Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

6.2.1 Landşaftşunaslıq  

Fiziki  coğrafiya  elminin  muhum  sahələrindən  biri  olan  landşaftşunaslıq  Azərbaycanda  əsasən  60-cı  illərdən 

inkişaf  tapmağa  başlamışdır.  Aparılan  tədqiqatlar  muasir  landşaft  ortuyunun  yaranması,  tipləri,  novləri,  amilləri, 

elementləri  və  qarşılıqlı  əlaqələri,  bu  prosesdə  yeni  tektonik  hərəkətlərin  rolu,  zaman  və  məkan  daxilində 

diferensiasiyası və s. oyrənilmişdir.  

Sonrakı  illərdə  M.A.Museyibovun  landşaftşunaslığa  aid  apardığı  tədqiqatlar  tam  yeni  istiqamət  aldı  və  landşaftın 

ərazi  diferensasiyasına,  ufuqi  və  şaquli  strukturuna,  dinamikasına,  ekologiyasına,  antropogen  transformasiyasına  dair 

yuksək  elmi  səviyyələrdə  sayılan  və  monoqrafiyalarda  əks  olunan  diqqətəlayiq  nəticələrə  nail  olundu.  Bu  tədqiqatlar 

Azərbaycan Respublikasının orta miqyaslı, zəngin məzmunlu landşaft xəritəsinin tərtibinə imkan verdi.  

M.Ə.Suleymanov,  İ.S.Əliyevanın  «Landşaftşunaslığın  əsasları»  (Bakı,  1998)  dərs  vəsaitini  bu  elmin  son 

illərinin təqdirəlayiq nailiyyəti hesab etmək olar.  

Monoqrafik  məzmunda  yazılmış  bu  əsərdə  landşaftşunaslığın  nəzəri  məsələləri,  strukturu,  dinamikası, 

təkamulu,  antropogen  təsirin  altında  dəyişməsi  və  s.  ilk  dəfə  azərbaycan  dilində  aydın  və  səlist  şəkildə  oz  əksini 

tapmışdır.  

Azərbaycan  fiziki  coğrafiyasının  və  landşaftlarının  oyrənilməsində  prof.  Q.K.Gulun,  prof.  N.K.Kərimovun, 

akad. B.Ə.Budaqovun və prof. M.A.Museyibovun boyuk xidmətləri olmuşdur.  

6.2.2 Paleocoğrafiya  

Olkə paleocoğraflarının qiymətli tədqiqatları nəzəri cəlb edir. Azərbaycan təbiətinin IV dovrdə dinamikası və Xəzər 

dənizinin  ən  yeni  geoloji  tarixi  uzrə  bir  sıra  tədqiqatlar  başa  catdırılmışdır.  Bu  tədqiqatların  nəticəsində  1978-ci  ildə 

capdan  cıxmış  Azərbaycanın  dorduncu  dovr  cokuntuləri  xəritəsi  Dovlət  mukafatına  layiq  gorulmuşdur.  Bundan  başqa, 

Azərbaycanın IV dovr cokuntuləri, bu dovr cokuntulərinin oyrənilməsinə aid qiymətli tədqiqatlar aparılmışdır.  

Dorduncu  dovrun  tədqiqi  ilə  yanaşı,  Azərbaycan  paleocoğrafları  ibtidai  insanın  ekologiyası,  Cənubi  Qafqaz 

ərazisində  Pliosenin  xronologiyası  və  təbii  şəraiti  kimi  problemlər  uzrə  diqqətəlayiq  elmi  nəticələr  əldə  etmişdir. 

Azıx qədim Daş dovr duşərgəsi sakinlərinin ekologiyasının tədqiqi nəticəsində ən qədim mədəni təbəqələrin mutləq 

yaşı muəyyənləşdirilmiş və həmin dovrun təbii şəraiti bərpa edilmişdir.  

Paleocoğrafiya  sahəsində  qazanılmış  nailiyyətlərdən  biri  də  Pliosen  iqlim  optimumu  dovrundə  Azərbaycan 

ərazisində  yaranmış  təbii  şəraitin  bərpa  edilməsidir.  Gozlənilməz  qlobal  istiləşmənin  bu  və  ya  digər  olkənin  təbii 

şəraitinə necə təsir gostərəcəyini qabaqcadan muəyyənləşdirməkdə bu tədqiqatların boyuk əhəmiyyəti vardır.  

Azərbaycanın paleolandşaftının yaranması və son 13 mln. ildə onda baş verən dəyişiklikləri M.A.Museyibov ozunun 

fundemental tədqiqatlarında ətraflı təhlil etmişdir. (M.A.Museyibov «Azərbaycanın landşaftları», Bakı, 1981, rus dilində). 

Nəhayət,  paleocoğrafi  tədqiqatların  ən  gorkəmli  nailiyyəti  1992-ci  ildə  iki  cildlik  «Avrasiya  şelfləri  Mezozoyda  və 

Kaynazoyda»  adlı  paleocoğrafi  atlasın  nəşr  olunmasıdır.  Bu  atlasda  129  xəritədən  19-u  bilavasitə  Xəzər  dənizinə  həsr 

olunmuş və respublikamızın paleocoğrafları tərəfindən (Ə.V.Məmmədov, İ.S.Həsənov, B.C.Ələsgərov) tərtib olunmuşdur. 

Bu  xəritələr  Xəzər  dənizinin,  onun  regional  və  lokal  tektonik  strukturlarının  əmələ  gəlməsi  və  inkişafı  məsələlərinin 

araşdırılması, Xəzərin perspektivli neft-qaz ehtiyatlarının aşkar edilməsi baxımından muhum əhəmiyyət kəsb edir.  

Paleocoğrafiyacı alimlərimizin Fransa alimləri ilə  birgə  apardıqları  «Təbii  muhitin ibtidai  insan cəmiyyətinin 

inkişafında  rolu»na,  Amerika  alimlərilə  «Yerin  iqliminin  inkişaf  tarixi»  problemlərinə  dair  tədqiqat  işləri 

diqqətəlayiqdir və beynəlxalq miqyasda onların tanınmasını gostərir.  

Azərbaycanda  paleocoğrafi  tədqiqatlara  respublika  Dovlət  mukafatı  laureatı,  prof.  Ə.V.Məmmədov  rəhbərlik 

edir. Onun calışdığı şobə beynəlxalq əhəmiyyətli paleocoğrafiya işlərini davam etdirir.  



6.2.3 Geomorfologiya elminin inkişafı  

Azərbaycan coğraflarının  ən sanballı işləri arasında geomorfoloji tədqiqatlar xususilə fərqlənirlər. Azərbaycan 

EA-nın  Coğrafiya  İnstitutunda  və  Bakı  Dovlət  Universitetində  uzun  illərdir  ki,  Azərbaycanın  geomorfoloji

 

tədqiqatları aparılmaqdadır. Bu tədqiqatlar nəticəsində: Azərbaycan relyefinin xususiyyətləri; onun mənşəyi və geoloji quruluşla 



əlaqəsi;  ekzogen  proseslərin  və  zəlzələlərin  relyef  əmələgətirməsində  rolu;  aerokosmik  metodlarla  Boyuk  Qafqazın  şərq 

hissəsinin  morfostrukturlarının  tədqiqi;  paleogeomorfoloji  tədqiqatlar  əsasında  qovşaq  zonalarında  formalaşan  muasir  relyefin 

yeni tektonik mərhələdə inkişafı; cənubi Xəzərin morfostrukturu və s. oyrənilmişdir. Son dovrlərdə geomorfologiyaya aid cıxan 

fundemental  əsərlərindən  Turkmənistan  alimləri  ilə  muştərək  hazırlanın  «Cənubi  Xəzərin  neftli-qazlı  vilayətlərinin  yeni 

tektonikası və inkişaf tarixi»,  «Azərbaycanın relyefi» (Bakı, 1994)  monoqrafiyalarını  gostərmək olar.  Sonuncu monoqrafiyada 

relyefin  genetik  formaları  və  ərazidə  paylanması  qanunauyğunluqları;  tektonik  hərəkətlərin  zaman-məkan  daxilində  surəti  və 

təzahur  formalarının  kəmiyyət  gostəricilərinin  muəyyən  edilməsi  və  onların  əsasında  morfostrukturların  ayrılması; 

geomorfologiyanın nəzəri məsələlərinin həllində və faydalı qazıntılar axtarışında onların rolu gostərilir.  

Azərbaycan  EA  Coğrafiya  İnstitutu  və  Bakı  Dovlət  Universitetində  aparılan  geomorfoloji  tədqiqatların 

nəticəsində respublikanın geomorfoloji xəritəsi  tərtib edilmişdir. Azərbaycanın ayrı-ayrı  ərazilərinə aid daha dəqiq 

iri  miqyaslı  xəritələr  hazırlanır.  Belə  xəritələrin  bilavasitə  quruculuq  işlərində-  şəhərsalma,  kənd  təsərrufatı, 

nəqliyyat, sənaye tikintisi, yer quruluşu və meliorasiya tədbirlərinin həyata kecirilməsində boyuk əhəmiyyəti vardır.  

Azərbaycan  geomorpfoloqları  qonşu  respublikaların  alimləri  ilə  sıx  əlaqə  saxlayaraq,  Qafqaz  regionunun 

geomorfologiyasını oyrənmiş və onun xəritəsini tərtib etmişlər.  

Onlar  bu  sahədə  apardıqları  tədqiqatları  və  əldə  etdikləri  nailiyyətləri  ilə  dərin  məzmunlu  məktəb  yarada 

bilmişlər.  

Uzun  illərdən  bəri  apardığı  geniş  geomorfoloji  tədqiqatlara  və  xəritələrin  tərtibinə  gorə  Azərbaycan 

coğraflarından akad. B.Ə.Budaqov kecmiş SSRİ Coğrafiya Cəmiyyətinin M.P.Prjevalski adına Qızıl medal ilə təltif 

olunmuşdur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə