Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.

səhifə1/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   65


 

 

Taptıq Həsənov  



Əbdurrəhim Hacızadə 

Coğrafiya tarixi  

Dərs vəsaiti  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23.01.2001-ci il tarixli əmri ilə 

ali məktəblərin coğrafiya ixtisasları ucun dərs vəsaiti kimi təsdiq edilmişdir.  

Bakı Universitetinin Nəşriyyatı, 2001  

Elmi redaktor: Akademik A.A. Nadirov  

Rəycilər: c.e.d., Professor N.A. Babaxanov,  

p.e.n., Dosent B.A. Paşayev  

Dərs vəsaiti maraqlı coğrafi axtarışlar və kəşflər nəticəsində Yerin hərtərəfli oyrənilməsi, 

xəritələşdirilməsi,  coğrafi  ideyaların  yaranması  və  inkişafı  tarixindən  bəhs  edir.  Azər-

baycanda coğrafiya elmi, onun sahələrinin inkişaf tarixi və gorkəmli coğrafiyacı alimləri 

və  s.  haqqında  kitabda  geniş  məlumat  verilir. 

Dərs  vəsaiti  tələbələr,  magistrlər, 

aspirantlar və orta məktəbin coğrafiya muəllimləri ucun nəzərdə tutulur.  

İcindəkilər  

Giriş  

Kursun mahiyyəti, obyekti və vəzifələri  



I. FƏSİL. Qədim dunya coğrafiyası (V əsrə qədərki dovr)  

İlkin coğrafi bilik və təsəvvurlərin yaranması  

Qədim misirlilərin coğrafi təsəvvur  

Qərbi, Cənubi və Şərqi Asiyanın qədim  

xalqlarının coğrafi təsəvvurləri  

Avropa antik dovrunun coğrafiyası  



II. FƏSİL. Orta əsr coğrafiyası (V-XV əsrlər)  

 



       Ərəb coğrafiyası  

Turk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri  

Normanların coğrafi kəşfləri  

Orta əsr Rusiyasında coğrafi biliklər  

Marko Polo və onun Kitabı haqqında  

Boyuk İpək yolu  



III. FƏSİL. Yeni dovrun coğrafiyası (XV-XIX əsərlər)  

Boyuk Coğrafi kəşflər dovru (XV-XVII əsərlər)  

Boyuk Coğrafi kəşflərə hazırlıq dovru  

Boyuk Coğrafi kəşflərin birinci dovru (1492-1550-ci illər)  

Boyuk Coğrafi kəşflərin ikinci dovru (1550-1650-ci illər)  

Yeni dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)  

Yeni dovrun coğrafiyası (XVIII əsrin ortası XIX əsrin ortası)  

IV. FƏSİL. Muasir dovrun coğrafiyasının yaranması (XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)  

XIX əsrin yeni coğrafiyasının yaranması  

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı  

XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı  

Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)  

V. FƏSİL. Muasir dovrun coğrafiyası  

Xarici olkələrin muasir dovrunun coğrafiyası  

MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi  

(1918-1945-ci illər)  

MDB məkanında muasir coğrafiyanın inkişafının  

ikinci mərhələsi (1945-1980-ci illər)  

Muasir coğrafiya XX əsrin 90-cı illərində  

VI. FƏSİL. Azərbaycanın coğrafiyasının inkişaf tarixi  

.Azərbaycan coğrafiya tarixinin umumi icmalı  

Umumi fiziki coğrafiyanın inkişafı  

Landşaftşunaslıq  

Paleocoğrafiyanın inkişafı  

Geomorfologiya elminin inkişafı  

İqlimşunaslıq və hidrologiya elmi ideyalarının inkişafı  

Xəzər dənizinin oyrənilməsi  

İqtisadi və sosial coğrafiya  

Toponimika  

Kartoqrafiya və aerokosmik tədqiqatlar  

Ətraf muhitin muhafizəsi  

Məktəb coğrafiyası  

Xulasə əvəzi  



ƏDƏBİYYAT  

* * *  


Coğrafiya tarixi  

Taptıq Həsənov, Əbdurrəhim Hacızadə  

Giriş  

Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrufat 

ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını oyrənən yeganə elmdir. Bu elmin 

ufuqləri  getdikcə  genişlənir,  nəzəri  və  təcrubi  əhəmiyyəti  artır.  Ona  gorə  də  coğrafiya  elminin  muxtəlif 

sahələrinə,  o  cumlədən  tarixinə  maraq  xeyli  artmışdır.  Bunu  nəzərə  alaraq  Bakı  Dovlət  Universitetinin 

coğrafiya  fakultəsində  bakalavr-coğraf  ixtisas  pilləsində  yeni  tədris  kursu  –  «Coğrafiya  tarixi» 

kecirilməyə başlanmışdır.  

Bu boyuk təhsil ocağında butun elmlərin, o cumlədən coğrafiyanın tarixinə həmişə boyuk əhəmiyyət 

verilir. Lakin Azərbaycan dilində coğrafiya tarixi kursu uzrə umumiləşdirilmiş dərs vəsaiti və yaxud digər 

yazılı ədəbiyyatlar hələlik yox dərəcəsində idi. Tələbələr bu sahədə olan bilikləri coğrafiyanın ayrı-ayrı 

kurslarında  səpələnmiş  halda  verilən  tarixi  məlumatlardan  toplamalı  olurdular.  Bu  da  onların  sistem 

şəklində biliklər almasına cətinliklər torədirdi və hazırlıq səviyyələrinə mənfi təsir gostərirdi. Ona gorə də 

«Coğrafiya tarixi» kursunun proqramının və dərs vəsaitinin hazırlanmasına və Azərbaycan dilində capına 

boyuk ehtiyac var idi.  

Coğrafiya  tarixi  kursunda  qədim,  orta  əsr,  yeni  və  muasir  dovrdə  Yerin  butovlukdə  təbiəti,  onun 

təsərrufatda  mənimsənilməsi  yolları,  materik  və  okeanların  kəşf  olunması  və  s.  haqqında  biliklərin 

toplanması və xəritələşdirilməsi tarixi işıqlandırılır. Ozu də ilk dəfə olaraq mustəqil Azərbaycanın yaxın 

cevrəsi olan Şərqi Avropa, Cənubi, Qərbi və Mərkəzi Asiya və Qafqazın coğrafiya tarixinə daha geniş yer 

verilir. Kitabda ilk dəfədir ki, turk xalqları və onların icərisindən cıxmış alimlərin coğrafi təsəvvurləri və 

kəşfləri ayrıca bolmə şəklində verilir.  

Boyuk  coğrafi  əhəmiyyəti  olan  məşhur  «Tarixi  İpək  yolunun»  yaranması,  onun  kecdiyi  olkələr, 

ticarət əlaqələrində rolu və Azərbaycanla bağlılığı, muasir bazar iqtisadiyyatı şəraitində əhəmiyyəti və s. 

haqqında yığcam biliklər vermək ucun kitabda xususi bolmə ayrılmışdır.  

Coğrafiya  tarixi  elmi  Yerin  coğrafi  mənzərəsinin  tarixini  tələbələr  qarşısında  aydınlaşdırır,  onun 

oyrənilməsi  mərhələlərini  acıb  gostərir.  Bir  sozlə,  «Coğrafiya  tarixi»  kursunun  başlıca  vəzifəsi  Yer 

haqqındakı  ilkin  coğrafi  təsəvvurlərin,  elmi  biliklərin  kecmişi,  indisi  və  həm  də  gələcək  istiqamətləri 

haqqında yetkin biliklər verməkdir.  

Tələbələr  əmin  olacaqlar  ki,  Yerin  umumi  mənzərəsinin  işıqlandırılması  və  xəritələrin  duzəldilməsi 

coxlu xalqların, səyyahların, dənizcilərin və coğrafiyacı alimlərin boyuk fədakar əməklərinin nəticəsidir.  

Kitabın  yazılmasında  Azərbaycanın  gorkəmli  coğrafiyaşunas  alim  prof.  Ə.M.Hacızadənin  (1920-

1991)  hazırladığı, lakin  vəfatı  ilə  bağlı  cap  etdirə  bilmədiyi  «Coğrafiyanın  tarixi  və  metodologiyası»na 

aid əlyazmaları ilkin mənbə rolunu oynamışdır. Ancaq Azərbaycan 1991-ci ildə mustəqillik qazanandan 

və  informasiya  səddləri  cokəndən  sonra  cəmiyyət  sovet  vaxtı  marksizm-leninizm  «prinsiplərinə»  uyğun 

olmadığına  gorə  qadağan  olunan  biliklərlə  azad  şəkildə  tanış  olmaq  imkanı  əldə  etdi.  Bundan  başqa, 

kursun yeni proqramına uyğun olaraq coğrafiyanın tarixinə aid bolmələr genişləndirilib və coxlu əlavələr 

edilmişdir. Deyilənləri nəzərə alaraq c.e.d., prof. Ə.M.Hacızadənin movzu ilə bağlı topladığı materialların  






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə