Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   69

 

gələcəkdə  insanlarla  işləyəcəkdir.  Deməli,  o,  insanlarla  ünsiy-
yətdə olacaqdır və öz nitqindən onlara təsir vasitəsi kimi istifadə 
edəcəkdir. Əslində bu yöndə hər yerdə tələb eynidir: tələbələr öz 
fikir  və  düşüncələrini  həm  yazılı,  həm  də  şifahi  formada  ifadə 
etməyi,  mühakimə  yürütməyi,  həmkarları  qarşısında  öz  mövqe-
lərini (baxışlarını) ifadə etməyi bacarmalıdr. Yalnız bu üsulla on-
lar təcrübə qazana, mütəxəssis kimi yetişə biləcək. 
Kommunikativ kompitensiya dil vahidlərinin müxtəlif səviy-
yələrindən  fəaliyyətdə  olan  ədəbi  dil  normalarına  uyğun  bir 
şəkildə istifadə etmək bacarığını özündə əks etdirir. 
Nitqin kommunikativliyi dedikdə onda bir sıra cəhətlərin ol-
masını nəzərdə tutulur. 
1.
 
Dildən istifadə səriştəliliyi – dil, eləcə də onun quruluşu, 
sistemi,  dil  vahidlərinin  nitqdə  işlənməsi  qanunauyğunluqları, 
ədəbi dilin orfoepik, leksik və qrammatik normalarından istifadə 
etmək qabiliyyətidir
2.
 
Dil  səriştəsi  əsasında  aşağıdakılardan  ibarət  xüsusi  kom-
munikativ səriştə formalaşır: 
1) Professional fəaliyyətdə qarşılıqlı təsirin şifahi metodların-
dan istifadə etmək bacarığı; yəni həm professionallarla (həmkarları 
ilə), həm də qeyri-professionallarla (tələbələrlə, valideynlərlə və s.) 
əlaqə yaratmaq; hər cür münaqişənin öncədən qabağını almaq; 
2) Həm şifahi, həm də yazılı nitqlə informasiya alıb ötürmək 
vərdişləri;  mövcud  faktları  və  göstərişləri  savadlı  və  asan  dildə 
yazmaq; 
Nitq  mədəniyyəti  kursunun  müasir  konsepsiyası  bu  bacarıq 
və  vərdişlərin  formalaşmasına  yönəlmişdir.  Kursda  əsas  diqqət 
aşağıdakı məsələlərin daha geniş işıqlandırılmasına verilmişdir
 
Linqvistik fənn kimi nitq mədəniyyətinin nəzəri əsasları; 
 
Müasir dil normalarının aktual məsələləri; 
 
Müasir nitq mədəniyyətinin problemləri
 
Nitqin qarşılıqlı təsirinin səmərəli üsulları. 


 

Bu tədris vəsaitinin  hazırlanmasında xüsusilə son illərdə bu 
mövzuda yazılmış elmi-tədqiqat işlərindən, dərsliklərdən və digər 
vəsaitlərdən istifadə edilmişdir. 
Hazırda bu fənnin tədrisinə Azərbaycan Respublikasının Pre-
zidenti yanında Dövlət İdarəçilik Akademiyasında da xüsusi fikir 
verildiyindən  onun  profili  nəzərə  alınmış  və  vəsait,  əsasən,  ona 
uyğunlaşdırılmışdır. 
Bütövlükdə kursun məqsədi – Azərbaycan Respublikasının 
Prezidenti  yanında 
Dövlət  İdarəçilik  Akademiyasın
da  təhsil  alan 
gələcəyin 
mütəxəssislərində 
kommunikativ 
səriştə 
formalaşdırmaqdan, 
onların 
ümumi 
nitq 
mədəniyyətini 
yüksəltməkdən,  müasir  Azərbaycan  dili  normalarını  daha 
mükəmməl  mənimsəməkdən,  ünsiyyətin  müxtəlif  formalarından 
daha  məharətlə  istifadə  etmək  bacarığı  aşılamaqdan  ibarətdir.  Bu 
vəsaitdən  müasir  Azərbaycan  ədəbi  dil  normaları  və  nitq 
mədəniyyəti məsələləri ilə maraqlanan hər bir kəs faydalana bilər. 
Qeyd:  Bu  dərs  vəsaitinin  hazırlanmasında  nitq  mədəniyyə-
tinin ritorika, üslub, ritorikanın başqa elmlərlə əlaqəsi, ritorikanın 
qısa  tarixi,  onun  Yunanıstanda,  Romada  və  Avropada, 
Azərbaycanda  yaranması  barədə  məlumatlar  Adil  Babayevin 
Bakı,  2011-ci  ildə  nəşr  olunan,  ―Azərbaycan  dili  və  nitq 
mədəniyyəti‖  dərsliyindən,  Nadir  Abdullayevin  Bakı,  2013-cü 
ildə nəşr olunan ―Nitq mədəniyyətinin əsasları‖ dərs vəsaitindən 
və  mərhum  dilçi  alimimiz  Əlövsət  Zakir  oğlu  Abdullayev  və 
başqalarının  birgə  hazırladıqları  ―Müasir  Azərbaycan  dili  (IV 
cilddə, Bakı, 2007 )‖ kitabından, ―Azərbaycan dili ‖ (qəbul imta-
hanlarına hazırlaşmaq, yuxarı sinif şagirdləri və müəllimlər üçün 
vəsait). 
Bakı, 
2011. 
―Abituriyent 
jurnalının 
xüsusi 
buraxılışı‖ndan  və  nitq  mədəniyyətinə  aid  müxtəlif  müəlliflərin 
kitablarından, nəzəri-əməli fikirlərindən istifadə olunmuşdur. 
       Mustafa İsgəndərzadə, filologiya elmləri üzrə fəlsəfə 
doktoru, dosent 


 

                   Sənin təhsil aldığın elm ocağı 
 
Sənin təhsil aldığın elm ocağı- Azərbaycan Respublikasının 
Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyası  respubli-
kamızın ən nüfuzlu ali məktəblərindən biridir. 
Ümummilli liderimiz Heydər Əliyev 3 yanvar 1999-cu il ta-
rixli  ―Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 
İdarəçilik  Akademiyasının  yaradılması  haqqında‖  fərmanı 
dövlətçiliyimizin  möhkəmləndirilməsi  və  daha  da  inkişaf 
etdirilməsi  işinə  ulu  öndər  Heydər  Əliyevin  mühüm  qayğısının 
təzahürüdür.  H.Əliyev  bu  müdrik  fərmanı  dövlət  xidməti 
sisteminə  istedadlı,  bacarıqlı,  zəkalı,  əxlaq  və  mənəviyyatca 
təmiz  olan  gənclərin  cəlb  olunması,  bunun  üçün  onlara  yüksək 
səviyyəli  təhsilin  verilməsi  istəyi  idi.  Respublikamızda  dövlət 
idarəçiliyi  sahəsində  yeganə  təhsil  ocağı  olan  akademiyanın 
vəzifəsi  dövlət  strukturlarını  dövrün,  zamanın  tələbləri 
səviyyəsində  idarə  edəbiləcək  gənclərdən  ibarət  mütəxəssis 
kadrlar  hazırlamaqdan  və  həmçinin  mövcud  kadrların,  dövlət 
məmurlarının ixtisasının artırılmasından ibarətdir. Eyni zamanda, 
bu  akademiya  milli  ideologiyamıza  xidmət  etməklə  yanaşı,  bu 
ideologiyanın  formalaşması,  təkmilləşdirilib  inkişaf  etdirilməsi 
və  təbliğ  olunması  sahəsində  mühüm  rol  oynamağı  hər  şeydən 
üstün tutur. 
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət  İda-
rəçilik Akademiyası yarandığı vaxtdan etibarən tədris-elmi struk-
turları  ilə  diqqət  mərkəzində  olmuşdur.  Onun  ―Rəhbər  kadrların 
ixtisasının  artırılması‖,  ―İnzibati  idarəetmə‖,  ―Siyasi  idarəetmə‖ 
fakültələri,  magistratura  şöbəsi,  ―Dövlət  qulluğu  və  kadr  siya-
səti‖, ―Dövlət idarəetməsi və menecment‖, ―Dövlət idarəçiliyində 
informasiya  texnologiyaları‖,  ―Dövlət  quruculuğu  və  hüquq‖, 
―İqtisadiyyatın  dövlət  tənzimlənməsi‖,  ―Politologiya  və  siyasi 
idarəetmə‖, ―Beynəlxalq münasibətlər və xarici siyasət‖, ―Tarix‖, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə