Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə19/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
73
ABŞ  və  Qərbi  Avropa  ölkələrində  2-ci  nəsil  texnoparkların 
yaranması  və  Yaponiya  və  Uzaq  Şərq  ölkələrində      yeni  növ 
texnoparkların yaradılması və yayılması.      
Şə
rti  olaraq  texnoparkları  üç  modeldə  birləşdirmək  olar: 
amerikan (ABŞ, BB); yapon və qarışıq (Fransa, Almaniya)  
Amerikan modelində 3 tip texnopark mövcuddur: 
- “elmi parklar” – sırf elmi tədqiqatlar  
- “tədqiqat  parkları”  –  burada  elmi  parklardan  fərqli 
olaraq yenilik işlənib hazırlanır   
- ABŞ-da “inkubator”, BB – innovasiya mərkəzləri – yeni 
yaranan  kompaniyalara  münasib  qiymətə  torpaq,  bina  icarəyə 
verilir, bu kompaniyalar  laboratoriya avadanlığı və xidmətlərlə 
təmin olunur.     
ABŞ-  da  ən  iri  “elmi  park”  Stenford  Universitetində 
yaradılıb. Universitetə məxsus torpaqlar  yüksək texnologiyalar 
sahəsində  fəaliyyət  göstərən  kompaniyalara  51  ilə  icarəyə 
verilib.  Bu  kompaniyalar  arasında  BM,  Hewlett  Packard, 
aerokosmik,  kimya,  biotexniki  kompaniyalar  və  d.  var. 
Avropada yeganə  “elmi park” Şotlandiyanın Heriot-Wattondır 
ki, burada yalnız elmi tədqiqatların aparılması nəzərdə tutulub, 
kütləvi istehsal isə qadağandır. 
“Tədqiqat parklarına” sənaye müəssisələri ilə sıx əlaqədə 
olan  kommersiya  xarakteri  daşımayan  tədqiqat  institutları 
yerləşdirilir – məsələn, bunlara  llinoys Texnoloji Universitetin 
Mərkəzi kimi fəaliyyət göstərən qurumlar aiddir.  
XX-ci  əsrin  80-ci  illərindən  Qərbi  Avropada  bu  ölkələr 
üçün texnoparkların yeni növü olan – “yüksək texnoloji” kiçik 
müəssisələrin  tələbatına  yönələn  innovasiya  mərkəzləri 
yaranmağa  başladı.  Mahiyyətinə  görə  onlar  amerikan 
“inkubatorlarına”  yaxındılar.  Onların  əsas  vəzifəsi  –  ideya  və 
ixtiraların  sahibkar  kapital  ilə  birləşməsi,  ictimai  və  xüsusi 
fondların  kapitalı  vasitəsi  ilə  ilkin  maliyyə  resurslarına  olan 
ehtiyacın  ödənilməsidir.  nnovasiya  mərkəzlərinin  funksiyaları 
innovasiya prosesinin müxtəlif mərhələlərini əhatə edir, əsasən 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
74
də  təcrübə-sınaq  mərhələsindən  kommersiya  məqsədi  ilə 
istehsala  keçidi  stimullaşdırır.  nnovasiya  mərkəzləri  yeni 
məhsulun  lisenziyasını  istehsalçılara  satılmasında  tədqiqatçı-
sahibkarlara  kömək  edirlər.  Avropada  bir  sıra  M  yerli 
hökumətin nəzdində fəaliyyət göstərir, iri  M (40 yaxın) bazası 
isə Brüsseldə yerləşən Avropa şəbəkəsinə daxildir.        
Yapon  modeli,  amerikan  “elmi  park”  modelindən  fərqli 
olaraq 
yeni 
şə
hərlərdən 
“texnopolislərin” 
tikilməsini 
(salınmasını)  nəzərdə  tutur.  Texnopolislər  1982-ci  ildə 
yaradılmışdır  və  elmi  tədqiqatların  elmtutumlu  sahələrlə 
cəmləşməsini  təmin  edir.  Yaponiya  adalarında  19  zonada 
yerləşdirilmişdir.  Bütün  bu  texnopolislər  aşağıdakı,  meyarlara 
cavab verməlidirlər: 
- texnopolislər yaxında yeni iri şəhərlərdən 30 dəqiqədən 
uzaq  olmayan  məsafədə  yerləşməlidir  və  Tokio,  Naqoi  və 
Osaki şəhərlərinə 1 günlük yol olmalıdır. 
- Sahəsi 500 kv.m. artıq olmamalıdır; 
- Müasir  elmi-tədqiqat  kompleksləri,  universitet  və 
tədqiqat  institutları  kompleksi  ilə  bərabər  rahat  yaşayış  üçün 
mədəni  və rekreasiya infrastrukturunun olması zəruridir.   
- Gözəl  mənzərəli  yerdə  yerləşməli  və  yerli  ənənələrlə, 
təbii şəraitlə harmoniya yaratmalıdır. 
Tokio  şəhərindən  şimalı-şərqdə  Sukuba  şəhərində  2 
universitet  və  50  dövlət  tədqiqat  institutlarında  minlərlə 
mütəxəssis  işləyir.  Bu  şəhər  dünyanın  ən  iri  elmi 
mərkəzlərindən  biridir,  burada  fundamental  tədqiqatlarla 
məşğul  olurlar  və  xüsusi  sektorun  orada  rolu  azdır.  Əsasən 
Yaponiyada  “texnopolislərin”  yaranması  yerli  vergilərin  və 
korporasiyaların  ödənişləri  hesabına  maliyyələşir.  Bəzi 
texnopolislər  birgə  tədqiqat  inkubatorları  və  vençur  biznes 
mərkəzləri yaradırlar.    
Qarışıq model. “Elmi parkların” qarışıq modeli Avropada 
yayılıb  və  bir  qədər  yapon,  bir  qədər  isə  amerikan  modelinin 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
75
cəhətlərini özündə əks etdirir. Fransada ən iri texnopark “Sofiya 
Antipolis” fransız Rivyerasında 2000 qa. ərazisində yerləşir.       
 
Suallar: 
1. 
Milli  innovasiya  sisteminin  tərkibinə  hansı 
qurumlar daxildir? 
2. 
Hansı  əlamətlərə  görə  iqtisadiyyatın  innovasiya 
yönümlü olmasını müəyyən etmək olar? 
3. 
Dövlətin  elmi-texniki  siyasətinin  məqsədi  və 
ə
sas istiqamətləri hansılardı?  
4. 
Elm və texnikanın inkişafına dövlət dəstəyi hansı 
formalarda həyata keçirilir? 
5. 
nnovasiya  infrastrukturunun  tərkib  hissələri 
hansılardır? 
Testlər: 
Test  1.  nnovasiyaların  hüquqi  infrastrukturuna  adı   
çəkilənlərdən hansılar daxildir? 
a) 
intellektual fəaliyyət obyektləri; 
b) 
ETTK   stimullaşdıran,  onun  nəticələrinin  tətbiq 
sahəsinə çatdırılmasını tənzimləyən hüquqi aktlar; 
c) 
Sahibkarlığın 
dəstəklənməsinə 
yönələn 
qanunverici aktların mövcudluğu; 
d) 
Kiçik və orta biznesin hüquqi təminatı. 
e) 
Bütün cavablar düzdür.  
Test 2.  Adı çəkilənlərdən hansı Milli innovasiya 
sisteminə daxildir?  
A) dövlət qurumları 
B) qeyri dövlət qurumları 
C) dövlət və qeyri-dövlət qurumları  
D) beynəlxalq təşkilatlar 
E) elmi-tədqiqat institutları və təcrübə-konstruktor 
büroları. 
Test 3. Milli innovasiya sisteminin əsas məqsədi 
nədir?  
Dövlətin investisiya-innovasiya siyasəti 
 
76
A) investisiya layihələrinə təsir edən amillərlə əlaqəli 
riskləri azaltmaq 
B) elmtutumlu sahələrin inkişafı hesabına dayanaqlı 
iqtisadi artımı təmin edən, əhalinin həyat səviyyəsini 
yüksəldən sahələr sistemini yaradılması  
C) yeniliklərin tətbiqi üçün şərait yaratmaq 
D) əlverişli investisiya mühitinin formalaşması 
E) makro səviyyədə əlverişli investisiya-innovasiya 
iqliminin formalaşması 
Test 4.  qtisadiyyatın innovasiya yönümlü olması nə 
ilə xarakterizə olunur?   
A)  qtisadi sərbəstlik səviyyəsi 
B) Təhsil və elmin yüksək inkişaf səviyyəsi 
C) Yeni bazarların yaradılması 
D)  nnovasiyalı təklifin çox olması 
E) Hamısı 
Test 5. Texnopolislər ilk dəfə nə vaxt yaradılıb?   
A) 1970 
B) 1979 
C) 1982 
D) 2000 
E) 2005 
 
Mövzu 7.   nvestisiya fəaliyyətinin maliyyə mənbələri. 
 
                                         Plan: 
 
1.  Maliyyələşdirilmənin  mahiyyəti  və  mənbələrin 
təsnifatı 
2. Maliyyələşdirilmənin daxili mənbələri  
3. Maliyyələşdirilmənin xarici mənbələri  
4.   nvestisiya fəaliyyətinin maliyyələşmə metodları. 
                                    Ə
sas anlayışlar: 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə