Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

 
154 
zamanlarda  tədqiqə  cəlb  olunmuşdur.Bu  dilin  elmi  tədqiqi 
E.R.Tenişevin  adı  ilə  bağlıdır.Salar  dili  əsas  etibarilə  canlı 
danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur. 
15.Tatar  dili.  Tatar  xalqının  milli  dilidir.Bu  dildə  danışan 
tatar  xalqı,  əsasən  Tatarıstan,  Başqırdıstan,  Çuvaşiya,  Moldo-
vada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-
tov,  Omsk,  Tomsk,  Tumen  vilaytlərində  yaşayırlar.Bunlardan 
başqa Ruminiya, Bolqarıstan, Polşa, Türkiyə və Çin dövlətlərində 
də  tatar  dilli  əhali  yaşayır.Hazırda  tatarların  ümumi  miqdarı  6 
milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili 
adı  ilə  də  verilir.Tatar  dili  fundamental  şəkildə  Böyuk  Oktyabr 
inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası 
1927-ci  ilə  qədər  ərəb,  1927-ci  ildən  1939-cu  ilə  qədər  latın, 
1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır. 
16.Tofalar  dili.  Krasnoyarsk  diyarında  yaşayan  kiçik  bir 
etnik  qrupun  dilidir.Bu  dilə  Karaqas  dili  də  deyirlər.Fonetik  və 
qrammatik  xüsusiyyətlərinə  görə  tuva  dilinə  daha  çox 
yaxındır.Bəzən  mövcud  ədəbiyyatda  bu  yaxınlığa  görə  tofalar 
dilini yuva dilinin bir dialekti də qeyd etmək meyli vardır.Tofalar 
dilinin  yazısı  yoxdur.Onlar  əsasən  rus  ədəbi  dilindən  istifadə 
edirlər. 
17.Tuva dili. Tuvada yaşayan tuvaların dilidir.Tuva xalqının 
bir  hissəsi  isə  Krasnoyarsk  vilayətində  və  Monqolustanda  ya-
şayır.Ümumiyyətlə  bu  dildə  yer  üzündə  170  minə  qədər  adam 
danışır.Tuva  dili  əsasən  sovet  dövründə  yazıya  malik  olmuş  və 
bir  ədəbi  dil  kimi  çox  sürətlə  inkişaf  etmişdir.Hazırda  bu  dilin 
əlifbası rus qrafikasına əsaslanır.Müasir Tuva ədəbi dilində külli 
miqdarda bədii, elmi, ictimai-siyasi ədəbiyyat, qəzet və jurnallar 
nəşr olunur, radio və televiziya verilişləri aparılır. 
18.Türk dili. Türkiyə dövlətinin dilidir.Bundan əlavə hər iki 
Almaniyada,  Bolqarıstanda,  Yuqoslaviyada,  Kiprdə,  Yunanıs-
tanda,  İranda,  Afrikada  və  Avstraliyada  yaşayan  türklər  də  bu 


 
155 
dildə danışır.1924-cü ilə qədər bu dil Osmanlı dili adlanırdı.Türk 
dilinin  tədqiqi  tarixi  16-cı  əsrə  təsadüf  edir.Avropa  alimləri  bu 
dövrdə  Türk  dilinin  qrammatikasını  hazırlamağa  səy  gös-
tərmişdir. 
 1928-ci ilə qədər türk dilinin əlifbası ərəb qrafikasına uyğun 
idi.1929-cu ildən etibarən latın əlifbasına keçilmişdir. 
19.Türkmən  dili.  Türkmənistanda  yaşayan  türkmənlərin 
milli  dilidir.Türkmənlər  dünyanın  bir  çox  ölkələrində,  o  cümlə-
dən  İranda,  Əfqanıstanda,  Türkiyədə,  Suriya  və  İordaniyada  da 
yaşayırlar.Bu dilin tədqiqinə əsasən XX əsrin əvvəllərindən baş-
lanılmışdır. 
 Lakin  türkmən  dilinin  əsl  elmi  tədqiqi  ancaq  Sovet  haki-
miyyəti dövründə sürətli  vüsət almışdır.Türkmən dilinin əlifbası 
da 3 dəfə dəyişikliyə məruz qalmışdır.Ərəb, latın və rus qrafikası 
əsasında  yaradılmış  türkmən  dili  əlifbası  bu  dilin  inkişafı  üçün 
əlverişli şərait yaratmışdır. 
20.Uyğur dili. Yeni uyğur dili Orta Asiya və Qazaxıstanda, 
habelə  Çin  Xalq  Respublikasında  yaşayan  uyğurların  milli 
dilidir.Bu 
dilin 
öyrənilmə 
tarixi 
XIX 
əsrdən 
başlanmışdır.Uyğurların 
rus 
qrafikası 
əsasında 
əlifbası 
mövcuddur.Çindəki  uyğurlar  isə  ərəb  əlifbasından  istifadə 
edirlər. 
21.Xakas dili. Xakasda habelə Yenisey çayı sahillərində ya-
şayan Xakaz xalqının dilidir.Xakas dilinin əsaslı şəkildə öyrənil-
məsi  son  dövrlərə  təsadüf  edir.Bu  dilin  ilk  əlifbası  rus  qrafikası 
əsasında  olmuşdur.1929-cu  ildə  həmin  əlifba  latın  qrafikası  ilə 
əvəz  olundu.1939-cu  ildə  xakaslar  yenidən  rus  qrafikasına 
keçdilər.Müəyyən  olunmuşdur  ki,  xakas  dilinin  xüsusiyyətlərini 
rus qrafikası daha düzgün əks etdirir. 
22.ÇuvaĢ  dili.  Çuvaşda  yaşayan  çuvaş  xalqının  milli 
dilidir.Çuvaşların  müəyyən  faizi  Tatarıstan  və  Başqırdıstanda 
habelə  Samara  və  Ulyanovskda  məskən  salmışdırlar.  XVIII  əsrin 


 
156 
ikinci  yarısından  etibarən  yazılı  ədəbi  dil  kimi  formalaşmağa  və 
tədqiq  olunmağa  başlamışdır.Məşhur  çuvaş  maarifçisi  və  yazıçısı 
İ.Y.Yakovlev  1873-cü  ildə  rus  qrafikası  əsasında  çuvaş  dilinin 
əlifbasını  yaratmışdır.Müasir  çuvaş  ədəbi  dilində  ali  və  orta  mək-
təblər  fəaliyyət  göstərir,  geniş  miqyasda  bədii  və  elmi  ədəbiyyat 
nəşr olunur. 
23.ġor dili. Şimali Altay və Kuznetsk Altay, Xakas və Dağ-
lıq  Altay  vilayətləri  ilə  həmsərhəd  olan  Ton  çayı  sahillərində 
yaşayan Şorların dilidir.Şor dili türk dilləri ailəsinə daxil olan bir 
dil  kimi  Sovet  hakimiyyəti  illərində  tədqiq  olunmuşdur.Bu  dilin 
əsas tədqiqatçısı N.P.Drenkovadır. 
Dillərin geneoloji təsnifi sahəsində tədqiqatlar hələ də davam 
edir.Demək  olar  ki,  dünya  dilçiliyində  indiyədək  aparılmış  ge-
neoloji  təsnifə  Yer  üzündə  mövcud  olan  bütün  dilləri  tam  əhatə 
edə  bilməmişdir.Elə  dillər  vardır  ki,  onları  indiyədək  heç  bir 
mövcud dil ailəsinə və qrupuna daxil etmək mümkün deyildir.Bu 
cəhətdən  yapon,  koreya,  alban,  yunan  və  başqa  dillərin  digər 
dillərlə  tarixi  qohumluq  əlamətlərini  öyrənib  aşkara  çıxarmaq 
müasir dilçiliyin qarşısında bir problem olaraq qalmaqdadır. 
 M.Qaşqarlı:  ―Dərdini  dinlədə  bilmək  və  türklərin  könlünü 
almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur‖. 
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olub. Za-
man  keçdikcə  bu  dillər arasında  bölünmə  getmiş,  bir  dildən  on-
larla  dil  formalaşmış,  formalaşanda  da  hər  birindən  yenə  başqa 
dillər əmələ gəlmişdir. Bu gün dünyada 3500-dən çox dil var. Bu 
törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. 
Bir  kökdən  törəyən  dillərə  qohum  dillər  deyilir.Qohum 
dillərin hamısı birlikdə dil ailəsi adlanır. 
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ai-
ləsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 
Dilimiz  oğuz  qrupuna  daxildir.  Türk  (Türkiyə  türkcəsi), 
türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə