Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

Sosial  coğrafiya  istiqamətində  yazılan  əhəmiyyətli  əsərlər  icərisində  M.A.Abramovun  «İstehsal  və  sosial 

xidmət»  (M.1977),  «Xidmət  coğrafiyası»  (M.1988,  hər  ikisi  rus  dilində)  monoqrafiyalarını  gostərmək  olar.  Bu 

monoqrafiyalarda  ilk  dəfə  olaraq  sosial  xidmət  sahələrinin  nəzəri  əsasları  verilib  və  movcud  coğrafiyası  təhlil 

olunub.  Turizmin  coğrafiyası  sahəsində  muhum  işlər  gorulmuşdur.  Azərbaycanın  kurort-rekreasiya  ehtiyatlarının 

coğrafiyası,  bu  ehtiyatların  istifadəsi  əsasında  yaradılan  turizm  muəssisələri  və  onların  ərazidə  yerləşdirilməsi, 

turistlərin  məlumat  kitabcaları  və  xəritələrinin  muntəzəm  buraxılması  və  s.  aid  geniş  tədqiqat  işləri  aparılmış  və 

coxlu kitablar nəşr olunmuşdur və bu gun də davam etdirilir.  

Azərbaycanda  turizm  coğrafiyasını  ilk  oyrənənlərdən  biri  Y.A.Kotlyakov  olmuşdur.  Onun  «İstirahət  və 

turizmin coğrafiyası» (M.1978, rus dilində) adlı geniş həcmli əsərində ərazi rekreasiya kompleksinin formalaşması 

və  inkişafı  verilmiş,  muəllifin  uzun  illər  Azərbaycanda  və  MDB-nin  digər  respublika  və  diyarlarında  etdiyi 

səyahətlərin nəticələri əks olunmuşdur.  



A.H.Salmanovun  «Arid  rekreasiya  sisteminin  məkanca  inkişafı»,  «Cənubda  istirahət:  layihə  və  həlli» 

(M.1987,  rus  dilində)  monoqrafiyalarında,  R.M.Qasımovun  və  b.  bu  movzuda  apardıqları  tədqiqatlarında 

Azərbaycan  rekreasiya  ehtiyatları  umumi  halda  və  regionlar  uzrə  tədqiq  olunur,  rayonlaşdırılır,  turizm  və  istirahət 

coğrafiyası verilir.  

Azərbaycan iqtisadi coğrafları respublika iqtisadiyyatına aid bir sıra xəritələr tərtib etmişlər. Bu xəritələrin bir 

qismi  respublikanın  coğrafi  atlaslarına  daxil  edilmişdir.  Azərbaycan  EA  Coğrafiya  İnstitutunun  iqtisadi  coğrafiya 

şobəsi indi bir sıra sosial-coğrafi tədqiqatlarını davam etdirir.  

Sosial coğrafiyanın daim diqqət mərkəzində duran məsələlərindən biri də Azərbaycanın əhalisi və şəhərlərinin 

coğrafiyasıdır.  

Əhali coğrafiyasının oyrənilməsi sahəsində qiymətli tədqiqatlar meydana gəlmişdir. Əhalinin məskunlaşması, kənd 

yaşayış  məntəqələrinin  yenidən  qurulması,  şəhər  aqlomerasiyalarının  və  regional  məsələlərin  tədqiqində  Ş.Y.Goycaylı, 

E.Q.Mehrəliyev, V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev, N.N.Əyyubovun və b. boyuk xidmətləri olmuşdur. Əhali coğrafiyası 

problemləri  ilə  olkədə  Bakı  və  Pedaqoji  Universitetlərinin  muvafiq  kafedraları  və  Coğrafiya  institutu  məşğul  olmuşdur. 

Problemin əhəmiyyəti nəzərə alınaraq Coğrafiya İnstitutunda 1977-ci ildə əhali coğrafiyası bolməsi yaradılmışdır.  

Daim  diqqət  mərkəzində  olan  əhali  və  şəhərlər  coğrafiyasına  dair  olkədə  fasiləsiz  elmi-tədqiqat  işləri  davam 

etdirilmiş, dissertasiyalar yazılmışdır. Bu sahə uzrə yazılmış elmi işlərin sayı iqtisadi və sosial coğrafiya sahəsində 

cap olunan elmi məqalələrin icərisində birinci yerdə durur.  



E.Q.Mehrəliyevin  «Azərbaycan  SSR  əhalisinin  formalaşması  və  yerləşdirilməsinin  coğrafi  problemləri»  (Bakı, 

1984, rus dilində) əsərində Azərbaycanda əhalinin formalaşması mərhələləri, onun sosial-iqtisadi amilləri, təbii hərəkətinin 

xarakteri və ərazi diferensiasiyası, miqrasiyasının regional xususiyyətləri, respublika ərazisində əhalinin yerləşdirilməsinin 

təbii iqtisadi amilləri, şəhər və kənd əhalisinin coğrafiyası və s. əsaslı surətdə tədqiq olunmuşdur.  

Kənd əhalisinin məskunlaşması, onun umumi məskunlaşma sistemində yeri və s. problemlər Ş.Y.Goycaylının «Kənd 

məskunlaşması və onun yenidən qurulması» (Bakı, 1987, rus dilində) monoqrafiyasında əhatəli şəkildə tədqiq edilmişdir. 

Burada  həmcinin  Azərbaycanda  kənd  məskunlaşmasının  vəziyyəti,  tipləri,  onların  sistemləri,  yenidən  qurulması 

proqnozları verilmişdir. Muəllifin Azərbaycan yaşayış məskənlərinə aid tərtib etdiyi iri həcmli xəritəsi ozunun informasiya 

yukunun genişliyi və zənginliyi ilə fərqlənir.  

E.Q.Mehrəliyev,  N.H.Əyyubov  və  M.O.Sadıqovun  «Azərbaycan  SSR-də  əhalinin  məskunlaşması  məsələləri» 

(Bakı,  1988)  monoqrafiyası  azərbaycan  dilində  yazılmış  və  əhalinin  umumi  regional  coğrafiyasını  əhatə  edən  iri 

həcmli bir əsərdir.  

Əhali coğrafiyasına  dair iri və  orta  miqyaslı  xəritələr tərtib edilmişdir. (Ş.Y.Goycaylı,  E.Q. Mehrəliyev, Ş.A. 

Dəmirqayayev və b.).  



V.Ə.Əfəndiyev və Ş.Q.Dəmirqayayevin yazdıqları «Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi 

məsələləri» (Bakı, 1995) ən yaxşı əsər kimi 1997-ci ildə Akademik H.Ə.Əliyev adına mukafata layiq gorulmuşdur. 

Kitabda  Azərbaycan  şəhərlərinin  tarixi,  sosial-iqtisadi  məsələləri,  demoqrafik  vəziyyəti,  sistem  halında 

formalaşması, inkişafının tənzimlənməsi və s. nəzərdən kecirilir.  

Azərbaycanın  yeni  sosial-iqtisadi  inkişaf  mərhələsinə  kecməsi  onun  əhalisinin  demoqrafik  şəraitini,  əmək 

potensialını, miqrasiyasını, şəhərlərin inkişaf potensialını, Bakı paytaxt regionunun inkişafının tənzimlənməsi və s. 

problemlərinin  ətraflı  tədqiqini  tələb  edir.  Aqrar  islahatlar  və  bələdiyyə  idarəetmə  sistemlərinin  yaradılması 

kəndlərin coğrafiyasına, onların transformasiyasına təsiri lazımı səviyyədə oyrənilməlidir.  



Ə.M.Hacızadə (1920-1991). Professor Ə.M.Hacızadə Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan boyuk 

simalardan biridir. Onun  ən boyuk elmi  nailiyyətləri Azərbaycanda guclu iqtisadi coğrafi məktəb  yaratması,  ərazi-

istehsal  və ərazi-sənaye komplekslərinin olkədə ən boyuk tədqiqatcısı olması, olkəmizi dunyaya tanıtması,  yuksək 

ixtisaslı kadrlar hazırlaması olmuşdur.  

Ə.M.Hacızadə 16 fevral 1920-ci ildə Şəki şəhərində muəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Şəkidə alan 

Ə.M.Hacızadə 1946-cı ildə Azərbaycan Dovlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirmişdir. 

Ə.M.Hacızadə  1950-ci  ildə  «Kəlbəcər-Lacın  iqtisadi  rayonunun  iqtisadi-coğrafi  səciyyəsi»  movzusunda 

namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» 

movzusunda doktorluq dissertasiyası mudafiə etmiş, 1959-cu ildə dosent, 1973-cu ildə isə professor elmi adına layiq 

gorulmuşdur.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə