Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 144№-li, 10. 02. 2014-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/86
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23735
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

 
47 
iqtisadiyyat  və  ticarət  pozulur.  Məhz  buna  görə  də  Kokand,  Buxara 
xanlığı  kimi  Xivə  xanlığı  üzərində  də  “mədəni”  ölkə  olan  Rusiyanın 
nəzarətini  təmin  etmək  lazımdır.  Türküstan  və  Orenburq  dairələrindən 
hazırlanmış  böyük  hərbi  dəstələr  siqnal  gözləyirdilər.  Qafqazda  təşkil 
olunmuş  Krasnovodski  silahlı  dəstələri  isə  birbaşa  Xivə  üzərinə 
göndərildi. Birləşmiş  çar orduları xanlığın mərkəzi Xivə üzərinə yeridi. 
Qalada  yalandan  hay-küy  qaldırmaqla,  qorxu  hissi  yaradılaraq  ələ 
keçirildi. Xivə xanı II Seyid Məhəmməd Rəhim xan qala alınmamışdan 
bir  neçə  gün  əvvəl  taxtdan  salınmışdı.  Yeni  xan  onun  qardaşı  Atacan-
Tyura  idi.  “1873-cü  ilin  may  ayının  29-da  Xivə  şəhəri  döyüşsüz  ələ 
keçirildi. Xivə xanlığının işğalı başa çatdırıldı”.  
Çar  hökuməti  özü  üçün  əlverişli  şərtlərlə  devrilmiş  II  Seyid 
Məhəmməd  Rəhim  xanı  Xivə  taxtına  çıxartdı.  12  avqust  1873-cü  ildə 
Xivə xanı danışıqsız Rusiyanın şərtlərini qəbul edərək sülh müqaviləsinə 
imza atdı. Xivə xanı müstəqil xarici siyasət aparmaqdan məhrum olundu. 
Bundan əlavə Xivə xanı özünü rus çarının həmişəlik xidmətçisi elan edib 
ondan vassal asılılığını qəbul etdi. 
Xivə xanlığı üzərinə 2 200 000 manat təzminat qoyuldu ki, bu da 
yoxsul türkmən xalqının üzərinə düşdü. Xan öz yanında 7 nəfərdən ibarət 
Divan  yaratmışdı.  1874-cü  ildə  isə  Divan  ləğv  edildi.  Rus  hökuməti 
xanlığın  idarə  sistemində  heç  bir  dəyişiklik  etmədi.  Türkmənlər  yenə 
Daşauz,  Porsu,  İlyalı  və  Kunya-Ürgənc  bölgələrində  yaşayırdılar. 
Türkmən tayfalarına yenə də öz tayfa rəhbərləri başçılıq edirdi. 
Rusiyanın  Orta  Asiyadakı  müvəffəqiyyətləri  İngiltərəni  narahat 
edir,  onlar  hər  bir  vasitədən  istifadə  edərək  buna  mane  olmağa 
çalışırdılar.  Bu  məqsədlə  Axal-təkəli  türkmənlərindən  istifadə  edərək 


 
48 
onları rus  müstəmləkəçilərinə qarşı qaldırmağa çalışırdılar. 1876-cı ildə 
rus  komandanlığı  onlara  qarşı  sülhpərvər  siyasətindən  əl  çəkib  birbaşa 
hərbi  əməliyyatlar  keçirmək  fikrinə  düşdü.  Hətta  Lomakin  özü  təcili 
olaraq  təkəlilərə  qarşı  hərbi  əməliyyatlara  başlamağı  məqsədəuyğun 
sayırdı.  Lomakinin  fikrini  bəyənən  Qafqaz  ordu  komandanı  20  oktyabr 
1876-cı  ildə  Hərbi  nazirə  məktub  göndərərək  hərbi  əməliyyatlara 
başlamaq üçün təlimat göndərilməsini məsləhət bildi. Nəticədə Lomakin 
1877-ci ilin yazına qədər hazırlaşmaq üçün göstəriş aldı. 
1877-ci  ilin  aprelində  Krasnovodskidən  çıxan  silahlı  dəstələr 
Molla-Karaya gəlib çatdılar. Buradan isə Aydın, sonra isə Axala hücum 
planlaşdırıldı.  Axal  və  Qızıl  Arvat  əhalisi  1872-ci  ildə  Markozovun 
qəddarlığını  yaddan  çıxartmamışdılar,  ona  görə  də  rus  komandanlığına 
inanmırdılar. 
1877-ci  ilin  may  ayının  12-də  Qızıl  Arvat  və    Yalçı-Atada  ilk 
silahlı toqquşmalar baş verdi.  Nurverdi xanın təkəli dəstələri polkovnik 
Navrotskonun qüvvələrini ağır vəziyyətə salsa da, ruslara əlavə qüvvələr 
gəlməsi ilə onlar geri çəkildilər. 
1877-ci ildə Yalçı-Atada baş verən toqquşma ilə Rusiya türkmən 
tayfalarına  qarşı  əslində  müharibəni  başlamışdı.  Lakin  onun  bir  qədər 
sakitləşməsinə  1877-1878-ci  illər  Türkiyə-Rusiya  müharibəsi  səbəb 
olmuşdu.  Türkmənlərin  öz  azadlığı  uğrunda  mübarizəsi  1879-cu  ildən 
başlanır. 1879-cu ilin avqust ayının ortalarında  çar orduları Göy- Təpə 
ətrafında  dayanarkən  Axalın  təkəli-türkmən  əhalisi  ümumi  tayfa 
yığıncağına-məsləhətə  toplaşaraq  ruslara  qarşı  mübarizə  aparmaq 
məsələsini  müzakirə  etdilər.  Müharibə  əleyhinə  Qrazməmməd  xan  və 
Xanməmməd-Atalıq  xanın  tərəfdarları  olan  feodal-əyanlar  çıxdılar. 


 
49 
Lakin son anda hamı yekdilliklə çar ordularına qarşı mübarizə aparmaq 
qərarına gəldilər  
21  avqust  1879-cu  ildə  Lomakin  öz  dəstələrini  türkmənlərin  tərk 
edib  getdikləri  Bami,  Beurme,  Arsman,  Sunçe,  Baxarden,  Durun  və 
Yaraçı  kəndlərindən  keçərək,  Göy-Təpəyə  yaxınlaşdı.  Göy-Təpə 
ətrafında döyüş 1879-cu ilin avqust ayının 28-də baş verdi və rus orduları 
ağır məğlubiyyətə uğradı. Göy-Təpədə təkəlilərin qələbəsinin əsas səbəbi 
onların  qəhrəmanlıqla  döyüşməsi  idi.  Öz  tərkibinin  yarıdan  çoxunu 
itirmiş  və  ruhdan  düşmüş  rus  ordu  hissələrinin  qalıqları  əvvəlcə 
Beurmana, sonra isə Tersakana geri çəkildilər. Xəzərarxası hərbi şöbənin 
generalı  yeni  komandan  Perqukasov  Çekişlyarda,  Çatedə,  Duz-Olumda 
və  Tərsə-xanada  yerləşən  rus  ordularına  baxış  keçirdikdən  sonra  yeni 
hərbi əməliyyatlara başlamağı lüzumsuz saydı. 
Göy-Təpə ətrafında rus ordularının məğlubiyyəti çar Rusiyasının 
hakim  dairələri  içərisində  kəskin  narazılığa  səbəb  oldu.  Bu  həm  də 
Rusiyanın  Orta  Asiyada  nüfuzunun  aşağı  düşməsinə  gətirib  çıxara 
bilərdi. 
Göy-Təpə  məğlubiyyətindən  dərhal  sonra  general  Terqukasov 
Axalın işğalı planını ortaya qoydu. Bu plana uyğun bütün hazırlıq işləri 
hərtərəfli ölçülüb biçilmişdi. Hətta Krasnovodskidən Qızıl-Arvata dəmir 
yolu çəkilməsi də  nəzərdə tutulmuşdu. 1881-ci ilin yazında Beurma  ələ 
keçirildi və bütün ili bura hərbi sursat daşındı. Yalnız 1882-ci ildə Göy-
Təpəyə yaxınlaşdılar. 
Hələ  1880-cı  ilin  yanvarında  Türkmənistana  yeni  hərbi  yürüş 
təşkil edilməsinin müzakirəsi zamanı gələcək ekspedisiyanın rəisi olacaq 
general  M.D.Skobelev  göstərdi  ki,  dəmir  yolunun  çəkilməsi  və  yaxud 


 
50 
böyük  tikinti  işlərinin  aparılması  müvəffəqiyyət  üçün  əsas  ola  bilməz. 
Hərbi sursatı daşımaq üçün dəvələrdən də istifadə etmək olardı. Dəvələri 
isə türkmənlərdən və qazaxlardan satın almaq olurdu. 
1880-cı  ilin  əvvəllərindən  rus  ordularının  ön  hissələri  görünən 
kimi  təkəlilər  kəndləri  boşaldıb,  Göy-Təpədə  mövqe  tutdular.  Skobelev 
Bamidə  möhkəmlənib,  Axalı  nəzarətdə  saxlamağa  çalışaraq  türkmən 
kəndlilərinə  dağıdıcı  yürüşlər  etməyə  başladı.  Skobelev  Göy-Təpənin 
ətraf  kəndlərlə  əlaqəsini  kəsməyə  çalışırdı.  Ətraf  kəndlilərin  əhalisi 
rusların hücumlarından ehtiyat edərək heyvanlarını və ailələrini götürüb 
Göy-Təpəyə  çəkildilər.  Skobelev  ele  bunu  istəyirdi.  O  yaxşı  bilirdi  ki, 
türkmənlər Göy-Təpə qalasında çox davam gətirə bilməyəcəklər. Çünki 
ətraf  yerlər  boşalmışdı,  onlar  isə  öz  heyvanlarını  məhv  edib  qida  kimi 
istifadə edə bilməzdilər. Bunu etməklə onlar özlərinin gələcək həyatlarını 
da təhlükə altına qoyardılar. Həm də onlar geri çəkilərkən əkin sahələrini 
də  yandırmalı  idilər.  1880-cı  ilin  payızına  yaxın  Göy-Təpə  qalasında 
ərzaq azalmağa başladı. Çar komandanlığı Xorasan hakiminə, Buxara və 
Xivə  rəhbərlərinə  Axala  taxıl,  ərzaq  göndərilməsini  qadağan  etmişdi. 
Rus  komandanlığı  İrandakı  səfir  vasitəsilə  Bucnurd  və  Kuçan 
hakimlərinin  Axala  qarətçi  yürüşlərini  təşkil  etdilər.  23  dekabr  1880-cı 
ildə qala güclü top atəşinə tutuldu. Mühasirədəkilərin vəziyyəti ağırlaşdı. 
Çar  orduları  hücuma  keçsələr  də,  ağır  məğlubiyyətə  uğradılar,  hətta 
general  Petruşeviç  də  həlak  oldu.  28  dekabrda  təkəlilər  qaladan  çıxıb 
qəflətən  çar  ordularının  mövqelərinə  güclü  hücuma  keçdilər.  Rus 
əsgərləri  hücuma  davam  gətirə  bilməyib  qaçdılar.  Təkəlilərin  əlinə  bir 
top və rus ordusunun şərəfi sayılan bayrağı keçdi. 30 dekabr 1880-cı il, 4 
və  5  yanvar  1881-ci  ildə  Göy-Təpə  müdafiəçiləri  çar  ordularına  ağır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə