Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   65

lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki muəllifin adından 

capa təqdim olunmuşdur.  

Umid  edirik  ki,  təqdim  olunan  dərs  vəsaiti  coğrafiyanın  yarandığı  dovrdən  bu  gunədək  kecdiyi 

inkişaf  yolu  və  təcrubələri  ilə  tələbələri  tanış  edəcək  və  onların  coğrafi  bilik  və  mədəniyyətlərini  xeyli 

zənginləşdirəcəkdir.  

Dərs  vəsaitinin  capa  hazırlanmasında  boyuk  zəhmətlərinə  gorə  iqtisadi  və  sosial  coğrafiya 

kafedrasının baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya oz minnətdarlığımızı bildiririk.  

Dərs vəsaitində olan bolmələr muəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:  

Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1  

T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1, 

VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.  

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri  

Hər  bir  elmin  tarixinin  oyrənilməsi,  onun  gələcək  inkişafı  ucun  boyuk  əhəmiyyət  kəsb  edir. 

Kecmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini 

muəyyən  etmək  qeyri-mumkundur.  Tarix  gələcəyin  proqnozlarının  əsaslarından  biridir.  Nə  qədər  ki 

insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid 

bir  elm  kimi  formalaşan  coğrafiya  murəkkəb  inteqrasiya  və  differensassiya  mərhələlərindən  kecmişdir. 

İlkin  olaraq  təbiət  və  cəmiyyət  elmləri  tərkibində  yaranan  coğrafiyanın  qolları  sonrakı  inkişaf 

mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə cevrilmişdir.  

Elmin  tarixi  inkişafı  rəvan  olmamışdır.  Uzun  muddət  irəliyə  doğru  yavaş-yavaş  hərəkətlə  yanaşı 

birdən  elə  kəskin  donuş  mərhələləri  olur  ki,  bu  mərhələlərin  də  daha  dəqiq  oyrənilməsi  xususi  maraq 

doğurur.  Belə  kəskin  donuş  mərhələlərinə  XV-XVII  əsrlərdə  baş  verən  Boyuk  Coğrafi  kəşfləri,  Şimal-

Cənub qutblərinin oyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, 

Azərbaycanda  Baharlı-Qafur  Rəşad  kimi  iri  coğrafi  məktəblərin  və  kosmik  coğrafiyanın  yaranmasını 

misal gostərmək olar. Belə əhəmiyyətli kecid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə 

daha qabarıq nəzər salmağa imkan verir.  

Hazırda  adlarının  oxşarlığına  gorə  coğrafiya  tarixinə  daha  yaxın  olan  iki  elm  –  tarixi  coğrafiya  və 

kəşflərin tarixi elmləri yaranmışdır.  

Coğrafiya  tarixi  elminə  hələlik  tam  tərif  verilməyibdir.  Umumiləşdirilmiş  şəkildə  demək  olar  ki, 

coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi 

fikirlərin yaranması və inkişafının tarixini oyrənir.  

Tarixi  coğrafiya  muəyyən  olkələrin,  yaxud  ərazinin  fiziki,  iqtisadi  və  siyasi  coğrafiyanın  kecmiş 

vəziyyətini  oyrənən  tarixi-coğrafi  biliklər  sahəsidir.  Coğrafiya  tarixindən  fərqli  olaraq  tarixi-coğrafiya 

kecmiş dovrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.  

Coğrafi kəşflər tarixi ozunun yazısı olan (rəsmlərdən əlavə) xalqların numayəndəsinin ilk dəfə bu və 

ya  digər  obyektdə  (materiklər,  okeanlar,  dənizlər,  adalar,  boğazlar,  zirvələr,  vulkanlar  və  i.a.)  ilk  dəfə 

olması,  bu  obyektlərin  təsvirini  verməsi  və  yaxud  onu  xəritəyə  kocurməsidir.  İndi  buraya  həmcinin 

coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.  

Coğrafi  kəşflər  dunya  tarixinə  guclu  təsir  gostərmişdir:  yeni  qitələrin,  torpaqların  tapılmasına,  bir 

olkənin varlanmasına, digərlərinin məhvinə, mustəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.  



Bu uc elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə ust-ustə duşurlər. Bunu, xususilə coğrafi 

kəşflər edən, bu elmi qabağa aparan gorkəmli səyyahların əsərlərinin təhlilindən aydın gormək olur. Həm 

coğrafiyanın  tarixinə  və  həm  də  coğrafi  kəşflərin  tarixinə  eyni  dərəcədə  mənsub  olan  belə  alimlərdən 

Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. gostərmək olar.  

Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata kecirilən coğrafi kəşflər bizim elmə 

gələcəkdə nəzəri və praktiki umumiləşdirmələr aparmaq ucun lazım olan iri həcmdə material toplamağa 

imkan verir.  

Boyuk Coğrafi kəşflərin başlıca məqsədi yuzlərlə səyahətlər nəticəsində dunyanın fiziki xəritəsinin 

muasir  gorunuşunun  alınması  olmuşdur.  Bizim  zəmanəmizdə  dunya  xəritəsində  artıq  «ağ  ləkələr» 

qalmamışdır.  İndi  coğrafi  kəşflərin  məqsədi  yeni  coğrafi  qanunlar  və  qanunauyğunluqların  aşkar 

edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və 

Dunya  okeanının  mənimsənilməsi  ucun  həyatı  əhəmiyyət  daşıyır.  Yerin  mənimsənilməsi  prosesində 

birinci  novbədə  təbiətin  muxtəlif  tiplərinin  qarşılıqlı  təsir  mexanizmini,  insanların  muəyyən  tarixi 

biliklərini, təsərrufatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi 

olmadan coğrafiya gostərilən murəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.  

Beləliklə,  coğrafi  kəşflərin  muasir  tarixi,  coğrafiya  tarixinə  acıq-aşkar  yaxınlaşır,  lakin  onunla  tam 

birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha cox 

metodoloji  elmə  cevrilir.  Zamanın  tələbi  onun  digər  elmlərlə  inteqrasiyasını  gucləndirir.  Lakin  bununla 

yanaşı coğrafiya tarixi ozunun daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.  

Coğrafi kəşflər tarixi daha cox həyatın praktiki tələbatını əks etdirir. Boyuk Coğrafi kəşflər – XV-

XVII  əsrlər  dovrundə  coğrafiya  elmlərin  «şahı»  idi  və  cəmiyyət  ucun  boyuk  praktiki  əhəmiyyət  kəsb 

edirdi.  Sonralar  o  arxa  plana  kecmişdir,  lakin  indi  yenidən  elmlərin  onunə  cıxmışdır.  Hazırda  elə  bir 

zaman  gəlib  ki,  həyatın  praktiki  tələbatı  coğrafiyanın  guclu  inkişafına  şərait  yaradıb.  Dunya  okeanının, 

atmosferin,  biosferin,  qlobal  ekoloji  problemlərin,  məskunlaşma,  istehsal  və  xidmətlərin  ərazi 

sistemlərinin dərindən oyrənilməsi və s. belə tələbatlardandır.  

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. 

Bir  elm  kimi  coğrafiya  tarixi  daha  murəkkəbdir,  o  elmlərin  butov  inkişafından,  kadrların  hazırlıq 

səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.  

Tarixi  faktları  və  hadisələri  ozundə  əks  etdirən  coğrafiyanın  tarixi  kursunun  başlıca  vəzifələri 

aşağıdakılardan ibarətdir:  

- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi 

ardıcıllığını gostərmək,  

-  coğrafi  biliklərlə  cəmiyyətin  həyat  fəaliyyəti  arasındakı  qarşılıqlı  əlaqələrin  inkişafının  tarixi 

mərhələlərini gostərmək;  

-  muasir dovrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini 

gostərmək və bu sahədə movcud olan boyuk problemləri qeyd etmək.  

Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu gunu və gələcəyi ucun boyuk fayda verə bilər. 

Məsələn,  tarixdən  məlumdur  ki,  Xəzər  dənizinin  səviyyəsi  muəyyən  onilliklərdə  gah  qalxır  və  gah  da 

enir.  Bu  tarixi  bilgiləri  nəzərə  almayaraq  dəniz  sahillərinin təsərrufatda  mənimsənilməsi  sonralar  boyuk 

ziyana başa gəlir. Bu gun Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min 

hektarlarla əkinlər, uzumluklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında 

zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər olkəmizə və onun əhalisinə milyard 

manatlarla ziyan vurur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə