Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

 
163 
bilirdi  ki,  onun  qazandığı  bu  böyük  hörmət  və  məhəbbət  eyni 
zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət 
dilinə çox böyük hörmət və məhəbbət yaradır.Bütün bunlar təbii 
olaraq,  ölkədə  aşağıdan  yuxarıya  və  eyni  zamanda  yuxarıdan 
aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi. 
1977-1978-ci  illər respublika rəhbərini çətinliklər qarşısında 
qoydu.Məlum  olduğu  kimi,  1977-ci  ildə  SSRİ-nin  yeni  Konsti-
tusiyası  təsdiq  edildi.Həmin  konstitusiya  bütün  respublikalarda 
hazırlanan yeni konstitusiyalar üçün nümunə rolunu oynamalı idi 
və  faktik  olaraq  oynayırdı.Həmin  konstitusiyada  isə  əvvəlcədən 
dövlət dili haqqında maddə yox idi.Ayrı-ayrı respublikalarda qə-
bul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini 
tapmadı.Azərbaycanda isə vəziyyət başqa cür idi.Heydər Əliyev 
ana  dilinin  dövlət  dili  olması  uğrundakı  mübarizəsini  davam 
etdirirdi.De-fakto  dövlət  dili  uğrunda  ardıcıl  mübarizə  aparan 
respublika  rəhbəri  həmin  dilin  konstitusiyada  qeyd  olunmama-
sına  dözə  bilməzdi.Respublikanın  rəhbər  ziyalıları,  bütün  xalqı 
ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə 
cəlb  edərək  bütün  qüvvəsi  ilə  mübarizə  apardı  və  bütün  çə-
tinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.1978-ci il aprel 
ayının  2-də  doqquzuncu  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinin 
Azərbaycan Sovet Sosialist Resublikası konstitusiyasının layihəsi 
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yed-
dinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi 
ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: 
―Azərbaycan  Sovet  Sosialist  Respublikasının  dövlət  dili 
Azərbaycan dilidir‖. 
Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanların-
da,  maarif  idarələrində  və  başqa  idarələrdə  Azərbaycan  dilinin 
işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qay-
ğısı göstərir. 
 1978-ci  il  Konstitusiyası  həqiqətən  Heydər  Əliyevin  öz 


 
164 
dövləti,  öz  xalqı,  öz  vətəni  qarşısında  göstərdiyi  böyük  xidmət 
idi.Müstəqil  Azərbaycanın  1995-ci  ildə  ümumxalq  referendu-
munda  qəbul  edilmiş  yeni  Konstitusiyasında  Azərbaycan  dili 
dövlət dili kimi öz layiqli yerini tutur: 
Maddə21.Dövlət dili 
1.Azərbaycan  Respublikasının  dövlət  dili  Azərbaycan 
dilidir.Azərbaycan  Respublikası  Azərbaycan  dilinin  inkişafını 
təmin edir. 
 Ana  dilinə  həmişə  xüsusi  diqqətlə  yanaşan,  dilimizin  dərin 
bilicisi  Heydər  Əliyev  dövlət  dilinin  yeni  inkişaf  dönəmində 
yaranmış  vəziyyəti  nəzərə  alaraq  2001-ci  il  iyun  ayının  18-də 
―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında‖ fərman 
imzalamışdır.  Fərmanda  dilimizin  öz  tarixi  inkişafı  boyu  əldə 
etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində 
yaranmış  problemlər  də  geniş  təhlil  edilmiş  və  həmin  prob-
lemlərin həlli yolları göstərilmişdir. 
 Türk  dillərindən  biri  kimi  müasir  Azərbaycan  dili  özümlü 
xüsusiyyətləri  ilə  fərqlənən  fonetik  və  qrammatik  quruluşu  olan 
bir  dildir.Öz  fonetik  qanunauyğunluqlarına  görə,  bu  dildə 
əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, 
ö) və arxa sıra(ı, u, a, o)saitlər eyni bir söz və ya söz forma da-
xilində  işlənə  bilməz.Eyni  zamanda  bu  dildə  dilortası  samitlərin 
(g, k) arxasıra, dilarxası samitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir 
hecada  işlənməsi  də  mümkünsüzdür.Azərbaycan  dilinin  fonem 
tərkibində  15  sait  və  25  samit  vardır.Bu  40  fonem  Azərbaycan 
əlifbasında  32  hərflə  işarə  edilir.Azərbaycan  dilində  9  qısa  sait 
vardır.Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar 
ki,  yalnız  alınma  sözlərdə  çox  az  hallarda  işlənir.Fonetik  vurğu 
bir  qayda  olaraq,  son  hecaya  düşür.Azərbaycan  dilində  sözün 
əvvəlində  işlənə  bilməyən  2  fonem  vardır:ı  və  ğ  samitləri. 
Azərbaycan  dilinin  morfoloji  quruluşuna  əsas  (isim,  sifət,  say, 
əvəzlik, zərf, fel) və köməkçi (qoşma, ədat, bağlayıcı, modal söz, 


 
165 
nida)  nitq  hissələri  daxildir.  Bu  dildə  sözyaradıcılığında  əsasən 
sintaktik və morfoloji üsullardan istifadə edilir. 
 Hazırda  Azərbaycan  latın  qrafikası  əsasında  yaradılmış 
Azərbaycan  əlifbasından  istifadə  edilir.Ölkənin  siyasi,  iqtisadi, 
elmi,  mədəni  həyatında  baş  verən  böyük  dəyişikliklər  müasir 
Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına 
səbəb  olmuşdur.Bu  proses  ədəbi  dilin  bütün  üslublarında, 
özəlliklə işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat 
üslubunda aydın müşahidə olunur. 
Mövzu 6: Dil və mədəniyyət. Dil və xalqın tarixi. 
 İctimai  hadisə  olan  dil  başqa  ictimai  hadisələrlə  qarşılıqlı 
əlaqədə inkişaf edir. Dil müstəqil inkişaf qanunlarına malik olsa 
da  cəmiyyətin  bütün  sahələrindəki  dəyisiklərə  reaksiya  verir. 
Müəyyən köhnəliklərlə bağli dilin lügət tərkibində bir sıra sözlər 
arxaikləşir. İstehsalin, sənayenin inkişafi yeni anlayışların yaran-
masına səbəb olur ki, bunlarda dil vasitəsilə ifadə olunur. Mədəni 
inkisaf  genis  anlayışdır.  Cəmiyyətin  bütün  sahələrini  əhatə  edir. 
Adi  məisət  və  ailə  səviyyəsində  də  yüksək  əqli  intellektual  in-
kişafda  da  mədəniyyət  nizamlayıcı  bir  faktordur.  Təsadüfi  deyil 
ki,  dildə  mədəniyyət  anlayışı  ilə  bağlıçoxlu  ifadələr  var.  Əmək 
mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti və s. Mədəni 
inkisaf  dildə  yeni  terminlərin  yaranmasına  səbəb  olur,  bu  dilin 
lüğət tərkibinin  zənginləşməsi  deməkdir.  Beləliklə,  dilin  inkişafı 
bilavasitə  xalqın  tarixi  ilə  bağlıdır.  Bu  bağlılığı  2  istiqamətdə 
görmək mümkündür. Biri odur ki, bir dövlətin ərazisində qohum 
tayfaların  birləşməsi  nəticəsində  xalq  formalaşdığı  kimi  bu 
tayfaların dilidə birləşərək həmin xalqın dilinə çevrilir. Dilimizdə 
ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xalqının tarixən hə-
min xalqlarla olmus əlaqəsinin nəticəsidir. Məsələn: İslam dinini 
qəbul  etdikdən  sonra  türkcə  uçmaq,  damu,  tanrı,  yalavac  sözlə-
rinin əvəzinə müvafiq olaraq cənnət, cəhənnəm, Allah, Peyğəm-
bər  sözləri  işlənməyə  başlamışdır.  Dil  faktları  xalqın  mədəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə