Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

sistemləşdirilməsini  vermişdir.  Olkədə  aparılan  toponimika  tədqiqatları  əsasında  muxtəlif  illərdə  izahlı  coğrafi 

luğətlər tərtib və nəşr olunmuşdur (R.M.Yuzbaşov, O.U.Osmanov, B.Ə.Budaqov və b.).  

1960-cı  ildə  Azərbaycan  Coğrafiya  Cəmiyyəti  və  1967-ci  ildə  Azərbaycan  Respublikası  Ali  Soveti  Rəyasət 

Heyətinin nəzdində daimi toponimika komissiyası yaradılmışdır.  

Qafqaz və Şimali Azərbaycanda yayılan turk mənşəli toponimləri qoruyub saxlamaq və hərtərəfli tədqiqini aparmaq, 

xəritələrdə coğrafi adların duzgun yazılmasını təmin etmək məqsədilə 1973-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda 

coğrafi adlar (toponimika) şobəsi yaradılır. 1973-cu ildə Azərbaycan toponimikasının problemlərinə həsr olunmuş I-ci və 

1981-ci  ildə  isə  II-ci  elmi  konfranslar  kecirilir.  I-ci  konfrans  Azərbaycan  toponimlərinin  umumi  məsələlərinə,  ayrı-ayrı 

toponimlərin etimologiyasına, etnonimlərinə, coğrafi adların xəritədə yazılmasına və oroqrafiyasına, toponimlərin regional 

miqyasda tədqiqinə dair məruzələr dinlənilmiş və muzakirə edilmişdir.  

II-ci konfrans respublikamızda toponimika məktəbinin yarandığını və bu məktəbin geniş fəaliyyət gostərdiyini 

qəti  təsdiq  etdi.  Bu  məktəbin  varlığını  həmin  illər  Boyuk  Qafqazın  cənub  yamacı  (E.B.Nuriyev),  Abşeron 

(M.Ə.Abbasov), Dağlıq Şirvan (N.S.Bəndəliyev), Şimali-Şərqi Azərbaycan və Boyuk Qafqazın Cənub-Şərq hissəsi 

(X.H.Məmmədov) və s. regionlara dair aparılan tədqiqatlar təsdiq edirdi.  

Y.Yusifov,  S.Kərimov  «Toponimikanın  əsasları»,  S.Mirmahmudova  «Ermənistanın  oykonimləri»,  N.K. 

Məmmədov «Azərbaycanın yer adları (oronomiya)» dair əhəmiyyətli elmi əsərlər yazmışlar.  

Azərbaycan Respublikası mustəqillik əldə etdikdən sonra (1991-ci il 18 oktyabr) toponimikaya və coğrafiyanın 

tarixinə aid tədqiqatlara diqqət xeyli artırıldı və əvvəlki illərdən fərqli olaraq onun tematikası genişləndirildi.  

B.Ə.Budaqovun  «Turk  uluslarının  yer  yaddaşı»  (Bakı,  1994)  adlı  geniş  həcmli  monoqrafiyası  toponimika  elminin 

inkişafında  muhum  bir  hadisəyə  cevrildi.  Hazırda  o  Qafqazın  digər  regionlarının  toponimikasına  dair  yeni  elmi  əsərlər 

uzərində  işləyir.  Onun  «toponimlər  tarix  elmi  olmadan  koksuz,  dilcilik  elmindən  kənarda  lal,  coğrafiya  elmindən  ayrı 

məkansızdır»

dərin  məzmunlu  kəlamları  bu  elmin  olkəmiz  və  xalqımızın  həyatında  mustəsna  əhəmiyyət  kəsb  etdiyini 



gostərir.  Son  illər  Coğrafiya  İnstitutunda  B.Ə.Budaqovun  rəhbərliyi  altında  Dağlıq  Qarabağın  (A.İsmayılova)  və 

Dağıstanın  toponimlərinə  aid  (X.L.Xanməmmədov)  əhəmiyyətli  elmi-tədqiqat  işləri  başa  catdırılmış  və  dissertasiyalar 

mudafiə edilmişdir.  

Toponimika sahəsində qarşıda duran muhum vəzifələr – mikrotoponimlərin tədqiqini davam etdirmək və geniş 

ərazilərdə yayılan tarixi turk torpaqlarının coğrafi adlarını oyrənmək və luğətlərini tərtib etməkdir.  

Azərbaycanda  coğrafiya  elminin  tarixi  uzrə  də  elmi-tədqiqat  işləri  aparılmış  və  əsərlər  yazılmışdır.  Bunlardan 

O.U.Osmanovun  «Məşhur  səyyah  və  coğrafiyaşunaslar»  (Bakı  1970)  kitabı  ozunun  geniş  məlumatlı  olması  ilə 

səciyyələnir.  Kitabda  muxtəlif  dovrlərdə  yaşamış  ən  gorkəmli  səyyahlar,  coğrafiyaşunaslar  və  tədqiqatcıların  coğrafi 

goruşləri,  kəşfləri  və  səyahətləri  haqqında  qısa  məlumat  verilmişdir.  N.K.Kərimovun  «Qırx  il  səyahətdə»  (Bakı,  1977) 

əsəri əhəmiyyətinə gorə xususilə fərqlənir. Əsər XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Boyuk Azərbaycan 

coğrafiyaşunası və səyyahı Zeynalabdin Şirvaninin Asiya və Afrikaya etdiyi 40 illik səyahətlərdən danışır.  

Azərbaycanda  kecmiş  illərdə  coğrafi  məsələlərlə  məşğul  olmuş  gorkəmli  alimlərimizin  əsərlərinin 

oyrənilməsinin  əhəmiyyəti  boyukdur.  Belə  tədqiqatlar  bizə  olkəmizin  coğrafiyasının  tarixi  haqqında  tam  biliklər 

əldə etməyə imkan verir və bu gunumuzun tələbatına cavab verə bilənlərdən istifadə edirik.  

Artıq bu sahədə tədqiqatlara başlanılmışdır. Həsən bəy Zərdabinin coğrafi fikirlərinin araşdırılması aparılıbdır 

və gələcəkdə də belə movzuların davam etdirilməsi əhəmiyyətli olardı.  

Azərbaycanda  coğrafiya  elminin  son  50  ildə  (1945-1995)  inkişafına,  Coğrafiya  Cəmiyyətinin  yaranmasının  60 

illiyinə (1937-1997) və tədrisin tarixinə dair sanballı təhlillər və umumiləşdirmələr aparılan əsərlər yazılmışdır. 

Belə  tədqiqatların  davam  etdirilməsi  yuksək  səviyyəli  coğrafiyaşunasların  tarixi  hazırlığına  guclu  təkan 

verəcəkdir.  

Coğrafiyaya yaxın olan digər təşkilatlardan Azər baycan EA-nın İqtisadiyyat İnstitutunun Regional şobəsində uzun 

muddətdir  ki,  Azərbaycan  iqtisadi  coğrafiyasına  dair  tədqiqat  işləri  aparılır.  Əvvəlki  illərdə  bu  şobədə  akademik 

A.A.Nadirovun  rəhbərliyi  altında  «Azərbaycan  SSR-nin  yeyinti  sənayesi»,  «Kicik  şəhərlərin  problemləri»,  «Naxcıvan 

MR»  və  bir  sıra  başqa  əsərlər  hazırlanmış,  Azərbaycanda  sənayenin  yerləşdirilməsi  problemlərinə  aid  əsaslı  tədqiqatlar 

aparmışdır.  

Azərbaycan  Respublikası  İslahatlar  Mərkəzi  (kecmiş  Dovlət  Plan  Komitəsinin  İqtisadiyyat  İnstitutu) 

əməkdaşları,  iqtisadi  coğrafi  cəhətdən  xeyli  qiymətli  tədqiqat  aparmaqdadırlar.  Azərbaycan  Respublikası 

İqtisadiyyat Nazirliyi nəzdində olan Regional siyasət, şobəsi yeni iqtisadi inkişaf mərhələsində regionların kompleks 

şəklində fəaliyyət gostərməsi, olkə ərazisində təsərrufatın bərpası və tarazlı inkişafı istiqamətləri uzrə işlər aparır.  

6.5 Kartoqrafiya və aerokosmik tədqiqatlar  

Kartoqrafiya. Azərbaycanda kartoqrafiyanın inkişafında M.Əliyevin, R.Piriyevin və Ş.Əliyevin və b. alimlərin 

boyuk  xidmətləri  olmuşdur.  Professor  M.Əliyev  Azərbaycan  EA  Coğrafiya  İnstitutunda  və  ali  məktəblərdə,  o 

cumlədən  Bakı  Dovlət  Universitetinin  kartoqrafiya  kafedrasında  uzun  muddət  boyuk  yaradıcılıq  işləri  aparmışdır, 

elmi kadrlar hazırlığının əsasını qoymuşdur.  

Kartoqrafiyanın Azərbaycanda inkişafını dord dovrə ayırmaq olar: 1920-ci ilə qədər olan dovr; 2. 1920-1945-ci 

illər; 3. 1945-1990-cı illər; 4. 1990-cı ildən sonrakı dovr. Gostərilən dovrlərdə olkəmizdə topoqrafik, kartoqrafiyanın 

elmi-nəzəri və kadr hazırlığı sahələri inkişaf etdirilmişdir.  

Birinci  dovr  (1920-ci  ilə  qədər)  Şimali  Azərbaycanın  Rusiyanın  tərkibinə  qatılması  ilə  bağlı  onun  ərazisinin 

hərbi topoqrafiya baxımından ciddi oyrənilməsini əhatə edir.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə