Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 144№-li, 10. 02. 2014-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/86
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23735
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

 
51 
zərbələr  vurdular.  Lakin  qüvvələr  nisbəti  qeyri-bərabər  idi.  1881-ci  ilin 
yanvar  ayının  12-də  ruslar  Göy-Təpə  qalasının  bir  tərəfini  partladıb 
qalaya  yol  açdılar.  Göy-Təpə  ələ  keçirildi.  Qala  alındıqdan  sonra  rus 
komandanlığı  türkmənləri  öz  kəndlərinə  qayıtmağı  və  sakitləşməyi 
tapşırdılar. 
Göy-Təpə  tutulduqdan sonra Bezmeine, Korcou, Aşxabad, Anau 
və Qyuarse döyüşsüz işğal olundu. 
1881-ci  il  mart  ayının  20-də  Skabelev  Əfqanıstana  yürüş  etmək 
fikrinə  görə  öz  vəzifəsindən  götürüldü.  Onun  yerinə  general  Rerberq 
təyin edildi. 1881-ci ilin 9 dekabrında Tehranda Rusiya ilə İran arasında 
konvensiya  imzalandı.  Konvensiyaya  görə  Rusiyanın  İranla  şərq 
sərhəddi Xəzər dənizindən Zerinkux dağlarına qədər müəyyənləşdi.  
1886-1887-ci  illərdə  Türkmənistan  tamamilə  Rusiya  tərəfindən 
işğal  olunduqdan  sonra  Rusiyanın  İranla  və  Əfqanıstanla  da  sərhədləri 
dəqiqləşdirildi. 
1884-cü  ilin  1  yanvarında  Mərv,  aprelində  İolatan,  sonra  Tecen, 
Murqav əraziləri Rusiyanın himayəsinə keçdilər. 
 
§15 
 
Rusiyanin Türkmənistanda yaratdiği inzibati idarə sistemi 
 
1881-ci  ildə  Axal  vadisinin  işğalından  sonra  Çar  hökuməti 
Xəzərarxası  (Zakaspi)  hərbi  şöbəsinin  yerində  mərkəzi  Aşkabad  şəhəri 
olan  Xəzərarxası  vilayət  yaratdı.  Vilayət  Manqışlak,  Krasnovodski 
qəzalarından və Axal-Təkə dairəsindən ibarət idi.  Qəza rəisi və pristavı 
yüksək  rütbəli  rus  zabitlərindən  təyin  olunurdu.  Aul  starşinaları  isə 
türkmən  nəsli-tayfa  əyanlarının  içərisindən  seçilirdi.  Krasnovodski 


 
52 
pristavının  2  oktyabr  1881-ci  il  əmrinə  əsasən  kənd  cəmiyyətlərinə 
ümumi-intizam  qaydalarını  qoruyub  saxlamaq  məqsədi  ilə  starşinalar 
təyin olundu. Bunu aşağıdakı siyahıdan da görmək olar:  
Krasnovodskdan  Qaraboğaza  qədər  olan  ərazidə  köçəri  halda 
yaşayan türkmənlərin starşinası Xudanəzər Xudaverdixan oğlu, Çeleken 
adası,  Oqurçen  və  Darçada  yaşayan  türkmənlərin  starşinası  Səlim 
Məxtimoğlu,  Çekişlyar  auluna  rəhbər  milis  praporşiki  Nefes-Mergen 
Duşməmməd  oğlu,  Həsənqulu  auluna  rəhbər  Mirseyid  Qulu  oğlu, 
Cəfərbay  nəslinə  rəhbər  Musaxan  Nəzərxan  oğlu  təyin  olundular.  Çar 
hökuməti bu cür siyasəti ilə əslində əvvəlki qəbilə-tayfa rəhbərlərinin öz 
tayfaları  üzərindəki  idarəçiliyini  təsdiq  etdi.  Bununla  da  çarizm  feodal 
əyanlarının simasında özünə yerlərdə siyasi dayaq yaratdi. 
Krasnovodski  qəzasının  kəndlilərinin  vergiyə  cəlb  olunması 
haqqında  Qafqaz  hərbi  dairə  rəisinin  1881-ci  il  qərarı  verildi.  1882-ci 
ildə  general  Rerburq  Nohurlu  türkmən  kəndlilərinin  vergi  ödəmələri  
haqqında sərəncam verdi. Maridən və Təcəndən öz yurdlarına yoxsul və 
dilənçi  halında  qayıdan  Axal  türkmənləri  ilə  bir  neçə  illiyə  vergilərdən 
azad olunmuşdular. 
1884-cü  ilin  əvvəllərində  Rusiya  Tecen  və  Mari  vadilərini  ələ 
keçirdi  və  bu  ərazidə  2  dairə-Tecen  və  Mərv  yaradıldı.  Çar  hökuməti 
həmin  dairələrdə  xanlıq  hakimiyyətini  qoruyub  saxlayırdı.  Məsələn, 
Mərv dairəsi 4 hissəyə bölünmüşdü və hər bir hissəni isə əsas nəsillərdən 
olan  xanlar  idarə  edirdi.  Xanların  nüfuzunu  qaldırmaq  məqsədi  ilə  ona 
milis kapitanı rütbəsi verilirdi. Xan dairə rəisinə tabe idi. Dairə rəisi isə 
yüksək çinli rus zabitlərindən təyin olunurdu. 
Yeganə  dairə  rəisi  kimi  böyük  vəzifə  Nurberdixanın  oğlu  milis 


 
53 
mayoru  Məxtimqulu  xana  etibar  edilmişdi.  Ona  bu  vəzifəni  Mərvi 
Rusiyaya sülh yolu ilə birləşdirdiyinə görə vermişdilər. 
1884-cü  ildə  Kappıbənd  dəryaçasının  bərpa  olunması  ilə  Tecen 
ətrafında vaxtı ilə istifadəsiz münbit torpaqlar suvarıldı. Tecen ətrafında 
yeni  yaradılmış  7500  təsərrüfat  və  mari  türkmənlərinin  3  minə  qədər 
susuz  təsərrüfatı  su  ilə  təmin  olundu.  Beləliklə,  Tecendə  iri  əkinçilik 
təsərrüfatı yaradıldı. 
1884-cü  ildə  kiçik  rus  dəstələri  qəflətən  köhnə  təkəli  qalası 
Koşutxan  qalaya  yaxınlaşdıqda  Səraxs  salur  türkmənləri  kütləvi  halda 
Tecen çayının- rusların ixtiyarında olan sağ sahilinə keçərək, öz əvvəlki 
yurdlarında  məskunlaşdılar.  Məsələn,  Zurabaddan  Peçenin  sağ  sahilinə 
keçən 3250 kibitka Səraxsın cənub-şərq hissəsindən Qızıl-qayaya qədər 
olan  ərazilərdə  məskunlaşmışdılar.  Bura  köçüb  gələn  salırlar  həddindən 
artıq kasıb və yoxsul idilər. 
1884-cü ilin aprelində əkinçiliklə məşğul olan və 5400 təsərrüfata 
malik  İolotan  vadisi  də  sülh  yolu  ilə  Rusiyaya  birləşdirildi.  Səraki  və 
İolotan  rayonları  Mərv  dairəsinə  daxil  edildi.  İlkin  dövrlərdə  Səraksi 
salırlarında Təkə xan, İolotan sarıklılarına Sarı xan rəhbər təyin olundu. 
Lakin çox çəkmədi və tezliklə onlar rus  zabitləri ilə əvəz olundular. 
1885-ci  ildə  3  min  təsərrüfata  malik  Pendin  vadisi  də  Rusiyaya 
birləşdirildi.  Mərkəzi  Taxta  Bazar  olan  Pendin  pristavlığı  yaradıldı. 
Vaxti  ilə  Herat  hakimiyyətinə  vergi  verən  Pendin  sarıklıları,  əsasən, 
maldarlıq təsərrüfatı ilə məşğul olurdular. 
Pendin  vadisinin  birləşdirilməsindən  sonra  narazı  qalan 
Əfqanıstan əmiri 1885-ci ilin 18 martında Daşkefrin altında rus qoşunları 
ilə toqquşdu. Əfqan əmiri məğlub olub Pendin vadisindən əl çəkdi. 


 
54 
1890-cı  ildə  çarın  verdiyi  qərara  əsasən  Xəzərarxası  vilayət  beş 
qəzaya-  Manqışlak,  Krasnovodski,  Aşxabad,  Tecen  və  Mərvə  bölündü. 
Yeddi pristavlıq yaradıldı. 
Kiçik  inzibati  idarə  rəhbərlərini  aul  starşinası,  mirabı,  sudu, 
əminini  aul  seçki  yığıncağı  seçir.  Ancaq  aul  starşinasının  vəzifəsini 
vilayət  rəisi,  mirab,  sud  və  əmin  vəzifələrini  isə  qəza  rəisləri  təsdiq 
edirdilər. 
1890-cı  ildə  yaradılmış  vəziyyət  idarəsi  bütün  tədbirlərlə  yanaşı, 
aul  starşinası  həm  də  volost  idarəçiliyini  də  yerinə  yetirirdi.  Volostlara 
bölünmə  isə  yalnız  Manqışlak  yarımadasında  mövcud  idi.  90-cı  illərdə 
Manqışlakda  8  volost  idarəsi  və  54 starşinası  olan  aul  qeydə  alınmışdı. 
Bunlardan yalnız 8 aul türkmənlərə məxsus idi. Bundan əlavə Aşqabadda 
78,  Təcəndə  22,  Mərvdə  isə  74  starşinası  olan  aullar  var  idi.  Bütün  bu 
idarə  qurumları  ölkədə  daxili  qayda-qanunları  bərpa  edir,  xanların, 
kəndxudaların  özbaşınalığının  qarşısını  alır,  feodallar  arasındakı 
toqquşmalara  imkan  vermirdilər.  Bu  isə  çarizmin  müstəmləkəçilik 
maraqlarına uyğun gəlirdi.     
1897-ci  ildə  keçirilən  siyahıya  almada  Xəzərarxası  türkmənlərin 
sayı 382 487 nəfərə qədər olmuşdu. Bunlardan 41 837 nəfəri şəhərlərdə 
yaşayırdı.  Türkmənlərin  ənənəvi  spesifik  təsərrüfat  xasiyyətlərinə  görə 
Xəzərarxası  vilayət  3  əsas  müxtəlif  təsərrüfat  tipinə  bölünür:1). 
Dənizsahili  ticarət  sahələri  və  balıqçılıq;  2).  Qərbi  Türküstanın  çöl  və 
yarımsəhra  zonalarında  köçəri  və  yarımköçəri  maldarlıq  təsərrüfatı;  3). 
Cənubi  Türkmənistanın,  Təcənin  və  Mirqab  vadisinin,  habelə 
Qaraqumun cənub hissəsinin əkinçi-maldar təsərrüfatı. 
Türkmənlər  maldarlıq  və  əkinçilik  təsərrüfatından  başqa,  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə