140
sında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir
ki, natiqliyin bəlağəti bəzən cadu və sehr təsiri bağışlayır.İnsanın
gözəlliyindən biri də onun gözəl danışmasıdır.
İslamın ikinci böyük siyasətçisi olan Həzrət Əlinin zəngin
irsində təlim-tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik
qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: əqli çox olan
adamın sözü çox az olar; hər bir adam öz dilinin altında gizlənir,
danışanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç sonra
danış, kəs; düşün, daşın, sonra danış; anla, bil, sonra et və s.
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və
dilosov – Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048),
Mahmud Kaşqarlı (1029-1126), Sədi Şirazi (1184-1291) və
başqaları öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq
qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi
bağlı olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdır-
mışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir.
Nədir dil ağızda, ey ağlı olan
Hünər xəzinəsinə açardır – inan!
Tələsik
söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa nə qəm…
Əvvəl
bir düşün,
sonar dilə gəl,
Divar tez yıxılar, olmasa təməl!
Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi
və ictimai hadisə olması, mənsub olduğu xalqın həyatı ilə
bağlıolması, fikir ifadə etməsi və S.Vurğunun ―Azərbaycan‖
şeirinin öyrənilməsi barədə söhbət açmaq lazımdır.
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədim-
dir. Bu sənət xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta
əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində
yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün
qüdrəti ilə
141
bağlı dəyərli fikirlər söylənilmişdir.
Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq
qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmişdir. Ulu
əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək
qiymətləndirmişlər. İnsan cismən yox olsa da, onu tarixdə yaşa-
dan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Məsələn,
Nizaminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun
və baş-
qalarının dövrü… Nizaminin dövründə yaşamış sənətkarlar,
hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz mü-
qəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir.
Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid ve-
rir. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ
yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara.Söz var
gələr keçər, söz var dələr keçər. Antik dövrünqüdrətli loğmanı
Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır:
bitki, bıçaq, söz. Min il bundan əvvəl Firdövsi yazırdı: ―Sözün
qədrini bilin, həyatda ancaq söz yadigar qalır‖.
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biiri olan
Nəsrəddin Tusi özünün ―Əxlaqi-Nasir‖, ―Abad-ül-mütəllimin‖ və
digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiy-
mət vermişdir. O, gözəl nitqi birinci növbədə dilin səlisliyi, ifadə
imkanlarının genişliyi kimi diqqətə çatdırır. O, nitq mədə-
niyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə
xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni
dərəcədə riayət etməsini zəruri saymışdır. İnsan öz-özü ilə də,
Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur,
çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha
qovuşmuş olur. Tusiyə görə, natiqlik müqəddəs sənət, söz söy-
ləmək, danışmaq möcüzəsi qabiliyyət sayılır.
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə
yüksək qiymət verənlər çox olmuşdur. Fələki, Şirvani, İzzəddin
Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xəqani. Nizami