Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

 
138
mərkəzləşmişdi.  Şəhərlərdə zehni əməklə  məşğul olan xüsusi insanlar qrupu – 
ziyalılar qrupu meydana gəldi. Yeni sinfin – burjuaziyanın yaranması  mədəni 
yüksəlişə stimul verdi.  
Insanların həyata baxışlarında çevriliş baş verdi. Elə ona görə  də  İtaliya 
intibahın beşiyi oldu.  
Bu  hərəkat  Dante  Aligeri (1265-1321),  Françesko Petrarka (1304-1374), 
Vitterina de Feltre (1378-1446) və B.Quarinin (1374-1460) adı ilə bağlıdır. 
Italiya humanistləri tərbiyənin  ən yaxşı yolunu klassik yunan – Roma 
mədəniyyətinin mənimsənilməsində görürdülər. Intibah dövründə  İtaliya    
humanistləri arasında  Tomazo Kampanella (1568-1639) seçilirdi. Tomazo 
Kampanella ilk təhsilini monastırda almışdır. Gənc yaşlarında fəlsəfə ilə 
maraqlanmağa başlamışdır. Bir neçə fəlsəfi əsərlərin müəllifi olmuşdur.  
T.Kampanella Cənubi  İtaliyanın ispan monarxiyasından azad olunması 
uğrunda gedən mübarizələrdə fəal iştirak etmişdir. Azadlıq mübarizəsində iştirakına 
görə bir neçə dəfə həbs edilmişdir. Axırıncı dəfə 1602-ci ildə ömürlük həbs cəzasına 
məhkum edilmişdir. Lakin 1629-cu ildə o, həbsdən azad edilmişdir. Kampanella 
həyatının axırıncı illərini Fransada keçirmişdir. Uzunmüddətli həbsxana həyatı onu 
susdura bilməmiş  və o, hələ  həbsxanada olarkən özünün məşhur utopik əsəri olan 
“Günəş şəhəri”ni yazır.  
“Günəş  şəhəri”ndə  hər  şey ümumidir, hamı ümumi əməkdə  iştirak edir. 
Burada əmək yetişən nəslin inkişafında əsas yer tutur. Əsərin iki qəhrəmanı Qostnik 
və Morexodun müsahibələrində Kampanella öz fikir və ideyalarını verə bilmişdir. 
Onun “Günəş  şəhəri”ndə bütün divarlar şəkillərlə  bəzədilmişdir ki, bu şəkillər 
vasitəsilə elmlər asan qavranılır. Bu divarların bir tərəfində  həndəsi fiqurlar, digər 
tərəfində çaylar, dənizlər, heyvan və ağac şəkilləri əks edilmişdir.  
Tomazo  Kampanella  belə  hesab  edirdi  ki,  uşaqların  tərbiyəsi  ilə   məşğul 
olmağa iki yaşdan başlamaq,  əlifbanı isə onlara şəhərin hasarlarında, evlərin 
divarlarında çəkilmiş  şəkillərdən istifadə edərək öyrətməyə üç yaşdan başlamaq 
lazımdır. Səkkiz yaşdan isə müxtəlif elmlərin sisteminin öyrədilməsinə 
başlamalıdırlar. Elmlərin öyrədilməsində isə müntəzəm olaraq müxtəlif 
emalatxanalara gedilməlidir, çünki bu onlara texniki biliklər verməklə, həm də 


 
139
gələcək sənətin şüurlu seçilməsinə kömək edə bilər. On iki yaşdan isə cinsindən asılı 
olmayaraq onların hərbi hazırlığına başlanılmalıdır ki, müharibələr zamanı qadınlar 
da öz uşaqları və yeniyetmələri ilə birlikdə bu müharibələrdə iştirak edə bilsinlər.  
T.Kampanella utopik əsəri olan “Günəş  şəhəri”ndə  əməkçilərin xoşbəxt, 
ümumi dövlətində uşaqların erkən yaşdan ictimai tərbiyəsinin və təliminin verilməsi 
haqqında öz demokratik ideyalarını irəli sürmüş və orada o, əyaniliyə, təbiətə istinad 
etmişdir.  
Bütün humanist pedaqoqları birləşdirən bir mənəvi yaxınlıq vardır ki, o da 
onların əşyadan sözə gəlməyi əsas tutmaları, təbiətdə təcrübəni əsas götürmələri idi. 
Intibah dövrünün bu pedaqoqlarının pedaqoji ideyaları  gələcək pedaqoji 
nəzəriyyələrin formalaşmasına öz təsirini göstərə bilmişdir. 
Pedaqogika elminin inkişafında  böyük xidmətləri olan Y.A.Komenski 
(1592-1670) bütün mənalı  həyatını insanların tərbiyəsi məsələsinə  həsr etmişdir. 
Ömrüboyu narahat həyat keçirən otuz illik müharibədən  əzab və  əziyyət çəkən, 
övladlarını,  əlyazmalarını belə itirən, insanları  bəladan xilas etməyə çalışan 
Y.A.Komenski özünə  Amos  (insanları bəladan xilas edəcək peyğəmbər) təxəllüsünü 
seçmişdir.  
Bütün həyatını xalqın maariflənməsinə  həsr edən Komenski məktəbəqədər 
tərbiyə  məsələlərinə ciddi fikir vermişdir. Onun fikrincə  tərbiyə  işinə  uşaq hələ 
anadan olmamışdan başlamaq lazımdır. O, məktəbəqədər tərbiyə haqqında fikirlərini 
“Ana qucağı məktəbi” adlı əsərində şərh etmişdir. əsər həcmcə kiçik, məzmunca çox 
böyükdür, o ana qucağı  məktəbini gənc nəslin tərbiyəsində mühüm mərhələ hesab 
edirdi. Uşaqların tərbiyəsinə bu mərhələdən başlamaq iki cəhətdən: uşaqları pis adət 
və  vərdişlərdən qorumaq və  gələcək tərbiyəni düzgün təşkil etmək üçün faydalıdır. 
Doğrudur, məktəbəqədər tərbiyə haqqında hələ yeni eradan əvvəl (427-347) görkəmli 
yunan filosofu Platon maraqlı fikirlər söyləmişdir. Komenski Platonun həmin fikirləri 
ilə tanış idi. Lakin, Platon uşaqların tərbiyəsində ailənin rolunu inkar edir və deyirdi 
ki, ailədə  uşaq düzgün tərbiyə oluna bilməz. Platon uşaq doğulan kimi onu alınıb 
körpələr evinə verilməsini tələb edirdi. Məlumdur ki, Platon dövründə spartalılar yeni  
doğulan uşaq sağlam və gümrah olduqda onu götürüb, zəif və xəstə olduqda isə onu 
məhv edirdilər.  


 
140
Y.A.Komenski ailəni uşağın tərbiyəsində ilk yer hesab etmiş, uşağın 
tərbiyəsində ailənin böyük rolunu yüksək qiymətləndirmişdir. “Ana qucağı məktəbi” 
əsərində Komenski analara, dayələrə, uşağı düzgün tərbiyə etməyin yolları haqqında 
qiymətli məsləhətlər vermişdir. O, ailə tərbiyəsinə dövlət əhəmiyyətli bir məsələ kimi 
baxmış və tərbiyə sistemində ailəni ilk mərhələ hesab etmişdir. O, uşaqları sevməyi, 
onlara humanist baxımdan yanaşmağı tələb edirdi. Bu isə, əlbəttə pedaqogikada yeni 
bir məsələ idi. Uşaqlara hörmət, məhəbbət, onlara qayğı ilə yanaşmaq həm ailənin, 
həm də ictimaiyyətin birgə işidir. Ailə, ictimaiyyət və dövlətin qayğısı sayəsində uşaq 
böyüyüb cəmiyyətin fəal bir üzvünə çevrilir. Y.A.Komenski bu əsərinə Siseronun çox 
qiymətli bir kəlamını epiqraf vermişdir: “Dövlətin əsasını gəncliyin düzgün tərbiyəsi 
təşkil edir”. Komenskinin həmin  əsəri insanlığın tərbiyəsində  ən yaxşı  vəsaitdir. 
Çünki köhnə nəsli əvəz edən yeni nəsil düzgün tərbiyə olunmasa cəmiyyət məhv olub 
gedər.  
Komenski əsərin girişində göstərir ki, tərbiyə işi ilə kim məşğul olursa onun 
qarşısında 3 vəzifə durur: 
1.
 
Dünyada qızıldan qiymətli olan bir şey sizə verilib, bu uşaqdır. 
2.
 
Onun qarşısında hansı  məqsəd durur? Yəni tərbiyə  gəmisini hansı 
istiqamətə yönəltmək lazımdır? 
3.
 
Gəncliyin düzgün tərbiyəyə ehtiyacı var. 
Y.A. Komenskiyə görə  uşaqlar 6 yaşa qədər aşağıdakı elmlərə dair 
məlumatları bilirlər. Fizika ilə bağlı olan təbiət hadisələrini, təbii hadisələrin adlarını: 
yanğın, hava, su, torpaq, qar, buz, dəmir və s. bilirlər. Bununla əlaqədar olaraq 
uşaqlar bir neçə  ağacı, otu, çiçəyi, gül və müxtəlif heyvanları tanıyırlar, bədəninin 
xarici üzvləri və onların vəzifələrini bilirlər.  
Astronomiyadan – günəşi, ayı, ulduzu bir-birindən fərqləndirə bilirlər. 
Coğrafiyadan – doğulduğu, yaşadığı yeri bilir, şəhəri, kəndi fərqləndirir, 
xronologiyaya aid saat, gün, ay, il və s. aid bilgilərə yiyələnmək olurlar.  
Uşaq dünənki hadisəni xatırlayırsa, bu gün, keçən il, iki-üç il bundan əvvəl 
olmuş hadisəni dumanlı bilirsə, deməli, tarixə aid müəyyən anlayışları  mənimsəmiş 
olur. Komenskiyə görə  uşaqlar siyasətə dair biliklərə  də yiyələnmiş olurlar. Onlar 
dövlət başçısını tanıyır və s.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə