Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

Bu  əsərdə  azərbaycanlılar  yaşayan  mahallar,  şəhər  və  kəndlərin  təbiəti,  əhalinin  təsərrufat  vərdişləri  coğrafi 

cəhətdən təsvir edilmişdir. Əsərin məzmunundan bilinir ki, muəllif geniş coğrafi dunyagoruşunə malik olmuşdur.  



XIX əsr milli yazıcılarımızın əsərlərində də Azərbaycan coğrafiyasına aid bir sıra qiymətli məlumatlara rast 

gəlinir. Onların bəziləri coğrafi əsərlər də yazmışlar.  

XIX  əsrdə  yazıb  yaratmış  Abbasqulu  ağa  Bakıxanov  (1793-1847)  Azərbaycan  ictimai  fikir  tarixində  xususi  movqeyə 

malik şair, alim və dovlət xadimi olmaqla yanaşı, Azərbaycan tarixi və coğrafiyasının ən mukəmməl tədqiqatcılarından idi. O, 

Azərbaycanı  oba-oba,  el-el  gəzmiş  və  Rusiyanın  bəzi  rayonlarına  (Don  sahillərinə,  Ukrayna,  Polşa  və  Baltikyanı  olkələrə) 

səyahət  etmiş,  bir  sıra  əsərlər  yazmışdır.  Bunların  icərisində  boyuk  coğrafi  əhəmiyyətə  malik  «Kəşvul-Qəraib»  («Qəraib 

dənizinin kəşfi) və b. Azərbaycanda yazılan ilk umumi coğrafiya  əsəri idi. O, «Gulustani-İrəm» əsərində olduğu kimi «Kəşvul-

Qəraib»də  də  ayrı-ayrı  olkələrin  (burada  Amerikanın  kəşfinə  daha  cox  yer  verilmişdir)  təbii  şəraitindən,  əhalisindən, təsərrufat 

həyatından  sohbət  acmışdır.  A.Bakıxanovun  kosmologiyaya  aid  əsərində  umumi  coğrafi  məsələlər,  Yer  kurəsi  və  onun 

xususiyyətləri şərh edilmişdir. Onun «Gulustani İrəm» əsərində Azərbaycan coğrafiyasına aid bir sıra elmi cəhətdən əhəmiyyətli 

fikirlər, muşahidələr toplanmışdır. Kitab Azərbaycan tarixinə aid olsa da, orada Azərbaycan və Dağıstanın qısa coğrafi təsvirinə 

də muəyyən yer verilmişdir.  

XIX  əsrin  II  yarısında  Rusiyada  kapitalizmin  surətli  inkişafı  ilə  əlaqədar  olaraq  ictimai  ərazi-əmək  bolgusu 

guclənmişdir. Olkənin bir sıra rayonlarında, xususilə Rusiyanın cənubunda, Cənubi Qafqazda və Uralda iri miqyaslı təbii 

ehtiyatlar  mənimsənilməyə  başlanmışdır.  Volqaboyu  və  Şimali  Qafqazda  kənd  təsərrufatı  ucun  yararlı,  geniş  torpaqlar 

istifadəyə  verilir,  olkənin  mərkəzində,  şimali-qərbində,  Donbasda,  Dneprboyunda  və  Bakıda  iri  sənaye  mərkəzləri 

yaranırdı. Azərbaycan tədriclə Rusiyanın muhum sənaye rayonlarından birinə cevrilirdi.  

Azərbaycanın  movcud  potensial  imkanlarından  daha  artıq  istifadə  etmək  ucun  onun  təbii  və  iqtisadi 

xususiyyətlərini  dərindən  oyrənmək  tələb  olunurdu.  Buna  gorə  də  Azərbaycanı  oyrənmək  işinə  Rusiyanın 

K.İ.Arsenyev,  N.Kulikov,  P.P.Semyonov-Tyan-Şanski,  D.İ.Mendeleyev,  V.V.  Dokucayev  və  bu  kimi  gorkəmli 

alimləri cəlb olunur, muxtəlif coğrafi tədqiqatlar aparılırdı.  

Bu  dovrdə  Azərbaycan  təbiətinə  aid  D.Alişanın,  Q.Rodenin,  S.Semyonovun,  A.Petuxovun,  İ.Muşketovun, 

A.Krasnovun,  V.Dokucayevin,  N.F.Fiqurovskinin  və  b.  əsərləri  nəşr  edilmişdir.  L.Pisaryev,  N.İ.Şavrov,  P.Petrovic, 

M.N.Avdeyev,  U.L.Seqal  və  b.  isə  Azərbaycanın  iqtisadiyyatına  aid  qiymətli  tədqiqatlar  aparmışlar.  Onların  bəziləri 

Azərbaycan  kənd  təsərrufatının  coğrafi  problemlərini,  xususilə  Kur-Araz  ovalığı  və  Abşeron  yarımadasında  kənd 

təsərrufatının  inkişaf  problemlərini  oyrənmişlər.  Bu  tədqiqatların  nəticəsində  Zaqafqaziyanın  (Cənubi  Qafqazın) 

iqtisadiyyatına  aid  yeddi  cildlik  kulliyyat  nəşr  edilmişdir.  İ.L.Seqal  tərəfindən  «Qafqaz  xəbərləri»  toplusunda 

Azərbaycanda pambıqcılığın və ipəkciliyin inkişafına dair məqalələr nəşr edilmişdir.  

XIX  əsrin  axırlarında  Azərbaycanın  ərazisinin  oyrənilməsi  işində  Qori  seminariyasının  muəllimləri  və 

mudavimlərinin  də  xidmətləri  əvəzsizdir.  Qori  seminariyasını  qurtarıb  Azərbaycan  qəzalarında  calışan  muəllimlər 

Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şobəsinin fəal Uzvləri idi. Onlar P.S.Semyonov-Tyan-Şanskinin redaktorluğu 

ilə  hazırlanmış  vahid  proqram  əsasında  calışdıqları  qəzanı  və  qonşu  rayonları  tədqiq  etməyə  başlamışdılar.  Bu 

tədqiqatların  nəticələri  Qafqaz  maarif  dairəsinin  nəşr  etdirdiyi  «Qafqazın  yerləri  və  tayfalarının  təsvirinə  aid 

materiallar» toplusunda cap edilmişdir. 

Bu məqalələrdə qəzaların, yaxud dairələrin umumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrufat həyatı, 

məşğuliyyəti  və  s.  oz  əksini  tapmışdır.  Həmin  toplunun  27-ci  cildində  M.Q.Əfəndiyev  Goycay  qəzasının  Lahıc  nahiyəsi 

haqqında  məlumat  vermişdir.  Nahiyə  cox  dəqiq  oyrənilmiş,  ən  xırda  məsələlər  belə  nəzərdən  qacmamışdır.  Bu  məqalə 

Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin məşğuliyyəti, təsərrufat həyatı, su 

təchizatı,  əkincilik  və  heyvandarlığın  vəziyyəti  işıqlandırılmışdır.  Bu  məlumatların  əksəriyyəti  o dovrun  ən  yeni  statistik 

gostəricilərinə əsaslanmışdır.  

1880-1902-ci  illərdə  bu  topluda  Ağdamın,  Qarabağın  coğrafiyasına  aid  B.İ.İbrahimbəylinin,  Yelizavetpol 

quberniyası  barədə  Y.M.Şahnəzərovun,  Naxcıvan  qəzasının  Nehrəm  nahiyəsi  haqqında  K.İsmayılovun,  Şəki 

qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevin məqalələri cap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa, 

bəzən isə dərin təhlilə əsaslanırdı.  

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Azərbaycanda  coğrafi  fikirlərin  yayılmasında  Peterburq  Universitetinin 

yetirməsi,  mutəfəkkir,  təbiətşunas  və  jurnalist  H.B.Zərdabinin  xususi  rolu  olmuşdur.  H.B.Zərdabinin  yerli  «Kaspi», 

«Bakinskiye  izvestiya»  qəzetlərində  tez-tez  Azərbaycanın  təsərrufatına,  onun  iqtisadiyyatına  aid  maraqlı  məqalələr  dərc 

olunurdu.  Bu  məqalələrin  bəzilərində  Azərbaycanda  sənaye  və  kənd  təsərrufatı  sahələrinin,  o  cumlədən  ipəkciliyin, 

balıqcılığın inkişafına onların duzgun yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli surulmuşdur.  

1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinci» qəzetinin səhifələrində kənd təsərrufatı 

sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi.  

Onun  1912-ci  ildə  Azərbaycan  dilində  yazdığı  «Torpaq,  su  və  hava»  adlı  əsərində  torpaqların  şoranlığına  və 

munbitliyinə  gorə  muəyyənləşdirilməsi,  onlardan  səmərəli  istifadə,  kənd  təsərrufatında  su  və  iqlim  ehtiyatlarından 

duzgun  istifadə  qaydaları  haqqında  dəyərli  məsləhətlər  verilmişdir.  Muəllif  butovlukdə  təbiətşunaslıq  və 

coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindən istifadə yollarını da gostərmişdir.  

1898-ci  ildə  «Novoe  obozrenie»  məcmuəsində  İ.Əlibəyovun  Cənubi  Qafqazda,  xususilə  Azərbaycanda 

nəqliyyatın  və  iqtisadi  əlaqələrin  muasir  vəziyyəti,  onların  yaxşılaşdırılmasına  dair  bir  sıra  məqalələri  dərc 

olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid cox 

qiymətli fikirlər soyləmişlər.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə