləri
belə hesab edir ki, əmək fiziki sağlamlıq üçün faydalıdır. Əslində əmək insanın
mənəvi inkişafı üçün də əhəmiyyətlidir. Uşaqlar lap erkən yaşdan ailə əməyində
iştirak etməlidir. Bu oyunla başlamalıdır.
171
Makarenko mədəni vərdişlərin tərbiyə edilməsindən danışarkən qeyd edir ki,
mədəni vərdişə də lap erkən yaşdan başlamaq lazımdır. O, yaxşı görməyi, eşitməyi,
birtəhər danışmağı bacaran andan başlamaq lazımdır. Yaxşı söylənilən nağılın özü
artıq mədəni vərdişlər tərbiyəsinin başlanğıcıdır. Heyvanlar haqqında olan nağıllar
uşaqlar üçün ən maraqlı nağıldır. Sonra, şəkilli kitablar çox faydalıdır. Makarenko
tərbiyədə nümunəyə böyük yer verir. Birinci növbədə uşağı tərbiyə edən valideyn,
tərbiyəçi öz hərəkəti, davranışı ilə uşaqlara nümunə olmalıdır.
33 il kənd məktəbində fasiləsiz işləyən A.Suxomlinski (1918-1970) yazır:
“Mən öz həyatımı uşaqlara həsr etmişəm və xeyli fikirləşəndən sonra əsərimi
“Ürəyimi uşaqlar verirəm” adlandırmışam”. Bu əsərdə Suxomlinski məktəblə yanaşı
məktəbəqədər tərbiyə ilə də bağlı çoxlu fikirlər söyləmişdir. Xüsusən məktəbə
hazırlıq qrupunda işləyən tərbiyəçilər üçün gözəl bir proqram vermişdir. Onun
əsərlərində uşaqların tərbiyə aldığı ailələrin, ailə üzvlərinin həyata, insanlara,
cəmiyyətə münasibətlərinin körpə uşaq qəlbi ilə etdiyi təsirdən bəhs edir. Əgər
tərbiyəçi, müəllim uşağın ailə şəraitini düzgün qiymətləndirməsə, o, öz işini düzgün
qura bilməz. Tərbiyəçi öz işini düzgün istiqamətləndirmək üçün onların
valideynlərini tanımalıdır. Uşaqların qəlbinə yol tapmaq üçün nöqsanlı ailələrin
hərəkətini uşağın başına qaxınc edib, onlarda nifrət hissi oyatmayın, onlarla mehriban
dolanın – deyirdi. Suxomlinski məktəbə hazırlıq dövründə uşaqları təbiətin qoynuna
aparmağı, təbiəti, onun gözəlliklərini müşahidə etməyi, görməyi məsləhət görür.
Məktəbəqədər və kiçik məktəb yaşı dövründə insanın xarakteri, təfəkkürü ilə nitqi
formalaşır. Uşaqlıq illərində uzunmüddətli dərketmə həm ağılla, həm də ürəklə
dərketmə prosesi başlanır. Ona görə də bu yaşda uşaqlarda gözəl, mənəvi keyfiyyətlər
tərbiyə olunmalıdır. Suxomlinski erkən yaşdan uşaqları təbiətin qoynuna aparmağı,
onun tükənməz gözəlliyi ilə uşaqları tanış etməyi tövsiyə edir. Təbiət uşaqlar üçün
hər şeydir. Birinci növbədə təbiət uşaqların sağlamlıq mənbəyidir. O, uşaqların açıq
havada olmasını, tez-tez ekskursiyalar təşkil etməyi məsləhət görür. Təbiət həm də
bilik mənbəyidir. Uşaqlar təbiətin qoynunda olarkən tərbiyəçi uşaqların diqqətini
təbiətdə baş verən hadisələrə yönəltməlidir. Onların fantaziyalarını inkişaf
etdirməlidir. Uşaqların əqli inkişafına təbiət gözəl vasitədir. O yazır: “Təbiətə edilən
hər bir səyahət təfəkkür dərsidir, əqli inkişaf etdirmək dərsidir”. Suxomlinski
172
qətiyyətlə qeyd edir ki, bilik verməzdən əvvəl hər bir uşağa fikirləşməyi, qavramağı,
müşahidə etməyi öyrtəmək lazımdır.
Təbiət hadisələri ilə uşaqların nağıl düzəltməsi onların dünyagörüşünü artırır.
Belə nağıllarda uşaqlar sanki inşa yazır, nitqi inkişaf edir, lüğət ehtiyatı zənginləşir.
Təbiət həm də uşaqların estetik tərbiəysində mühüm rol oynayır. Tərbiyəçi yaxşı olar
ki, uşaqların hisslərinə, təxəyyüllərinə təsir etmək üçün sonsuz aləmə tədricən
pəncərə açsın. Uşaqların təfəkkürünün inkişafı üçün nağıllar, xəyallar, oyun uşaq
qəlbinə yol açan bir açardır. Nağıl, obrazlı desək, uşaq fikrinin və nitqinin odunu
alovlandıran təmiz bir küləkdir. Uşaqlar nəinki nağılı dinləməyi sevirlər, hətta özləri
də nağıl yaradır. Uşaqlar nə üçün nağılı sevirlər? Ona görə ki, nağıldakı obrazlarda
parlaq emosional boyalar vardır. Nağılın sözü uşağın şüurunda yaşayır. Uşaq
fantastik lövhə yaradan sözlər eşidəndə sanki onun ürəyi dayanır. Nağıllar uşaq
qəlbinə xeyirxahlıq toxumunu səpən ən böyük vasitədir. Onlar nağıllarda da
köməksizə əl tutan insanlara, gücsüzlərə kömək edən heyvanlara, quşlara qarşı dərin
məhəbbət duyur. Vətənin gözəlliyi torpağını, suyunu sevdirir. Xeyirxah hisslər,
emosional mədəniyyət insaniyyətin əsasıdır. Əgər uşaqlıqda xeyirxahlıq hissi tərbiyə
olunmayıbsa, onu sonradan heç vaxt tərbiyə etmək olmaz. “Adam uşaqlıqda
emosional məktəb – xeyirxah hisslər tərbiyəsi məktəbi keçir”.
Əmək tərbiyəsindən danışarkən qeyd edir ki, tərbiyənin ən mühüm
vəzifələrindən biri odur ki, uşağı əmək, yaradıcılıq, quruculuq aləmi ilə də əhatə
etsin.
Insanın insana münasibəti, onun ictimai həyatı hər şeydən əvvəl adamların
səadəti naminə olan əməkdə üzə çıxır.
Müsiqi qüdrətli fikir mənbəyidir. Musiqi tərbiyəsi olmadan uşağın tam əqli
inkişafı mümkün deyil – deyirdi.
Musiqi – təxəyyül – fantaziya – nağıl yaradıcılığı – bu elə cığırdır ki, həmin
cığırla gedən uşaq öz mənəvi qüvvələrini inkişaf etdirir. Musiqi uşaq ürəyini tərbiyə
edir, hisslərini insaniləşdirir. Sözlə olduğu kimi musiqidə də insaniyyət ifadə olunur.
Ədəbiyyat
1.
Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri, Bakı-1961.
2.
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri, Bakı-1950.
173
3.
Məktəbəqədər pedaqogika tarixi (M.Şabayevanın redaktəsi ilə), Bakı-1967.
4.
Pestalotsi İ.H. Seçilmiş pedaqoji əsərləri, Bakı-1970.
5.
Rüstəmova N.M. Məktəbəqədər pedaqogika tarixi, Bakı-2004.
6.
Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006.
7.
Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968.
8.
Suxomlinski V.A. Vətəndaşın doğulması, Bakı-1975.
9.
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri, Bakı-1953.
174
N ə t i c ə
“Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında müxtəlif pedaqoji
nəzəriyyələr” mövzusunda yazdığımız işinin məzmunundan irəli gələn nəticəni
aşağıdakı kimi müəyyənləşdirdik:
1.
Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında müxtəlif
pedaqoji nəzəriyyələrin tədqiqi problemlə bağlı müasir fikirlərin inkişafına stimul
yaradır.
2.
Mövzu ilə bağlı elmi-metodik səpkidə vəsaitlərin və məqalələrin kütləvi
surətdə yazılması faydalıdır.
3.
Şərq və Qərb mütəffəkkirlərinin uşaqların inkişafı və tərbiyəsi haqqında
nəzəriyyələri bu sahədə elmin, yeni biliklərin imkişafına kömək edir.
4.
Uşaqların elmi-nəzəri inkişafında Məhəmməd Peyğəmbərin (ə.s.) irsindən
istifadə vacib şərtdir.
5.
Mövzu ilə bağlı nəzəriyyələrin dərindən öyrənilməsi və tədqiqi müasir
dövrdə məktəbəqədər müəssisələrdə və ailədə uşaqların tərbiyəsi-təlimi işinin
inkişafına kömək edir.
6.
Məktəbəqədər yaş dövründə tərbiyənin bütün komponentlərinin tətbiqi
prosesində şəxsiyyətin formalaşmasına təsir edən amillərin (irsiyyət, tərbiyə, mühit)
nəzərə alınması işin effektliyini artırır.
7.
Məktəbəqədər yaşlı uşaqların həyatında oyunun əhəmiyyəti tarix boyu
müsbət qiymətləndirilmişdir.
8.
Bağçada və ailədə uşaqların əxlaqi keyfiyyətlərinin daha da inkişaf etməsi
üçün məktəb, ailə və məktəbəqədər tərbiyə müəssisələrin sıx əlaqəsi faydalıdır.
175
Istifadə olunmuş və tövsiyə edilən ədəbiyyat
1.
Əliyev H.Ə. Təhsil millətin gələcəyidir, Bakı-2002.
2.
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir, Bakı-2001.
3.
Əliyev H.Ə. “Azərbaycan müəllimi” qəzeti, 7 may 1998.
4.
Axundov M.F. Əsərləri, II cild, Bakı-1967.
5.
Ağayev Ə.A. Fərhad Ağazadənin pedaqoji görüşləri, Bakı-1987.
6.
Ağayev Ə.A., Talıbov Y.R., Eminov A, İsayev İ. Pedaqogika, Bakı-2006.
7.
Abbasov A.N., Əlizadə H.Ə. Pedaqogika, Bakı-2000.
8.
Ağayev M.H. Humanitar fənlərin tədrisiprosesində məktəblilərin
vətənpərvərlik tərbiyəsi, Bakı-2004.
9.
Ağayev M.H. Kiçik yaşlı məktəblilərin tərbiyəsi, Bakı-2006.
10.
Cami Ə. Yusif və Züleyxa, Bakı-1965.
11.
Cəfərova L.T. Məktəbə hazırlıq qrupunda uşaqların ictimai həyat hadisələri
ilə tanışlığı üzrə işin sistemi, Bakı-1998.
12.
Əhmədov H.M. Üzeyir Hacıbəyov müəllim və onun hazırlığı haqqında,
“Azərb.məktəbi” jurnalı, 1985, №10, səh.35-60.
13.
Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi, Bakı-2001.
14.
Əsgərova R.A. Məktəbəqədər yaşlı uşaqlarda rabitəli nitqin inkişaf
etdirilməsi, Bakı-2006.
15.
Ələddin B. Məhəmməd Peyğəmbər (s)in hekayəti, Bakı-1991.
16.
Füzuli M. Seçilmiş əsərləri, Bakı-1958.
17.
Füzuli M. Kəlamlar, Bakı-1990.
18.
Hacıbəyov Ü.M. Seçilmiş əsərləri, Bakı-1985.
19.
Həşimov Ə.Ş. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri, Bakı-1970.
20.
Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalq pedaqogikası, Bakı-1993.
21.
Həsənov A.M., Ağayev Ə.A. Pedaqogika, Bakı-2007.
22.
Həsənov A.M. Məktəbəqədər pedaqogika, Bakı-2000.
23.
Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və
pedaqoji fikir, Bakı-2005.
24.
Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil
və pedaqoji fikir, Bakı-2007.
176
25.
İsmayılova M., İsmayılova C. Uşaq bağçalarının böyük qrupunda keçirilən
didaktik oyunlar, Bakı-1995.
26.
Kitabi-Dədə Qorqud (H.Araslının tərtibatı ilə), Bakı-1962.
27.
Komenski Y.A. Seçilmiş pedaqoji əsərləri, Bakı-1961.
28.
Kərimov Y.Ş. “Qönçə”, Bakı-2008.
29.
Kərimov Y.Ş. Uşaq məktəbə gedir, Bakı-2002.
30.
Kazımov N.M., Həşimov Ə.Ş., Pedaqogika, Bakı-1996.
31.
Kazımov N.M. Məktəb pedaqogikası, Bakı-2002.
32.
Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov,
V.M.Məmmədəliyev, Bakı-2009.
33.
Qədimbəyova Ə.B. Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı
tarixindən (1920-1941), namizədlik dissertasiyasının
avtoreferatı, Bakı-1965.
34.
Qədimbəyova Ə.B. Uşaq bağçasında əxlaq tərbiyəsi, Bakı-1969.
35.
Qədimbəyova Ə.B. Uşaq bağçalarının böyük qrupunda uşaqların nitqinin
inkişaf etdirilməsində folklor nümunələrindən istifadə
üzrə işin təşkili (namizədlik dissertasiyası), Bakı-1995.
36.
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı-2003.
37.
Mollayev İ.A. M.T.(Sidqi)Cəfərovun pedaqoji görüşləri (namizədlik
dissertasiyası), Bakı-1970.
38.
Məhəmməd Peyğəmbər. Kəlamlar, Bakı-1990.
39.
Mir Cəlal, F.C.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı, Bakı-1974.
40.
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri, Bakı-1950.
41.
Mehribanzadə Z.M. Uşağın məktəbə psixoloji hazırlığı, Bakı-1988.
42.
Məktəbəqədər pedaqogika tarixi (M.Şabayevanın redaktəsi ilə), Bakı-1967.
43.
Mursaqulova R., Əliyeva Ş. Bağça yaşlı uşaqların təbiətlə tanış edilməsi
metodikası, Bakı-1993.
44.
Mustafayeva R.Ş. Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması,
Bakı-1994.
45.
Mustafayeva R.Ş. Pedaqogika, Bakı-2002.
177
46.
Nizaminin hikmət və nəsihətləri, Bakı-1981.
47.
Naxçıvanlı A.H. Heydər Əliyevin siyasi və mənəvi dəyərlərinin sinergetik
konsepsiyası, Bakı-2005.
48.
Orucova S.A. Üzeyir Hacıbəyovun pedaqoji görüşləri (namizədlik
dissertasiyası), Bakı-1987.
49.
Pestalotsi İ.H. Seçilmiş pedaqoji əsərləri, Bakı-1970.
50.
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə). Bakı-1974.
51.
Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika, Bakı-2002.
52.
Rüstəmova N.M. Məktəbəqədər pedaqogika tarixi, Bakı-2004.
53.
Rüstəmov F.A. Pedaqogika tarixi, Bakı-2006.
54.
Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987.
55.
Seyidov Ə.Y. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən, Bakı-1987.
56.
Seyidov Ə.Y. Pedaqogika tarixi, Bakı-1968.
57.
Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri, Bakı-1967.
58.
Səlimxanova X.İ. Məktəbəqədər yaşlı uşaqlarda əxlaqi keyfiyyətlərin
formalaşmasına şifahi xalq yaradıcılığı nümunələrinin
təsiri (namizədlik dissertasiyası), Bakı-1989.
59.
Sadıqova T.B. Xarici ölkələrin pedaqoq və psixoloqları uşaq oyunları
problemi haqqında, APU-nin xəbərləri, Bakı-2002, №2
60.
Sadıqov F.B. Pedaqogika, Bakı-2006.
61.
Sadıqova T.B. Uşaqların məktəb təliminə hazırlanmaları prosesi, Bakı-2006.
62.
Suxomlinski V.A. Vətəndaşın doğulması, Bakı-1975.
63.
Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm, Bakı-1979.
64.
Smirnov S.A. Pedaqogika, pedaqoji nəzəriyyələr, sistemlər, texnologiyalar,
M.2001, səh.172.
65.
Şirzadova M.H. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişaf
tarixindən, Bakı-2007.
66.
Tusi X.N. Əxlaqi-Nasiri, Bakı-1980.
67.
Talıbov Y.R. Şagirdlərin humanist tərbiyəsi, Bakı-1965.
68.
Talıbov Y.R., Sadıqov F.B., Quliyev S.M. Azərbaycanda məktəb və
pedaqoji fikir tarixi, Bakı-2000.
178
69.
Təhsil haqqında qanun, Bakı-2009.
70.
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri, Bakı-1953.
71.
Uşaq bağçasında tərbiyə və təlim proqramına dair müntəxabat, Bakı-2000.
72.
Vəkilov S.V. V cild, Bakı-1972.
73.
Veysəlova Ç.V. Məktəbəqədər yaşlı uşaqlarda humanizm tərbiyəsinin
yolları və vasitələri (nam. Dissertasiyası), Bakı-1996.
74.
Vəliyeva Z.İ. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi, Bakı-1993.
75.
Vəliyev O.P. Güc birlikdədir, Bakı-1983.
76.
Verdiyeva S.A. “Azərbaycanın ilk maarif naziri”, “Azərb. müəllimi” qəzeti,
18 oktyabr 2007-ci il.
Dostları ilə paylaş: |