Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Darevskia armeniaca: cinsi və yaş tərkibi
Cədvəl 6
Ay
Bədənin uzunluğu (mm-lə)
25-29
31-39
45-49
51-59
sayı
%
sayı
%
sayı
%
sayı
%
iyun
-
-
2
6,7
10
38,3
-
-
iyul
6
20
-
-
8
27
-
-
Avqust
-
-
-
-
6
20
6
16
Birinci  qrup  -   yumurtadan  təzə  çıxan  fərdlərdən,  ikinci 
qrup -  bir dəfə qışlayan  fərdlərdən, üçüncü qrup -  iki dəfə qış- 
layan  fərdlərdən,  dördüncü  qrup  isə  daha  yaşlı  fərdlərdən  təş­
kil olunmuşdur.
Bir  qədər  oxşar  mənzərə  digər  partenogenetik  növ  olan 
Rostombəyov  kərtənkələsində  (Darevskia  rostombekovi)  də 
müşahidə edilir.
Cədvəl 7
Rostombəyov kərtənkələsinin Gədəbəy rayonundakı 
populyasiyasınm ölçü-yaş tərkibi
Ay
Cavanlar
Çoxalmada ilk 
dəfə iştirak edənlər
2 yaşdan 
yuxarı olanlar
bir dəfə 
qışlayanlar
iki dəfə 
qışlayanlar
31-38 mm
40-46 mm
47-50 mm
55-57 mm
may
3
-
-
2
iyun
1
1
2
3
iyul
-
-
-
-
Bir  dəfə  qışlayan  cavan  fərdlərə  mayda  rast gəlinir və  on­
lar  seçimdə  33,5%,  iki dəfə qışlayanlar -  8,3%,  iyunda  rast gə­
linmiş,  çoxalmada  ilk  dəfə  iştirak  edən  fərdlər  -   16,6%  təşkil 
etmişlər.  Yaşı  2-dən  yuxarı  olan  fərdlər  41,6%  təşkil  edir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  növün  populyasiyalarında  bəzən 
1-2 erkəyə də təsadüf olunur.
Reptililərin  yaşını  dəqiq  təyin  edən  vizual  metodlar  hələ 
yoxdur.  Buna  görə  də,  adətən  cədvəl  formasında  mütləq  və
104
downloaded from KitabYurdu.org


nisbi  ölçülərdən  istifadə  edilir.  Əgər  tədqiq  edilən  növün 
nümunələrinin  sayı  üç  və  onlarladırsa  elementar  statistik  he­
sablamalara müraciət etmək olar.  Bəzən ədəbiyyatlarda  12-19- 
23 (45) kimi yazı formalarına rast gəlinir.  Bu o deməkdir ki, 45 
fərd  üzərində  öyrənilən  əlamətlərin  dəyişikliyinin  son  hədləri 
12 və  23,  orta ədədi qiymət  isə  19-dur.  Lakin  reptililərdə  (am- 
fıbilərdə  olduğu  kimi)  yaş  artdıqca  əlamətlərin  çoxu  dəyişilir 
və göstərilən metod hər zaman obyektiv olmur.
Cədvəl 8
İyunun ortalarında 
Darevskia valentini
 yanmnövünün 
populyasiyasının tərkibi (İ.S.Darevskiyə görə, 1967)
Göstərici (bir yetkin dişi düşən)
L.s. valentini
Mövsüm ərzində yumurtaların sayı
5,2
Bir dəfə qışlayan cavanlar
1,06
İki dəfə qışlayan yetkin fərdlər
0,5
iki yaşdan yuxarı yetkin fərdlər
1,7
Yetkin erkəklər
1,25
Adətən  bütün yaş  qrupları nisbətən  bərabər sayda  fərdlər- 
lə  təmsil  olunan  populyasiyalar  həyat  qabiliyyətinin  daha 
yüksək olması  ilə  fərqlənirlər.  Belə  populyasiya  normal  adlan­
dırılır.  Əgər  populyasiyada yaşlı fərdlər üstünlük  təşkil  edərsə, 
bu  əlbəttə  ki,  reproduksiya  funksiyasının  pozulmasına  səbəb 
olan  mənfi  faktorların  mövcudluğundan  xəbər  verir.  Belə  ki, 
populyasiyaya  reqressiv  və  ya  nəsli  kəsilməkdə  olan  kimi  ya­
naşılır. Əsasən cavan fərdlərdən təşkil olunmuş populyasiyalar 
geniş yayılan və ya invazion hesab edilir.
Qeyd etmək  lazımdır ki,  kiçik  orqanizmlər üçün  bir qayda 
olaraq,  qısa  həyat  tsikli  və  məhsuldarlığın  yüksək  olması  xa­
rakterdir.  Respublikamızda  yayılan  bəzi  zaurid  növləri  -   xa­
rabalıq  kələzi,  girdəbaş  yovşanlıq  kərtənkələsi,  qafqaz  dağkə- 
ləzi,  cəld  və  əlvan  kərtənkələciklər,  qamətli  ilanbaş  kərtənkələ 
çoxalma  mövsümü  müddətində  bir  neçə  dəfə  (2-3,  adətən  2) 
yumurta qoyurlar.
105
downloaded from KitabYurdu.org


REPTİLİLƏRİN  SflYI VƏ  SflYĞI  METODLARI
Populyasiyanın cəhətlərindən biri onun say xüsusiyyətidir. 
Orqanizmlərin  sayını  öyrənən  ekoloqlar  bu  kimi  əsas  suallara 
cavab  verməyə  çalışırlar:  nə  üçün  bəzi  növlər  nadir,  digərləri 
tez-tez  rast  gəlinir;  eyni  növün  sıxlığı  onun  arealı  daxilində 
müxtəlif yerlərdə fərqlidir;  sayın  dəyişilməsini  necə  izah  etmək 
olar və s.
Saya  təsir  göstərən  bir  sıra  qarşılıqlı  faktorlar  vardır  ki, 
onlar  da  biotik  və  abiotik  xarakterli  ola  bilər.  Burada  növün 
yaşama  yerinin  fıziki-kimyəvi  şərtləri,  resurslarla  təminatı,  rə­
qiblərin,  yırtıcı  və  parazitlərin  təsiri  -   yəni  qarşılıqlı  münasi­
bətlər kompleksi haqda məlumatlar nəzərdə tutulur.
Bu  və  ya  digər  növün  sayına  nəzər  saldıqda,  növün  arealı 
çərçivəsində ekoloji  optimum və pessimum zonalarının (arealın 
ekoloji  periferiyası)  ayrılması  çox  maraqlı  və  perspektivlidir. 
A.V.Yablokova  (1987) görə heç də həmişə coğrafi periferik po- 
pulyasiya növün ekoloji periferiyasında (və əksinə) yerləşmir.
Yuxarıda  sadalanmış  sualların  bəzisini  sayğının  nəticələri 
cavablandıra  bilər.  Dəqiq  sayğı  zamanı  müxtəlif yaş,  cins  və 
ölçüyə  malik  fərdlər  sayılır.  Məlumdur  ki,  populyasiyanın  ay­
rı-ayrı  orqanizmlərini  bütün  həyatı  boyu  müşahidə  etmək  tex­
niki  baxımdan  çətindir.  Ona  görə,  sayğı  üçün  istifadə  edilən 
müxtəlif  metodlar  təxmini  nəticələr  verir.  Ekologiyada  geniş 
yayılan  üsullardan  L.Q.Dinesman  və  M.L.Koletskinin  (1952) 
modifikasiyasmda  lent  nümunə  metodu  ən  adisidir.  Bu  meto­
dun məğzi aşağıdakılardan ibarətdir.
1.  Sayğı  eni  3  m-dən  artıq  olmayan  lent  (transekt)  boyu 
aparılır.  Belə lentin uzunluğu  1-1,5 km-dən az olmamalıdır.
2.  Hər bir lent eyni biotop hüdudlarında yerləşməlidir.
3.  Sayğı  heyvanların  maksimal  aktiv  olduğu  (mövsümi və 
sutkalıq) dövrdə aparılmalıdır.
Sayğının  digər üsulu -   nümunə sahəsi metodudur.  Bu  me-
106
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə