Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

Baş  Qafqazın  digər  belə  rejimli  cayları  uzərində  sel  hadisələrinin  oyrənilməsi  işləri  aparılmışdır.  Bu  tədqiqatlar 

nəticəsində  sellərin  formalaşma  xususiyyətləri,  təsərrufat  baxımından  ərazilərin  sel  təhlukəsizliyinin 

qiymətləndirilməsi  və  sel-təhlukəli  cay  hovzələrinin  təsnifləşdirilməsi  və  rayonlaşdırılması,  sellərlə  mubarizə 

tədbirləri işlənib hazırlanmışdır.  



6.2.5 Xəzər dənizinin oyrənilməsi  

Xəzər  dənizi  Azərbaycan  Respublikası  tarixi-coğrafiyasına,  təbiətinə  və  muasir  iqtisadi  həyatına  onəmli  təsir 

gostərir.  Ona  gorə  də  bu  unikal  dəniz-golun  oyrənilməsi  respublika  xəzərşunaslarının  daim  diqqət  mərkəzində 

olmuşdur.  

Xəzərin planlı və ardıcıl oyrənilməsinin əsasını professor Q.K.Gul qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə 

aid geniş tədqiqat işləri aparılmış və coxsaylı elmi əsərlər yazılmışdır.  

1972-ci  ildə  Xəzərin  acıq  hissəsində  tərpənməz  ozul  uzərində  dunyada  birinci  olaraq  dəniz  observatoriyası 

yaradıldı.  Bu  observatoriyanın  təşkilində,  umumiyyətlə  Xəzərin  bir  sıra  yeni  problemlərinin  tədqiq  olunmasında 



T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.  

Muxtəlif adlar və tabeciliklər altında fəaliyyət gostərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA Coğrafiya 

İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli oyrənilməsinin əsl qərargahı rolunu oynamağa 

başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və ufuqi istiqamətdə paylanması, səth və 

daxili  dalğaları  atmosferlə  dənizin  qarşılıqlı  təması,  bioloji  aləmi,  dənizdəki  təsərrufat  fəaliyyətinin  hidrometeoroloji  və 

ekoloji şəraiti və s. muntəzəm olaraq oyrənilirdi.  

Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun uzərində hava şəraitini yaradan atmosfer prosesləri, 

kuləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən oyrənilmişdir.  

Olkə xəzərşunasları dəniz səviyyəsinin tərəddudləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından iştirak 

edirlər.  Belə  tədqiqatlar  nəticəsində  muəyyən  olunmuşdur  ki,  Xəzərin  səviyyə  tərəddudləri  80-90  faiz 

hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır. 

Xəzərin  axınlarının  daxili  strukturunu,  onda  baş  verən  pulsasiyaların  olculməsi  işlərini  ilk  dəfə 



R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr 

həyata kecirilmişdir.  

Xəzərin  dibinin  relyefi,  Abşeron  yarımadasının,  cənubi  Xəzərin  Azərbaycan  sahillərinin  geomorfologiyası  və 

dinamikası  ətraflı  oyrənilmiş  və  rayonlaşdırılması  aparılmışdır.  Umumiyyətlə,  Xəzər  dənizinin  sahillərinin 

formalaşmasında  təbii  amillərin  rolu  təhlil  edilmiş  və  morfometriyası  oyrənilmişdir.  (N.Ş.  Şirinov,  A.İ.Xəlilov, 

N.M.Mehdiyev,  X.Ə.Əliyev,  R.X.Priyev).  N.Ş.Şirinovun,  X.Ə.Vəliyevin,  Q.Q.  Əliyevin,  «Xəzərin,  onun  sahillərinin 

təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş verən dəyişikliklər

dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir.  

Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  oyrənilməsi  istiqamətində  son  illər  aparılan  tədqiqatların,  hazırlanan 

layihələrin  sayı  xeyli  artmışdır.  Dənizin  neft  məhsulları,  fenol  və  digərləri  ilə  cirklənməsinin  paylanması  təsnifatı 

verilmiş, Azərbaycanın sahil zonasına axıdılan cirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb 

təhlil edilmişdir (N.M.Ağalarova).  

Xəzərin  oyrənilməsində  aerokosmik  metodların  tətbiqi  xeyli  genişləndirilib  və  dəqiq  hesablamaların  sayı 

artmışdır.  



6.3 İqtisadi və sosial coğrafiya  

Azərbaycan  EA  Coğrafiya  İnstitutunun  təşkili  (1945)  coğrafiya  elminin  butun  sahələri  kimi  iqtisadi 

coğrafiyanın da inkişafına guclu təkan verdi.  

Tədricən bu elmin ayrı-ayrı sahələrinə – məhsuldar quvvələrin, əhalinin, şəhərlərin inkişafı və yerləşdirilməsinə, təbii 

ehtiyatların  istifadəsinə,  iqtisadi-coğrafi  rayonların  səciyyəsinə  və  s.  aid  muntəzəm  elmi-tədqiqat  işləri  aparılmağa 

başlandı.  İlk  gundən  bu  işlərin  təşkilində  və  aparılmasında  professor  H.B.Əliyevin  mustəsna  xidmətləri  olmuşdur.  Ali 

məktəblərdə  iqtisadi  coğrafiya  kafedralarının  acılması,  tədris  kurslarının  təşkili  və  sistemli  elmi  tədqiqat  işlərinin 

aparılması  onun  adı  ilə  bağlıdır.  Azərbaycanda  iqtisadi  və  sosial  coğrafiya  elminin  aşağıdakı  istiqamətləri  uzrə  elmi-

tədqiqat işləri həyata kecirilmişdir.  

Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının əhatəli oyrənilməsi və ilk dəfə onun balla qiymətləndirilməsi işləri 



Ə.M.Hacızadənin  «Azərbaycan  SSR  sənayesinin  inkişafının  təbii  ehtiyat  potensialı»  (Bakı,  1983,  rus  dilində) 

monoqrafiyasında  verilmişdir.  Təbii  ehtiyatların  iqtisadi-coğrafi  qiymətləndirilməsi,  istehsalın  inkişafı  və 

yerləşdirilməsinin  təbii  zəmini,  ayrı-ayrı  təbii  ehtiyat  novləri  ilə  Azərbaycanın  təmin  olunması  və  ekoloji  muhitin 

qorunması  və  s.  məsələlər  N.A.Nəbiyevin  «İqtisadiyyat,  cəmiyyət  və  ekoloji  muhit»  (Bakı,  2000)  adlı  iri  həcmli 

monoqrafiyasında ətraflı şəkildə oyrənilmişdir.  



B.T.Nəzirovanın muştərək muəllifliyi ilə yazılan «Boyuk Qafqazın təbii ehtiyat potensialı» (Bakı, 1992, rus dilində) 

əsərində  bu  iri  regionun  təbii  ehtiyatları  umumi,  ayrı-ayrı  novləri  ilə  xususi  halda  dərin  təhlil  edilmişdir.  Azərbaycanın 

ayrı-ayrı  regionlarının  təbii  ehtiyatlarının  iqtisadi-coğrafi  baxımından  oyrənilməsi  istiqamətində  də  muhum  işlər 

gorulmuşdur. Naxcıvan MR (Z.S.Məmmədov, 1999), Gəncə-Qazax, Şəki-Zaqatala və digər regionların təbii ehtiyatlarının 

iqtisadi-coğrafi səciyyəsi verilmişdir.  

Təbii  fəlakətlər  və  onların  iqtisadi  coğrafi  qiymətləndirilməsinə  dair  Azərbaycanda  yazılmış  ilk  əsər 

N.B.Babaxanovun «Azərbaycanda təbii fəlakət və ona qarşı mubarizə tədbirləri» (Bakı, 1985, rus dilin) olmuşdur. Burada 

təbii  fəlakət  hadisələrinin  əsas  anlayışları  şərh  olunur,  təsərrufat  sahələrinə  və  əhaliyə  vurduğu  ziyanların  hesablama 

metodu gostərilir, təbii fəlakətlərin yayılması coğrafiyası, rayonlaşdırılması və ona qarşı mubarizə tədbirləri təhlil olunur. 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə