Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı


İstilikvermə (konveksiya) tənliyi



Yüklə 2,02 Mb.
səhifə17/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
C fakepathk s 1 K TAB

10.1.İstilikvermə (konveksiya) tənliyi
Maye və ya qazla bərk divar arasında olan istilik mübadiləsinə istilikvermə deyilir. Laminar rejimlərdə maye və ya qaz hissəcikləri divara paralel istiqamətdə hərəkət edirlər və istilik divara mayenin (qazın) istilik keçiriciliyi hesabına ötürülür.
Turbulent hərəkətlərdə isə hissəciklər xaotik hərəkət edir. Lakin buna baxmayaraq axınla divar arasında hərəkətsiz sərhəd təbəqəsi yaranır. İstilik bu halda axının əsas kütləsindən hissəciklərin hərəkəti sayəsində konveksiya ilə sərhəd təbəqəsinə, sərhəd təbəqəsindən isə istilikkeçirmə ilə divara ötürülür. Bu halda istiliyin verilməsinə əsas müqaviməti sərhəd təbəqəsi göstərir. Axının turbulentliyi artdıqca sərhəd təbəqəsinin qalınlığı və uyğun olaraq müqaviməti də kiçilir.


Şəkil 10.3. İstilikvermənin sxemi


İstilikvermənin əsas tənliyi Nyüton qanunu ilə ifadə olunur. Bu qanuna görə verilən istiliyin miqdarı divarın səthinin sahəsi temperaturlar fərqi və zamanla düz mütənasibdir.
Coul (kkal). (10.5)
Qərarlaşmış rejimdə isə
Vt (kkal/saat) (10.6)
- mütənasiblik əmsalı olub istilikvermə əmsalı adlanır.


. (10.7)
- sərhəd təbəqəsinin termiki müqaviməti adlanır.
İstilikvermə əmsalına hidrodinamiki (laminar və ya turbulent hərəkət rejimi), fiziki (temperatur, istilik tutumu və s.) və həndəsi (səthin quruluşu, forması) amilləri təsir göstərir. -nın bu amillərdən asılılığı çox mürəkkəb olduğundan onu nəzəri yolla əldə etmək böyük çətinliklərə səbəb olur. Odur ki, -nın təcrübi yolla tapılmış və oxşarlıq nəzəriyyəsinə görə işlənmiş kriterial tənliklər tətbiq etməklə müəyyən edilən qiymətlərindən geniş istifadə olunur. İstilikverməni xarakterizə edən oxşarlıq kriteriyaları aşağıdakılardır.

Cədvəl 10.1.


Oxşarlıq kriteriyaları

Kriteriya

Düsturu

Fiziki mənası

Nüsselt



Axınla divar arasındakı istilik mübadiləsini xarakterizə edir.

Reynolds



Axının hərəkət rejimini xarakterizə edir.

Prandtl



Axının fiziki xassələrini xarakterizə edir.

Grashof



Axının hərəkət rejimini sərbəst konveksiyada xarakterizə edir.

burada -genişlənmə əmsalıdır.
Maye və ya qazla divar arasında baş verən istilikvermə prosesini xarakterizə edən
kriterial tənlik aşağıdakı şəkildə yazılır:
(10.8)
Məcburi konveksiyada Grashof nəzərə alınmır:
(10.9)
Sərbəst konveksiyada isə Re kriteriyası nəzərə alınmır:
(10.10)
Əmsallar və qüvvə göstəriciləri təcrübi yolla tapılır. İstilikvermə əmsalı isə təcrübədən alınan qiymətlər əsasında aşağıdakı kimi müəyyən edilir:
(10.11)



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə