Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

 
139 
Roma natiqlik məktəbi sənətinin inkişafı uzun sürmür. Res-
publikanın  süqutundan  sonra  natiqlik  sənəti  tənəzzülə  doğru 
gedir.  Diktatura,  imperiya  natiqliyin  qarşısını  alır,  bu  sənət  din 
xadimlərinin  əlində  moizə  söyləmək,  dini  qanunları,  ehkamları 
təbliğ etmək vasitəsinə çevrilir. 
Natiqlik  sənətinin  tarixi  ilə  bağlı  eyni  vəziyyət  Rusiyada, 
eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam 
etmişdir. 
Rusiyada  natiqlik  sənətinin  inkişafı  böyük  rus  alimi,  mahir 
söz  ustası  M.V.Lomonosovun  adı,  fəaliyyəti  ilə  bağlıdır.  O, 
1748-ci ildə ―Краткое руководство краткоречи‖ adlı kitab nəşr 
etdirmişdir.  Bu  kitab  Ritorikanın  əsasında  yazılmışdır.  M.V.Lo-
monosova  görə,  natiq  dinləyicisinin  hissiyatına  təsir  etməlidir. 
Bunun  üçün  o,  natiqliyin  təsirgöstərmə  vasitələrindən  istifadə 
etməyi bacarmalıdır. 
Rus  natiqlik  sənətinin  inkişafında  XIX  əsrdə  yaşayıb-
yaratmış  yazıçıların,  şairlərin,  filosofların,  siyasətçilərin,  din 
xadimlərinin,  dilçi  alimlərin  və  başqalarının  da  fəaliyyəti  böyük 
olmuşdur.Ölkənin  böyük  şəhərlərində  fəaliyyət  göstərən  məhkə-
mələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə for-
malaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində 
Rusiyada  məhkəmə  islahatları  keçirilir.  Məhkəmədə  iclasçıların 
iştirakı  təmin  olunur.  Məhkəmə  prosesi,  bir  növ,  demokra-
tikləşdirilir. 
 Saltıkov-Şedrin,  Dostayevski,  Çexov  və  başqaları  tez-tez 
məhkəmə  salonlarına  gedər,  oradakı  çıxışları  dinləyərdilər.  Na-
tiqlik  sənətinə  qədim  mədəniyyət  tarixi  olan  Şərqdə  də  maraq 
yaranaraq,  ritorika  elminə  insan  fəaliyyətinin  xüsusi  növü  kimi 
yüksək qiymət verilmişdir. 
Filosof, siyasətçi, qanunşünas, böyük islahatçı, islam dininin 
banisi  Məhəmməd  Peyğəmbər  ədəb,  əxlaq,  iffət.  vicdan,  təva-
zökarlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sıra-


 
140 
sında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir 
ki, natiqliyin bəlağəti bəzən cadu və sehr təsiri bağışlayır.İnsanın 
gözəlliyindən biri də onun gözəl danışmasıdır. 
 İslamın  ikinci  böyük  siyasətçisi  olan  Həzrət  Əlinin  zəngin 
irsində  təlim-tərbiyə  məsələləri  ilə  yanaşı,  danışıq,  onun  etik 
qaydaları  barədə  ibrətamiz  fikirlər  söylənmişdir:  əqli  çox  olan 
adamın sözü çox az olar; hər bir adam öz dilinin altında gizlənir, 
danışanın  özünə  yox,  sözünə  daha  çox  diqqət  et,  ölç,  biç  sonra 
danış, kəs; düşün, daşın, sonra danış; anla, bil, sonra et və s. 
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və 
dilosov  –  Firdövsi  (934-1024),  Əbu  Reyhan  Biruni  (973-1048), 
Mahmud  Kaşqarlı  (1029-1126),  Sədi  Şirazi  (1184-1291)  və 
başqaları  öz  əsərlərində  sözə  yüksək  qiymət  vermiş,  danışıq 
qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi 
bağlı  olduğunu  həkimanə  sözlərlə,  ifadələrlə  oxucularına  çatdır-
mışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir. 
Nədir dil ağızda, ey ağlı olan 
Hünər xəzinəsinə açardır – inan! 
Tələsik söyləmə sözünü bir dəm,  
Fikrini kamil de, gec olsa nə qəm… 
Əvvəl bir düşün, sonar dilə gəl,  
Divar tez yıxılar, olmasa təməl! 
 
Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi 
və  ictimai  hadisə  olması,  mənsub  olduğu  xalqın  həyatı  ilə 
bağlıolması,  fikir  ifadə  etməsi  və  S.Vurğunun  ―Azərbaycan‖ 
şeirinin öyrənilməsi barədə söhbət açmaq lazımdır. 
Azərbaycanda  da  natiqlik  sənətinin  yaranması  tarixi  qədim-
dir.  Bu  sənət  xalqın  ədəbi-estetik  fikri  ilə  bağlı  qədim  və  orta 
əsrlərdə yazıçı  və şairlərin  şərh,  risalə, təzkirə, bədii əsərlərində 
yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə  
 


 
141 
bağlı dəyərli fikirlər söylənilmişdir. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatında  söz,  gözəl  danışmaq 
qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmişdir. Ulu 
əcdadlarımız  sözün  real  gücünü,  təbii  qüdrətini  həmişə  yüksək 
qiymətləndirmişlər. İnsan cismən yox olsa da, onu tarixdə yaşa-
dan  sözdür.  Bizim  çağdaş  tariximiz  sözün  tarixidir.  Məsələn, 
Nizaminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun və baş-
qalarının  dövrü…  Nizaminin  dövründə  yaşamış  sənətkarlar, 
hökmdarlar ancaq  Nizamiyə  görə  tanınır,  yad edilirlər.  Söz  mü-
qəddəs,  sözü  cilalayan  ustad  isə  müqəddəslərin  müqəddəsidir. 
Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid ve-
rir. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ 
yerindən  oynayar.  Söz  həm  məlhəmdir,  həm  də  yara.Söz  var 
gələr  keçər,  söz  var  dələr  keçər.  Antik  dövrünqüdrətli  loğmanı 
Hippokrat  demişdir  ki,  təbabət  üç  nəhəngin  çiynində  dayanır: 
bitki,  bıçaq,  söz.  Min  il  bundan  əvvəl  Firdövsi  yazırdı:  ―Sözün 
qədrini bilin, həyatda ancaq söz yadigar qalır‖. 
Orta  əsrlər  dövrünün  ən  görkəmli  alimlərindən  biiri  olan 
Nəsrəddin Tusi özünün ―Əxlaqi-Nasir‖, ―Abad-ül-mütəllimin‖ və 
digər  əsərlərində  sözün  qüdrətinə,  natiqlik  sənətinə  yüksək  qiy-
mət vermişdir. O, gözəl nitqi birinci növbədə dilin səlisliyi, ifadə 
imkanlarının  genişliyi  kimi  diqqətə  çatdırır.  O,  nitq  mədə-
niyyətinin  əsas  şərtləri  olan  düzgünlük,  ifadəlilik  və  dəqiqliyə 
xüsusi  fikir  vermiş,  dilin  qayda-qanunlarına  hamının  eyni 
dərəcədə  riayət  etməsini  zəruri  saymışdır.  İnsan  öz-özü  ilə  də, 
Allahı  ilə  də,  insanla  da  ünsiyyətdən  çox  böyük  fərəh  duyur, 
çünki  o  bütün  bunları  dərk  etmiş,  həqiqətə  yaxınlaşmış,  Allaha 
qovuşmuş  olur.  Tusiyə  görə,  natiqlik  müqəddəs  sənət,  söz  söy-
ləmək, danışmaq möcüzəsi qabiliyyət sayılır. 
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə 
yüksək  qiymət  verənlər  çox  olmuşdur.  Fələki,  Şirvani,  İzzəddin 
Şirvani,  Mücirəddin  Beyləqani,  Əfzələddin  Xəqani.  Nizami 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə