Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

Belə  xəritələrdə  Azərbaycan  həmişə  Rusiya  İmperiyasının  ayrılmaz  hissəsi  olan  Zaqafqaziya  bolgəsinin 

tərkibində  gostərilirdi  və  onun  ayrıca  xəritəsi  tərtib  edilmirdi.  1903-cu  ildə  Rusiyanın  məxfi  təşkilatları  tərəfindən 

tərtib  olunmuş  Zaqafqaziya  xəritəsi  bu  regionda  turk  mənşəli  adların  coğrafi  yayılmasını  oyrənmək  baxımından 

boyuk maraq kəsb edir.  

Azərbaycanda kartoqrafiyaya olan tələbatın kəskin surətdə artması ikinci dovrdə (1920-1945) muşahidə olunur. 

Olkədə  yeni  rayonlaşdırmanın  aparılması  ilə  əlaqədar  olaraq,  onun  təbiəti  və  iqtisadiyyatının  əsaslı  surətdə 

oyrənilməsi  və  xəritələşdirilməsi  tələb  olunurdu.  İ.P.Vəkilov  tərəfindən  1925-ci  ildə  Azərbaycan  dilində  ilk  dəfə 

respublikanın on verstlik (1:420 000) təbii-siyasi xəritəsi tərtib olunmuşdur.  

Muğanda  pambıqcılığın  inkişafı,  yeni  suvarma  sistemlərinin  yaradılması  boyuk  miqyaslı  plan  və  xəritələrə 

tələbatı xeyli artırdı. Gostərilən tələbatla əlaqədar olaraq hipsometrik (1931, 1993), siyasi – inzibatı (1938), iqtisadi 

(1938, 1937) və s. xəritələr nəşr olunur.  

Ucuncu  dovrdə  (1945-1990) Azərbaycanın  elmi  kartoqrafiyasının  əsası  qoyulur,  kutləvi  xəritəcilik  məhsulları 

buraxılmağa başlanır və onların ceşidi genişləndirilir. 1965-ci ildə Z.M.Əfəndiyev tərəfindən Azərbaycan ərazisinin 

kartoqrafik  baxımdan  tarixi  xəritələr  (1700-1920-ci  illər)  uzrə  problemləri  oyrənilir,  1973-cu  ildə  Ş.C.Əliyevin 

«Xəzər dənizi tarixi xəritələrdə» adlı monoqrafiyası capdan cıxır.  

Coğrafiyanın muxtəlif istiqamətlərinə aid mukəmməl və yuksək texniki səviyyədə xəritələr tərtib olunur. Belə 

xəritələrin  ən  başlıcaları  aşağıdakılardır:  Azərbaycan  Respublikasının  geomorfologiya  (1956,  1959,  1979), 

geologiya (1954), tektonika (1956, 1972), landşaft (1975), torpaq (1957) və s. gostərmək olar.  

Fiziki coğrafiyaya dair bu və ya digər xəritələrin əksəriyyətinin tərtib olunmasında və muəllifliyində B.Ə.Budaqov, 

M.A.Museyibov,  N.Ş.Şirinov,  B.A.Antonov,  Ə.V.Məmmədov  kimi  təcrubəli  alimlər  və  gənc  nəslin  numayəndələri 

yaxından  iştirak  etmişlər.  1977-ci  ildə  Ə.M.Şıxlinski  tərəfindən  ilk  dəfə  dərin  məzmunlu  «Azərbaycan  Respublikasının 

iqlim  xəritəsi»  tərtib  olunur  (1992-ci  ildə  təkrar  nəşri).  Ə.C.Əyyubov  kənd  təsərrufat  sahəsinin  inkişafı  ucun  boyuk 

əhəmiyyəti olan təbii-iqlim ehtiyatları haqqında zəngin informasiyalı «Azərbaycanın aqroiqlim rayonlaşdırılması xəritəsini 

(1976) buraxır».  

Ucuncu dovrdə həmcinin Azərbaycanın siyasi-inzibatı, sənaye, kənd təsərrufatı (Ə.M.Hacızadə, B.T.Nəzirova), 

əhali (1978, Ş.Q.Dəmirqayayev) və b. xəritələr nəşr edilir. İlk dəfə olaraq bu dovrdə Azərbaycan Respublikasında 

əhalinin məskunlaşması xəritəsi (Ş.Y.Goycaylı, 1985) tərtib və cap edilmişdir.  

Azərbaycanda fiziki coğrafi atlasların yaradılması işləri ilk dəfə 1919-cu ildən başlanmışdır. Ə.M.Şıxlinskinin 

redaktorluğu ilə 14 coxrəngli xəritələrdən ibarət olan atlas cap olunur.  

1963-cu  ildə  respublikanın  xəritəcilik  sahəsində  əlamətdar  bir  hadisə  baş  verir-Coğrafiya  İnstitutu  və  digər 

təşkilatlardan  olan  coğrafiya  alimləri  tərəfindən  117  coxrəngli  xəritələr,  zəngin  qrafik  materialları  və  izahlı 

mətnlərdən  ibarət  olan  «Azərbaycan  SSR-nin  atlası»  (Bakı-Moskva)  nəşr  olunur.  İlk  milli  atlas  hesab  olunan  bu 

qiymətli əsər dunyada və MDB məkanında həm olkəmizin coğrafiya elminin nailiyyətlərini numayiş etdirdi və həm 

də onu tanıtmaqda mustəsna rol oynadı.  

Atlas  aşağıdakı  beş  bolmədən  ibarətdir:  1)  giriş;  2)  təbii  şərait;  3)  iqtisadiyyat;  4)  mədəni  quruculuq;  5) 

tarix.  Gostərilən  sahələr  uzrə  xəritələr  seriyası,  onların  hər  birinin  yığcam  izahatı,  statistik  cədvəlləri,  diaqram 

materialları və s. verilmişdir. Butun bunlar atlasın əyaniliyini artırır, oxunması və istifadəsini asanlaşdırır.  

1975-ci  ildə  Almaniyada  nəşr  olunmuş:  «Azərbaycan  respublikasının  palcıq  vulkanları  atlası»  (Ə.Ə.Əlizadə, 

M.M.Zeynalov), palcıq vulkanlarının kompleks tədqiqi uzrə bu məzmunda dunya geologiya ədəbiyyatına daxil edilən ilk 

əsərlərdən  hesab  edilir.  Akademik  H.Ə.Əliyevin  redaktorluğu  və  boyuk  muəllif  kollektivin  iştirakı  ilə  1979-cu  ildə 

Moskvada  «Azərbaycan  SSR-nin  tədris  və  diyarşunaslıq  atlası»  capdan  cıxmışdır.  Bu  atlasın  51  xəritəsində  olkəmizin 

fiziki, iqtisadi və tarixi coğrafiyası orijinal və əyani şəkildə verilmişdir.  

Guclu  alim  potensialına  və  elmi  tədqiqat  bazasına  əsaslanan  iqlim  və  aqroiqlim  xəritəciliyi  Azərbaycanda  əsl  elmi 

mərkəzə  cevrilmişdir.  Bu  mərkəzin  bunovrəsini  Ə.Ə.Mədətzadə,  Ə.M.Şıxlinski,  Ə.C.Əyyubov  kimi  gorkəmli  alimlər 

qoymuşdur. Ə.M.Şıxlinskinin redaktorluğu ilə hazırlanmış «Azərbaycan SSR-nin istilik balansı atlası» (Bakı, 1978) boyuk 

elmi  və  təsərrufat  əhəmiyyətinə  malik  idi.  Atlasda  hər  biri  izahlı  mətnlə  muşaiyət  olunan  51  iqlim  xəritəsi  izoxətlər  ilə 

tərtib olunmuşdur.  

Azərbaycan Respublikasının mustəqillik əldə etdikdən sonra başlanan  yeni dovru (1991-ci ildən sonra) kartoqrafiya 

sənayesinin  inkişafına,  onun  məhsullarının  ceşidinə  tələbatı  kəskin  surətdə  artırdı.  Azərbaycan  Dovlət  Geodeziya  və 

Kartoqrafiya  Komitəsi  mustəqil  fəaliyyət  gostərməyə  başladı.  Onun  nəzdindəki  kartoqrafiya  fabriki  olkənin  artan 

tələbatını  odəmək  ucun  xəritə  məhsulları  istehsalını  bərpa  etdi.  Komitə  həmcinin  1972-ci  ildən  BDU-nun  coğrafiya 

fakultəsində kartoqrafiya ixtisası uzrə kadr hazırlığına diqqəti artırdı.  

Kartoqrafiyaya  dair  tədqiqat  işləri  davam  etdirilmişdir,  bir  sıra  əsərlər  yazılmışdır.  Xəritələrin  tərtibinin  elmi-

metodoloji  prinsiplərinin  hazırlanmasında,  morfometrik  xəritələrin  tərtibində  R.X.Piriyevin  boyuk  xidmətləri  olmuşdur. 

Onun  «Kartoqrafiya»  (Bakı,  1964,  1975)  dərsliyi,  «Relyefin  morfometrik  təhlili»  (Bakı,  1986)  monoqrafiyası, 

«Geodeziyanın əsasları və topoqrafiya» (Bakı, 1994) tədris kitabı və b. kartoqrafiyanın inkişafına guclu təkan vermişdir.  

1990-1993-cu  illərdə  Azərbaycan  Respublikası,  Yuxarı  Qarabağ  və  Abşeronun  yeniləşdirilmiş  umumi  coğrafi 

xəritələri  nəşr olunur. Orta  məktəblər ucun Şimali  və  Cənubi Amerikanın,  Afrikanın,  Avrasiyanın  fiziki  və  siyasi-

inzibati xəritələri kiril və latın əlifbaları ilə cap edilir.  

Sosial-iqtisadi və inzibatı ərazi bolgusu xəritələrinə tələbat artdığından Azərbaycanın orta və kicik miqyaslarda 

yeni  inzibatı-ərazi  bolgusu  xəritələri  (1993,  1994),  statistik  məlumatları  təzələməklə  kənd  təsərrufatı,  sənaye 

(B.T.Nəzirova), əhali (Ş.Q.Dəmirqayayev, E.K.Mirəliyev) xəritələri təkrar nəşr olunur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə