Sosial coğrafiya istiqamətində yazılan əhəmiyyətli əsərlər icərisində
M.A.Abramovun «İstehsal və sosial
xidmət» (M.1977), «Xidmət coğrafiyası» (M.1988, hər ikisi rus dilində) monoqrafiyalarını gostərmək olar. Bu
monoqrafiyalarda ilk dəfə olaraq sosial xidmət sahələrinin nəzəri əsasları verilib və movcud coğrafiyası təhlil
olunub. Turizmin coğrafiyası sahəsində muhum işlər gorulmuşdur. Azərbaycanın kurort-rekreasiya ehtiyatlarının
coğrafiyası, bu ehtiyatların istifadəsi əsasında yaradılan turizm muəssisələri və onların ərazidə yerləşdirilməsi,
turistlərin məlumat kitabcaları və xəritələrinin muntəzəm buraxılması və s. aid geniş tədqiqat işləri aparılmış və
coxlu kitablar nəşr olunmuşdur və bu gun də davam etdirilir.
Azərbaycanda turizm coğrafiyasını ilk oyrənənlərdən biri Y.A.Kotlyakov olmuşdur. Onun «İstirahət və
turizmin coğrafiyası» (M.1978, rus dilində) adlı geniş həcmli əsərində ərazi rekreasiya kompleksinin formalaşması
və inkişafı verilmiş, muəllifin uzun illər Azərbaycanda və MDB-nin digər respublika və diyarlarında etdiyi
səyahətlərin nəticələri əks olunmuşdur.
A.H.Salmanovun «Arid rekreasiya sisteminin məkanca inkişafı», «Cənubda istirahət: layihə və həlli»
(M.1987, rus dilində) monoqrafiyalarında, R.M.Qasımovun və b. bu movzuda apardıqları tədqiqatlarında
Azərbaycan rekreasiya ehtiyatları umumi halda və regionlar uzrə tədqiq olunur, rayonlaşdırılır, turizm və istirahət
coğrafiyası verilir.
Azərbaycan iqtisadi coğrafları respublika iqtisadiyyatına aid bir sıra xəritələr tərtib etmişlər. Bu xəritələrin bir
qismi respublikanın coğrafi atlaslarına daxil edilmişdir. Azərbaycan EA Coğrafiya İnstitutunun iqtisadi coğrafiya
şobəsi indi bir sıra sosial-coğrafi tədqiqatlarını davam etdirir.
Sosial coğrafiyanın daim diqqət mərkəzində duran məsələlərindən biri də Azərbaycanın əhalisi və şəhərlərinin
coğrafiyasıdır.
Əhali coğrafiyasının oyrənilməsi sahəsində qiymətli tədqiqatlar meydana gəlmişdir. Əhalinin məskunlaşması, kənd
yaşayış məntəqələrinin yenidən qurulması, şəhər aqlomerasiyalarının və regional məsələlərin tədqiqində Ş.Y.Goycaylı,
E.Q.Mehrəliyev, V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev, N.N.Əyyubovun və b. boyuk xidmətləri olmuşdur. Əhali coğrafiyası
problemləri ilə olkədə Bakı və Pedaqoji Universitetlərinin muvafiq kafedraları və Coğrafiya institutu məşğul olmuşdur.
Problemin əhəmiyyəti nəzərə alınaraq Coğrafiya İnstitutunda 1977-ci ildə əhali coğrafiyası bolməsi yaradılmışdır.
Daim diqqət mərkəzində olan əhali və şəhərlər coğrafiyasına dair olkədə fasiləsiz elmi-tədqiqat işləri davam
etdirilmiş, dissertasiyalar yazılmışdır. Bu sahə uzrə yazılmış elmi işlərin sayı iqtisadi və sosial coğrafiya sahəsində
cap olunan elmi məqalələrin icərisində birinci yerdə durur.
E.Q.Mehrəliyevin «Azərbaycan SSR əhalisinin formalaşması və yerləşdirilməsinin coğrafi problemləri» (Bakı,
1984, rus dilində) əsərində Azərbaycanda əhalinin formalaşması mərhələləri, onun sosial-iqtisadi amilləri, təbii hərəkətinin
xarakteri və ərazi diferensiasiyası, miqrasiyasının regional xususiyyətləri, respublika ərazisində əhalinin yerləşdirilməsinin
təbii iqtisadi amilləri, şəhər və kənd əhalisinin coğrafiyası və s. əsaslı surətdə tədqiq olunmuşdur.
Kənd əhalisinin məskunlaşması, onun umumi məskunlaşma sistemində yeri və s. problemlər Ş.Y.Goycaylının «Kənd
məskunlaşması və onun yenidən qurulması» (Bakı, 1987, rus dilində) monoqrafiyasında əhatəli şəkildə tədqiq edilmişdir.
Burada həmcinin Azərbaycanda kənd məskunlaşmasının vəziyyəti, tipləri, onların sistemləri, yenidən qurulması
proqnozları verilmişdir. Muəllifin Azərbaycan yaşayış məskənlərinə aid tərtib etdiyi iri həcmli xəritəsi ozunun informasiya
yukunun genişliyi və zənginliyi ilə fərqlənir.
E.Q.Mehrəliyev, N.H.Əyyubov və M.O.Sadıqovun «Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri»
(Bakı, 1988) monoqrafiyası azərbaycan dilində yazılmış və əhalinin umumi regional coğrafiyasını əhatə edən iri
həcmli bir əsərdir.
Əhali coğrafiyasına dair iri və orta miqyaslı xəritələr tərtib edilmişdir. (Ş.Y.Goycaylı, E.Q. Mehrəliyev, Ş.A.
Dəmirqayayev və b.).
V.Ə.Əfəndiyev və Ş.Q.Dəmirqayayevin yazdıqları «Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi
məsələləri» (Bakı, 1995) ən yaxşı əsər kimi 1997-ci ildə Akademik H.Ə.Əliyev adına mukafata layiq gorulmuşdur.
Kitabda Azərbaycan şəhərlərinin tarixi, sosial-iqtisadi məsələləri, demoqrafik vəziyyəti, sistem halında
formalaşması, inkişafının tənzimlənməsi və s. nəzərdən kecirilir.
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf mərhələsinə kecməsi onun əhalisinin demoqrafik şəraitini, əmək
potensialını, miqrasiyasını, şəhərlərin inkişaf potensialını, Bakı paytaxt regionunun inkişafının tənzimlənməsi və s.
problemlərinin ətraflı tədqiqini tələb edir. Aqrar islahatlar və bələdiyyə idarəetmə sistemlərinin yaradılması
kəndlərin coğrafiyasına, onların transformasiyasına təsiri lazımı səviyyədə oyrənilməlidir.
Ə.M.Hacızadə (1920-1991). Professor Ə.M.Hacızadə Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan boyuk
simalardan biridir. Onun ən boyuk elmi nailiyyətləri Azərbaycanda guclu iqtisadi coğrafi məktəb yaratması, ərazi-
istehsal və ərazi-sənaye komplekslərinin olkədə ən boyuk tədqiqatcısı olması, olkəmizi dunyaya tanıtması, yuksək
ixtisaslı kadrlar hazırlaması olmuşdur.
Ə.M.Hacızadə 16 fevral 1920-ci ildə Şəki şəhərində muəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Şəkidə alan
Ə.M.Hacızadə 1946-cı ildə Azərbaycan Dovlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirmişdir.
Ə.M.Hacızadə 1950-ci ildə «Kəlbəcər-Lacın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi» movzusunda
namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri»
movzusunda doktorluq dissertasiyası mudafiə etmiş, 1959-cu ildə dosent, 1973-cu ildə isə professor elmi adına layiq
gorulmuşdur.