113
Müəyyən olunmuşdur ki, vələmirin evakuasiyası yemləndiril-
dikdən 7-9 dəqiqə sonra
başlayır və 4-4,5 saatdan sonra bütün
kütlə bağırsağa keçmiş olur.
Suyun mədədən evakuasiyası daha tez olur. Suyun 1-ci por-
siyası 2-6 dəqiqədən sonra bаğırsаğа kеçir. Mədə mоtorikasının
tənzimi itlərdə və digər mədəsi bir kamеralı olan heyvanlardakı
kimidir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Gövşəyənlərdə və atda yem, su qəbulunun və çeynəmənin
xüsusiyyətləri
2. Kənd təsərrüfatı heyvanlarının ağız suyunun tərkibi və
xassəsi
3. Gövşəyənlərdə və atda ağız suyu ifrazinin xüsusiyyətləri
4. Gövşəyənlərin mədə önlüklərində həzm
5. Gövşəyən heyvanların işgənbəsində hansı yağ turşuları
əmələ gəlir
6. Atda yemlərin həzmində bağırsaqların rolu
7. Donuzlarda həzmin xüsusiyyətləri
8. Mikrооrqаnizmlərin işgənbə həzmində rоlu
9. Işgənbədə hаnsı vitаminlər əmələ gəlir
Lаbоrаtоriyа iĢi 47.
GövĢəyənlərdə və atda yem,
su qəbulunun müĢahidəsi.
ĠĢ üçün lazımdır: inək, (qoyun, keçi), at, yem üçün qab,
vedrə, hər baş heyvana 250 qram quru ot, 250 qram çuğundur, 25
qram kəpək, su, ruminoqraf.
ĠĢin gediĢi. İnək, (qoyun, keçi) və at növbə ilə quru ot, kəpək
və çuğundur ilə yemləndirilir. Hər bir yemin yeyilmə vaxtı qeyd
edilir və çeynəmə hərəkətlərinin miqdarı hesablanır.
Heyvana vedrədən su verilərkən suyun qəbulu müşahidə
edilməklə, udqunmanın miqdarı hesablanır. İşgənbə hərəkətlərinin
miqdarı müəyyən edilir.