Belə keyfiyyətli kecidi akademiya səviyyəli coğrafiya institutu təmin edə bilərdi. Respublikamızda yeni
yaradılan Coğrafiya İnstitutu butov təbiətin və sosial-iqtisadi həyatın kompleks coğrafi mənzərəsini ardıcıl şəkildə
oyrənən bir qərargaha cevrildi. Elmin və tədrisin fəal təşkili və inkişafında ali məktəblərin, xususilə Bakı Dovlət
Universitetinin coğrafiya kafedraları da onəmli yer tutdular. Coğrafiya İnstitutunda da bu elmin tədricən geniş şaxəli
sahələri: iqtisadi və sosial coğrafiya, landşaftşunaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşunaslıq, hidrologiya,
okeanologiya (Xəzər şobəsi), torpaqşunaslıq, ətraf muhitin muhafizəsi (coğrafi ekologiya), toponimika, kartoqrafiya
şobələri yaradıldı.
Təsdiq olunmuş (1993-cu il) struktura gorə Coğrafiya İnstitutunun 10 şobəsi, 17 bolməsi, 1 laboratoriyası və Pirqulu
stasionarı vardır (şəkil 17). 1945-ci ildə yəni institut təsdiq olunarkən onun cəmi 25 əməkdaşı var idisə, artıq 2000-ci İlin
əvvəlinə işcilərin sayı 241 nəfərə catdırılmışdır. Hazırda institutda calışan elmi əməkdaşların 1 nəfəri Azərbaycan EA
həqiqi (B.Ə.Budaqov), 1 nəfəri muxbir uzvu (Ə.V.Məmmədov), 12 elmlər doktoru, 56 elmlər namizədidir. İnstitutun
əməkdaşları EA «Yer elmləri haqqında» «məruzələr» və (sonralar «Xəbərlər» məcmuəsi) «Elmi əsərlər» toplusunu nəşr
etdirirlər.
Olkədə coğrafiya elminin və kadr hazırlığının iri mərkəzlərindən biri də Bakı Dovlət Universiteti olmuşdur. Ozu də
burada elm və kadr hazırlığı həmişə yuksələn xətt uzrə getmişdir. Yuxarıda qeyd etdiyimiz kimi 60-cı illərə qədər burada
cəmi uc kafedra – fiziki coğrafiya, xarici olkələrin iqtisadi və siyasi coğrafiyası və iqtisadi və sosial coğrafiya (1991-ci
ilədək SSRİ-nin iqtisadi coğrafiyası) kafedraları fəaliyyət gostərirdisə, hazırda həm kafedraların və həm də ixtisasların sayı
xeyli artırılmışdır. Kartoqrafiya, hidrometeorologiya və təbiətin muhafizəsi uzrə ixtisaslı kadrlara respublikanın artan
tələbatı nəzərə alınaraq 1972-ci ildə kartoqrafiya, 1973-cu ildə hidrologiya (sonralar bu kafedra hidrometeorologiya
adlandırıldı), 1980-ci ildə ətraf muhiti muhafizə və təbii ehtiyatlardan səmərəli istifadəsi kafedraları acıldı.
Hazırda coğrafiya fakultəsində calışan professor və muəllimlərin umumi sayı 65 nəfərdir. Bunlardan 7 nəfəri c.e.d.,
professor, 34 nəfəri dosent, qalanları muəllim və baş muəllim vəzifələrində calışırlar. Gostərilən kafedralar tədrisin muasir
tələblər səviyyəsində təşkili ilə yanaşı coğrafiyanın geniş istiqamətləri uzrə elmi tədqiqat işləri də aparırlar. Bu işdə Bakı
Dovlət Universitetinin elmi xəbərlərinin 1997-ci ildən «Təbiət elmləri seriyası» adı altında bərpa olunması və orada ayrıca
coğrafiya bolməsinin olması musbət rol oynadı. Seriyada coğrafiyanın aktual problemlərinə aid məsələlər, problemlər,
məlumatlar və s. cap edilir.
Coğrafiya fakultəsinin 1991-ci ildə Xızı rayonu Altıağac qəsəbəsində elmi cəhətdən olduqca maraqlı sahədə
tədris-təcrubə və elmi-tədqiqat bazası fəaliyyət gostərir. Bu baza col tədris-təcrubə işlərinin kompleks təşkilində,
coğrafi muşahidəcilik səriştəsinin inkişafında mustəsna rol oynayır.
Mustəqil Azərbaycan Respublikası təhsil sistemini Avropa standartlarına yaxınlaşdırmaq məqsədilə 90-cı
illərdən başlayaraq ali təhsilin iki pilləsinə – bakalavr və magistr coğrafiyacı kadrların hazırlığına kecildi. Hazırda
respublikada belə kadrlar Bakı, Gəncə, Naxcıvan və Lənkəran universitetlərində hazırlanırlar.
1997-ci ildən respublikanın bir sıra ali məktəblərində muxtəlif istiqamətli magistr-coğraf və b. yuksək təhsil
pilləsi təşkil olundu. Bakı Dovlət Universitetinin coğrafiya fakultəsində uc istiqamət və 11 ixtisas uzrə magistratura
fəaliyyət gostərir.
Son illər Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərin muvafiq kadrlarında coğrafiya elminin aşağıdakı
prioritet istiqamətləri: geomorfologiya və onun konstruktiv istiqamətləri (suruşmələr, zəlzələlər və s. təbii fəlakətlərə qarşı
mubarizə), hidrologiya, su ehtiyatları və onların qorunması, Xəzərin kompleks coğrafi problemləri (fiziki, iqtisadi,
geosiyasi) coğrafi-ekologiya, coğrafi rayonlaşdırma, Azərbaycan Respublikasının yeni dovrdə (1991-ci ildən sonrakı)
iqtisadi, sosial və geosiyasi problemləri, regional inkişafın tarazlı aparılması, əhalinin məskunlaşmasının coğrafiyası və s.
uzrə aparılan geniş tədqiqatları və tərtib edilən kompleks xəritələr və atlasları Azərbaycan coğrafiya elmi tarixinin boyuk
nailiyyəti hesab etmək olar.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişafının elmi təminatı ilə bağlı olaraq son illər hazırlanan
beynəlxalq proqramlarda və qrantlarda respublikamızın coğrafiya alimləri və təşkilatları da yaxından iştirak edirlər.
Olkəmizin yeni təsərrufat quruculuğu və regional inkişafının təşkilində və tədrisin aparılmasında əhəmiyyəti
nəzərə alınaraq rayonlaşdırma problemlərinin oyrənilməsi coğrafiya elminin daim diqqət mərkəzində olmuşdur.
Muxtəlif dovrlərdə Azərbaycanda fiziki-coğrafi rayonlaşdırma məsələləri ilə Ə.M.Şıxlinski, V.Q.Gul, N.K.Kərimov,
B.Ə.Budaqov, M.A.Museyibov və b. alimlər məşğul olmuşlar. Azərbaycanın elm cəhətdən əsaslandırılmış mukəmməl
fiziki-coğrafi rayonlaşdırılması 1974-cu ildə kənd təsərrufatının təbii şərait potensialının muəyyən edilməsi ilə əlaqədar
olaraq B.Ə.Budaqov və M.A.Museyibov tərəfindən aparılmışdır. Onlar Azərbaycanın geomorfoloji strukturunu,
landşaftının ərazi differensiyasını və kənd təsərrufatının təbii potensialını nəzərə alaraq onu iki olkəyə, beş vilayətə və 19
fiziki-coğrafi rayona bolmuşlər (Şəkil 18). Bu və ya digər kicik dəyişikliklərlə həmin şəbəkə indiyədək tədris və təsərrufat
quruculuğunda geniş istifadə olunur.
Olkənin ilk mukəmməl iqtisadi-coğrafi rayonlaşdırılması və ayrılan 9 rayon şəbəkəsi haqqında məlumatlar
Azərbaycan EA Coğrafiya İnstitutunun bir qrup əməkdaşları tərəfindən (Ə.M.Şıxlınski, H.B.Əliyev və b.) 1950-ci
ildə orta məktəbin coğrafiya dərsliyində verilmişdir (Abşeron-Qobustan, Quba-Xacmaz, Lənkəran-Astara, Kur-
Araz, Şəki-Zaqatala, Kirovabad-Daşkəsən, Kəlbəcər-Lacın, Naxcıvan MR, Dağlıq Qarabağ MV).
Azərbaycanın kecmiş Dovlət Plan Komitəsi 1969-cu ildə 13 iqtisadi rayon ayırılmış və bu şəbəkə 1995-ci
ilədək fəaliyyət gostərmişdir (bəzi təşkilatlarda muəyyən dəyişikliklərlə indi də qalmaqdadır). Kecid dovrunun
geosiyasi və iqtisadi inkişaf xususiyyətləri nəzərə alınmaqla Respublikanın bir qrup alimləri – A.A.Nadirov,
B.Ə.Budaqov, A.K.Ələsgərov, M.A.Museyibov, Ə.X.Nuriyev, S.K.Huseynov, T.G.Həsənov 1995-ci ildə
Azərbaycanın təkmilləşdirilmiş 10 iqtisadi-coğrafi rayon şəbəkəsini təklif etdilər (şəkil 19). Elə həmin il Respublika
Təhsil Nazirliyinin coğrafiya Metodiki Şurası bu şəbəkənin tədrisdə istifadəsini tovsiyə etmişdir. Coğrafiya elminin
ayrı-ayrı sahələrinin inkişaf tarixi ətraflı şəkildə aşağıdakı bolmələrdə verilir.
6.2. Umumi fiziki-coğrafiyanın inkişafı