xeyli dərinləşdirdi. Burada tədqiqat aparan 12 olkə arasında əldə olunan razılığa əsasən Antarktida hərbi xarakterli
hər hansı bir tədbirin həyata kecirilməsi qadağan olunur, butun olkələr materik haqqında topladıqları məlumatları
bir-birilə mubadilə edirlər.
5.3 MDB məkanında muasir coğrafiyanın inkişafının ikinci mərhələsi (1945-1980- ci illər)
İkinci Dunya muharibəsindən sonra olkə coğrafiyacıları qarşısında dağıdılmış rayonların xalq təsərrufatının bərpası və
inkişafını təmin edən təbii ehtiyatların və təbii şəraitin dərindən oyrənilməsi, onların mənimsənilməsi yolları, ərazi istehsal
komplekslərinin (ƏİK) tədqiqi problemləri dururdu. Bu dovrdə ərazi planlaşdırılması, əhali məskunlaşdırılması, şəhər və
kəndlərin yenidən qurulması kimi coğrafi tədqiqat sahələrinə daha cox fikir verilirdi. Olkənin təbii rayonlaşdırılmasının
dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və keyfiyyət gostəricilərinin geokimyəvi, geofiziki və
riyazi usullarla oyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən
muhəndis coğrafiyası kimi yeni sahə yarandı. Qar ortuyu, buzlaqlar, yağmurlar, sel, eroziya kimi təbii fəlakətləri torədən
hadisələrin mənşəyi tədqiq edilərək bu bəlalara qarşı mubarizə yolları axtarılmağa başlandı.
Sovet elmi okeanların və dəniz dibinin morfologiyasını, okeanların təbii prosesləri və iqtisadi potensialının
oyrənilməsi işində xeyli muvəffəqiyyətlər əldə edildi. Olkədə təbii coğrafi problemləri insan ekologiyası ilə əlaqəli
surətdə həll edilirdi. Butun bunları əks etdirən tematik xəritələr tərtib olunurdu.
Dunya və SSRİ-nin fiziki və iqtisadi coğrafiyasının spesifik xususiyyətlərini əks etdirən boyuk atlaslar nəşr
edilirdi. Riyazi metodlar, modelləşdirmə, elektron hesablama maşınlarından geniş istifadə, aerofotoşəkillərdən,
Yerin kosmik gəmilərdən aparılan muşahidələrindən və kosmik şəkillərdən istifadə olunması coğrafi tədqiqatlarda
geniş vusət aldı.
Olkənin coğrafiya elmi qabaqcıl elmlər sırasında surətlə inkişaf edir, beynəlxalq coğrafi konqreslərdə yuksək nufuz
qazanırdı. Bu elm sahəsində aparılan işlərin nəticələri kecmiş SSRİ-nin coğrafiya cəmiyyətinin qurultaylarında, muttəfiq
respublikaların coğrafiya cəmiyyətlərinin iclaslarında, elmi muşavirələrdə və seminarlarda muzakirə olunurdu. Məsələn,
«Antropogen dəyişikliklərin elmi proqnozları və ətraf muhitin qorunması», «Regional inkişafın elmi əsasları»,
«Urbanizasiyanın coğrafi əsasları və şəhərlərin coğrafiyası», «Muasir elmi-texniki tərəqqi dovrundə coğrafiya elminin
vəzifələri», «Ərazi istehsal kompleksinin modelləşdirilməsi» və s. kimi movzuların muzakirələri kecirilmişdir.
Son zamanlar coğrafiya praktiki əhəmiyyətli məsələlərin həllinə daha cox diqqət yetirir. Bu elm ərazi
baxımından təsərrufatın təşkili, əhalinin məskunlaşması, təbii ehtiyatlar potensialının təyini, muxtəlif ekoloji
problemlərin həlli kimi məsələləri yeni metodlarla daha dərindən tədqiq edir. Getdikcə daha cox qlobal coğrafi
problemlərin həllinə, okeanların, atmosferin, biosferin, ekologiyanın oyrənilməsinə diqqət artırılır.
Kecmiş SSRİ məkanında puxtələşmiş, dunya miqyasında tanınmış boyuk nəzəri və praktiki əhəmiyyəti olan
coğrafiya məktəbləri yaranmışdır. Sankt-Peterburq və Moskva Fiziki coğrafiya məktəblərin əsas elmi istiqaməti
landşaftların tədqiqinə yonəltmiş və coğrafi muhitin, təbii unsurlərin qarşılıqlı əlaqələrindən yaranmış kompleksləri (təbii
kompleksləri) və onların istehsala, insan həyatına necə təsir etməsini qiymətləndirmək ucun elmi əsaslar hazırlamışdır.
Fiziki coğrafiya landşaft metodu vasitəsilə təbiətin muxtəlif tərəflərini, elementlərini, hadisə və proseslərini
tədqiq edərək, təbii komponentlərin qarşılıqlı əlaqələrini, muasir coğrafi prosesləri tarixi inkişafda oyrənir. L.S.Berq
və A.A.Borzov landşaftları oyrənərkən adda-buddalığı (diskretliyi), fasiləsizliyi və komponentliyi bir-birilə
əlaqələndirərək tədqiqat kompleksi yaratmış, landşaftları, onların komponentlərini tarixi və coğrafi qanunların
zəminində oyrənməyi təklif etmişlər.
L.S.Berq ozunun qiymətli əsərlərində landşaftşunaslığın və fiziki coğrafiyanın muhum problemlərini həll
etmişdir.
A.A.Borzov oz əsərlərində təbiətdə, xususilə insaniləşən təbiətdə baş verən dəyişmə proseslərinə cox boyuk fikir
vermişdir. O, yaradıcılığında fiziki coğrafiyanın nəzəri məsələlərinin dialektik həllinə boyuk səy gostərmiş, təbiətdən
səmərəli istifadə olunmasını, onun gələcək nəsillər ucun muhafizəsini tovsiyə etmişdir. Fiziki coğrafiya ilə iqtisadi
coğrafiyanı sıx əlaqələndirməyi, elmdə geniş sintez aparmağı, coğrafi hadisələrin və obyektlərin proqnozlarını verməyi
lazım bilən alim, coğrafiya nəzəriyyəsinə əməli coğrafiyanı və xəritəşunaslığı da bağlamağı zəruri hesab edirdi.
Bu iki alimin təsiri ilə fiziki coğrafiya elmi xeyli inkişaf etmiş, şaxələnmiş, onlarla yeni sahələri əmələ gəlmişdir
(geomorfologiya, iqlimşunaslıq, hidrologiya, qlasiologiya, biocoğrafiya və s.). Bu sahələrin muhum xususiyyətləri
insanların təsərrufat fəaliyyətinə musbət təsir edən tədqiqatlara ustunluk verilməsidir. Hazırda fiziki coğrafiya sahəsində
fəaliyyət gostərən alimlər calışırlar ki, yeni metodlarla, kəmiyyət və keyfiyyət gostəriciləri ilə təbii muhitə antropogen
təsirləri qiymətləndirməklə fiziki coğrafiya elmində ekolojiləşdirmə prosesini quvvətləndirsinlər. L.S.Berq, A.A.Brozov
həm də yaxşı geomorfoloq idi.
Sovet geomorfologiyasının inkişafında Y.S.Edlşteyn, İ.S.Şukin, İ.P.Gerasimov, K.K.Markov və başqaları
boyuk rol oynamışdır.
Son zamanlar fiziki coğrafiyada B.B.Polınovun rəhbərlik etdiyi geokimya istiqaməti bu elmin tərəqqisində
boyuk əhəmiyyət kəsb etmişdir. Bu istiqamət landşaftşunaslığın nəzəri əsaslarını xeyli mohkəmləndirmişdir.
Geomorfoloqlar litosferdə maddələrin hərəkət qanunauyğunluğu, litosferin səth quruluşu, relyefin ərazi
formaları və onların dinamikası və s. kimi problemlər uzrə boyuk elmi-tədqiqat işləri aparmışlar.
Geokimyəvi, bioloji resursşunaslıq (L.N.İlin), ekzogen proseslərin oyrənilməsi kimi yeni istiqamətlər
genişlənməkdədir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hazırda coğrafiyanın bu və digər sahələrində də tədqiqatlar yeni
dəqiq metodlara (o cumlədən kosmik, muxtəlif riyazi metodlar) yiyələnməklə, zəngin informasiya bazasına malik olmaqla
aparılır. Bu, muasir iqlimşunaslıq tədqiqatlarında daha yaxşı hiss edilir. İqlimşunaslıq xalq təsərrufatı ucun əhəmiyyətli
olan qar və buzların mənşəyi və ehtiyatı məsələlərini, daimi donuşluğun atmosfer və okeanlarla əlaqəsini diqqətlə oyrənir.
İqlimindən və meteoroloji şəraitdən asılı olaraq buzlaqların dəyişməsi, dəniz buzlarının, qar ortuyunun təkamulu və s. kimi
məsələlər həll edilir. Muasir iqlimşunaslıqda korrelyasiya metodundan istifadə edərək, qədim iqlim şəraitinin bərpa
edilməsinin mumkunluyu problemləri oyrənilir.