Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

Ə.M.Hacızadənin  təşəbbusu  və  yaxından  iştirakı  ilə  1960-cı  ildə  universitetin  geologiya-coğrafiya  fakultəsi 

nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və O, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın mudiri 

vəzifəsində işləmişdir.  

Ə.M.Hacızadə 190-dan cox elmi əsərin muəllifidir. Onların arasında «Azərbaycan iqtisadi rayonu», «Azərbaycan SSR-nin 

əhalisi  və  onun  məskunlaşması»,  «SSRİ-nin  iqtisadi  coğrafiyası  və  həmcinin  «Zaqafqaziya  respublikalarının  coğrafiyası»  və 

«Qafqaz»  kollektiv  monoqrafiyaları  ucun  yazdığı  bolmələr  boyuk  marağa  səbəb  olmuşdur.  Azərbaycan  Respublikasının  və 

Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcumə 

olunmuşdur.  Alimin  bu  və  digər  əsərləri  Azərbaycan  olkəsi  barədə  ətraflı  məlumatların  yayılmasında  əvəzsiz  rol  oynamışdır. 

Onun beynəlxalq aləmdə gorkəmli tədqiqatcı kimi qazandığı boyuk nufuz muxtəlif olkələrin alimləri, xususilə, Moskva alimləri 

ilə  birgə  tədqiqatlar  aparmağına  əsas  vermişdir.  Azərbaycanın  coğrafiya  məktəbini  onun  ən  qabaqcıl  dəstələrindən  birinə 

cevrilməsində  fəal  rol  oynayan  alimlərimizdən  biri  olmuşdur.  Hec  kimə  sirr  deyildir  ki,  prof.  Ə.M.Hacızadənin  kecmiş  sovet 

coğrafiya  elminin  ən  yeni  nailiyyətlərinin  Azərbaycana  gətirilməsində  xususi  xidmətləri  olmuşdur.  O,  bir  sıra  əhəmiyyətli 

kitabların,  dərsliklərin  və  dərs  vəsaitlərinin  Azərbaycan  dilinə  tərcuməsini  həyata  kecirirdi.  Umumiyyətlə,  onun  diqqətindən, 

demək olar ki, hec bir yeni muhum coğrafi, iqtisadi və ictimai elmlərin başqa sahəsində işıq uzu gormuş elmi kitab və məcmuə 

yayınmırdı.  

Ə.M.Hacızadənin apardığı tədqiqatların əhatə dairəsi olduqca geniş şaxəli idi. Onun elm yaradıcılığının başlıca 

mahiyyətinin  iqtisadi-coğrafi  ərazi  komplekslərinin  araşdırılması  təşkil  edirdi.  İstər  butov  respublika  və  ya  onun 

təsərrufat  sahələrinin,  istərsə  də  ayrı-ayrı  regionlarının  tədqiqində  kompleks  yanaşma  prinsipinə  donmədən  əməl 

etmişdir.  

Bu  cəhətdən  onun  coxillik  yaradıcılıq  fəaliyyətinin  yekunu  olaraq  başa  catdırdığı  «Azərbaycanın  sənaye  kompleksi», 

«Azərbaycan  sənayesinin  inkişafının  təbii  ehtiyatları»  əsərləri  elmimizin  sanballı  tədqiqat  numunəsi  kimi  hesab  olunurlar.  İlk 

dəfə  olaraq  o  oz  tədqiqatlarında  sadə  təsvirlərdən  dərin  təhlilə  kecərək  təbii  ehtiyatların  bal  gostəriciləri  ilə  iqtisadi  coğrafi 

qiymətləndirilməsini  aparmış,  sənayenin  umumi  və  hər  birinin  ayrılıqda  istehsal-ərazi  kompleksləri  şəklində  formalaşmasının 

təbii-iqtisadi  əsaslarını  tədqiq  etmişdir.  O,  Azərbaycan  sənaye  kompleksində  tam  istehsal  silsilələrinin  yaradılmasının 

metodlarını,  əhəmiyyətini  və  əlaqələrini  ətraflı  şəkildə  təhlil  etmiş  və  orijinal  xəritə-sxemlərini  vermişdir.  Onun  elmi 

əsərlərindəki  əməli  təkliflər  Azərbaycan  təsərrufat  sahələrinin  daha  səmərəli  yerləşdirilməsində,  duzgun  iqtisadi-coğrafi 

rayonlaşdırma aparılmasında xususi əhəmiyyət kəsb etmişdir.  

Ə.M.Hacızadə  Azərbaycanın  dovlət-plan  və  idarə  orqanları  tərəfindən  sifarişlər  verilən  boyuk  iqtisadi 

əhəmiyyəti  olan  iri  miqyaslı  elmi  konstruktiv  xarakterli  tədqiqat  işlərinin  yerinə  yetirilməsinə  rəhbərlik  etmişdir. 

Belə  muhum  işlərdən  tətbiqi  əhəmiyyətli  Azərbaycanın  aluminium  xammal  ehtiyatları  və  istifadəsinin  iri  miqyaslı 

xəritəsinin, Bakı aqlomerasiyası, Filizcay polimetal, Naxcıvan dağ-kimya komplekslərini və s. gostərmək olar.  

Ə.M.Hacızadə  muxtəlif  iqtisadi  xəritələrin  tərtibinə  ciddi  yanaşırdı.  Məktəblər  ucun  divar  xəritələri, 

Azərbaycanın  1963-cu  ildə  buraxılmış  və  Dovlət  mukafatına  layiq  gorulmuş  kompleks  atlasında  verilən  iqtisadi 

coğrafi  xəritələrin  əksəriyyəti  onun  muəllifliyi  və  redaktəsi  ilə  hazırlanmışdır.  Azərbaycan  Ensiklopediyası  ucun 

yazılan diyarşunaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sozluyunun coxunun muəllifi olmuşdur.  

Ə.M.Hacızadənin yuksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də boyuk xidmətləri olmuşdur. Onun 

təşəbbusu və yaxından iştirakı ilə 1983-cu ildə Bakı Dovlət Universitetində iqtisadi coğrafiya uzrə elmlər namizədi alimlik 

dərəcəsi almaq ucun mudafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu Gurcustan, Ermənistan, 

Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir cox cənub regionlarından 20 dən cox namizədlik dissertasiyası 

mudafiə olunmuşdur.  

Bununla  yanaşı  Ə.M.Hacızadə  bir  cox  Respublikalarda  elmi  rəhbər  olmuşdur.  Onun  rəhbərliyi  ilə  14  elmlər 

namizədi hazırlanmışdır.  

Əbdurrəhim  Hacızadə  coğrafiya  fakultəsinin  bacarıqlı  və  təcrubəli  muəllimi  kimi  auditoriyalara  həmişə  yeni 

biliklər gətirərdi, yuksək səviyyəli muhazirələr oxuyardı, maraqlı col təcrubələri aparardı. Coğrafiyaya o təkcə elmi 

mənbə  yox,  həm  də  tələbələrin  dunyagoruşlərinin  genişləndirilməsində  və  umumi  mədəni  inkişafında  muhum  bir 

vasitə kimi baxırdı.  

Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şobəsinin 

daimi  sədri,  kecmiş  SSRİ  Coğrafiya  Cəmiyyətinin  qurultaylarının  iştirakcısı,  Universitetlərin  Elmi-metodiki 

şurasının iqtisadi coğrafiya şobəsinin uzvu olmuşdur.  

Professor Ə.M.Hacızadə omrunu elmə, ixtisaslı mutəxəssislər yetişdirilməsinə sərf etmiş daim axtarışda olan yuksək 

səviyyəli bir alim olmuşdur. 

Uiu.aoeea aeie 50 eeay A..aoaaaiaoi .aaaeoi.eouo eey, Aaeu, «Aei», 1996, nyu. 117 



 

6.4 Toponimika  

Toponimlərimizin  geniş  mənada oyrənilməsi nəticəsində həm coğrafiyamızın, həm də xalqımızın və dilimizin 

uzaq  kecmişi  barəsində  cox  şey  məlum  olur.  Ona  gorə  də  coğrafi  adların  tarixinə  və  toponimiyaya  aid  aparılan 

tədqiqatlar uzaq kecmişdən başlamışdır. M.F.Axundov, A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və b. coğrafi adların 

mənşəyi ilə yaxından məşğul olmuşlar.  

1947-1950-ci  illərdə  H.M.Mamayevin  murəkkəb  coğrafi  adların  tərkibindəki  sozlərin,  adların  duzgun 

yazılışından bəhs edən əsəri cap olunur.  

1960-1965-ci  illərdə  Azərbaycan  toponimiyasının  oyrənilməsi  sahəsində  ciddi  addımlar  atılır.  Bu  işlərin 

təşkilində və aparılmasında B.Ə.Budaqovun və R.M.Yuzbaşovun boyuk xidmətləri olmuşdur.  

Ozunun 1966-cı ildə capdan cıxan «Azərbaycanın coğrafi terminləri» adlı fundamental əsərində R.M.Yuzbaşov 

Azərbaycanın  xalq  coğrafi  terminlərin,  toponimik  və  elmi  coğrafi  terminlərin  geniş  təhlilini  aparmış  və  elmi 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə