Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1537 saylı



Yüklə 2,02 Mb.
səhifə23/25
tarix31.05.2023
ölçüsü2,02 Mb.
#114669
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   25
C fakepathk s 1 K TAB

11.1. Borulu sobanın hesabı
Qızdırılma ilə yanaşı sobada endotermik kimyəvi reaksiya gedərsə, xammala verilən istilik miqdarı Q aşağıdakı düsturla hesablanır:
QL = L[(hs-hb)+qr] (11.1)
burada L –xammalın sərfi;
hb və hs –xammalın başlanğıc və son entalpiyası;
qr–xamallın bir kq-a düşən reaksiya istiliyidir.

Sobada yanacaq sərfi:


B=Qfay/ηQ (11.2)
burada Qfay –sobanın faydalı işi (gücü);
Qa –yanacağın işlək yanma istiliyi;
η –sobanın f.i.ə.
Sobanın faydalı iş əmsalı
η=[Qa-(qit+qç+qny) ]/Qa (11.3)

burada qit –istilik izolyasiyasından ətraf mühitdə


itən istilik miqdarı;
qç –sobadan çıxan tüstü qazlarının apardığı istilik miqdarı;
qny –yanacağın natamam yanması nəticəsində itən istilik miqdarıdır.
Yanacağın yanmasına verilən hava tələb olunandan bir qədər artıq götürülür ki, yanacağın tam yanması təmin olunsun. Qaz yanacağı üçün bu α=1,02÷1,2; maye yanacağı üçün α=1,2-1,5 olur.
Xammalın sobada aldığı istilik miqdarı
QL=Qr+Qk (11.4)
ibarətdir.
burada Qr və Qk –sobanın radiant və konveksiya bölmələrində xammalın aldığı istilik miqdarıdır.
Radiant seksiyasında xammalın aldığı istilik miqdarı belə hesablanır:
Qr=B(qo-Ja) (11.5)
burada Ja –tüstü qazının Ta temparaturunda entalpiyası;
qo –ocaqdakı istilik itkisini çıxdıqdan sonra 1 kq yanacaqla ocağa daxil olan ümumi istilik miqdarıdır.
Sobanın radiant bölməsinin kamerasında istilikvermənin hesablanması çox mürəkkəb məsələdir, bunun üçün empirik düstürlardan istifadə olunur.
Konveksiya bölməsində xammal qızdırılan boruların səthi (Fk) istilikötürmə tənliyi ilə hesablanır:
Fk=Qk/kΔt


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə