151
danışır.Altay dili fundamental şəkildə əsasən Böyük Oktyabr
sosialist inqilablarından sonra öyrənilməyə başlanmışdır.Bu dil
ən çox Qırğız dilinə yaxındır.Hazırda Altay dilinin əlifbası rus
qrafikası əsasındadır.
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan,
Tacikistan respublikalarında, habelə ölkəmizin bir sıra diyar və
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra latın, 1940-cı ildən isə kiril qrafikası əsasında meydana çıx-
mışdır.
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda, habelə Bolqarıstan və Ruminiyada yaşayan qaqauzların
dilidir.Bu dil, əsasən,XIX əsrin ikinci yarısından etibarən
öyrənilməyə başlanmışdır. XIX əsrdən Rusiyada yaşayan qa-
qauzların yazılı dili rus qrafikasında aparılır.
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda və Əfqanıstanda yaşayan qazaxların milli dilidir.Bu
dildə 6 milyondan çox əhali danışır.Qazax dilinin öyrənilmə
tarixi M.Qaşqarlının ―Divani-lüğətit-türk‖ əsərindən başlan-
mışdır.Qazax dilinin əlifbası əvvəlcə ərəb, 1929-cu ildən latın,
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır.
6.Qaraqalpaq dili. Özbəkistanda, Xarəzmdə, Fərqanə vila-
yətlərində, Astraxan vilayətində, habelə Əfqanıstanda yaşayan qa-
raqalpaqların dilidir.Qaraqalpaq dilinin tədqiqi əsasən sovet haki-
miyyəti illərindən aparılmağa başlanmışdır.1969-cu ildəki si-
yahyalmanın məlumatına görə onların miqdarı 390 min nəfər-
dir.Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı ilədək
latın, 1940-cı ildən sonra isə rus qrafikası əsasında yaradılmışdır.
7.Qaraçay-Balkar dili. Bu dil iki etnik qrupu birləşdirir:
qaracay və balkarlar.Qaraçaylar, əsasən, Qaraçay-Çərkəz Muxtar
vilayətində, Balkarlar isə Kabardada yaşayırlar.Qaraçay və
152
balkarların bir hissəsi isə Qırğızıstan, Qazaxıstan və Öz-
bəkistanda yaşayır.Onların miqdarı 200 min nəfərdən
çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq
olunmağa başlamışdır.Bu dilin əlifbası rus qrafikası əsasında
yaradılmışdır.
8.Qırğız dili. Əsasən, Qırğızıstanda, daha sonra Özbəkis-
tanda, Tacikistanda, Qazaxıstanda, habelə Çində, Monqolus-
tanda, Əfqanıstan və Pakistanda yaşayan 2 milyondan çox əha-
linin dilidir.Qırğız dili fonetik və leksik xüsusiyyətlərinə görə
Altay dilinə daha yaxındır.Müasir qırğız ədəbi dilinin formalaş-
ması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb,
sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni
əlifbadan istifadə olunur.
9.Qumuq dili. Dağıstanda yaşayan qumuqların dilidir.Bu
dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-
nışır.Hal-hazırda bu dildən 250 minə qədər adam istifadə
edir.Qumuq dilinin sistemli və elmi şəkildə tədqiqi
H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili
də ərəb qrafikası bazası əsasında Böyük Oktyabr sosialist
inqilabından sonra yaranmış, sonra latın qrafikasına, 1939-cu
ildən rus qrafikasına keçilmişdir.
10.Yakut
dili.
Yakutda yaşayan yakutların dövlət
dilidir.Yakutlar eyni zamanda Krasnoyarsk diyarının Taymır və
Evenki milli dairələrində, habelə Maqadan, Saxalin və Amur
vilayətlərində də yaşayırlar.Bu dildə danışanların ümumi sayı
hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX
əsrin ikinci yarısından başlanılmışdır.1922-24-cü illərdə yakut
dilinin əlifbası beynəlxalq transkripsiyaya əsaslanmış, 1924-39-
cu illərdə yazıda latın əlifbasına keçilmiş, 1939-cu ildən rus
qrafikası əsasında yaranmış əlifbadan istifadə olunur.Müasir
yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət
göstərir.Hal-hazırda bu dildə elmi, ictimai-siyasi və bədii
153
ədəbiyyat, qəzet və jurnal nəşr olunur.
11.Karaim dili. Litvada, Ukraynada, Moskva, Rostov və s.
şəhərlərdə dağınıq halda yaşayan karaimlərə məxsusdur.Karaim-
lərin bir hissəsi də Polşada yaşayır.Karaimlərin hal-hazırda
xüsusi əlifbası yoxdur.Ona görə də onlar hazırda Litva və rus
ədəbi dillərindən istifadə edir, bu dillərin əlifbasında yazıb
yaradırlar.Karaim dili isə danışıq dili kimi yaşamaqdadır.
12.Noqay dili. Stavropol diyarında və Qaraçay-Çərkəz vila-
yətində, Həştərxan vilayətində, Krasnodar vilayətində və Dağıs-
tanda yaşayan noqayların danışıq və yazılı ədəbi dilidir.Bu dildə
təxminən, 60 mindən çox adam danışır.Noqay dilinin tədqiqinə
sovet
dövründə
başlanmışdır.Bu
dilin
öyrənilməsində
N.A.Baskakovun rolu böyükdür.
Noqay ədəbi dili və yazısı Böyük Oktyabr inqilabından
sonra inkişaf etmişdir.İnqilaba qədər noqayların bir hissəsi yazıda
ərəb əlifbasından istifadə etmişdir.1938-ci ildən rus qrafikası əsa-
sında yaradılmış əlifba qəbul edilmişdir.Hazırda noqay dilində
orta məktəblər üçün dərsliklər, rayon qəzetləri, bədii və ictimai-
siyasi ədəbiyyat nəşr olunur.
13.Özbək dili. Özbəkistanda yaşayan özbəklərin dilidir.Öz-
bək dilində danışanlara Özbəkistandan başqa Qazaxıstan, Qırğı-
zıstan, Tacikistan, Türkmənistanda, habelə Çində və Əfqanıstan-
da rast gəlinir.Hazırda bu dildə 14 milyondan çox adam danışır.
1927-ci ilə qədər özbək dilinin əlifbası ərəb qrafikası
əsasında aparılırdı.1927-1938-ci illərdə onlar latın əlifbasından
istifadə etmişlər.1939-cu ildən isə özbək dilinin yazısında rus
qrafikası əsasında yaradılmış əlifbadan istifadə olunur.Hazırda
müasir özbək ədəbi dilində külli miqdarda bədii-elmi və ictimai-
siyasi ədəbiyyat nəşr olunur.
14.Salar dili. Çində yaşayan salarların dilidir.Mövcud
ədəbiyyatda salar dili həm müasir uyğur dilinin bir dialekti kimi,
həm də müstəqil dil kimi verilir.Salar dili müstəqil dil kimi son
Dostları ilə paylaş: |