Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

Gunun  cox  aktual  olan  bu  movzusu  oz  davamını  Boyuk  Qafqazın  təbii  fəlakətlərinin  iqtisadi-coğrafiya 

qiymətlənidirilməsində (N.A.Paşayev) tapmışdır  

Azərbaycan  Respublikasının  təsərrufat  sahələrinin  iqtisadi  coğrafi  oyrənilməsi  daim  diqqət  mərkəzində 

olmuşdur.  Belə  ki,  butun  mulkiyyət  novlərini  oz  əlində  cəmləşdirən  sosialist  iqtisadi  sistemi  buna  maraqlı  idi. 

Bununla  əlaqədar  olaraq  respublikanın  təsərrufat  sahələrinin-sənaye,  kənd  təsərrufat  və  nəqliyyatın  coğrafiyasına 

dair coxlu əsərlər yazmışdır.  



Ə.M.Hacızadənin «Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri» (Bakı, 1975, rus dilində) adlı 

iri  həcmli  əsəri  elmimizin  xəzinəsinə  sanballı  tədqiqat  numunəsi  kimi  daxil  edilmişdir.  Burada  Azərbaycan 

sənayesinin  inkişafının  təbii-iqtisadi  zəmini,  formalaşması  mərhələləri,  enerji-istehsal  silsilələri,  muxtəlif  sənaye-

ərazi qovşaqları və kompleksləri yaratması və s. kimi coğrafi problemləri geniş təhlil olunmuşdur.  

Məhsuldar  quvvələrin  yerləşdirilməsi  aspektində  akademik  A.A.Nadirov  tam  bir  məktəb  yaratmış  və  bu 

problemə aid geniş elmi tədqiqat işləri aparmış, monoqrafiyalar və elmi məqalələr yazmışdır. Bunların ən başlıcaları 

«Azərbaycanda  sənayenin  yerləşdirilməsinin iqtisadi problemləri» (1976),  «Naxcıvan MR» (1959, iqtisadi coğrafi 

ocerk), «Naxcıvan iqtisadiyyatı XX əsrdə» (2000) və başqalarıdır.  

B.T.Nəzirova tərəfindən yazılmış «Azərbaycanın kənd təsərrufatının coğrafiyası» (Bakı, 1975, rus dilində) kimi 

sanballı  tədqiqat  işində  kənd  təsərrufatı  coğrafiyası  daha  da  inkişaf  etdirilmiş,  kənd  təsərrufatı  rayonları  ayrılmış, 

torpaq  kadastrı  verilmişdir.  Respublikanın  ayrı-ayrı  regionlarının  kənd  təsərrufatı  coğrafiyasının  muxtəlif 

problemləri  uzrə  elmi  tədqiqat  işləri  aparılmışdır  (S.Qaramollayev,  A.Mirzəyev,  A.Qurbanov,  A.Q.Abdullayev  və 

b).  

Azərbaycan  nəqliyyatı  və  iqtisadi  əlaqələrinin  coğrafiyasına  və  son  illər  yaradılmaqda  olan  Avropa-Qafqaz-



Asiya  (TRASEKA)  nəqliyyat  dəhlizinə  dair  bir  sıra  elmi  tədqiqat  işləri  həyata  kecirilmiş,  (məqalələr  yazılmış  və 

dissertasiyalar mudafiə olunmuşdur (B.E. Əbdurrəhmanov, C.Məmmədov, Z.S.Məmmədov, T.Gərayzadə və b.).  



Rayon  istiqaməti  iqtisadi  coğrafiyanın  həmişə  mərkəzi  tədqiqat  obyekti  olmuşdur.  Belə  ki,  dovlətin  təsərrufat 

quruculuğunda,  məhsuldar  quvvələrin  səmərəli  ərazi  təşkilində  və  olkə  coğrafiyasının  əhatəli  oyrənilməsində  iqtisadi-

coğrafi rayonlar boyuk əhəmiyyət kəsb edirlər. Ona gorə də Azərbaycan Respublikasının iqtisadi rayon və zonaları uzrə 

muntəzəm  tədqiqat  işləri  aparılmışdır.  Bu  sahədə  son  illər  maraqlı  tədqiqatlar  aparılır,  sxemlər  və  layihələr  irəli  surulur 

(A.A.Nadirov, Ə.X.Nuriyev, T.G.Həsənov).  

R.X.Şaulov ozunun dissertasiya işini («Azərbaycan SSR-nin iqtisadi rayonlaşdırılması problemləri», Bakı, 1987, rus 

dilində)  bilavasitə  rayonlaşdırmaya  həsr  etmiş  və  təsərrufat  sahələrinin  strukturunu,  ərazidə  yerləşdirilməsini,  daxili  və 

xarici istehsal əlaqələrinin sıxlığının nəzərə alaraq aşağıdakı iqtisadi rayonlara ayırmışdır: Abşeron, Xəzərsahili, Şəki, Kur, 

Gəncə,  Qarabağ,  Naxcıvan  MR.  Təklif  olunan  bu  şəbəkədə  Azərbaycanın  təzadlı  təbii  şəraitinin  təsərrufat  sahələrinin 

ixtisaslaşmasına və strukturuna guclu təsir etməsi zəif nəzərə alınmışdır və ona gorə də bu şəbəkə tətbiq edilmədi.  

Regional  tədqiqatların  ilkini  A.A.Nadirov  ozunun  «Naxcıvan  Muxtar  Respublikasının  iqtisadi-coğrafi  səciyyəsi»  (1957) 

əsərində qoymuşdur. Onun ardınca Muğan duzunun (E.Q.Mehrəliyev), Şirvan iqtisadi rayonunun (O.V.Vahabov) iqtisadi coğrafi 

tədqiqatları  aparılmışdır.  Regional  tədqiqatlar  arasında  M.A.Abramovun  «Abşeron  sənaye  qovşağı»  (Bakı,  1971,  rus  və 

azərbaycan  dillərində)  əsəri  xususi  qeyd  olunmalıdır.  Bu  əsərdə  Abşeron  sənaye  kompleksinin  tarixi,  təbii-iqtisadi  amilləri, 

movcud  sənaye-istehsal  strukturu,  onun  nəqliyyat  iqtisadi  əlaqələri  və  s.  təhlil  olunur.  Sonrakı  illərdə  Gəncə  sənaye  qovşağı 

(R.H.Məmmədov), Əli-Bayramlı – Salyan təsərrufat kompleksi (H.B.Ağayev), Mil-Qarabağ iqtisadi zonası (U.T.Həsənova) yeni 

yaradılan inzibatı rayonların məhsuldar quvvəsinin kompleks inkişafının coğrafi məsələləri (İ.İ.Əhmədova) və s. dair kompleks 

tədqiqat işləri aparılmışdır.  

Umumiyyətlə,  Bakı  və  Abşeron  regionunun  iqtisadi  və  sosial  coğrafiyası  bir  necə  nəsil  tərəfindən  geniş 

oyrənilmişdir və indi də davam etdirilir (Ə.M.Hacızadə, R.İ.Umudova, Z.Abdullayeva, V.Ə.Əfəndiyev və b.).  

Xəzərin  iqtisadi-coğrafi  cəhətdən  oyrənilməsi  olkə  alimlərinin  daim  diqqət  mərkəzində  olmuşdur.  Onun  təbii 

ehtiyatlarına, nəqliyyat əhəmiyyətinə, muasir dovrdə Azərbaycanın həyatında oynadığı geosiyasi və iqtisadi roluna 

və s. həsr olunan coxlu elmi əsərlər və dissertasiyalar yazılmışdır, xəritələr cəkilmişdir. (Q.G.Gul, İ.H.Məmmədov, 

E.Q.Mehrəliyev, C.R.Abbasov, L.İ. Nəsibzadə, C.N.İsmayılov və b.).  

Beynəlxalq  şirkətlərin  Xəzərin  neft  ehtiyatlarından  istifadəyə  cəlb  edilməsi,  neft  kəmərlərinin  marşrutlarının 

secilməsi  son illər olkədə kompleks coğrafi tədqiqatlara tələbatı xeyli artırmışdır. Bakı-Novorossiysk, Bakı-Supsa, 

Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi oyrənilməsi işləri aparılır.  

Xarici olkələrin xususilə İran və Turkiyənin iqtisadi və siyasi coğrafiyası uzrə H.B.Əliyevin rəhbərliyi altında 

hələ  lap  əvvəllərdən  elmi-tədqiqat  işləri  aparılmağa  başlanılmışdır.  Bu  istiqamətdə  aparılan  muhum  işlərdən 

«Turkiyənin regional siyasəti» (A.İ.İbrahimov), Turkiyənin toxuculuq sənayesinin coğrafiyası» (O.Ə.Əliyev), «İran 

kənd təsərrufatının suvarma sistemi» (H.B.Soltanova) və bir sıra tədris vasitələrini gostərmək olar.  

Azərbaycanın  iqtisadi  və  sosial  coğrafiyasına  aid  aparılan  elmi-tədqiqat  və  tədris  işləri  70-ci  illərdən  sonra 

tamamilə  yeni  keyfiyyət  mustəvisinə  kecirilmişdir.  Bu  oz,  əksini  əhali,  şəhərlər  və  sosial  sahələrin  istehsalla  əlaqəli  və 

tarazlı inkişafını oyrənən «iqtisadi və sosial coğrafiya» adlı yeni elmin yaranmasında tapdı. Əvvəllər bizim elmin diqqəti 

əsasən istehsal sahələrinin coğrafiyasına  yonəldilmişdir. Olkədə əhali və ona xidmət gostərən sahələrin inkişafına ikinci 

dərəcəli  baxılırdı.  Bu  butun  mulkiyyət  formalarını  oz  əlində  cəmləşdirən  sosialist  iqtisadi  sisteminin  tələbatından  irəli 

gəlirdi.  Lakin əhali  və onunla bağlı problemin oyrənilməsi sosial-coğrafiyanın diqqət mərkəzində olmuş və butun dunya 

coğrafiya ədəbiyyatında bu sahənin inkişafına ustunluk verilmişdir.  

Kohnə  və  yeni  tədqiqat  metodlarından  istifadə  edərək  iqtisadi  və  sosial  coğrafi  obyekt  və  proseslərin 

oyrənilməsində  T.G.Həsənovun  1990-cı  ildə  nəşr  edilmiş  «Coğrafiyanın  tədqiqat  metodları»  (iqtisadi  coğrafiya 

hissəsi)  dərs  vəsaitinin  boyuk  əhəmiyyəti  oldu.  Bu  vəsait  ali  təhsilli  coğrafiyacı  kadrların  hazırlanması  işinin  elmi 

metodiki təminatını xeyli gucləndirəcəkdir.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə