Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

aerokosmik  materiallar  əsasında  Abşeron  yarımadasının  ekoloji,  topoqrafik  xəritələrinin  tərtibi  və  təhlili  uzərində  elmi-

tədqiqat işləri aparılmağa başlanmışdır. (Ə.T.Talıbov 1999).  

Beləliklə,  gorunduyu  kimi  aerokosmik  metodlar  Azərbaycanın  təbii,  ekoloji  və  təsərrufat-ərazi-məskunlaşma-

kommunikasiya sistemlərinin oyrənilməsi istiqamətlərini daha da genişləndirməyə imkan verəcəkdir.  



6.6. Ətraf muhitin muhafizəsi  

Azərbaycanın  coğrafiya  tarixində  ətraf  muhitin  muhafizəsi  inkişaf  etməkdə  olan  yeni  və  əhəmiyyətli  elm 

sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir., ona gorə də «Ətraf muhitin muhafizəsi və təbii ehtiyatlarda 

istifadə», «Ekoloji coğrafiya» və başqa adlar işlədilir. Muxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması, 

elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır.  

Ətraf  muhitin  muhafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  elm  sahəsinin  mahiyyətini  təbiət-insan-təsərrufat 

ucluyunun arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar qurulmalıdır ki, 

onun  təbiəti  və  ehtiyatları  xalqımızın  həm  indiki  və  həm  də  gələcək  nəsillərinin  maddi  və  mənəvi  tələbatını  tam 

odəyə  bilsin.  Ona  gorə  də  Azərbaycan  təbiətinin  muhafizəsi,  bərpası  və  səmərəli  istifadə  olunmasının  oyrənilməsi 

sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir. 

Belə  ki,  gostərilən  sahənin  coğrafi  aspektlərinin  ciddi  tədqiq  olunmasına  boyuk  ehtiyac  duyulur.  Bu  tələbat  ondan 

irəli  gəlir  ki,  uzun  illərdən  bəri  respublikamızın  yeraltı  və  yerustu  sərvətləri  intensiv  istismar  olunduğu  halda,  kecmiş 

sosialist  planlı  təsərrufatcılıq  şəraitində,  onun  qorunmasına  və  geniş  bərpasına  zəif  diqqət  yetirilirdi.  Bu  boşluğun 

doldurulmasında,  problemin  elmi  əsaslarla  oyrənilməsində  1969-cu  ildə  Azərbaycan  EA  Coğrafiya  İnstitutunda, 

təbiətimizin  qorunmasında  boyuk  xidmətləri  olan  akademik  H.Ə.Əliyevin  təşəbbusu  ilə  «Təbiəti  muhafizə  şobəsi»nin 

yaradılması muhum rol oynamışdır.  

Olkədə ətraf muhitin muhafizəsi ilə bağlı aşağıdakı istiqamətlərdə geniş elmi-tədqiqat işləri aparılmışdır: dağ-mədən 

rayonlarında  pozulmuş  torpaqların  rekultivasiyası,  qırılan  və  quruyan  meşə  sahələrinin  bərpası;  meşə  ziyanvericilərinə 

qarşı  mubarizə  usulları;  sənaye,  nəqliyyat  və  kənd  təsərrufatı  sahələrinin  cirkləndirdikləri  torpaqların  və  atmosferin 

qorunması;  su  hovzələri  və  su  anbarlarının  muhafizəsi  və  s..  Aparılan  bu  tədqiqatlar  əsasında  1976-1980-ci  illərdə 

Azərbaycanın meşə təsərrufatının inkişafının baş sxemi və başqa layihələr hazırlanmışdır.  

Meşələrin bərpası işlərində yerli ağac novlərindən geniş istifadə olunmasının ustunlukləri muəyyən edilmişdir. Qarayazıdan 

başlamış  Xəzər  dənizinədək  uzanan  Kurqırağı  tuqay  meşələrinin  muhafizəsi  və  bərpasının  ətraflı  oyrənilməsi  (H.Ə.Əliyev, 

M.Y.Xəlilov,  1976)  həyata  kecirilmişdir.  Meşəcilik  sahəsində  əldə  olunan  elmi  tədqiqatların  və  aparılan  təcrubələrin 

nəticələrindən  Qarayazı,  İsmayıllı  və  Hirkan  (Lənkəran)  dovlət  qoruqlarının  bərpası  və  inkişafında  geniş  istifadə  edilmişdir. 

Meşə  ortuyunun  zərərverici  həşəratlardan  qorunması  uzrə  bioloji usullar hazırlanmışdır.  (Ə.R.Əliyev,  1968).  Azərbaycanın  ilk 

dəfə  olaraq  meşə  xəritəsi  tərtib  olunmuşdur  (N.Axundov,  1986).  H.Ə.Əliyev  və  M.E.Salayevin  rəhbərliyi  altında  Azərbaycan 

torpaqları,  xususilə  meşə  torpaqları,  onların  muhafizəsi  və  s.  coğrafiyası  ətraflı  surətdə  oyrənilmişdir.  H.Ə.Əliyevin  «Boyuk 

Qafqazın  şimal-şərq  hissəsinin  meşə  və  meşə-bozqır  torpaqları»  (1964),  «Qəhvəyi  meşə  torpaqları»  (1965),  M.E.Salayevin 

«Kicik Qafqazın torpaqları» (1966), «Azərbaycan torpaqlarının diaqnostikası və təsnifləşdirilməsi» (1991) monoqrafiyaları və b. 

cap edilmişdir.  

Azərbaycan  torpaqlarında  baş  verən  eroziya  prosesləri,  xətti  eroziya  və  onları  yaradan  təbii-antropogen  amillər, 

mubarizə  tədbirləri  umumi  və  regional  miqyasda  ətraflı  tədqiq  edilmiş,  zəngin  elmi  ədəbiyyat  və  xəritələr  yaradılmışdır 

(K.Ə.Ələkbərov,  F.Ə.Hacıyev,  Ə.M.Rustəmov  və  b.).  Daşkəsən  və  Gədəbəy  bolgələrində  dağ-mədən  tullantılarının 

aqrokimyəvi  xususiyyətləri  və  mikroelementlərinin  mexaniki  tərkibi  oyrənilmişdir.  (K.R.Məmmədov,  1988).  Muəyyən 

edilmişdir ki, bu rayonlarda torpaqların rekultivasiyasını aparmaqdan qabaq, onları əhənglə qarışdırmaq lazımdır. Yalnız 

belə halda rekultivasiya olunmuş torpaqlarda bitki əmələ gəlir.  

Mis mədənlərinin bərk tullantılarından və sularından mikrogubrə kimi uzum bağlarında istifadə edilməsi, onun 

məhsuldarlığını yuksəldir və yarpaqlarında əmələ gələn gobələk xəstəliklərini tamamilə yox edir.  

1972-ci ildən başlayaraq Azərbaycanın 30-dan cox bolgəsində torpaq və şum qatlarında radioaktiv elementlərin 

paylanma  xəritə  sxemi  tərtib  olunmuşdur  ki,  bunların  da  əhalinin  sağlamlığının  qorunması  baxımından  boyuk 

əhəmiyyəti vardır. (A.H.Niyazov, 1985,1988).  

Ermənistan  Respublikasının  qonşuluğumuzda  yerləşən  Qafan,  Qacaran,  Aqarak,  Dəstəkert  mis-molibden 

kombinatlarından Oxcucaya və Araza axıdılan cirkli suları bu regionun ətraf muhitinə və kənd təsərrufatı bitkilərinin 

ekologiyasına mənfi təsir gostərir.  

Həmin  sularla  suvarılan  torpaqlarda  ağır  metalların  həcmi  həddən  artıq  olmuşdur  (İ.Ə.Quliyev,  1990).  Xəzər 

dənizinin  ekoloji  şəraitinin  gərgin  vəziyyəti  nəzərə  alınaraq,  onun  oyrənilməsinin  və  muhafizəsinin  təşkili  həm 

respublikamızın və həm də həmsərhəd olkələrin daim diqqət mərkəzində durmalıdır. Bakı arxipelaqının dibində neft və 

digər cirkləndirici maddələrin paylanması təsnifatı verilmişdir (Ə.Q.Gul, 1993), Azərbaycan sahil zonasına axıdılan cirkab 

sularının miqdarı və tərkibi oyrənilmişdir (N.M.Ağalarova, 1992).  

Alimlərimiz  butovlukdə  Xəzər  akvatoriyasında  cirklənmənin  tərkibi,  Azərbaycan  sahillərində  isə  yayılmasının 

kəmiyyət  və  keyfiyyət  tərkibini  oyrənmiş  və  onların  ilkin  xəritələrini  tərtib  etmişlər.  Xəzər  dənizinin  ekoloji  muhitinin 

qorunmasına  həsr  edilən  fundamental  əsərlərdən  biri  də  A.Q.Kasumov  «Xəzər  golunun  ekologiyası»,  (Bakı,  1994,  rus 

dilində)  monoqrafiyasıdır.  Burada  Xəzərin  butovlukdə  cirklənməsi,  bioloji  muhiti  və  onun  qorunması  haqqında  ətraflı 

biliklər verilir. Hazırda Xəzər ucun ən vacib problem onun sektorlara bolunməsini başa catdırmaq, onun muhafizəsini isə 

butun sahil olkələrilə birgə həyata kecirməkdir.  

Hazırda Xəzərin neft-qaz ehtiyatlarından geniş istifadə edilməsi ilə əlaqədar olaraq, onun muhafizəsinin beynəlxalq 

standartlar  səviyyəsində  təşkil  edilməsi  bu  olkələrin  diqqət  mərkəzində  durmalıdır.  Şəhərlərin  sənaye  muəssisələrinin 

muxtəlif tullantılarla atmosferi və ətraf ərazilərin cirkləndirilməsi məsələləri Gəncə şəhəri timsalında ətraflı oyrənilmişdir 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə