Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə50/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

Əsrin  əvvəllərində  V.Dokucayevin  Azərbaycanda  apardığı  ekspedisiyanın  elmi  cəhətdən  boyuk  əhəmiyyəti 

olmuşdur. Bu ekspedisiyanın iştirakcıları rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan 

təbiətinin muxtəlif cəhətlərini tədqiq etməyə başlamışdılar.  

D.İ.Mendeleyev uc dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə 

məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr 

edilmişdir.  

Rus  geoloqu  N.İ.Qubkin  hələ  gənc  yaşlarında  Azərbaycan  neft  təsərrufatının  inkişafına  komək  edən  geniş 

geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli surmuşdur.  

Butun  bunlarla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  1917-ci  ilin  axırlarınadək  elmi  axtarışlar  epizodik  xarakter 

daşıyır, cox zaman təsadufi hal alırdı. Coğrafiya mutəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa 

elm xadimləri tərəfindən aparılırdı.  

20-ci  illərin  sonlarında  Azərbaycan  coğrafları  arasında  Qafur  Rəşad  Mirzəzadə  xususi  secilirdi.  O  oz  muşahidələri 

əsasında  Azərbaycan  coğrafiyasına  aid  qiymətli  məlumatlar  toplamış,  Azərbaycan  dilində  coğrafi  ədəbiyyat  fondu  yaratmağa 

başlamışdı. Onun 1910-cu ildə capdan cıxmış «Qafqazın coğrafiyası» kitabı azərbaycan dilində yazılan ilk dərslik idi. Bu kitabda 

muəllif mufəssəl və ardıcıl olaraq Azərbaycan coğrafiyasını işıqlandırmış, onun quberniyalarının təbii, iqtisadi şəraitindən sohbət 

acmışdır. 1916-cı ildə Azərbaycan dilində nəşr etdiyi «Umumi coğrafiya» adlı ali məktəb dərsliyində də Qafur Rəşad Azərbaycan 

coğrafiyası timsalında umumi coğrafi anlayışlara toxunmuşdur. Qafur Rəşad digər elmlərlə yanaşı coğrafiyanı oyrənməyin həyatı 

əhəmiyyətindən  danışır  və  xalqını  buna  cağıraraq  yazırdı:  «coğrafiyanın  oyrənməyin  faydası  boyukdur.  Yer  insanın  məskəni 

olduğuna  gorə  coğrafiyanı  oyrənmək  Yeri  oyrənmək  deməkdir.  Bir  adama  evinin  icini,  məhəlləsini,  kucələrini  bilmək  dəxi  o 

dərəcədə  lazımdır.  Buna  gorə  də  insanlara  gundəlik  işlərində  coğrafiyanı  bilmək  lazımdır»  (Umumi  coğrafiya,  Bakı,  Azərnəşr. 

1924, səh.5).  

Qafur Rəşad uzun muddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində 

ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.  



Yusif  Vəzir  Cəmənzəminli  (1887-1943)  bədii  yaradıcılıqla  yanaşı,  Azərbaycanın  tarixi,  coğrafiyası  və 

iqtisadiyyatı ilə dərindən maraqlanmış və bunlarla məşğul olmuşdur.  

Azərbaycanı dunyaya tanıtmaq cəhdi və bu işdə coğrafiyanın, xəritənin oynadığı əvəzsiz rolu haqqında onun dəyərli 

fikirləri bu gunumuz ucun də oz aktuallığını və əhəmiyyətini saxlamaqdadır. 

Azərbaycan  Demokratik  Respublikasını  tanıtmaq  istiqamətində  yazdığı  məqalə  və  kitablarında  gostərirdi  ki, 

dunyada  ən boyuk quvvələrindən birisi əfkari-umumiyyətlə (dunya ictimai fikri  mənasındadır). Topdan, tufəngdən 

və zirehlərdən də bu nov boyukdur, odur ki, hər kəs istər ki, bu novu əldə saxlasın.  

İqtisadi,  sosial  və  siyasi  dayaqların  olkənin  inkişafı  və  tanınmasında  əhəmiyyətini  nəzərə  alan  muəllif  bunlar 

haqqında 1921-ci ildə İstanbulda cap etdirdiyi «Tarixi coğrafi və iqtisadi Azərbaycan» kitabında geniş məlumat vermişdir. 

İki hissədən ibarət olan bu kitabın birinci hissəsi Azərbaycanın sərhədlərinə həsr olunub. O, Azərbaycanı şimali-cənubi 

vahid sərhədlər daxilində butov bir tam kimi goturərək oradakı şəhərlərin tarixini, coğrafi movqeyini və iqtisadi inkişafını 

araşdırır. Kitabın ikinci hissəsində sohbət Azərbaycanın iqtisadiyyatından gedir.  

Azərbaycanın  iqtisadi  potensialına,  təbii  ehtiyatlarına  yuksək  qiymət  verən  Y.V.Cəmənzəminli  onu 

«Qafqaziyada mutəşəkkil dovlətlərin iqtisadi baxımdan ən quvvəlisi adlandırmışdır. Bakı neftinin dunya əhəmiyyəti 

olmasını və bundan başqa ipək, pambıq və yun məhsullarımızın da az olmadığını gostərirdi. Muəllif ustəlik Xəzər 

dənizinin  balıq  və  kurusunu,  mis  mədənlərimizin  nurlu  gələcəyə  malik  olduğunu  xatırladırdı.  Milli  quvvələrin 

yetişdirilməsi, bir cox fabriklərin acılması-duzgun iqtisadi siyasətin yeridilməsi millətimizin yuzdə doxsan beşinin 

sərvət sahibi olacağına zərrə qədər də şubhə etmirdi.  

1920-ci ildə Azərbaycanda iqtisadi coğrafiyaya aid M.Vəliyevin (Baharlının) ana dilində ilk kitabı nəşr olunmuşdur. 

Kiyev  Universitetinin  yetirməsi  olan  alim  Azərbaycanın  ilk  ali  təhsilli  iqtisadi  coğrafiya  mutəxəssisi  idi.  Vaxtilə  dovlət 

planlaşdırma  işində  onun  kitabından  geniş  istifadə  edilmişdir.  Coğrafi  cəhətcə  bitkin  əsər  olan  həmin  kitabda 

Azərbaycanın  umumi  coğrafi  səciyyəsi,  təbii  şəraiti  və  təbii  ehtiyatları,  umumi  iqtisadi  icmalı,  təsərrufatın  inkişaf 

imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər geniş işıqlandırılmışdır.  

Kitabda  xalq  təsərrufat  sahələrinin  ərazi  potensialına,  bu  sahələrin  inkişaf  perspektivlərinə  xususilə  geniş  yer 

verilmişdir.  

Kitabın  bəzi  noqsanları  var  idi.  Əsər  Den  məktəbinin  təsiri  ilə  yazılmışdır.  Bununla  belə  muəllif  təkcə  statistik 

məlumatları  sadalamaqla  kifayətlənməmiş,  muəyyən  mənada  təbii  şəraitin  və  təbii  ehtiyatların  təhlilinə  və  iqtisadi 

cəhətdən  qiymətləndirilməsinə,  fiziki-coğrafi  cəhətlərə  xeyli  fikir  vermişdir  ki,  bu  da  onu  Den  məktəbindən  muəyyən 

qədər uzaqlaşdırmışdır. Bəzi məhdudiyyətlərinə baxmayaraq, Baharlının kitabı respublikanın coğrafiya tarixində  muhum 

rol oynamışdır.  

1921-ci  ildə  Q.R.Mirzəzadənin  «Azərbaycan  coğrafiyası»  adlı  tədris  vəsaiti  nəşr  olunmuşdur.  20-ci  illərdə 

Q.R.Mirzəzadə  və  H.B.Əliyev  tədris  vəsaitləri  ilə  yanaşı,  coğrafiyaya  aid  bir  sıra  elmi-kutləvi  ədəbiyyat  da  nəşr 

etdirmişlər.  

1920-ci  illərdə  Azərbaycanda  milli  inzibatı  quruculuq  işləri  aparılır.  Yerli  əhali  arasında  kecirilən  sorğu 

nəticəsində, onların razılığı ilə 1923-cu ildə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti 

(DQMV) və 1924-cu ildə Naxcıvan Muxtar Respublikası yaradıldı.  

Muxtar vilayət o zamanlar Rusiyanın təkidi ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarında yaradılmışdır. Duzən 

və Dağlıq Qarabağın ənənəvi kocəri otlaq heyvandarlıq təsərrufat tipinin yayıldığı qışlaq və yaylaqların ortasında və 

dağ-aran  yolları  uzərində  qondarılan  bu  vilayət  uzun  illər  geniş  bir  regionun  normal  həyat  ahəngini  pozmuş  və 

sonralar da (1988-ci ildə) olkəmizdə boyuk bir munaqişə mərkəzinə cevrilmişdir.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə