Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə46/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

 
147 
Müstəsna  hallarda  sultan  öz  qərarlardan  imtina  etmişdir. 
Lakin, bu cür imtina əsasən vəzirin və yaxud yüksək dövlət adamla-
rının xahişi, çoxlu qiymətli hədiyyələr müqabilində baş verirdi. 
Sultan  səltənət  (mülk),  tikinti  işləri  (imarət),  savaş  (müharibə, 
hərb), işğal (fəth), idarə (siyasət), ehsan, ordu və s. məsələlərdə vəzir 
və əyanları ilə məsləhətləşir və qərarlar verirdi. Bəzən heç kimlə (və-
zirə, yaşlı adamlara) məsləhət etmədən ani qərarların qəbuluna da rast 
gəlinir. Ancaq bu cür qərarlar hər hansısa dövlət məmurunun, vassal 
hökmdarların həyatı bahasına, bəzən də torpaq itkisinə başa gəlirdi. 
Sultanlar  verdiyi  əmrləri  və  qərarları  vəziyyətə  uyğun  olaraq 
dəyişdirə bilirdilər. Hökmdar törə və qanuna zidd olmamaq şərti ilə 
hər cəhətdən mütləq hakim idi. 
Hökmdarlıq  irsi  olub  vəliəhdlik  qanunlarına  əsaslanırdı. 
Vəliəhdlik sistemi qədimdən bəri atadan oğula, oğul kiçik idisə qar-
daşa keçmək surəti ilə mövcud idi. Burada qədim türk təfəkkürünə 
görə «dövlət və ölkə onu idarə edən hökmdar sülaləsinin ortaq ma-
lıdır»  anlayışı  əsas  götürülürdü.  Ancaq  vəliəhdlik  institutunun  ol-
ması  türk  dövlətlərində  hakimiyyət  uğrunda  ciddi  mübarizəyə  və 
hakimiyyət  çəkişməsinə  şərait  yaratmış,  dövləti  zəiflədən  ünsürlər-
dən birinə çevrilmişdir. 
Səlcuqlarda vəliəhdlik sistemi özünü doğrultmamış, hətta Sul-
tan Toğrul və Alp Arslandan başqa heç kim vəliəhd belə təyin etmə-
dən  hakimiyyətdən  getmişlər.  Vəliəhdlərin  təyin  edilməsi  yalnız 
sözlə olmuş və çox vaxt vəliəhdin güclü ətrafı olmadığı halda haki-
miyyəti ələ keçirə bilməmişdir. 
Vəliəhd seçiminin  çatışmazlıqları olmuşdur. Hökmdar müəy-
yən  təsirlərə  məruz  qalaraq  real  şəraiti,  şəhzadələrin  güclərini,  ha-
kimiyyətə layiq olub olmamalarını  araşdırmadan vəzirin, yaxud da 
xatunun təsiri ilə vəliəhd təyin etmişdir. Nümunələrə nəzər salaq. 
Toğrul bəy qardaşı Çağrı bəyin oğullarından yaşca kiçik olan 
Süleymanı vəliəhd təyin etmişdi. Lakin nəticədə Çağrı bəyin digər 
oğlu Alp Arslan Səlcuqlu taxtını ələ keçirdi. Sultan Alp Arslan bö-
yük oğlu  olmamasına  rəğmən Məlik şahı  böyük  bir mərasimlə və-
liəhd  elan  etmiş  və  adına  xütbə  oxunmasını  əmr  etmişdir  (1066). 


 
148 
Məlik  şah  isə  əvvəlcə  Türkan  xatundan  olan  oğlu  Əhmədi  vəliəhd 
seçmiş (1087), lakin Əhməd bir il sonra Mərvdə öldüyündən vəliəh-
dlik  uğrunda  çəkişmə  başlanmışdır.  İki  vəliəhd-vəzir  Nizamülmül-
kün müdafiə etdiyi Sultanın böyük oğlu Borküyarıq və Türkan xatu-
nun oğlu Mahmud arasında hakimiyyət uğrunda mübarizə qızışmış, 
çəkişmələr əvvəlcə vəzirin, sonra da Məlik şahın ölümünə səbəb ol-
muşdu. 
Göründüyü kimi, hakimyyətin irsi keçməsi, vəliəhd təyini hə-
mişə özünü doğrultmamışdır. 
Böyük  Səlcuq  imperatorlu- 
ğunda mərkəzləşmiş idarəetmə siste-
mi hakim idi.   
Dövlətin ilk mərkəzi NiĢapur
sonra  Rey,  Ġsfahan  və  Məlik  şahın 
hakimiyyəti  dövründə  Mərv  olmuş-
dur.  Ölkə  bir  çox  əyalətlərə  və  ya 
vilayətlərə ayrılmışdı. 
İmperatorluğun  hansı  əyalətələrə  bölündüyünü,  neçəsinin 
mərkəzdən idarə edildiyini, neçəsinin vassal dövlət başçıları tərəfin-
dən idarə olunduğu haqqında məlumat olmasa da, həmin əyalətlərin 
qəzalara bölündüyü məlumdur. Dövlət təşkilatının əsas hissəsini hö-
kumət təĢkilatı təşkil edirdi.  
Hökumət  təşkilatı  dövlətin  idarə  edilməsində  xüsusi  yer 
tuturdu.  Burada  mərkəzi  təşkilat  müasir  dövrümüzdə  nazirliklərin 
vəzifəsini icra edən  divanlar  adlanırdı. Səlcuq mərkəzi  təşkilatında 
Böyük  Divan  (Divani  sultani),  Divani  Ġstifa  (Müstəvfi  divanı), 
Tuğra  və  ya  ĠnĢa  divanı,  MüĢrif  divanı,  Divani  Ərz  və  Divani 
Məzalim və s. divanlar olmuşdur. 
Divanlardan  ən  böyüyü  Böyük  Divan  və  ya  Divani-Sultani 
adlanırdı.  Böyük  Divanın  rəhbəri  hökmdar,  sonra  ikinci  böyük 
Ģəxs Vəzir idi. 
Hər  divana  «Sahibi  Divan»  ləqəbi  daşıyan  «nazir»  rəhbərlik 
edirdi.  Böyük  Divanın  rəhbəri  indiki  Baş  nazir  vəzifəsinə  bərabər 
tutulan Vəzir idi. İlk Səlcuqlu divan təşkilatı 1036-cı ildə Toğrul bə-
Hökumət təĢkilatları. 
Ali Divan və sahə 
hökumət təĢkilatları 


 
149 
yin başçılığı altında Nişapurda toplanmışdı. Toğrul bəy həftədə iki 
dəfə Böyük Divanı toplayardı. Böyük Divan Sultanın və  ya vəzirin 
başçılığı altında divan rəislərinin iştirakı ilə toplanardı. Böyük  Di-
vana tuğrai, müşrif, müstəvfi və arizül-ceyş divanları daxil idi. 
Alp Arslan dövründə Böyük Divanda  əmrlər verilir, maliyyə 
işlərinə baxılırdı. 
Hökmdardan sonra ən böyük vəzifə sahibi vəzirlər idi. Və-zir-
lər Səlcuqlu hökmdarları üzərində çox böyük təsirə sahib olmuşlar. 
Vəzirlər Sultandan tez-tez əmr və təlimatlar alırdılar. 
Böyük Səlcuq dövlətinin 120 illik tarixində təxminən 23 vəzir 
məlumdur. Vəzirlərinin 16 nəfəri İran1 nəfəri türk1 nəfəri fəllah 
mənşəli olmuşdur. 5 nəfərin  mənşəyi məlum deyil. 
İlk Səlcuqlu vəziri Salar Türkan (Buzkan) 7 il (1038-45) və-
zirlik  etmiş,  onun  ölümündən  sonra  İranlı  vəzirlər  bu  vəzifədə  bir-
birini əvəz etmişlər. Vəzirlər arasında ən məşhuru və ən uzun müd-
dət hakimiyyətdə olanı Nizamülmülk olmuşdur. 
Vəzirlərin qanunverici səlahiyyətlərindən başqa icraedici səla-
hiyyətləri olmuşdur. Onlar istədiyi şəxsləri müxtəlif vəzifələrə təyin 
edir, onların işini ciddi nəzarətdə saxlayır, dövlət idarələrini, məmur 
və işçiləri yoxlayırdı. 
Vəzirlərin  maliyyə  səlahiyyətləri  vardı.  Onlar  dövlət  büdcə-
sini  tənzimləyir,  maliyyə  təftişi  aparır,  maaş  və  ya  təqaüdlər  verir, 
onların ödəmə fomasını və miqdarını müəyyənləşdirirdi. 
Vəzir  təkcə  imperatorluğun  ölkələrinə  aid  məsələlərdə  deyil, 
həm də vassal dövlətlərə aid məsələlərə nüfuz edirdilər. Vəzir vas-
sal  hökmdarların  imperatorluq  xəzinəsinə  ödəyəcəyi  illik  verginin 
miqdarını  təyin  edir,  vassal  hökmdarların  öz  paytaxtlarında  tabelik 
şərtlərini yerinə yetirmələrini nəzarətdə saxlayırdı. Onların itaətləri-
ni bildirmək üçün müəyyən vaxtlarda sultan sarayına gəlməsini, la-
zım olduqda əmrindəki əsgərlərlə imperatorluq ordusuna qatılması-
nı təmin etmək  vəzirin vəzifəsinə daxil idi. 
Vəzirlər  iqtanın  paylanmasında  böyük  səlahiyyətlərə  malik 
idilər.  O,  sultanın  iqtalarını  artırmaq  üçün  digər  iqta  sahiblərini  öz 
ərazilərindən  əl  çəkməyə  məcbur  edirdi.  Sultan  öldükdən  sonra 


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə